Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə3/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   2   3   4   5   6   7   8   9   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi 
  
Dövlət  orqanları  və  bələdiyyələr  inzibati  xətaların  qarşısının  alınması, 
inzibati  xətaların  törədilməsinə  kömək  edən  səbəblərin  və  şəraitin  aşkar 
edilməsi  və  aradan  qaldırılması,  vətəndaşların  hüquq  şüurunun  və 
mədəniyyətinin  yüksəldilməsi  və  Azərbaycan  Respublikasının  qanunlarına 
ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və 
həyata keçirirlər. 
  
Maddə 
11. 
Azərbaycan 
Respublikasının 
inzibati 
xətalar 
qanunvericiliyinin qüvvəsi 
  
11.1.  Azərbaycan  Respublikasında  inzibati  xətalar  haqqında  işlər  üzrə 
icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra 
edilməsi  həmin  vaxtda  qüvvədə  olan  Azərbaycan  Respublikasının  inzibati 
xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan 
qaldıran  normativ  hüquqi  aktların  geriyə  qüvvəsi  vardır,  yəni  həmin  aktlar 
onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq 
etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 
11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti 
gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 
  
FƏSİL 2 
  
İnzibati xəta və inzibati məsuliyyət 
  
Maddə 12. İnzibati xəta anlayışı 
  
12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd 
olan,  təqsirli  sayılan  (qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilən)  və  inzibati 
məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab 
olunur. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
12.2.  Bu  Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulan  əməllərə  görə 
inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb 
olmasın. 
  
Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi 
  
İnzibati  xəta  törətmiş  şəxs  öz  əməlinin  (hərəkətinin  və  ya 
hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini 
qabaqcadan  görmüş  və  bunları  arzu  etmişdirsə,  yaxud  belə  nəticələrin  baş 
verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab 
olunur. 
  
Maddə 14. İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi 
  
İnzibati  xəta  törətmiş  şəxs  öz  əməlinin  (hərəkətinin  və  ya 
hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, 
lakin  kifayət  qədər  əsas  olmadan  onların  qarşısını  alacağını  güman 
etmişdirsə,yaxud  bu  nəticələrin  baş  verəcəyini lazımi  diqqət  və  ehtiyatlılıq 
göstərərək qabaqcadan  görməli  olduğu  və  görə  biləcəyi  halda,  onları 
görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 
  
Maddə 15. Anlaqsızlıq 
  
Hüquqazidd  əməl  (hərəkət  və  ya  hərəkətsizlik)  törədən  zaman  şəxs 
anlaqsız  vəziyyətdə  olduqda,  yəni  xroniki  psixi  xəstəlik,  psixi  fəaliyyətin 
müvəqqəti  pozulması,  kəmağıllıq  və  ya  başqa  psixi  xəstəlik  nəticəsində  öz 
əməlinin  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etmək  və  ya  onu 
idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. 
  
Maddə 16. Fiziki şəxslərin inzibati məsuliyyəti 
  
16.1.  İnzibati  xəta  törədərkən  on  altı  yaşı  tamam  olmuş  fiziki  şəxslər 
inzibati məsuliyyətə cəlb olunurlar. 
16.2.  İnzibati  həbs  və  ya  ictimai  işlər  növündə  inzibati  tənbeh  nəzərdə 
tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
və təhsili nəzərə alınmaqla ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on 
səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının 
müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və 
onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ 
nömrəli  Qanunu  ilə  təsdiq  edilmiş  “Yetkinlik  yaşına  çatmayanların  işləri  və 
hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən 
edilmiş təsir tədbirləri tətbiq edilə bilər. 
16.3.  İntizam  nizamnamələrində  bilavasitə  nəzərdə  tutulmuş  hallarda 
hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə 
ümumi  əsaslarla  inzibati  məsuliyyət  daşıyırlar.  Göstərilən  şəxslərə  inzibati 
həbs,  müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçularına  və  hərbi  qulluqçu 
hazırlayan  xüsusi  təyinatlı  təhsil  müəssisələrinin  kursantlarına  isə  həmçinin 
ictimai işlər tətbiq edilə bilməz. 
16.4.  İnzibati  tənbeh  tətbiq  etmə  hüququ  olan  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində 
inzibati  tənbeh  tətbiq  etmək  əvəzinə,  inzibati  xəta  törətmiş  şəxsin  intizam 
məsuliyyətinə  cəlb  olunması  məsələsinin  həll  edilməsi  üçün  inzibati  xətalar 
haqqında  işlər  üzrə  materialları müvafiq  icra  hakimiyyəti  orqanına verə 
bilərlər. 
16.5.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 
Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla 
inzibati məsuliyyətə cəlb olunurlar. 
16.6. 
Azərbaycan 
Respublikasının 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan 
istifadə  edən  əcnəbilərin  Azərbaycan  Respublikasının  ərazisində  törətdikləri 
inzibati  xətalara  görə  məsuliyyət  məsələsi  beynəlxalq  hüquq  normalarına 
uyğun olaraq həll edilir. 
Qeyd:
 
1.  Bu  Məcəllənin  16.3-cü  maddəsində  “hərbi  qulluqçular”  dedikdə, müvafiq  icra  hakimiyyəti 
orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi 
hərbi  xidmət  hərbi  qulluqçuları  və  hərbi  qulluqçu  hazırlayan  xüsusi  təyinatlı  təhsil  müəssisələrinin 
kursantları başa düşülür.
 
2.  Bu  Məcəllədə  “əcnəbi”  dedikdə,  Azərbaycan  Respublikasının  vətəndaşı  olmayan  və  başqa 
dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür.
 
3.  Bu  Məcəllədə  “vətəndaşlığı  olmayan  şəxs”  dedikdə, heç  bir  dövlət  tərəfindən  onun  qanununa 
əsasən vətəndaş hesab edilməyən şəxs başa düşülür.
 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə