Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə2/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   2   3   4   5   6   7   8   9   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Ümumi hissə 
  
I BÖLMƏ 
  
Ümumi müddəalar 
  
FƏSİL 1 
  
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun 
vəzifələri və prinsipləri 
  
Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi 
  
1.1.  Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyi  bu 
Məcəllədən ibarətdir. 
1.2.  Bu Məcəllə  Azərbaycan  Respublikasının  Konstitusiyasına, hamılıqla 
qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. 
1.3.  İnzibati  məsuliyyət  müəyyən  edən  və  inzibati  xəta  törətmiş  şəxsin 
tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan 
sonra tətbiq edilir. 
  
Maddə 
2. 
Azərbaycan 
Respublikasının 
inzibati 
xətalar 
qanunvericiliyinin vəzifələri 
  
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri 
insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin 
sanitariya-epidemioloji  salamatlığını,  ictimai  mənəviyyatı,  mülkiyyəti, 
şəxslərin  iqtisadi  maraqlarını,  ictimai  qaydanı  və  ictimai  təhlükəsizliyi,  ətraf 
mühiti, 
idarəçilik 
qaydalarını 
qorumaqdan, 
qanunçuluğu 
möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 
  
Maddə 3. İnzibati məsuliyyətin əsasları 
  
Yalnız  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  inzibati  xətanın  törədilməsində 
təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
əməli  (hərəkət  və  ya  hərəkətsizliyi)  törətmiş  şəxs  inzibati  məsuliyyətə  cəlb 
olunur. 
  
Maddə 
4. 
Azərbaycan 
Respublikasının 
inzibati 
xətalar 
qanunvericiliyinin prinsipləri 
  
Bu  Məcəllə  insan  və  vətəndaş  hüquqlarına  və  azadlıqlarına  hörmət 
edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, 
ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 
  
Maddə  5.  İnsan  və  vətəndaş  hüquqlarına  və  azadlıqlarına  hörmət 
edilməsi prinsipi 
  
5.1.  İnsan  və  vətəndaş  hüquqları  və  azadlıqları  ali  dəyərə  malikdir.  Bu 
hüquqların  və  azadlıqların  pozulmasına  yol  verən  bütün  dövlət  orqanları 
(vəzifəli şəxslər) məsuliyyət daşıyırlar. 
5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət 
orqanları  (vəzifəli  şəxslər)  tərəfindən  pozulmasının  qarşısının  alınmasını  və 
onlara hörmət olunmasını təmin edir. 
5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri 
tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin 
edilməsinə yol verilmir. 
  
Maddə 6. Qanunçuluq prinsipi 
  
6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq 
edilir. 
6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq 
edilərkən  qanunvericiliyin  tələblərinə  əməl  olunması  yuxarı  orqanların  və 
vəzifəli  şəxslərin  idarə  nəzarəti  ilə,  məhkəmə  və  prokuror  nəzarəti  ilə  və 
şikayət etmək hüququ ilə təmin edilir. 
6.3.  Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin 
analogiya üzrə tətbiqinə yol verilmir. 
  
Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
7.1.  İnzibati  xəta  törətmiş  şəxslər  irqindən,  milliyyətindən,  dinindən, 
dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, 
əqidəsindən  və  digər  hallardan  asılı  olmayaraq  qanun  qarşısında 
bərabərdirlər. Bu  maddədə  nəzərdə  tutulmuş  əsaslara  görə  heç  kəs  inzibati 
məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. 
7.2. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun arvadının 
(ərinin) 
inzibati 
məsuliyyətlə 
bağlı 
toxunulmazlığı 
“Azərbaycan 
Respublikasının  keçmiş  Prezidentinin  və  onun  ailə  üzvlərinin  təminatı 
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir. 
7.3.  Hüquqi  şəxslər  mülkiyyət  formasından,  yerləşdiyi  yerdən,  təşkilati-
hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb 
edilirlər. 
  
Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 
  
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri 
bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  sübuta  yetmədikdə  və  bu,  inzibati 
xəta  haqqında  iş  üzrə  icraata  baxmış  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli 
şəxsin)  qüvvəyə  minmiş  qərarı  ilə  müəyyən  edilmədikdə  o,  təqsirsiz  hesab 
edilir. 
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə 
borclu deyildir. 
8.3.  İnzibati  məsuliyyətə  cəlb  olunan  şəxsin  təqsirli  olması  barəsində 
şübhələr onun xeyrinə həll edilir. 
  
Maddə 9. Ədalətlilik prinsipi 
  
9.1.  İnzibati  xəta  törətmiş  şəxs  haqqında  tətbiq  edilən  tənbeh  ədalətli 
olmalıdır,  yəni  inzibati  xətaların  xarakterinə,  onun  törədilməsi  hallarına və 
inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 
9.2.  Bir  inzibati  xətaya  görə  heç  kim  iki  dəfə  inzibati  məsuliyyətə  cəlb 
oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb 
olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə 
cəlb olunur. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə