Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə14/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   10   11   12   13   14   15   16   17   ...   98

55 
 
70.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən 
maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və 
rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində 
kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında 
inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən 
inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün 
mütəxəssis kimi dəvət olunur. 
70.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır: 
70.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək
70.2.2. sübutların aşkar edilməsində, götürülməsində, 
rəsmiləşdirilməsində iştirak etmək; 
70.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək; 
70.2.4. yerinə yetirdiyi hərəkətlərin məzmununu və nəticəsini 
protokolda öz imzası ilə təsdiq etmək; 
70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş 
hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş hakimə, səlahiyyətli 
vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat vermək. 
70.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır: 
70.3.1. iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan 
iş üzrə materiallarla tanış olmaq; 
70.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati 
xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, 
şahidlərə iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan 
suallar vermək; 
70.3.3. aparılan hərəkətlərə dair qeydlər etmək və izahatlar 
vermək. 


56 
 
70.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət 
haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini 
yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən 
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati 
məsuliyyətə cəlb edilir. 
 
Maddə 71. Ekspert 
 
71.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin 
izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi 
üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında 
işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət 
olunur. 
71.2. Ekspertin vəzifələri aşağıdakılardır: 
71.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək; 
71.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam 
və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə 
əsaslandırılmış və obyektiv rəy vermək; 
71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş 
hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli 
orqana (vəzifəli şəxsə) özü-özünə etiraz etmə haqqında məlumat 
vermək. 
71.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara 
çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi 
üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda ekspert rəy 
verməkdən imtina edir. 
71.4. Ekspertin aşağıdakı hüquqları vardır: 


57 
 
71.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla 
tanış olmaq; 
71.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materalların 
təqdim olunması barədə vəsatət vermək; 
71.4.3. ekspertizanın predmetinə aid olan məlumatların 
aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan 
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş 
şəxsə, şahidlərə suallar vermək; 
71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın predmetinə 
aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində 
göstərmək. 
71.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət 
haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə 
yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən 
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada 
inzibati məsuliyyətə cəlb edilir. 
 
Maddə  72. Tərcüməçi 
 
72.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən 
maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri 
olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında 
tərcüməçi ola bilər. 
72.2. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. 
72.3. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan 
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlməyə 


58 
 
və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə və 
tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur. 
72.4. Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş 
hallardan biri olduqda, tərcüməçi onu dəvət etmiş səlahiyyətli 
vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat verməlidir. 
72.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati 
məsuliyyət haqqında tərcüməçiyə xəbərdarlıq edilir. Tərcüməçi təyin 
olunmuş şəxs öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və 
ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə 
nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir. 
 
 
 
 
 
Maddə 73. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı 
rədd  edən hallar 
 
73.1. Əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış 
etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi 
və ya nümayəndə ola bilməzlər. 
73.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda 
inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər: 
73.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə, 
onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, 
hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta 
haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda; 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə