Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə7/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   2   3   4   5   6   7   8   9   10   ...   98

27 
 
Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən 
azad etmə 
 
 
  
38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən 
geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük 
qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin 
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin 
fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) 
qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların 
ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə 
hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların 
verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu 
ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı 
mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati 
tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək 
verilə bilər. 
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan 
müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara 
çıxarıldığı gündən hesablanır.  
38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət 
işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta 
tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin 
başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında 
qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 
38.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik 
yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına 
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 


28 
 
tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 
336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına 
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar 
haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada müvafiq dövlət 
orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən 
ən geci üç ay keçənədək verilə bilər.  
38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin 
axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı 
vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il 
keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 
38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş 
inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi 
gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi 
üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə 
yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 
 
 
 
 
Maddə 39. Zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati  
 
 
 
   məsuliyyətdən azad etmə 
 
Bu Məcəllənin  157 və 158-ci maddələrində nəzərdə tutulmuş 
inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin 
ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati 
icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam 
verilir. 
 


29 
 
II BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ 
OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR) 
 
FƏSİL 7 
 
ƏSAS QAYDALAR 
 
Maddə 40. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti 
olan  orqanlar (vəzifəli şəxslər) 
 
40.0. İnzibati xətalar haqqında işlərə: 
40.0.1. rayon (şəhər) məhkəmələri
40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının 
müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 
40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, 
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) 
baxırlar. 
  
Maddə  41. Yetkinlik yaşına çatmayanların işləri və 
hüquqlarının müdafiəsi üzrə komissiyalar 
 
Bu Məcəllənin 189.1, 189.3, 189.4, 512 və 522-ci 
maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan 
yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə 
komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası 
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ 


30 
 
nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların 
işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında 
Əsasnamə” ilə müəyyən olunur.   
 
Maddə 42. Vəzifəli şəxslərin səlahiyyəti 
 
42.1.  İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan 
vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş 
inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq 
edə bilərlər. 
42.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü 
maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti 
olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 
 
 
FƏSİL 8 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN AİDİYYƏTİ 
 
Maddə 43. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti 
 
43.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin  157 - 188, 
190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 229, 249, 
251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 
284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 
334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 
342.8, 342.9, 343, 349, 351, 353.4, 361, 363, 368 - 379, 381 - 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə