Azərbaycan respublikasinin konstitusiyasi maddə 23. Azərbaycan dövlətinin rəmzləri



Yüklə 27,03 Kb.

tarix14.02.2018
ölçüsü27,03 Kb.


AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

 

 

  Maddə 23. Azərbaycan dövlətinin rəmzləri 

 

 

I.



 

Azərbaycan  Respublikasının  dövlət  rəmzləri  Azərbaycan 

bayrağı, Azərbaycan   Respublikasının   Dövlət   gerbi   və   Azərbaycan 

himnidir. 

Respublikasının  Dövlət 

Respublikasının   Dövlət 

 

II.


 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  bərabər  enli  üç  üfqi  zolaqdan  ibarətdir.  Yuxarı 

zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın 

hər  iki  üzündə  ağ  rəngli  aypara  ilə  səkkizguşəli  ulduz  təsvir  edilmişdir.  Bayrağın  eninin 

uzunluğuna nisbəti 1:2-dir. 

 

III.



 

Azərbaycan  Respublikası  Dövlət  bayrağının  və  Azərbaycan  Respublikası  Dövlət  gerbinin 

təsviri,  Azərbaycan  Respublikası  Dövlət  himninin  musiqisi  və  mətni  Konstitusiya  qanunu  ilə 

müəyyən edilir. 

 

 

 



Dövlət Bayrağı 

 

Azərbaycanda   üçrəngli   dövlət  bayrağı   1918-ci   il   noyabr   ayının  9-da   Azərbaycan   Xalq 



Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  qəbul  edilmişdir.  1920-ci  il  aprelin  28-də  Xalq 

Cümhuriyyəti   süqut   etdikdən 

bayraqdan imtina edilmişdir. 

və   Sovet   hakimiyyəti   qurulduqdan  sonra   Azərbaycanda   bu 

 

Bu  bayraq  ikinci  dəfə  1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 



qərarı  ilə  bərpa  edilmiş  və  Muxtar  Respublikanın  dövlət  bayrağı  kimi  qəbul  edilmişdir.  Eyni 

zamanda  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Azərbaycan  SSR  Ali  Soveti  qarşısında 

üçrəngli  bayrağın  Azərbaycanın  rəsmi  dövlət  rəmzi  kimi  tanınması  haqqında  vəsatət 

qaldırmışdır. 

 

1991-ci  il  fevral  ayının  5-də  Azərbaycan  Respublikası  Ali  Soveti  Naxçıvan    Muxtar 



Respublikası  Ali  Məclisinin  vəsatətinə  baxmış  və  üçrəngli  bayrağın  Azərbaycanın  dövlət 

bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. 

 

Azərbaycan  Respublikasının  dövlət  bayrağı  bərabər  enli  üç  üfüqi  zolaqdan  ibarətdir.  Yuxarı 



zolaq  mavi,  orta  zolaq  qırmızı,  aşağı  zolaq  yaşıl  rəngdədir.  Mavi  rəng  -  Azərbaycan  xalqının 

türk  mənşəli olmasını, qırmızı  rəng -  müasir  cəmiyyət  qurmaq, demokratiyanı inkişaf etdirmək 

istəyini,  yaşıl  rəng  -  islam  sivilizasiyasına  mənsubluğunu  ifadə  edir.  Qırmızı  zolağın  ortasında 



bayrağın  hər  iki  üzündə  ağ  rəngli  aypara  ilə  səkkizguşəli  ulduz  təsvir  edilmişdir.  Bayrağın 

eninin uzunluğuna nisbəti 1:2-dir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikasının Dövlət Gerbi 

 

Azərbaycanın   dövlət   gerbi   haqqında   Azərbaycan   Xalq   Cümhuriyyəti   hökuməti   1920-ci   il 



yanvarın  30-da  müsabiqə  elan  etmiş  və  müsabiqədən  keçəcək  gerb  nümunəsinin  həmin  ilin 

mayın  28-də  qəbul  ediləcəyi  haqqında  qərar  çıxarmışdır.  Lakin  1920-ci  il  aprel  ayının  28-də 

Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. 

 

1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  Dövlət  gerbi  ilə  bağlı 



məsələni  müzakirə  edərək,  Azərbaycan  SSR  Ali  Soveti  qarşısında  Azərbaycanın  Dövlət 

gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. 

 

Müsabiqə   1991-ci   il   fevralın  5-də   Azərbaycan   Respublikası   Ali  Sovetinin  qərarı  ilə  elan 



olunmuşdur.  1991-1992-ci  illər 

olunmuş,   müzakirələr   zamanı 

ərzində  müsabiqəyə  Dövlət  gerbinin  onlarla  layihəsi  təqdim 

1919-1920-ci   illərdə   hazırlanmış   layihələrdən   birinin   qəbul 

edilməsi ilə bağlı təkliflər də səslənmişdir. 

 

Azərbaycan  Respublikasının  Ali  Soveti  1993-cü  il  yanvarın  19-da  qəbul  etdiyi  Konstitusiya 



Qanunu   ilə   1919-1920-ci   illərdə   hazırlanmış   Dövlət   gerbi   layihələrindən   birini   müəyyən 

dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir. 

 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  Azərbaycan  dövlətinin  müstəqilliyi  rəmzidir.  Dövlət 



gerbi  palıd  budaqlarından  və  sünbüllərdən  ibarət  qövsün  üzərində  yerləşən  şərq  qalxanının 

təsvirindən  ibarətdir. Qalxanın üstündə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının rəngləri 

fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. 

 

Dövlət gerbinin qabarıq təsviri: 



 

Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə; 

 

Azərbaycan  Respublikası  parlamentinin  binasına,  iclas  salonuna  və  parlament  sədrinin  xidməti 



kabinetinə; 


Azərbaycan  Respublikasının  bütün  məhkəmələrinin,  hərbi  tribunallarının  binalarına,  məhkəmə 

iclaslarının  salonlarına,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  və  Ali  Məhkəməsi 

sədrlərinin xidməti kabinetlərinə; 

 

Azərbaycan   Respublikası   qanunvericiliyində   nəzərdə   tutulmuş   hallarda   dövlət   orqanlarının 



binalarına; 

 

Azərbaycan  Respublikasının  diplomatik  və  ticarət  nümayəndəliklərinin,  konsulluq  idarələrinin 



binalarına  vurulur. 

 

Azərbaycan Respublikasının Dövlət Himni 

 

1920-ci  il  yanvarın  30-da  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Nazirlər  Şurası  Cümhuriyyətin 



milli  himninin  hazırlanması  haqqında  qərar  qəbul  etdi  və  bu  məqsədlə  Xalq  Maarif  Nazirliyi 

tərəfindən  müsabiqə  elan  edildi.  Lakin  1920-ci  il  aprelin  28-də  Xalq  Cümhuriyyətinin  süqutu 

Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. 

 

1992-ci  il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun 



qəbul  etdi.  Qanuna  əsasən,  1919-cu  ildə  böyük  bəstəkar  Üzeyir    Hacıbəyov  və  şair  Əhməd 

Cavad  tərəfindən  tərtib  edilmiş  "Azərbaycan  marşı"  Azərbaycanın  Dövlət  himni  kimi  təsdiq 

edildi. 

 

 



 

Musiqisi: Üzeyir Hacıbəyovun 

Sözləri: Əhməd Cavadındır 

 

Azərbaycan,  Azərbaycan! 



Ey qəhrəman övladın şanlı Vətəni! 

Səndən ötrü can verməyə cümlə hazırız! 

Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üç rəngli bayrağınla məsud yaşa! 

Minlərlə can qurban oldu, 

Sinən hərbə meydan oldu! 

Hüququndan keçən əsgər! 

Hərə bir qəhrəman oldu! 

Sən olasan gülüstan, 

Sənə hər an can qurban! 

Sənə min bir məhəbbət 

Sinəmdə tutmuş məkan! 

Namusunu hifz etməyə, 

Bayrağını  yüksəltməyə, 

Cümlə gənclər müştaqdır! 

Şanlı Vətən, şanlı Vətən! 



Azərbaycan,  Azərbaycan! 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə