Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə4/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   2   3   4   5   6   7   8   9   ...   98

15 
 
məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi 
tam ödənilir. 
 
Maddə 25. İnzibati cərimə 
 
25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və 
təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 
25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla 
ifadə oluna bilər: 
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı 
vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri; 
25.2.2. inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş 
gəlirin) miqdarı; 
25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının 
alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, 
vergilərin məbləği. 
25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının 
diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən tətbiq 
edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların 
yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur. 
25.4. Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən 
alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli 
şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi 
şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq 
ola bilməz. 
25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin 
dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz 


16 
 
faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən 
cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli 
faizindən artıq ola bilməz. 
25.6. İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş 
gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə 
edilmiş gəlirin) on mislindən artıq ola bilməz.  
25.7. Bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş 
hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 
25.8. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati 
cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.   
 
Maddə 26. İnzibati xətanın törədilməsində alət və ya inzibati 
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi 
 
26.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi 
hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi 
qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 
26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim 
tərəfindən tətbiq edilir. 
26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, 
döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. 
26.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən 
edilir. 
 


17 
 
Maddə 27. Fiziki şəxsə verilmiş xüsusi hüququn 
məhdudlaşdırılması 
 
 
 
27.1. Fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə 
qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq 
bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan 
iki ilədək müddətə məhdudlaşdırılır. 
27.2. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş 
hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn 
məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. 
27.3. Bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü 
maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat 
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat 
vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. 
27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla 
qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il 
ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq 
edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ 
məhdudlaşdırılır. 
27.5. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov 
hüququ məhdudlaşdırıla bilməz.  
 
Maddə 28. İctimai işlər 
 
28.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə 
vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı 


18 
 
işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 
28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək 
müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola 
bilməz. 
28.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 
28.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları 
məhdud uşaqlara; 
28.4.2. hamilə qadınlara; 
28.4.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara; 
28.4.4. səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən 
kişilərə; 
28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə; 
28.4.6. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi 
xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan 
xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına.  
 
Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma 
 
29.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş 
hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxarma tətbiq edilir.  
29.2. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma hakim və ya səlahiyyətli orqan (vəzifəli 
şəxs) tərəfindən tətbiq edilir.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə