Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə14/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   10   11   12   13   14   15   16   17   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə 69. Hal şahidləri 
  
69.1.  İşin  nəticəsində  maraqlı  olmayan  yetkinlik  yaşına  çatmış  şəxslər 
inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün 
icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi 
dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. 
69.2.  Şəxsi  axtarış,  əşyaların  yoxlanılması,  nəqliyyat  vasitəsinə  baxış, 
əşyaları  və  sənədləri  götürmə,  eləcə  də  sərxoşluq  vəziyyətinin  müayinəsi 
aparılarkən hal  şahidlərinin  iştirakı məcburidir. Hal şahidləri onların  iştirakı 
ilə  həyata  keçirilən  prosessual  hərəkətləri,  onların  məzmununu  və  nəticəsini 
protokolda öz imzası ilə təsdiq edirlər. 
69.3.  Hal  şahidlərinin  inzibati  xəta  haqqında  iş  üzrə  icraatda  iştirak 
etmələri protokolda qeyd edilir. 
69.4.  İnzibati  xəta  haqqında  iş  üzrə  prosessual  hərəkətlər  barəsində  hal 
şahidlərinin qeydləri protokolda göstərilir. 
69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-
ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər. 
  
Maddə 70. Mütəxəssis 
  
70.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, 
sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə 
texniki  vasitələrin  tətbiq  edilməsində  kömək  göstərilməsi  üçün  xüsusi  biliyə 
malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs 
tərəfindən  inzibati  xətalar  haqqında  iş  üzrə  icraatda  iştirak  etmək  üçün 
mütəxəssis kimi dəvət olunur. 
70.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır: 
70.2.1.  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli 
orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək
70.2.2. 
sübutların 
aşkar 
edilməsində, 
götürülməsində, 
rəsmiləşdirilməsində iştirak etmək; 
70.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək; 
70.2.4. yerinə yetirdiyi hərəkətlərin məzmununu və nəticəsini protokolda 
öz imzası ilə təsdiq etmək


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri 
olduqda, mütəxəssisi dəvət etmiş hakimə, səlahiyyətli vəzifəli şəxsə özü-özünə 
etiraz etmə haqqında məlumat vermək. 
70.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır: 
70.3.1.  iştirak  etdiyi  prosessual  hərəkətin  predmetinə  aid  olan  iş  üzrə 
materiallarla tanış olmaq; 
70.3.2.  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli 
orqanın  (vəzifəli  şəxsin)  icazəsi  ilə  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə 
icraat  aparılan  şəxsə,  zərər  çəkmiş  şəxsə,  şahidlərə  iştirak  etdiyi  prosessual 
hərəkətin predmetinə aid olan suallar vermək
70.3.3. aparılan hərəkətlərə dair qeydlər etmək və izahatlar vermək. 
70.4.  Bilə-bilə  yalan  izahat  verməsinə  görə  inzibati  məsuliyyət  haqqında 
mütəxəssisə  xəbərdarlıq  edilir.  Mütəxəssis  öz  vəzifələrini  yerinə  yetirməkdən 
imtina  etdikdə  və  ya  çağırış  üzrə  gəlməyə  qəsdən  boyun  qaçırdıqda  o,  bu 
Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir. 
  
Maddə 71. Ekspert 
  
71.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün 
ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi 
biliyə  malik  olan  və  inzibati  xəta  haqqında  işin  nəticəsində  şəxsən  maraqlı 
olmayan şəxs ekspert kimi dəvət olunur. 
71.2. Ekspertin vəzifələri aşağıdakılardır: 
71.2.1.  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli 
orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək; 
71.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli 
tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy 
vermək; 
71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri 
olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) 
özü-özünə etiraz etmə haqqında məlumat vermək. 
71.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat 
obyektləri  və  iş  üzrə  materiallar  rəy  verilməsi  üçün  yararsız  olduqda  və  ya 
kifayət qədər olmadıqda ekspert rəy verməkdən imtina edir. 
71.4. Ekspertin aşağıdakı hüquqları vardır: 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
71.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq; 
71.4.2. iş  üzrə rəy  verilməsi  üçün zəruri  olan  əlavə  materialların  təqdim 
olunması barədə vəsatət vermək
71.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması 
üçün  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli  orqanın 
(vəzifəli  şəxsin)  icazəsi  ilə  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə suallar vermək; 
71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın predmetinə aid olan və 
iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək. 
71.5.  Bilə-bilə  yalan  rəy  verməsinə  görə  inzibati  məsuliyyət  haqqında 
ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina 
etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə 
nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir. 
  
Maddə 72. Tərcüməçi 
  
72.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, 
yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati 
xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər. 
72.2.  Tərcüməçi  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. 
72.3.  Tərcüməçi  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin, 
səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  çağırışı  üzrə  gəlməyə  və  ona  tapşırılan 
tərcüməni  tam  və  dəqiq  yerinə  yetirməyə  və  tərcümənin  düzgünlüyünü  öz 
imzası ilə təsdiq etməyə borcludur. 
72.4. Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri 
olduqda, tərcüməçi onu dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etiraz 
etmə haqqında məlumat verməlidir. 
72.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati məsuliyyət haqqında 
tərcüməçiyə  xəbərdarlıq  edilir. Tərcüməçi təyin olunmuş  şəxs  öz  vəzifələrini 
yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun 
qaçırdıqda  o,  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  inzibati  məsuliyyətə 
cəlb edilir. 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə