Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə9/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   5   6   7   8   9   10   11   12   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Bu  Məcəllənin  40,  41  və 43-cü maddələrində  göstərilən  hallardan 
başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar 
haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. 
  
FƏSİL 9 
  
Səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən baxılmış inzibati 
xətalar haqqında işlər barədə elektron informasiya sistemləri və ehtiyatları 
  
Maddə  45.  Baxılmış  inzibati  xətalar  haqqında  işlər  barədə  elektron 
informasiya sistemləri və ehtiyatları 
  
45.1. Törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə 
məlumatların  uçotu,  sistemləşdirilməsi  və  saxlanılması  məqsədi  ilə  inzibati 
xətalar  haqqında  işlərə  baxmağa  səlahiyyəti  olan  orqanlar  (vəzifəli  şəxslər) 
baxdığı inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini 
(ehtiyatlarını)  (bundan  sonra  –  informasiya  ehtiyatı)  yaradır  və  həmin 
informasiya ehtiyatlarının fəaliyyətini təmin edir. 
45.2.  İnzibati  xətalar haqqında işlərə  baxmağa  səlahiyyəti  olan  orqanlar 
(vəzifəli  şəxslər)  inzibati  xəta  haqqında  iş  üzrə qərarın  qüvvəyə  mindiyi 
gün aşağıdakı  məlumatların  informasiya  ehtiyatına  daxil  edilməsini  təmin 
etməlidir: 
45.2.1. inzibati xəta törətmiş şəxs haqqında məlumat (soyadı, adı, atasının 
adı, fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, doğum tarixi, yaşayış yeri); 
45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti
45.2.3.  inzibati  xətaya  görə  məsuliyyət  nəzərdə  tutan  bu  Məcəllənin 
müvafiq maddəsi; 
45.2.4. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül 
zərər  vurulmuşdursa  və  ya  maddi  zərər  yetirilmişdirsə,  bu  hallar  barədə 
qeydlər; 
45.2.5. inzibati xəta haqqında işin baxılması tarixi və yeri
45.2.6.  inzibati  xəta  haqqında  iş  üzrə qərarı  çıxarmış  hakimin,  vəzifəli 
şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi
45.2.7. inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsi
45.2.8. tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
45.2.9. tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat; 
45.2.10.  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  üçün  zəruri  olan  digər 
məlumatlar. 
  
Maddə 46. İnformasiya ehtiyatının açıqlığı 
  
46.1. Barəsində  inzibati  tənbeh  tətbiq  edilmiş  şəxsə  informasiya  ehtiyatında  onun 
haqqında olan məlumatı əks etdirən çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti 
əsasında bir iş günü müddətində verilir.
 
46.2. Qanunda  nəzərdə  tutulmuş  səlahiyyətlərin  yerinə  yetirilməsi  ilə  əlaqədar 
dövlət  orqanlarına  informasiya  ehtiyatının  məlumatları  əsaslandırılmış  yazılı  sorğular 
əsasında verilir.
 
  
Maddə 47. İnformasiya ehtiyatında olan məlumatların mühafizəsi 
  
47.1.  İnzibati  xətalar  haqqında  işlərə  baxmağa  səlahiyyəti  olan  orqanlar 
(vəzifəli  şəxslər)  informasiya  ehtiyatında  olan məlumatlardan  yalnız  öz 
xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər. 
47.2.  İnzibati  xətalar  haqqında  işlərə  baxmağa  səlahiyyəti  olan  orqanlar 
(vəzifəli  şəxslər)  informasiya  ehtiyatında  olan məlumatların  mühafizəsini 
təmin  etməlidirlər.  Bu  Məcəllənin  46-cı  maddəsində  və  digər  qanunlarda 
müəyyənləşdirilmiş  hallar  istisna  edilməklə,  həmin  məlumatlar  açıqlana 
bilməz. 
47.3. İnformasiya ehtiyatında olan məlumatlar beş il müddətində saxlanılır.
 
 
 
III BÖLMƏ 
  
İnzibati xətalar haqqında işlər üzrə icraat 
  
FƏSİL 10 
  
Ümumi müddəalar 
  
Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  vəzifələri  şəxslərin 
hüquqlarını  və  azadlıqlarını,  onların  qanuni  mənafelərini  qorumaqdan, 
inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv 
surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu 
inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, 
habelə  inzibati  xətanın  törədilməsinə  kömək  edən  səbəbləri  və  şəraiti  aşkar 
etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 
  
Maddə 49. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dil 
  
49.1.  Azərbaycan  Respublikasında  inzibati  xətalar  haqqında  işlər  üzrə 
icraat  Azərbaycan  dilində,  yaxud  müəyyən  ərazidəki  əhalinin  çoxluq  təşkil 
edən hissəsinin dilində aparılır. 
49.2.  İşdə  iştirak  edən,  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın 
aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə 
məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə 
ilə  müəyyən  edilmiş  qaydada  tərcüməçinin  xidmətlərindən  istifadə  etmək 
hüququ ilə təmin olunur. 
  
Maddə 50. İnzibati xətalar haqqında işlərə açıq baxılması 
  
50.1. Dövlət  və  ya  kommersiya  sirrinin, şəxsi  və  ailə  sirlərinin, yaxud 
qanunla  qorunan  digər sirlərin  yayılmasına  gətirib  çıxara  bilən  hallar, 
həmçinin  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  iştirak  edən  şəxslərin, 
onların  yaxın  qohumlarının  təhlükəsizliyinin  təmin  edilməsi  halları  istisna 
olmaqla, inzibati xətalar haqqında işlərə açıq baxılır. 
50.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu 
halda, bu barədə qərardad qəbul edilir. 
  
Maddə  51.  İnzibati  xəta  haqqında  iş  üzrə  məlumatların  yayılmasının 
yolverilməzliyi 
  
51.1. İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati 
xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin),  belə 
məlumatlar zərər çəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərər 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə