Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə98/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   90   91   92   93   94   95   96   97   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş 
min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 598. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 
mübarizə haqqında qanunvericiliyin pozulması 
  
598.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 
haqqında qanunvericiliyin pozulmasına, yəni: 
598.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər 
tərəfindən 
müştərinin, 
onun 
nümayəndəsinin 
və 
ya 
benefisiarın 
eyniləşdirilməsi,  verifikasiyası  və  məlumatın  sənədləşdirilməsi  ilə  bağlı 
tələblərə riayət olunmamasına; 
598.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər 
tərəfindən  eyniləşdirmə  sənədlərinin  və  pul  vəsaitləri  və  ya  digər  əmlakla 
əməliyyatlara  dair  sənədlərin  saxlanması  ilə  bağlı  vəzifələrin  yerinə 
yetirilməməsinə; 
598.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak 
edən  digər  şəxslər  tərəfindən  daxili  nəzarət  sisteminin  tətbiq  edilməməsinə, 
yaxud tam tətbiq edilməməsinə; 
598.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər 
tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının “Cinayət 
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına 
və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan 
Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  verdikləri  yazılı 
göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə
598.0.5.  monitorinq  iştirakçıları  və  ya  monitorinqdə  iştirak  edən  digər 
şəxslər  tərəfindən  məlumatların  təqdim  edilməsinə  və  əməliyyatların  icra 
edilməməsinə dair “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 
mübarizə  haqqında” Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən 
edilmiş tələblərin pozulmasına; 
598.0.6.  monitorinq  iştirakçısı  və  ya  monitorinqdə  iştirak  edən  digər 
şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
o  cümlədən  sorğulara  cavab  verilməməsinə,  tələb  olunan  sənədlərin  və 
məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə- 
vəzifəli  şəxslər  səkkiz  yüz  manatdan  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 599. Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” 
dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin 
sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsi 
  
Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron 
məlumat  sisteminə  qoşulmamasına  və  ya  məlumatların  həmin  sistemə 
vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə- 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki 
min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 600. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam 
və ya düzgün verilməməsi 
  
Dövlət  qulluğuna  qəbul  edilən  şəxslər  və  digər  dövlət  qulluqçuları 
haqqında  qanunvericiliklə  müəyyən  edilmiş  məlumatların  müvafiq  dövlət 
orqanları  tərəfindən  Azərbaycan  Respublikasının  Dövlət  Qulluqçuları 
Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə- 
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  601.  Hüquq  müəyyən  edən  sənədlərin  verilməsi  üçün 
qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edilməsi 
  
Hüquq 
müəyyən 
edən 
sənədlərin 
verilməsi 
üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə- 
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  602.  Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  tənzimlənməsi  və 
sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması
 
 
 
602.1.  Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  vahid  məlumat  reyestrində 
qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə -
 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
602.2.  Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  vahid  məlumat  reyestrində 
qeydiyyata  alınmış  yoxlama  barədə  məlumatın  verilməsi  qaydalarının  pozulmasına, 
yəni:
 
602.2.1.  sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  vahid  məlumat  reyestrində 
qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında 
müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;
 
602.2.2.  sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  vahid  məlumat  reyestrində 
qeydiyyata  alınmış  və  hər  hansı  səbəbdən  aparılmamış  yoxlama  barədə  məlumatın 
həmin  səbəblər  göstərilməklə  vaxtında  müvafiq  icra  hakimiyyəti  orqanına 
verilməməsinə;
 
602.2.3.  yoxlayıcı  orqan  tərəfindən  yoxlamanın  dayandırılması  və  ya  sahibkarın 
fəaliyyətinə  məhdudlaşdırıcı  tədbirin  tətbiqi  barədə  qərarla  bağlı  məlumatın  müvafiq 
icra hakimiyyəti orqanına verilməməsinə görə -
 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
602.3. Bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulan hallar istisna 
olmaqla,  yoxlayıcı  orqan  və  ya  yoxlayıcı  tərəfindən  “Sahibkarlıq  sahəsində  aparılan 
yoxlamaların  tənzimlənməsi  və  sahibkarların  maraqlarının  müdafiəsi  haqqında” 
Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin 
və prosedurların pozulmasına görə -
 
vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
602.4.  Sahibkar  tərəfindən  yoxlama  prosesində  yoxlamaya  aid  sənədlərin 
yoxlayıcıya  təqdim  edilməməsinə,  yoxlama  zamanı  yaranan  suallara  şifahi  və  (və  ya) 
yazılı  izahatlar  verilməməsinə  və  sahibkarlıq  fəaliyyəti  üçün  istifadə  olunan  əraziyə, 
istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə 
sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa 
görə -
 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 40 
  
Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati 
xətalar 
  
Maddə  603.  Çağırışçılar  və  hərbi  vəzifəlilər  haqqında  məlumatların 
vaxtında verilməməsi 
  
603.1.  İlkin  hərbi  qeydiyyata  alınmalı  olan  vətəndaşların  siyahılarının 
çağırışçıların və  hərbi  vəzifəlilərin hərbi  uçotunu aparan orqan və  təşkilatlar 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanına  müəyyən  edilmiş  müddətdə 
təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd 
yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
603.2.  Çağırışçıların  və  hərbi  vəzifəlilərin  sağlamlıq  imkanlarının 
məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, 
atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında 
doğum  tarixi  və  yeri  haqqında  dəyişikliklər  edilməsi,  ölümünün  qeydiyyatı, 
habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni 
qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına 
təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə 
təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər 
üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
603.3. Bu Məcəllənin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə tutulmuş 
hallar  istisna  olmaqla,  çağırışçıların  və  hərbi  vəzifəlilərin  hərbi  qeydiyyata 
alınması,  hərbi  qeydiyyatdan  çıxarılmasının  rəsmiləşdirilməsi  və  ya  hərbi 
qeydiyyat  məlumatının  dəqiqləşdirilməsi  üçün  tələb  olunan  məlumatların 
çağırışçıların və  hərbi  vəzifəlilərin hərbi  uçotunu aparan orqan və  təşkilatlar 
tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanına  müəyyən  edilmiş  müddətdə 
təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz 
manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 604. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma 
  
İlkin  hərbi  qeydiyyata  alınmalı  olan  vətəndaşların  qeydiyyata  alınmaq 
üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan 
müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə - 
otuz manat məbləğində cərimə edilir.
 
  
Maddə 605. Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın 
verilməməsi 
  
Çağırışçıların  və  hərbi  vəzifəlilərin  hərbi  uçotunu  aparan  orqan  və 
təşkilatlar  tərəfindən  çağırışçılara  və  hərbi  vəzifəlilərə  onların  müvafiq  icra 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
hakimiyyəti  orqanına  çağırılması  barədə  məlumatın  verilməməsi,  yaxud 
onların  çağırış  məntəqələrinə  və  ya  toplanış  yerinə  vaxtında  gəlməsinə 
maneçilik törədilməsinə görə - 
vəzifəli şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki 
yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 606. Hərbi qeydiyyat qaydalarının pozulması 
  
606.1.  Çağırışçıların  və  hərbi  vəzifəlilərin  hərbi  qeydiyyatını  aparan 
orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi 
vəzifə  və  hərbi  xidmət  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 
nəzərdə  tutulmayan  əlavə  sənədlərin  tələb  edilməsinə,  hərbi  qeydiyyata 
alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi 
qeydiyyata  alınmasından,  hərbi  qeydiyyatdan  çıxarılmasından  və  ya  hərbi 
qeydiyyata  alınma  haqqında  vəsiqənin  verilməsindən  əsassız  imtina 
edilməsinə görə - 
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
606.2. Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət 
haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş 
vəzifələrini icra etməməsinə, yəni: 
606.2.1.  vətəndaşlar  ehtiyata  keçirildikdən  sonra  7  gün  müddətində 
yaşayış  yeri  üzrə  hərbi  qeydiyyata  alınmaq  üçün  müvafiq  icra  hakimiyyəti 
orqanına gəlməməsinə; 
606.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə 
dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu 
yer üzrə hərbi qeydiyyata durmamasına; 
606.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün 
müddətində  hərbi  qeydiyyatda  olduqları  müvafiq  icra  hakimiyyəti  orqanına 
məlumat verməməsinə görə - 
otuz manat məbləğində cərimə edilir.
 
606.3.  Çağırışçıların  və  hərbi  vəzifəlilərin  bu  Məcəllənin  604-cü 
maddəsində  nəzərdə  tutulan  hal  istisna  olmaqla,  qanunla  nəzərdə  tutulmuş 
hallarda  çağırış  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanına  üzrlü  səbəblər 
olmadan gəlməməsinə görə - 
əlli manat məbləğində cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Qeyd: Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən 
yayınmaq  üçün növbəti  hərbi  çağırış  və  ya  səfərbərlik  üzrə  çağırış  ilə  bağlı  törədildikdə  Azərbaycan 
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
 
  
Maddə  607.  Hərbi  qeydiyyat  sənədlərinin  qəsdən  korlanması  və  ya 
itirilməsi 
  
Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata 
alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə - 
xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
 
  
Maddə 608.  Dövlət  hakimiyyəti  orqanları  və  yerli  özünüidarəetmə 
orqanları,  müəssisələr,  idarələr  və  təşkilatlar  tərəfindən  səfərbərlik  üzrə 
tədbirlərin həyata keçirilməsinin təmin edilməməsi 
  
608.1. Müvafiq  icra  hakimiyyəti  orqanının və  yerli  özünüidarəetmə 
orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, 
təşkilatların  vəzifəli  şəxsləri  tərəfindən  səfərbərlik  elan  edilərkən  hərbi 
vəzifəlilərə  vaxtında  məlumat  verilməməsinə  və  onların  çağırış-toplanış 
məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
608.2.  Dövlət  hakimiyyəti  orqanlarının  və  yerli  özünüidarəetmə 
orqanlarının,  mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə,  idarə  və 
təşkilatların  vəzifəli  şəxsləri  tərəfindən “Azərbaycan  Respublikasında 
səfərbərlik  hazırlığı  və  səfərbərlik  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununa uyğun  olaraq  səfərbərlik  hazırlığı  və  səfərbərlik  sahəsində  onlara 
həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə- 
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  609.  Hərbi-nəqliyyat  vəzifəsi  haqqında  qanunvericiliyin 
pozulması 
  
609.1.  Azərbaycan  Respublikasının  dövlət  və  yerli  özünüidarəetmə 
orqanları,  nəqliyyat  vasitələrinin  mülkiyyətçisi  (sahibi)  olan  təşkilatlar 
tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanının  sorğusuna  əsasən  nəqliyyat 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
vasitələrinin  mövcudluğu  və  texniki  vəziyyəti  barədə  məlumatların  təqdim 
edilməməsinə görə- 
vəzifəli  şəxslər yüz  əlli  manatdan  iki  yüz  əlli  manatadək məbləğdə,  hüquqi 
şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
609.2. Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin 
Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinə və  qanunvericiliyə  uyğun 
olaraq  yaradılmış  başqa silahlı  birləşmələrə  və  xüsusi  birləşmələrə  müəyyən 
edilmiş qaydada təqdim olunmamasına görə- 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd 
yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
 
 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə