Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏT



Yüklə 142,74 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü142,74 Kb.
#35580


 

  

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT 



REYESTRİ 

  

  



  

Aktın növü 

AZƏRBAYCAN 

RESPUBLİKASI 

MƏRKƏZİ 

BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI 

Qəbul edildiyi tarix 

29.12.2015 

Qeydiyyat nömrəsi 

44/1 


Adı 

“Mübadilə 

şöbələrinin 

təşkili 


və 

mübadilə 

əməliyyatlarının  aparılması  Qaydaları”nın  təsdiq 

edilməsi barədə 

Rəsmi dərc edildiyi 

mənbə 


  

Qüvvəyə minmə tarixi 

06.01.2016 

Azərbaycan 

Respublikasının  Vahid 

hüquqi  təsnifatı  üzrə 

indeks kodu 

090.060.010 

Hüquqi  Aktların  Dövlət 

Reyestrinin 

qeydiyyat 

nömrəsi 


23201512290441 

Hüquqi  aktın  Hüquqi 

Aktların 

Dövlət 


Reyestrinə  daxil  edildiyi 

tarix 


05.01.2016 

  

  



Nağd  xarici  valyuta  əməliyyatları  üzrə  nəzarət  çərçivəsinin 

sərtləşdirilməsi  və  bununla  da  milli  valyutaya  spekulyativ  təzyiqlərin 

azaldılmasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikası 



Mərkəzi Bankının İdarə Heyəti “Valyuta tənzimi haqqında” Azərbaycan 

Respublikası  Qanununun  3-cü  və  13-cü  maddələrinə,  “Banklar 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  11.2-ci  maddəsinə  və 

“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  Azərbaycan 

Respublikası Qanununun 22.0.4-cü maddəsinə əsasən 

  

 



Q Ə R A R A   A L I R: 

  

1.  “Mübadilə  şöbələrinin  təşkili  və  mübadilə  əməliyyatlarının 



aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur). 

2.  “Mübadilə  şöbələrinin  təşkili  və  mübadilə  əməliyyatlarının 

aparılması  Qaydaları” 

qüvvəyə 


mindiyi  tarixdən  Azərbaycan 

Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli 

qərarı ilə (17 nömrəli protokol) təsdiq olunmuş (07 iyul 2006-cı il tarixli 

3229  nömrəli  şəhadətnamə)  “Mübadilə  şöbələrinin  təşkili  və  mübadilə 

əməliyyatlarının aparılması Qaydaları” ləğv olunsun. 

3.  Hüquq  departamentinə  (R.Məlikova)  tapşırılsın  ki,  bu  Qərarın  3 

gün  müddətində  Azərbaycan  Respublikasının  Hüquqi  Aktların  Dövlət 

Reyestrinə  daxil  edilməsi  üçün  Azərbaycan  Respublikasının  Ədliyyə 

Nazirliyinə təqdim olunmasını təmin etsin. 

  

  



Sədr                                                                                                  Elman 

Rüstəmov 

  

  




  

  

“Təsdiq edilmişdir” 



Azərbaycan 

Respublikasının 

Mərkəzi Bankı 

Qərar № 44/1 

29 dekabr 2015-ci il 

  

  

Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması 

Qaydaları 

  

1. Ümumi müddəalar 

  

1.1.  Bu  Qaydalar  “Valyuta  tənzimi  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  3-cü  və  13-cü  maddələrinə,  “Banklar 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  11.2-ci  maddəsinə, 

“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  22.0.4-cü  maddəsinə  əsasən  hazırlanmış  və 

Azərbaycan  Respublikası  ərazisində  banklar  tərəfindən  mübadilə 

şöbələrinin  açılmasına  icazələrin  verilməsi  və  icazələrin  ləğv  edilməsi, 

həmçinin 

onların 


fəaliyyətinin 

təşkili 


və 

valyuta 


mübadilə 

əməliyyatlarının aparılması qaydalarını müəyyən edir. 

1.2.  Mübadilə  şöbəsi  bankın  səlahiyyətli  idarəetmə  orqanının 

qərarına  əsasən  bankın  özünün,  filial  və  ya  şöbəsinin  yerləşdiyi  ərazi 

vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır. 

1.3.  Bu  Qaydalar  mübadilə  şöbələrinin  təşkili,  fəaliyyəti,  texniki 

təchizatı və təhlükəsizliyi ilə bağlı minimum tələbləri müəyyən edir. 

1.4.  Mübadilə  şöbəsi  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

(bundan  sonra  –  Mərkəzi  Bank)  tərəfindən  verilən  icazə  əsasında 

fəaliyyət göstərir. 

1.5.  Bu  Qaydaların  əməliyyatların  aparılması  və  uçotuna, 

məzənnənin 

müəyyən 

edilməsinə, 

əməliyyat 

gününün 


başa 

çatdırılmasına  dair  tələbləri  bankın,  bankın  filial  və  şöbələrinin,  xarici 




bankın  yerli  filialının  və  poçt  rabitəsinin  milli  operatorunun  daxilində 

aparılan mübadilə əməliyyatlarına da şamil edilir. 

  

2. Anlayışlar 

  

2.0.  Bu  Qaydalarda  istifadə  olunan  anlayışlar  aşağıdakı  mənaları 



ifadə edir: 

2.0.1.  mübadilə  şöbəsi  –  mübadilə  əməliyyatlarını  aparan  bankın 

şöbəsi; 

2.0.2.  mübadilə  əməliyyatı  –  nağd  xarici  valyutanın  və  xarici 

valyutada  yol  çeklərinin  alınması,  satılması  və  dəyişdirilməsi  üzrə 

əməliyyat; 

2.0.3. nağd xarici valyuta – müvafiq xarici dövlətdə, yaxud dövlətlər 

qrupunda qanuni ödəniş vasitəsi olan kağız və metal pul formasında pul 

nişanı; 

2.0.4.  əməliyyat  günü  –  mübadilə  şöbəsində  müştərilərə  xidmət 

göstərilən iş vaxtı; 

2.0.5.  əməliyyatların  uçotu  (uçot  məlumatları)  –  milli  və  xarici 

valyutanın,  xarici  valyutada  yol  çeklərinin  bankla  mübadilə  şöbəsi 

arasında hərəkətinin və gün ərzində aparılan mübadilə əməliyyatlarının 

və xidmətlərin müvafiq qaydada rəsmiləşdirilməsi; 

2.0.6.  günün  sənədləri  –  əməliyyat  günü  ərzində  mübadilə 

şöbəsində rəsmiləşdirilmiş sənədlər. 

  

3. İcazənin alınması üçün müraciət 

  

3.1. Bank mübadilə şöbəsini bu Qaydaların tələblərinə uyğun təşkil 



etdikdən sonra icazə almaq üçün Mərkəzi Banka müraciət edir. 

3.2.  Mübadilə  şöbəsinin  açılmasına  icazə  almaq  üçün  aşağıdakı 

sənədlər təqdim edilir: 

3.2.1. mübadilə şöbəsinin açılması üçün icazə alınmasına dair ərizə 

(Əlavə 1); 

3.2.2.  mübadilə  şöbəsinin  yaradılması  və  əsasnaməsinin  təsdiq 

edilməsi  barədə  bankın  səlahiyyətli  idarəetmə  orqanının  qərarı  və  ya 

iclas protokolundan çıxarış (Əlavə 2); 




3.2.3. mübadilə şöbəsinin əsasnaməsi. Əsasnamədə şöbənin ünvanı, 

nömrəsi,  aparılan  mübadilə  əməliyyatları  və  xidmətlər,  qiymətlilərin 

inkassasiya  rejimi,  inzibatçının  səlahiyyətləri,  onun  vəzifəyə  təyin 

edilməsi  qaydası,  əməliyyatların  bankın  mühasibat  kitabında  əks 

olunması  rejimi  və  bank  tərəfindən  nəzarətin  həyata  keçirilməsi 

qaydaları göstərilir; 

3.2.4. mübadilə şöbəsinin hüquqi ünvanını təsdiq edən sənəd (icarə 

müqaviləsi,  bankın  mülkiyyət  və  ya  istifadə  hüququnu  təsdiq  edən 

sənəd); 

3.2.5. mübadilə şöbəsinin fəaliyyət göstərəcəyi yerin texniki-təchizat 

və  təhlükəsizlik  tələblərinə  cavab  verməsi  barədə  arayış.  Arayışda 

şöbənin  bankın  avtomatlaşdırılmış  əməliyyat  sisteminə  qoşulması, 

yerləşdiyi  yerin  ölçüləri,  o  cümlədən  konstruksiyasının  möhkəmliyi, 

texniki avadanlıqlar və təhlükəsizlik qurğuları ilə təchiz edilməsi barədə 

məlumatlar əks olunur; 

3.2.6. mübadilə şöbəsinin mühafizə olunmasına dair müqavilənin və 

mühafizə siqnalizasiya vasitələri ilə təchiz edilməsi barədə qəbul aktının 

əsli və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmiş surəti; 

3.2.7.  mübadilə  şöbəsinə  təyin  edilməsi  təklif  edilən  inzibatçının 

peşə ixtisası və təcrübəsi (təhsil və əmək fəaliyyəti) haqqında məlumatın 

göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri, onun 

barəsində  məlumatları  əks  etdirən  anket  (Əlavə  3),  tərəfindən 

imzalanmış  və  imzası  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş 

qüsursuzluğuna  dair  ərizə  (Əlavə  4),  milli  və  xarici  valyutaların 

həqiqiliyini  müəyyən  etməsi  bacarığını,  ödəniş  sənədləri  ilə  işin 

xüsusiyyətini və bu Qaydaların tələblərini bilməsini təsdiqləyən arayış. 

3.3.  Bu  Qaydalara  əsasən  Mərkəzi  Banka  təqdim  edilən  sənədlər 

(notariat  qaydasında  və  digər  səlahiyyətli  şəxslər  tərəfindən  təsdiq 

edilmiş sənədlərin əsli istisna olmaqla) bankın İdarə Heyətinin sədri və 

ya  onun  imza  hüququ  olan  müavininin  imzası  və  bankın  möhürü  ilə 

təsdiq edilir. Sənədlər bir səhifədən artıq olduqda tikilir və nömrələnir. 

  

4. Müraciətə baxılması 

  

4.1.  Mərkəzi  Bank  müraciət  daxil  olduqdan  sonra  30  təqvim 



günündən  gec  olmayaraq  təqdim  edilmiş  sənədlərə  icazənin  verilməsi 


və  ya  verilməsindən  imtina  haqqında  qərar  qəbul  edir  və  bu  barədə 

ərizəçiyə məlumat verir. 

4.2.  Ərizədə  və  ona  əlavə  edilmiş  sənədlərdə  çatışmazlıqlar  aşkar 

edildikdə  Mərkəzi  Bank  ərizənin  qeydiyyata  alındığı  tarixdən  5  iş 

günündən  gec  olmayaraq  həmin  çatışmazlıqların  aradan  qaldırılması 

üçün  ərizəçiyə  məlumat  verir.  Bütün  çatışmazlıqlar  eyni  zamanda 

ərizəçiyə  bildirilməlidir.  Bank  həmin  çatışmazlıqları  məlumatı  aldığı 

vaxtdan  ən  geci  10  iş  günü  ərzində  aradan  qaldırmalıdır.  Bu  zaman 

icazənin  verilməsi  ilə  bağlı  müddətin  axımı  dayandırılır  və 

dayandırılmış  müddət  bu  Qaydaların  4.1-ci  bəndində  göstərilən 

icazənin  verilməsi  müddətinə  daxil  edilmir.  Çatışmazlıqların  aradan 

qaldırılması  barədə  ərizəçinin  müraciətindən  sonra  müddətin  axımı 

bərpa olunur. 

  

5. İcazə verilməsindən imtina 

  

5.1. Mərkəzi Bank aşağıdakı hallarda mübadilə şöbəsinin açılmasına 



icazə verilməsindən imtina edir: 

5.1.1.  bankın  prudensial  hesabatlarına  əsasən  maliyyə  vəziyyəti 

qeyri-qənaətbəxş  olduqda  və  ya  bank  prudensial  və  etibarlı  idarə 

olunmadıqda; 

5.1.2.  banka  qarşı  tətbiq  olunan  təshih  tədbirləri  çərçivəsində 

mübadilə  şöbələrinin  açılmasına  və  ya  mübadilə  əməliyyatlarının 

aparılmasına  məhdudiyyət  qoyulduqda,  yaxud  bu  əməliyyatlar 

dayandırıldıqda; 

5.1.3. bank mübadilə şöbələrinin fəaliyyəti üzərində nəzarətlə bağlı 

daxili qaydalara malik olmadıqda; 

5.1.4.  mübadilə  şöbəsinin  açılmasına  icazə  almaq  üçün  təqdim 

edilmiş sənədlər bu Qaydaların tələblərinə uyğun olmadıqda; 

5.1.5.  mübadilə  şöbəsi  bu  Qaydalarda  nəzərdə  tutulmuş  texniki-

təchizat və təhlükəsizlik tələblərinə cavab vermədikdə; 

5.1.6. mübadilə şöbəsinin inzibatçısı məqbul və lazımı keyfiyyətlərə, 

eləcədə ali və ya orta ixtisas təhsilinə, bank fəaliyyəti sahəsində 6 aylıq iş 

stajına malik olmadıqda. 

5.2.  Banklar  mübadilə  şöbəsinin  açılmasına  icazə  verilməsindən 

imtina  edilməsi  və  ya  verilmiş  icazənin  ləğv  edilməsi  barədə  Mərkəzi 



Bankın  qərarından  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

məhkəməyə şikayət verə bilər. 

  

 

 

 

6. İcazənin ləğvi 

  

6.1.  Mübadilə  şöbəsinə  verilmiş  icazə  Mərkəzi  Bank  tərəfindən 



aşağıdakı əsaslardan biri olduqda ləğv edilir: 

6.1.1.  mübadilə  şöbəsinin  ləğv  edilməsi  barədə  bankın  müraciəti 

olduqda (Əlavə 5); 

6.1.2.  mübadilə  şöbəsinin  açılmasına  icazə  almaq  üçün  təqdim 

edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə; 

6.1.3.  bank  lisenziyası  ləğv  edildikdə  və  ya  banka  qarşı  tətbiq 

olunmuş  təshih  tədbirləri  çərçivəsində  fəaliyyətdə  olan  mübadilə 

şöbəsinin fəaliyyətinə xitam verilməsi barədə sərəncam verildikdə; 

6.1.4.  mübadilə  şöbəsi  açılmasına  icazə  verildikdən  sonra  on  iki  ay 

ərzində fəaliyyətə başlamadıqda, yaxud şöbənin altı aydan çox müddət 

ərzində fəaliyyətinin dayandırıldığı müəyyən edildikdə; 

6.1.5.  mübadilə  şöbəsinin  əsasnaməsində  nəzərdə  tutulmayan 

əməliyyatlar və xidmətlər həyata keçirildikdə; 

6.1.6.  mübadilə  şöbəsinin  fəaliyyətində  bu  Qaydaların  tələbləri 

təqvim ili ərzində iki dəfədən artıq pozulduqda. 

6.2.  Mərkəzi  Bank  icazənin  ləğv  edilməsi  barədə  qərarı  banka 

göndərir.  Bank  qərarın  daxil  olan  günün  növbəti  iş  günündən  gec 

olmayaraq şöbənin fəaliyyətini dayandırır və bu barədə Mərkəzi Banka 

3 iş günündən gec olmayaraq məlumat verir.  

  

7. Texniki-təchizat və təhlükəsizlik tələbləri 

  

7.1. Mübadilə şöbəsi ayrıca binada və ya binanın küçəyə çıxışı olan 



əlahiddə  hissəsində  yerləşdirilə  bilər.  Binanın  daxilinə  çıxışı  olan 

mübadilə şöbələri yalnız qapalı tipli iri ticarət və əyləncə mərkəzlərində, 

yarmarkalarda,  mehmanxanalarda,  vağzallarda,  limanlarda,  poçt 

idarələrində açılır. 




7.2.  Mübadilə  şöbəsi  nəzərdə  tutulmuş  əməliyyatların  aparılması 

üçün  sahəyə,  o  cümlədən  xəzinədar  otağı  və  onun  qarşısında 

müştərilərin  əməliyyat  aparması  üçün  yerə  malik  olmalıdır.  Binanın 

daxilinə  çıxışı  olan  mübadilə  şöbəsinin  qarşısında  müştərilərin 

əməliyyat aparması üçün şərait olmalıdır. 

7.3. Mübadilə şöbəsinin konstruksiyası möhkəm olmalı, xəzinədarın 

təhlükəsizliyi  və  qiymətlilərin  mühafizəsi  təmin  edilməlidir.  Xəzinədar 

otağının  divarları,  döşəməsi  və  damı  dəmir-beton,  daş  qatdan  və  ya 

digər  möhkəm  materiallardan  hazırlanmalıdır.  Döşəmə  200  kq/kv.m, 

dam isə 75 kq/kv.m yükə davamlı olmalıdır. 

7.4.  Xəzinədar  otağının  ön  divarından  vizual  müşahidə  təmin 

olmalı, müşahidə pəncərəsi gülləkeçirməz şüşə ilə əhatə edilməlidir. 

7.5.  Mübadilə  şöbəsində  təhlükəsizlik  və  yanğından  mühafizə-

xəbərdarlıq qurğuları və telefon rabitə vasitələri quraşdırılmalı, şöbənin 

elektron  mühafizə  sistemləri  bankın  mühafizə  pultuna  və  ya 

mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır. 

7.6.  Mübadilə  şöbəsi  hesablama,  pulsayan,  pulların  həqiqiliyini 

yoxlayan avadanlıqlarla və yanmayan seyflə təmin edilməlidir. 

7.7. Mübadilə şöbəsi bankın avtomatlaşdırılmış əməliyyat sisteminə 

qoşulması və hər bir əməliyyatın bankın baş mühasibat kitabında uçota 

alınması  üçün  texnoloji  vasitələr,  proqram  təminatı  və  kommunikasiya 

vasitələri ilə təmin edilməlidir. 

7.8.  Mübadilə  şöbəsində  müştərilərin  görə  biləcəyi  yerdə  aşağıdakı 

məlumatlar əks olunmalıdır: 

7.8.1. xüsusi elektron lövhədə (lövhənin üzərində bankın adı nəzərə 

çarpan  hərflərlə  yazılmalıdır)  nağd  xarici  valyutaların  manata  nisbətən 

alış və satış məzənnəsi; 

7.8.2. mübadilə şöbəsinin iş vaxtı; 

7.8.3. aparılan mübadilə əməliyyatlarının siyahısı; 

7.8.4.  tətbiq  olunduqda  göstərilən  xidmətlər  (aparılan  hər  bir 

əməliyyat) üzrə müəyyən edilmiş komisyon haqları; 

7.8.5. Mərkəzi Bank tərəfindən mübadilə şöbəsinə verilmiş icazənin 

surəti. 

7.9. Mübadilə şöbəsində aşağıdakı sənədlər saxlanılmalıdır: 

7.9.1.  işçilərin  işə  qəbul  edilməsi  barədə  sənəd  (əmək  müqaviləsi, 

əmrdən çıxarış); 




7.9.2. 

mübadilə 

şöbəsinin 

əsasnaməsi 

və 

iş 


rejiminin 

müəyyənləşdirilməsi barədə əmrdən çıxarış. 

7.10. Mübadilə şöbəsinin işçisində şəxsiyyətini təsdiq edən sənəd və 

ya  bankın  vəsiqəsi  olmalıdır.  İşçi  tərəfindən  öz  səlahiyyətlərinin  başqa 

şəxsə  verilməsinə  və  xəzinədar  otağına  kənar  şəxslərin  daxil  olmasına 

yol verilməməlidir. 

  

8. Əməliyyatların aparılması 

  

8.1. Mübadilə şöbələrində aşağıdakı əməliyyatlar həyata keçirilir: 



8.1.1. nağd xarici valyutanın nağd manatla alınması və satılması; 

8.1.2.  xarici  valyutada  yol  çeklərinin  nağd  manatla  və  nağd  xarici 

valyuta ilə alınması və satılması; 

8.1.3.  bir  xarici  dövlətin  nağd  valyutasının  digər  xarici  dövlətin 

nağd valyutası ilə alınması və satılması; 

8.1.4.  xarici  dövlətin  pul  nişanlarının  həmin  xarici  dövlətin  başqa 

pul nişanlarına dəyişdirilməsi; 

8.1.5. pos-terminal vasitəsilə müştərilərə nağd pulun verilməsi; 

8.1.6.  nağd  xarici  valyutanın  həqiqiliyin  yoxlanılması  üçün 

ekspertizaya qəbul edilməsi. 

8.2. Mübadilə şöbəsinin iş rejimi bank üzrə əmrlə müəyyən edilir. İş 

rejimi bank əməliyyatlarını bankın baş mühasibat kitabında  əks etdirən 

avtomatlaşdırılmış əməliyyat sisteminin iş rejimi ilə eyni olmalıdır. 

8.3.  Bankın  əmri  ilə  mübadilə  şöbələrinə  milli  və  xarici  valyutada 

avansın  məbləği  üzrə  limit  təyin  edilir.  Avanslar  bank  tərəfindən 

müəyyən  edilmiş  limit  həcmində  şöbəyə  əməliyyat  günü  müddətinə 

verilir. 

8.4. Tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və 

fiziki  xassələrinə  görə  fərqli  komisyon  haqlarının  müəyyən  edilməsinə 

yol verilmir. 

8.5.  Mübadilə  şöbəsində  bir  müştəriyə  500  (beş  yüz)  ABŞ  dollarına 

ekvivalent  məbləğdən  artıq  mübadilə  əməliyyatı  şəxsiyyəti  təsdiq  edən 

sənəd əsasında aparılır. 

8.6.  Əməliyyat  günü  ərzində  xarici  valyuta  və  ya  manat  vəsaitləri 

qurtardığı  hallar  istisna  olmaqla  mübadilə  şöbəsində  yalnız  alış  və  ya 

yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir. 




8.7.  Mübadilə  şöbəsində  aparılmış  hər  bir  mübadilə  əməliyyatı  və 

ya  digər  xidmət  şöbənin  (bankın)  əməliyyat  sisteminə  (kompüter 

proqramına) daxil edilir və müştəriyə bank çıxarışı verilir. 

8.8.  Bank  çıxarışında  əməliyyata  dair  aşağıdakı  məlumatlar  əks 

edilir: 

8.8.1. bankın adı, mübadilə şöbəsinin nömrəsi, ünvanı; 

8.8.2. əməliyyatın tarixi və vaxtı; 

8.8.3. əməliyyatın/xidmətin növü; 

8.8.4. xarici valyutanın məzənnəsi və ya xidmət haqqının məbləği; 

8.8.5.  qəbul  olunan  nağd  pulun/xarici  valyutada  yol  çekinin  adı, 

məbləği; 

8.8.6. verilən nağd pulun/xarici valyutada yol çekinin adı, məbləği; 

8.8.7. fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən 

sənədin  adı,  seriya  və  nömrəsi,  verilmə  tarixi,  təqdim  edən  dövlət 

orqanının adı (500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğindən artıq 

mübadilə əməliyyatı aparılarkən); 

8.8.8. mübadilə şöbəsinin məsul şəxsinin imzası və ştampı (ştampın 

üzərində bankın adı və mübadilə şöbəsinin nömrəsi olmalıdır). 

8.9. Mübadilə şöbəsi bankın avtomatlaşdırılmış əməliyyat sisteminə 

qoşulmalı, hər bir əməliyyat real vaxt rejimində və ya aparıldığı günün 

sonunadək  bankın  daxili  qaydalarına  uyğun  olaraq  baş  mühasibat 

kitabında uçota alınmalıdır. 

8.10. Müştəri tərəfindən mübadilə edilmək üçün və ya ekspertizaya 

təqdim  olunmuş  nağd  valyuta  (milli  və  ya  xarici)  şübhə  doğurduqda, 

onun  saxta  olması  əlamətləri  aşkar  edildikdə  mübadilə  şöbəsinin  işçisi 

həmin  nağd  valyutanı  təqdim  edən  şəxsin  şəxsiyyətini  təsdiq  edən 

sənədin  məlumatlarını  (şəxsiyyəti  təsdiq  edən  sənəd  təqdim 

olunmadıqda  müştərinin  soyadı,  adı,  atasının  adı,  yaşadığı  ünvan  və 

əlaqə vasitəsi (telefon, e-mail və ya digər) qeyd edilir), nağd valyutanın 

nömrəsini,  seriyasını,  emissiya  ilini  və  nominalını  xüsusi  arayışda 

(Əlavə  6)  qeyd  edərək  bir  nüsxəsini  müştəriyə  təqdim  etməli,  nağd 

valyutanı  şöbədə  saxlamalıdır.  Arayışın  digər  nüsxəsi  və  nağd  valyuta 

əməliyyat gününün sonunda banka təqdim olunmalıdır. 

8.11.  Bank  tərəfindən  ekspertizanın  həyata  keçirilməsi  Mərkəzi 

Bankın  bank  sistemində  pulların  ekspertizasının  təşkili  və  aparılması 

qaydalarını müəyyən edən normativ xarakterli aktı ilə tənzimlənir. 




8.12. Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə 

edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun 

maliyyələşdirilməsinə 

qarşı 

mübarizə 



haqqında” 

Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə riayət 

edilməlidir. 

  

9. Məzənnənin müəyyən edilməsi 

  

9.1.  Nağd  xarici  valyutanın  alış  və  satış  məzənnələri  banklar 



tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri 

ilə  təsdiqlənir  və  şöbələr  üzrə  fərqli  ola  bilər.  Əmrdə  şöbənin  nömrəsi, 

ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı 

əks  etdirilir.  Tədavülə  yararlı  olan  nağd  xarici  valyutanın  məbləğinə, 

buraxılış  ilinə,  keyfiyyətinə  və  fiziki  xassələrinə  görə  fərqli  məzənnələr 

təyin edilə bilməz. 

9.2. Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə 

bilər.  Əmr  faks,  elektron  poçt  və  ya  digər  vasitələrlə  şöbəyə  çatdırılır. 

Məzənnənin  dəyişdirilməsi  (dəyişmənin  vaxtı  və  tarixi  daxil  olmaqla) 

şöbənin  qeydiyyat  jurnalında  qeydə  alınır  və  şöbədə  quraşdırılmış 

lövhədə  əks  etdirilir.  Məzənnənin  müəyyən  edilməsi  barəsində  sənəd 

mübadilə şöbəsində günün sənədlərinə tikilir. 

9.3.  Mərkəzi  Bank  xarici  valyutanın  satış  məzənnəsinin  alış 

məzənnəsindən  kənarlaşma  həddini  müəyyən  etdikdə  mübadilə 

məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır. 

  

10. Əməliyyat gününün başa çatması və qiymətlilərin inkassasiyası 

  

10.1.  Mübadilə  şöbəsində  əməliyyat  günü  başa  çatdıqdan  sonra 



əməliyyatların uçotuna dair məlumatlar kassanın faktiki qalığı ilə hər bir 

valyuta növü üzrə yoxlanılır. 

10.2. Uçot məlumatları üzrə qalıqla faktiki kassa qalığı arasında fərq 

aşkar  edildikdə  mübadilə  şöbəsinin  inzibatçısı  kənarlaşmanı  müvafiq 

aktla rəsmiləşdirir. 

10.3.  Mübadilə  şöbəsində  əməliyyat  günü  başa  çatdıqdan  sonra 

günün sənədləri, nağd vəsaitlərin yekun qalığı, aparılmış əməliyyatların 



hər  bir  valyuta  üzrə  ümumiləşdirilmiş  hesabat  və  aşkar  edilmiş 

kənarlaşma barədə müvafiq akt banka təhvil verilir. 

10.4.  Bank  mübadilə  şöbəsinə  verilən  avans  vəsaitlərinin  və 

əməliyyat  gününün  yekun  qalığının  gündəlik  inkassasiyasını  təmin 

etməlidir.  İnkassasiya  bankın  daxili  qaydalarına  uyğun  olaraq  müvafiq 

nəqliyyat və mühafizə ilə təmin olunmaq şərtilə icra edilməlidir. 

  

11. Mübadilə şöbələrinin fəaliyyətinə nəzarət 

  

11.1. 



Banklar 

mübadilə 

şöbələrinin 

fəaliyyətinin 

təşkili, 

əməliyyatların  aparılması  və  uçotu,  məzənnənin  müəyyənləşdirilməsi, 

əməliyyat  gününün  yekunlaşdırılması,  hesabatlığın  təmin  edilməsi, 

inkassasiya xidmətinin göstərilməsi, təhlükəsizlik tədbirləri və nəzarətin 

həyata keçirilməsini tənzimləyən daxili qaydalara malik olmalıdır. 

11.2.  Bankın  daxili  audit  xidməti  mübadilə  şöbələrinin  fəaliyyətini 

yüksək risk kateqoriyalı fəaliyyət sahəsinə aid etməli və ildə bir dəfədən 

az olmayaraq mübadilə şöbəsində yoxlama həyata keçirməlidir. 

  

“Mübadilə şöbələrinin təşkili və 



mübadilə əməliyyatlarının aparılması 

Qaydaları”na 

Əlavə 1 

  

  



Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankına 


_______________________ 

“__” ________ 20___ -ci il 

№ _____ 

  

Ə R İ Z Ə 

  

________________________________________     



_______________________________ iclasının 

          (bankın adı) 

________________________________________________________________



________________   

(bankın idarəetmə orqanının adı) 

  

 “____”  ___________  20___-ci  il  tarixli  ___№-li  qərarına  uyğun  olaraq 



________________________________________________________________

________________ 

(mübadilə şöbəsinin ünvanı və nömrəsi) 

  

mübadilə şöbəsinin açılmasına icazə verilməsini xahiş edir. 



Əlavə: (təqdim  olunan  sənədlərin  siyahısı,  nüsxələri  və  hər  nüsxə 

üzrə vərəqlərin sayı). 

  

Mən,  aşağıda  imza  edən  bu  Ərizədə  və  ona  əlavə  edilən  bütün 



sənədlərdə  olan  məlumatların  düzgünlüyünü  təsdiq  edirəm  və  əmin 

edirəm  ki,  məndə  olan  məlumata  görə  onlar  dəqiq  və  tamdır.  Həmin 

məlumatlarda  baş  verən  əhəmiyyətli  dəyişikliklər  barədə  Azərbaycan 

Respublikası  Mərkəzi  Bankına  dərhal  məlumat  verməyi  öhdəmə 

götürürəm. 

Bankın İdarə Heyətinin sədrinin soyadı, adı, atasının adı və imzası 

   

                                                                                                



                                      ______________________________   

 ___________________________

___ 

  

  



  

Mübadilə şöbələrinin təşkili və 

mübadilə əməliyyatlarının aparılması 

Qaydaları”na 

Əlavə 2 

  

___________________________________________________________ 



(bankın adı) 

                         


_____________________________________________________________ 

                                               (bankın idarəetmə orqanının adı) 

  

P R O T O K O L N________ 

  

( ___ N-li PROTOKOLUNDAN ÇIXARIŞ*) 



  

Bakı şəhəri                           “____”_____________il 

  

  

İştirak etdilər: (səlahiyyətli idarəetmə orqanının üzvlərinin tam adları) 



Dəvət olunanlar: (tam adları və vəzifəsi) 

Gündəlik məsələ. 

1.______________________________________________________________

_________________ 

Eşidildi: (məsələnin  adı,  məruzəçinin  və  çıxış  edənlərin  adları  və 

soyadları). 

1.______________________________________________________________

_________________ 

Çıxış etdilər: (məruzənin və çıxışların qısa mətni) 

2.______________________________________________________________

_________________ 

Qərara alındı: (qəbul edilmiş qərar tam yazılmış şəkildə) 

3.______________________________________________________________

________________ 

Lehinə:_____  Əleyhinə:_____ 

  

  



Sədr: (imzası, adı və soyadı)________________________ 

Katib: (imzası, adı və soyadı)________________________ 

  

*

 Protokoldan çıxarış iclasın sədri və katibinin soyadları, adları və 



atalarının adları “əsli ilə düzdür” qeydi və qeydin tarixi göstərilməklə 

onların imzaları ilə təsdiq olunur. 

  

  



  

“Mübadilə şöbələrinin təşkili 

və mübadilə əməliyyatlarının 

aparılması Qaydaları”na 

Əlavə 3 

  

  



  

   


  

 

     



  

                   Şəkil  üçün 

yer 

  

  



Mübadilə şöbəsinin inzibatçısının 

ANKETİ∗ 


  

1. 


Adı ____________________________________________________________

_________ 

                       (soyadı, adı, atasının adı)                

2. 


Ünvanı 

________________________________________________________________

______ 

  

3. 



Doğulduğu 

tarix 


______________________________________________________________ 

                               (gün, ay, il) 

4. Doğulduğu 

yer_____________________________________________________________




__ 

                          (ölkə, şəhər/rayon)               

5. 

Vətəndaşlığı (ölkə)_______________________________________________



_________ 

  

6.  Şəxsiyyəti  təsdiq  edən  sənədin  seriya  və  nömrəsi,  verilmə  tarixi, 



təqdim 

edən 


dövlət 

orqanının 

adı_____________________________________________________________

_______ 


  

7. 


Əlaqə 

telefonu 

(ları)________________________________________________ (iş, 

ev, 


mobil) 

  

8. 



Faks 

nömrəsi 


(ləri) 

(əgər 


varsa) 

__________________________________________________ 

  

9. 


Elektron 

poçt 


ünvanı(ları) 

(əgər 


varsa) 

___________________________________________ 

  

  

10. Ailə vəziyyəti 



Yaxın  qohumları  (əri/arvadı,  valideyni,  qardaşı  və  bacısı,  övladı,  o 

cümlədən övladlığa götürülən): 

  

Soyadı, adı 



Təvəllüdü 

Qohumluğu 

  

  

  



  

11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar 

Bütün  digər  keçmiş  adları,  onlardan  istifadə  edilməsinin  və  ya 

dəyişdirilməsinin  səbəblərini,  habelə  istifadə  dövrünü  göstərin 

(nigahdan  əvvəlki  soyadınızı,  əvvəlki  nigahlardakı  soyadınızı,  qanuni 

olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı, və s.). 

  



Soyadı, adı 

İstifadə dövrü 

İstifadənin / 

dəyişdirilmənin 

səbəbləri 

  

  



  

  

12. Yaşayış yerləri barədə məlumatlar 

Son  beş  ildə  bütün  yaşayış  yerlərinizi  xronoloji  qaydada  göstərin 

(sonuncudan başlamaqla). 

  

Ölkə 


Şəhər / 

rayon 


Küçə 

Poçt 


indeksi 

Yaşadığınız müddət 

ay/il 

ay/il


-dən 

-dək


  

  

  



  

  

  



13. Təhsili və peşə təcrübəsi barədə məlumatlar 

a) Təhsil barədə məlumatları göstərin  

  

  

b)  İxtisas  dərəcənizi  müəyyənləşdirmək  üçün  mühüm  hesab  etdiyiniz 



hər  hansı  başqa  məlumatları  (ixtisas  üzrə  yerli  və  ya  beynəlxalq 

seminarlarda,  treyninq-kurslarda,  simpoziumlarda  və  s.  tədbirlərdə 

iştirak) təqdim edin. 

________________________________________________________________

________________ 

  

14. İş yeri barədə məlumatlar 

a)  İş  yeriniz  və  ya  müstəqil  məşğuliyyətiniz  barədə  aşağıdakı 

Təhsil 

müəssisəsinin 



adı 

Təhsil müddəti 

Aldığı ixtisası 

Diplom 


və ya 

təhsil 


haqqında 

digər 


sənədin 

nömr


  

  

  



  


məlumatları  xronoloji  qaydada  göstərin  (sonuncu  iş  yerindən 

başlayaraq). Bütün işsizlik dövrlərini və əvvəlki işdən çıxma səbəblərini 

göstərin. 

Təşkilatın 

adı: 

________________________________________________________________



___ 

Ünvanı:_________________________________________________________

________________ 

                     (Ölkə, şəhər/ rayon, küçə, poçt indeksi)          

İşəgötürənin 

soyadı, 


adı 

__________________________________________________________ 

İşəgötürənin 

vəzifəsi 

_____________________________________________________________ 

Telefon 


nömrəsi 

________________________________________________________________

  

Tutduğunuz 



vəzifə___________________________________________________________

____ 


İşləmə dövrü:    _________ -dən  ____________ - dək 

İşdən çıxmanın səbəbləri 

_________________________________________________________ 

(sizin işdən azad edilməyiniz və  ya hər hansı işdən öz xahişinizlə çıxıb 

getməyin təklif edilməsi hallarının olub-olmadığını göstərin) 

Müstəqil 

fəaliyyət 

növü 


__________________________________________________________ 

  

15. Müxtəlif məlumatlar 

Hər  hansı  maliyyə  təşkilatından  şəxsi  məqsədlər  üçün  aldığınız  kredit, 

təmsil  olunduğunuz  və  ya  işlədiyiniz  təşkilatın  krediti  və  ya  tapşırıq 

verən kimi çıxış etdiyiniz kredit üzrə ödəniş, girov təminatı, gecikdirmə 

və  ya  kreditlə  əlaqədar  digər  öhdəliklərin  pozulmasına  nə  vaxtsa  yol 

vermisinizmi? Belə faktlar olmuşsa, bu barədə ətraflı məlumat göstərin. 

________________________________________________________________

________________ 




________________________________________________________________

________________ 

  

Mən,  aşağıda  imza  edən,  Anketdə  olan  məlumatların  düzgünlüyünü 



təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər 

barədə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankına  məlumat  verməyi 

öhdəmə götürürəm. 

       


            İmza:  

 Tarix: 


  

  

  




  

“Mübadilə şöbələrinin təşkili 

və mübadilə əməliyyatlarının 

aparılması Qaydaları”na 

Əlavə 4 

  

  

Vətəndaş qüsursuzluğuna dair 

  

Ə R İ Z Ə  

  

________________________________________________________________

_________ 

(soyadı, adı, atasının adı) 

  

Aşağıdakı faktların olmadığını təsdiq edirəm: 

  

  

- məhkumluq; 



- mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır 

cinayətlərə görə keçmişdə cinayət məsuliyyətinə cəlb olunma; 

-  məhkəmə  qərarı  ilə  müəyyən  vəzifənin  tutulmasının  və  ya  peşə 

fəaliyyətinin həyata keçirilməsinin qadağan olunması; 

- məhkəmə qaydasında müflis elan edilməsi. 

  

  



______________________              _____________________ 

  (imza)                                                (tarix)                 

  

  

  



  


“Mübadilə şöbələrinin təşkili və mübadilə 

əməliyyatlarının aparılması Qaydaları”na  Əlavə 5 

  

  

Azərbaycan Respublikasının Mərkəzi Bankına 



___________________________   

  

“___” ___________ 20___-ci il 



  

№ _________ 



  

Mübadilə şöbəsinin ləğv edilməsinə dair 

  

Ə R İ Z Ə 

  

________________________________  ________________________________________________ 



(bankın adı)                                      (bankın idarəetmə orqanının adı) 

  

“_____” ______________20_____ -ci il tarixli _____№-li qərarına uyğun olaraq 



_________________________________________________________________________________ 

_________________________________________________________________________________ 

(ləğvin səbəbləri) 

_________________________________________________________________________________ 

(mübadilə şöbəsinin ünvanı və nömrəsi) 

  

mübadilə şöbəsinin ləğv edilməsini xahiş edir. 



  

Bankın İdarə Heyəti sədrinin soyadı, adı, atasının adı və imzası 

                                   

                                

                                _____________________________ 

  

                                _____________________________ 



  

  

  




  


  

“Mübadilə şöbələrinin təşkili 

və mübadilə əməliyyatlarının 

aparılması Qaydaları”na 

Əlavə 6 

  

  



Həqiqiliyi şübhə doğurmuş nağd valyutanın ekspertizaya qəbul 

edilməsi barədə 

  

Arayış 

  

 “___”__________20_



__ il 

  

  



Vətəndaş________________________________________________________

________________ 

                                                   (soyadı, adı, atasının adı) 

________________________________________________________________

________________ 

(şəxsiyyəti təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verilmə tarixi, 

verildiyi orqan) 

  

Ekspertiza üçün 



________________________________________________________________

(adı, nominalı, seriyası, nömrəsi, emissiya ili, emitent 



bankın adı) 

  

___________________________________________________ şübhəli pul 



nişanı götürülmüşdür 

  

Həmin pul nişanı müvafiq qaydada ekspertiza ediləcəkdir. 



  

Mübadilə şöbəsinin rəhbəri    




________________________________________________ 

     (soyadı, adı və imzası) 

Ştamp 

  

Arayış iki nüsxədə tərtib edilir: 



1-ci nüsxə müştəriyə verilir, 2-ci nüsxə günün sənədlərinə tikilir 

 

 



Yüklə 142,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə