Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə7/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   2   3   4   5   6   7   8   9   10   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
33.2.  İnzibati  tənbeh  tətbiq  edilərkən  bu  Məcəllənin  33.1.1  -  33.1.7-ci 
maddələrində  göstərilməmiş  hallar  cəzanı  ağırlaşdıran  hal  qismində  nəzərə 
alına bilməz. 
33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta 
tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati 
tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. 
  
Maddə  34.  Bir  neçə  inzibati  xəta  törədildikdə,  inzibati  tənbeh  tətbiq 
etmə 
  
34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində 
hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 
34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya 
dair  işlərə  baxılması  eyni  orqanın  səlahiyyətinə  aiddirsə,  həmin  işlərə  eyni 
vaxtda baxılmalıdır. 
34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə 
inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin 
şəxs  daha  ciddi  xətaya  görə  müəyyən  edilmiş  sanksiya  çərçivəsində  tənbeh 
edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş 
əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 
34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi 
bir  neçə  inzibati  xətaya  dair  işlərə  baxılması  eyni  orqanın  səlahiyyətinə 
aiddirsə,  barəsində  inzibati  icraat  aparılan  şəxsə  tətbiq  olunan  tənbeh  bu 
Məcəllənin  25.4,  27.1,  28.3,  29.3  və  30.1-ci  maddələrində  müəyyən  edilmiş 
hədlərdən artıq ola bilməz. 
 
 
Maddə 35. Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün 
tələb olunan müddət 
  
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi 
gündən  etibarən  bir  il  ərzində  yeni  inzibati  xəta  törətməmişdirsə,  o,  inzibati 
məsuliyyətə cəlb edilməmiş hesab olunur. 
  
Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
36.1.  İnzibati  xəta  haqqında  işə  baxarkən,  vurulmuş  əmlak  zərərinin 
əvəzinin  ödənilməsi  barədə  mübahisə  olmadıqda,  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli  şəxs)  inzibati  tənbeh  tətbiq  etməklə  eyni  vaxtda  vurulmuş  zərərin 
əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 
36.2.  İnzibati  xəta  haqqında  işə  baxarkən,  vurulmuş  əmlak  zərərinin 
əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə 
eyni  vaxtda  vurulmuş  zərərin  əvəzinin  ödənilməsi  barədə  məsələyə  yalnız 
hakim baxa bilər. 
36.3.  İnzibati  xəta  nəticəsində  vurulmuş  mənəvi  zərərin  əvəzinin 
ödənilməsi  məsələsi  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 
Məcəlləsinə uyğun olaraq həll edilir. 
  
Maddə  37.  İnzibati  həbs  nəzərdə  tutan  inzibati  xəta  törətmiş,  narkomaniyadan 
müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması
 
 
 
37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə 
ehtiyacı  olan  şəxslərə  inzibati  həbs  tənbeh  növü  tətbiq  edilərkən  məhkəmə  tərəfindən 
onlara  məcburi  müalicə  təyin  edilir  və  inzibati  həbs  növündə  inzibati  tənbeh  çəkilib 
qurtardıqdan sonra icra olunur.
 
37.2.  Məcburi  müalicənin  tətbiq  edilməsinin  məqsədi  bu  Məcəllənin  37.1-ci 
maddəsində  göstərilən şəxslərin  müalicə  olunmasından,  səhhətinin  və  psixoloji 
vəziyyətinin  yaxşılaşdırılmasından,  ixtisaslaşdırılmış  tibbi  yardım  və  sosial  qayğı 
göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin 
insan  psixikasına  təsir  göstərən  maddələrdən  sui-istifadəsinin  və  yeni  inzibati  xətalar 
törətməsinin qarşısının alınmasından ibarətdir.
 
37.3.  Barəsində  inzibati  həbs  tənbeh  növü  tətbiq  edilməklə  yanaşı,  tibbi  yoxlama 
nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs 
tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində 
olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar.
 
37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə 
bu  barədə  qanuni  qüvvəyə  minmiş  qərarının  surətini  icra  olunması  üçün 
ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi 
üçün icra məmuruna göndərir.
 
37.5.  Barəsində  narkomaniyadan  məcburi  müalicə  təyin  edilmiş  şəxs  inzibati  həbs 
müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi 
müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir.
 
37.6.  İxtisaslaşdırılmış  tibb  müəssisələrində  məcburi  müalicə  müvafiq  icra 
hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
37.7.  İxtisaslaşdırılmış  tibb  müəssisəsində  məcburi  müalicə  barədə  məhkəmə 
qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.
 
37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi 
müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması 
“Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  prekursorlarının  dövriyyəsi 
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin 
müəssisənin  müdiriyyətinin təqdimatı və  həkim-məsləhət  komissiyasının  rəyi  nəzərə 
alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.
 
  
FƏSİL 6 
  
İnzibati məsuliyyətdən azad etmə 
 
 
Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə
 
  
38.1.  İnzibati  tənbeh  inzibati  xətanın  törədildiyi  gündən  ən  geci  üç  ay 
keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin 
qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və 
ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin 
(qərarlarının)  qeydə  alınması  qaydaları, eləcə  də  maliyyə,  vergilərin  və 
rüsumların  ödənilməsi  qaydaları  əleyhinə  olan  inzibati  xətalara  görə,  habelə 
hüquqi  şəxslərin  dövlət  reyestri  üçün  zəruri  məlumatların  verilməməsinə, 
qeyri-hökumət  təşkilatları  haqqında  və  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 
vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına 
görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək 
verilə bilər. 
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam 
edən  inzibati  xətalara  münasibətdə  xətanın  aşkara  çıxarıldığı  gündən 
hesablanır. 
38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam 
verildikdə,  lakin  şəxsin  əməllərində  inzibati  xəta  tərkibinin  bütün  əlamətləri 
olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona 
xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək 
verilə bilər. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə