Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə5/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   2   3   4   5   6   7   8   9   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız 
əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. 
23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti  olmuş  predmetin  müsadirəsi,  fiziki  şəxsə  verilmiş  xüsusi  hüququn 
məhdudlaşdırılması,  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 
inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi 
tətbiq edilə bilər. 
23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq 
edilə bilər. 
  
Maddə 24. Xəbərdarlıq 
  
24.1.  Xəbərdarlıq  inzibati  tənbeh  növü  olmaqla,  hüquqazidd  əməlin 
yolverilməzliyi  barədə  şəxslərə  edilən  rəsmi  xəbərdaredici  tədbirdir. 
Xəbərdarlıq yazılı formada edilir. 
24.2.  Xəbərdarlıq  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində 
nəzərdə  tutulduqda  o  halda  tətbiq  olunur  ki,  həmin  maddədə  nəzərdə 
tutulmuş  xətaya  görə  şəxs  ilk  dəfə  inzibati  məsuliyyətə  cəlb  olunur  və  xəta 
nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. 
  
Maddə 25. İnzibati cərimə 
  
25.1.  İnzibati  cərimə  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən 
dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 
25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna 
bilər: 
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati 
xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri
25.2.2.  inzibati  xəta  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin) 
miqdarı; 
25.2.3.  inzibati  xətanın  başa  çatdığı  və  ya  onun  qarşısının  alındığı  vaxt 
ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
25.3.  İnzibati  xətalara  görə  Azərbaycan  Respublikasının  diplomatik 
nümayəndəlikləri və konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr 
həmin nümayəndəlik və konsulluqların yerləşdiyi xarici ölkənin valyutası ilə 
tutulur. 
25.4.  Manatla  hesablanan  və  inzibati  xətaya  görə  fiziki  şəxsdən  alınan 
inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati 
cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin 
məbləği əlli min manatdan artıq ola bilməz. 
25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən 
cərimənin məbləği həmin  predmetin  dəyərinin  yüz  faizindən,  ödənilməmiş 
ödənişlərin,  vergilərin  məbləği  ilə  ölçülən  cərimənin məbləği isə  həmin 
ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. 
25.6. İnzibati  xəta  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin) 
miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on 
mislindən artıq ola bilməz. 
25.7. Bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə 
şərti olaraq tətbiq edilir.
 
25.8. Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  inzibati  cərimə 
Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. 
  
Maddə  26.  İnzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın 
bilavasitə obyekti olmuş predmetin müsadirəsi 
  
26.1.  İnzibati  xəta  törətmiş  şəxsin  xüsusi  mülkiyyətində  olan,  inzibati 
xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin  müsadirəsi  bu  Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulmuş 
hallarda  həmin  predmetin  məcburi  qaydada  və  ödənişsiz  dövlətin 
mülkiyyətinə keçməsindən ibarətdir. 
26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 
26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı 
və digər ov alətləri müsadirə edilə bilməz. 
26.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən edilir. 
  
Maddə 27. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
27.1. Fiziki  şəxs  ona verilmiş  xüsusi  hüquqdan  istifadə  qaydasını  kobud 
şəkildə  və  ya  müntəzəm  pozduqda  həmin  hüquq  bu  Məcəllənin  Xüsusi 
hissəsində  nəzərdə  tutulmuş  hallarda  iki  aydan  iki  ilədək  müddətə 
məhdudlaşdırılır. 
27.2.  Bu  Məcəllənin  327.7-ci  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna 
olmaqla,  fiziki  şəxsə  verilmiş  xüsusi  hüququn  məhdudlaşdırılması  yalnız 
hakim tərəfindən tətbiq edilir. 
27.3.  Bu  Məcəllənin 327.8,  333,  342.8  və  343-cü  maddələrində  nəzərdə 
tutulmuş hallar  istisna  olmaqla,  nəqliyyat  vasitələrindən  əlilliyi  ilə  əlaqədar 
istifadə  edən  şəxslərin  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ 
məhdudlaşdırıla bilməz. 
27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən 
xətaların  yol  verilməsinə  görə  sürücülər  bir  il  ərzində  20  və  daha  çox  bal 
topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə 
etmək hüququ məhdudlaşdırılır. 
27.5. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla 
bilməz.
 
 
 
Maddə 28. İctimai işlər 
  
28.1. İctimai  işlər, barəsində  ictimai  işlər  növündə  inzibati  tənbeh  tətbiq 
edilən  şəxsin  əsas  işindən  və  ya  təhsilindən  asudə  vaxtlarında  haqqı 
ödənilmədən  cəmiyyətin  xeyrinə  ictimai  faydalı  işlər  yerinə  yetirməsindən 
ibarətdir.  Belə  işlərin  növləri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
müəyyən edilir. 
28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 
28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən 
edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 
28.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 
28.4.1.  birinci  və  ikinci  qrup  əlillərə,  sağlamlıq  imkanları  məhdud 
uşaqlara; 
28.4.2. hamilə qadınlara; 
28.4.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara; 
28.4.4. səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə