Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə8/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
38.4. On  altı  yaşından  on  səkkiz  yaşınadək  olan  yetkinlik  yaşına 
çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların 
işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiya  tərəfindən Azərbaycan 
Respublikasının  2002-ci  il  31  may  tarixli  336-IIQ  nömrəli  Qanunu  ilə  təsdiq 
edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə 
komissiyalar  haqqında  Əsasnamə”  ilə müəyyən  edilmiş  qaydada  müvafiq 
dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən 
geci üç ay keçənədək verilə bilər. 
38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda 
müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın 
törədildiyi  vaxtdan  iki  il  keçərsə,  qaçıb  gizlənən  şəxs  inzibati  məsuliyyətə  cəlb  oluna 
bilməz.
 
38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 
elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat 
vasitəsinin  istifadəçisi  üçün  internet  informasiya  resursunda  yaradılan  elektron 
kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
 
  
Maddə 39. Zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən 
azad etmə 
  
Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta 
haqqında  iş  üzrə  icraat  yalnız  zərər  çəkmiş  şəxsin  ərizəsinə  əsasən  başlanır, 
zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin 
iş üzrə icraata xitam verilir. 
  
II BÖLMƏ 
  
İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli 
şəxslər) 
  
FƏSİL 7 
  
Əsas qaydalar 
  
Maddə  40.  İnzibati  xətalar  haqqında  işlərə  baxmağa  səlahiyyəti  olan 
orqanlar (vəzifəli şəxslər) 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
40.0. İnzibati xətalar haqqında işlərə: 
40.0.1. rayon (şəhər) məhkəmələri; 
40.0.2.  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi 
üzrə komissiyalar (kollegial orqan); 
40.0.3. müvafiq  icra  hakimiyyəti  orqanları, Mərkəzi  Bank,  Mərkəzi  Bank 
yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar. 
  
Maddə  41.  Yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının 
müdafiəsi üzrə komissiyalar 
  
Bu  Məcəllənin  189.1,  189.3,  189.4,  512  və  522-ci  maddələrində  nəzərdə 
tutulmuş  inzibati  xətalara  dair  işlərə  baxan  yetkinlik  yaşına  çatmayanların 
işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyaların  (kollegial  orqanın) 
yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının 2002-ci il 31 may 
tarixli  336-IIQ  nömrəli  Qanunu  ilə  təsdiq  edilmiş  “Yetkinlik  yaşına 
çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyalar  haqqında 
Əsasnamə” ilə müəyyən olunur. 
  
Maddə 42. Vəzifəli şəxslərin səlahiyyəti 
  
42.1.  İnzibati  xətalar  haqqında  işlərə  baxmağa  səlahiyyəti  olan  vəzifəli 
şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri 
yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. 
42.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində 
nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin 
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
  
FƏSİL 8 
  
İnzibati xətalar haqqında işlərin aidiyyəti 
  
Maddə 43. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
43.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 
196, 197, 204 - 208, 221, 227, 229, 249, 251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 
272.1,  272.3,  284.2,  286,  290.3,  296.2,  325.1,  326,  327.8,  332.4  -  332.7,  333,  334, 
335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 
351, 353.4, 361, 363, 368 - 379, 381 - 383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 
412, 413, 428.7, 428.10, 431, 432.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 459.1, 
459.2,  464  -  466,  469.1  (auditorun  peşə  məsuliyyətinin  icbari  sığortasına 
münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 
515 - 517, 520, 523, 525 - 535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 
562.2,  563.2,  567  -  569,  571,  573,  574,  590  -  592,  594  -  596,  598  (monitorinqdə 
iştirak  edən  digər şəxslərə münasibətdə),  599  - 603, 605, 606.1, 608 və  609-cu 
maddələrində tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 
43.2.  Bu  Məcəllənin  54.2-ci  maddəsində  nəzərdə  tutulan inzibati  xətalar 
haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati 
xətalar  haqqında  işlər  üzrə  protokol  tərtib  etmək  səlahiyyəti  olan  vəzifəli 
şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
43.3.  Bu  Məcəllənin  43.1-ci  maddəsində  göstərilən  inzibati  xətalar 
haqqında  işlərə  baxmaq hüququ  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
həmçinin  səlahiyyətli  orqanlara  (vəzifəli  şəxslərə)  aid  edildikdə,  icraatında 
inzibati  xətalar  haqqında  iş  olan  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) inzibati 
xətanın  xarakterini,  inzibati  xəta  törədənin  şəxsiyyətini,  onun  təqsirinin 
dərəcəsini,  məsuliyyəti  ağırlaşdıran  halların  və  müsadirə  olunmalı  malların 
mövcudluğunu  nəzərə  alaraq,  şəxs  barəsində  müvafiq  maddənin 
sanksiyasında  nəzərdə  tutulan  xəbərdarlıq  və  ya  cərimə  inzibati  tənbeh 
tədbirlərindən  daha  ağır  tənbeh  tədbirinin  tətbiqi  üçün əsasların  olması 
qənaətinə  gəldikdə,  inzibati  xəta  haqqında  protokolu  baxılmaq  üçün 
məhkəməyə göndərir. 
43.4. Bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları 
hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati 
xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. 
  
Maddə 44. Müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə