Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə5/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   2   3   4   5   6   7   8   9   ...   98

19 
 
29.3. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan 
şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5 
ilədək müddətə məhdudlaşdırılır. 
29.4. Qaçqın statusuna malik olan və ya Azərbaycan 
Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan 
alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma 
tətbiq edilmir. 
29.5. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və 
ya vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət 
təqibi orqanlarına yardım göstərən əcnəbilər və ya vətəndaşlığı 
olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxarma tətbiq edilmir.   
 
Maddə 30. İnzibati həbs 
 
30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların 
ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq 
edilir. 
30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək 
uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına 
böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya 
ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış 
yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin 
hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil 


20 
 
müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə 
bilməz.  
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə 
daxil edilir. 
  
FƏSİL 5 
 
İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ 
 
Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 
 
31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq 
tətbiq edilir. 
31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh 
tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin 
şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak 
vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar 
nəzərə alınır. 
31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, 
inzibati xətanın xarakteri, inzibati xəta  nəticəsində hüquqi şəxsin 
əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin 
xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o 
cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər 
ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti 
yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 
31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın 
törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı 


21 
 
həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı 
həddinin üçdə birindən az ola bilməz. 
31.5. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə 
səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 
 
Maddə 32. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən 
hallar 
 
32.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti 
yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 
32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 
32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən 
törədilməsi; 
32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı 
uşağı olan qadın tərəfindən törədilməsi; 
32.1.4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri 
altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq 
nəticəsində törədilməsi; 
32.1.5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin 
bu Məcəllə ilə  müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 
32.1.6. inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya 
əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində 
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində 
törədilməsi; 
32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati 
xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş 
zərərin əvəzinin könüllü surətdə ödənilməsi. 


22 
 
32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 
32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim 
tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına 
bilər. 
32.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində 
inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti 
yüngülləşdirən hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə 
alına bilməz. 
 
Maddə 33. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar 
 
33.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran 
hallar aşağıdakılar hesab edilir: 
33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti 
dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam 
etdirilməsi; 
33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni 
xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi 
gündən bir il ərzində təkrar törətməsi; 
33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə 
cəlb edilməsi; 
33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı 
törədilməsi; 
33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; 
33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa 
fövqəladə şəraitdə törədilməsi; 
33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən 
törədilməsi. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə