Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə6/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   2   3   4   5   6   7   8   9   ...   98

23 
 
33.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 33.1.1 - 
33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal 
qismində nəzərə alına bilməz. 
33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində 
inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti 
ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına 
bilməz. 
 
Maddə 34. Bir neçə inzibati xəta törədildikdə, inzibati tənbeh 
tətbiq etmə 
 
34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun 
barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh 
tətbiq edilir. 
34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə 
inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə 
aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.   
34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə 
törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın 
səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən 
edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş 
xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə 
tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 
34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) 
ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni 
orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan 
şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 
30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz.  


24 
 
 
Maddə 35. Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş 
sayılması üçün  tələb olunan müddət 
 
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin 
icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta 
törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab 
olunur. 
 
Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi 
 
36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak 
zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni 
vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də 
baxa bilər. 
36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak 
zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati 
tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin 
ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. 
36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin 
əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki 
Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. 
 
 
 
Maddə 37. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş,  
 
 
   narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin  


25 
 
məcburi müalicəyə cəlb olunması 
 
37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş
narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs 
tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi 
müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib 
qurtardıqdan sonra icra olunur. 
37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu 
Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə 
olunmasından, səhhətinin və psixoloji vəziyyətinin 
yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı 
göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, 
gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən 
maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin 
qarşısının alınmasından ibarətdir. 
37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə 
yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi 
müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib 
qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində 
olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 
37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin 
edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının 
surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, 
habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra 
məmuruna göndərir.  
37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş 
şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin 


26 
 
nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi 
ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 
37.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə 
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və 
qaydalara uyğun aparılır.  
37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə 
barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra 
məmuru tərəfindən nəzarət edilir. 
37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə 
olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və 
məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi 
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və 
həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin 
yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. 
 
 
 
 
 
 
 
FƏSİL 6 
 
İNZİBATİ MƏSULİYYƏTDƏN AZAD ETMƏ 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə