Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
1   ...   11   12   13   14   15   16   17   18   19

V.  Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi,  Azәrbaycan  Respublikasının  Ali 

Mәhkәmәsi  vә  Azәrbaycan  Respublikasının  apellyasiya  mәhkәmәlәri  hakimlәrinin  işdәn 

kәnarlaşdırılması haqqında qәrar Azәrbaycan Respublikasının Milli Mәclisindә 83 sәs çoxluğu 

ilә  qәbul  edilir;  başqa  hakimlәrin  işdәn  kәnarlaşdırılması  haqqında  qәrar  Azәrbaycan 

Respublikasının Milli Mәclisindә 63 sәs çoxluğu ilә qәbul edilir. 

M a d d ә   1 2 9 .   Mәhkәmә qәrarları vә onların icrası 



[25]

 

I. Mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. 

II. Mәhkәmә qәrarının icra olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur.

 

III. Mәhkәmә qәrarı qanuna vә sübutlara әsaslanmalıdır. 



M a d d ә   1 3 0 .   Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi

 

I. Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi 9 hakimdәn ibarәtdir. 

II.  Azәrbaycan  Respublikası  Konstitusiya  Mәhkәmәsinin  hakimlәrini  Azәrbaycan 

Respublikası Prezidentinin tәqdimatı ilә Azәrbaycan Respublikasının Milli Mәclisi tәyin edir. 

III.  Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi  Azәrbaycan  Respublikası 

Prezidentinin,  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin,  Azәrbaycan  Respublikası  Nazirlәr 

Kabinetinin,  Azәrbaycan  Respublikası  Ali  Mәhkәmәsinin,  Azәrbaycan  Respublikası 

Prokurorluğunun,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Mәclisinin  sorğusu  әsasında  aşağıdakı 

mәsәlәlәri hәll edir: 

1)  Azәrbaycan  Respublikası  qanunlarının,  Azәrbaycan  Respublikası  Prezidentinin  fәrman 

vә  sәrәncamlarının,  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  qәrarlarının,  Azәrbaycan 

Respublikası  Nazirlәr  Kabinetinin  qәrar  vә  sәrәncamlarının,  mәrkәzi  icra  hakimiyyәti 

orqanlarının normativ hüquqi aktlarının Azәrbaycan Respublikası Konstitusiyasına uyğunluğu

2) Azәrbaycan Respublikası Prezidentinin fәrmanlarının, Azәrbaycan Respublikası Nazirlәr 

Kabinetinin  qәrarlarının,  mәrkәzi  icra  hakimiyyәti  orqanlarının  normativ  hüquqi  aktlarının 

Azәrbaycan Respublikası qanunlarına uyğunluğu; 

3)  Azәrbaycan  Respublikası  Nazirlәr  Kabinetinin  qәrarlarının,  mәrkәzi  icra  hakimiyyәti 

orqanlarının  normativ  hüquqi  aktlarının  Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanlarına 

uyğunluğu; 

4)  Azәrbaycan  Respublikası  Ali  Mәhkәmәsinin  qәrarlarının  qanunda  nәzәrdә  tutulmuş 

hallarda Azәrbaycan Respublikası Konstitusiyasına vә qanunlarına uyğunluğu; 

5) bәlәdiyyә aktlarının Azәrbaycan Respublikası Konstitusiyasına, Azәrbaycan Respublikası 

qanunlarına,  Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanlarına,  Azәrbaycan  Respublikası 

Nazirlәr Kabinetinin qәrarlarına (Naxçıvan Muxtar Respublikasında hәm dә Naxçıvan Muxtar 

Respublikasının  Konstitusiyasına,  qanunlarına  vә  Naxçıvan  Muxtar  Respublikası  Nazirlәr 

Kabinetinin qәrarlarına) uyğunluğu; 

6)  Azәrbaycan  Respublikasının  qüvvәyә  minmәmiş  dövlәtlәrarası  müqavilәlәrinin 

Azәrbaycan 

Respublikası 

Konstitusiyasına 

uyğunluğu; 

Azәrbaycan 

Respublikasının 

hökumәtlәrarası  müqavilәlәrinin  Azәrbaycan  Respublikası  Konstitusiyasına  vә  qanunlarına 

uyğunluğu; 

7)  Naxçıvan  Muxtar  Respublikası  Konstitusiyasının,  qanunlarının,  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Mәclisinin  qәrarlarının  vә  Nazirlәr  Kabinetinin  qәrarlarının  Azәrbaycan 



Respublikası  Konstitusiyasına  uyğunluğu;  Naxçıvan  Muxtar  Respublikası  qanunlarının, 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlәr  Kabinetinin  qәrarlarının  Azәrbaycan  Respublikası 

qanunlarına  uyğunluğu;  Naxçıvan  Muxtar  Respublikası  Nazirlәr  Kabinetinin  qәrarlarının 

Azәrbaycan  Respublikası  Prezidentinin  fәrmanlarına  vә  Azәrbaycan  Respublikası  Nazirlәr 

Kabinetinin qәrarlarına uyğunluğu; 

8) qanunvericilik, icra vә mәhkәmә hakimiyyәtlәri arasında sәlahiyyәtlәr bölgüsü ilә bağlı 

mübahisәlәr. 

IV.  Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi  Azәrbaycan  Respublikası 

Prezidentinin,  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin,  Azәrbaycan  Respublikası  Nazirlәr 

Kabinetinin,  Azәrbaycan  Respublikası  Ali  Mәhkәmәsinin,  Azәrbaycan  Respublikası 

Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin sorğusu әsasında Azәrbaycan 

Respublikasının Konstitusiyasını vә qanunlarını şәrh edir. 

V.  Hәr  kәs  onun  hüquq  vә  azadlıqlarını  pozan  qanunvericilik  vә  icra  hakimiyyәti 

orqanlarının  normativ  aktlarından,  bәlәdiyyә  vә  mәhkәmә  aktlarından  qanunla  müәyyәn 

edilmiş  qaydada  bu  maddәnin  III  hissәsinin  1-7-ci  bәndlәrindә  göstәrilәn  mәsәlәlәrin 

Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi  tәrәfindәn  hәll  edilmәsi  üçün 

Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsinә  pozulmuş  insan  hüquq  vә 

azadlıqlarının bәrpa edilmәsi mәqsәdi ilә şikayәt verә bilәr. 

VI. Azәrbaycan Respublikasının qanunları ilә müәyyәn edilmiş qaydada mәhkәmәlәr insan 

hüquq  vә  azadlıqlarının  hәyata  keçirilmәsi  mәsәlәlәri  ilә  bağlı  Azәrbaycan  Respublikası 

Konstitusiyasının  vә  qanunlarının  şәrh  edilmәsi  haqqında  Azәrbaycan  Respublikasının 

Konstitusiya Mәhkәmәsinә müraciәt edә bilәrlәr. 

VII.  Azәrbaycan  Respublikasının  İnsan  hüquqları  üzrә  müvәkkili  insan  hüquq  vә 

azadlıqlarını  pozan  qanunvericilik  vә  icra  hakimiyyәti  orqanlarının  normativ  aktlarından, 

bәlәdiyyә  vә  mәhkәmә  aktlarından  qanunla  müәyyәn  edilmiş  qaydada  bu  maddәnin  III 

hissәsinin  1-7-ci  bәndlәrindә  göstәrilәn  mәsәlәlәrin  Azәrbaycan  Respublikasının  Konstitusiya 

Mәhkәmәsi  tәrәfindәn  hәll  edilmәsi  üçün  Azәrbaycan  Respublikasının  Konstitusiya 

Mәhkәmәsinә sorğu verә bilәr. 

VIII.  Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi  bu  Konstitusiyada  nәzәrdә 

tutulmuş digәr sәlahiyyәtlәri dә hәyata keçirir. 

IX.  Azәrbaycan  Respublikasının  Konstitusiya  Mәhkәmәsi  öz  sәlahiyyәtlәrinә  aid  edilәn 

mәsәlәlәrә  dair  qәrarlar  qәbul  edir.  Azәrbaycan  Respublikası  Konstitusiya  Mәhkәmәsinin 

qәrarı  Azәrbaycan  Respublikası  әrazisindә  mәcburi  qüvvәyә  malikdir.  Azәrbaycan 

Respublikası Konstitusiya Mәhkәmәsinin qәrarları dәrc edilmәlidir. 



[26]

 

X.  Qanunlar  vә  digәr  aktlar  yaxud  onların  ayrı-ayrı  müddәaları,  Azәrbaycan 



Respublikasının  hökumәtlәrarası  müqavilәlәri  Azәrbaycan  Respublikası  Konstitusiya 

Mәhkәmәsinin  qәrarında  müәyyәn  edilmiş  müddәtdә  qüvvәdәn  düşür,  Azәrbaycan 

Respublikasının dövlәtlәrarası müqavilәlәri isә qüvvәyә minmir. 

M a d d ә   1 3 1 .   Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi



 

I.  Azәrbaycan  Respublikasının  Ali  Mәhkәmәsi  ümumi  vә  ixtisaslaşdırılmış  mәhkәmәlәrin 

icraatına  aid  edilәn  mülki,  cinayәt  vә  digәr  işlәr  üzrә  ali  mәhkәmә  orqanıdır;  o,  kassasiya 

qaydasında әdalәt mühakimәsini hәyata keçirir; mәhkәmәlәrin praktikasına aid mәsәlәlәr üzrә 

izahatlar verir. 



Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə