M a d d ә 1 2 . Dövlәtin ali mәqsәdi
I. İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının, Azәrbaycan Respublikasının
vәtәndaşlarına layiqli hәyat sәviyyәsinin tәmin edilmәsi dövlәtin ali mәqsәdidir.
[1]
II. Bu Konstitusiyada sadalanan insan vә vәtәndaş hüquqları vә azadlıqları Azәrbaycan
Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrә uyğun tәtbiq edilir.
M a d d ә 1 3 . Mülkiyyәt
I. Azәrbaycan Respublikasında mülkiyyәt toxunulmazdır vә dövlәt tәrәfindәn müdafiә
olunur.
II. Mülkiyyәt dövlәt mülkiyyәti, xüsusi mülkiyyәt vә bәlәdiyyә mülkiyyәti növündә ola
bilәr.
III. Mülkiyyәtdәn insan vә vәtәndaş hüquqları vә azadlıqları, cәmiyyәtin vә dövlәtin
mәnafelәri, şәxsiyyәtin lәyaqәti әleyhinә istifadә edilә bilmәz.
M a d d ә 1 4 . Tәbii ehtiyatlar
Tәbii ehtiyatlar hәr hansı fiziki vә ya hüquqi şәxslәrin hüquqlarına vә mәnafelәrinә xәlәl
gәtirmәdәn Azәrbaycan Respublikasına mәnsubdur.
M a d d ә 1 5 . İqtisadi inkişaf vә dövlәt
I. Azәrbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtәlif mülkiyyәt növlәrinә
әsaslanaraq xalqın rifahının yüksәldilmәsinә xidmәt edir.
II. Azәrbaycan dövlәti bazar münasibәtlәri әsasında sosial yönümlü iqtisadiyyatın
inkişafına şәrait yaradır, azad sahibkarlığa tәminat verir, iqtisadi münasibәtlәrdә inhisarçılığa
vә haqsız rәqabәtә yol vermir.
[2]
M a d d ә 1 6 . Sosial inkişaf vә dövlәt
I. Azәrbaycan dövlәti xalqın vә hәr bir vәtәndaşın rifahının yüksәldilmәsi, onun sosial
müdafiәsi vә layiqli hәyat sәviyyәsi qayğısına qalır.
II. Azәrbaycan dövlәti mәdәniyyәtin, tәhsilin, sәhiyyәnin, elmin, incәsәnәtin inkişafına
yardım göstәrir, ölkәnin tәbiәtini, xalqın tarixi, maddi vә mәnәvi irsini qoruyur.
M a d d ә 1 7 . Ailә, uşaqlar vә dövlәt
[3]
I. Cәmiyyәtin әsas özәyi kimi ailә dövlәtin xüsusi himayәsindәdir.
II. Uşaqların qayğısına qalmaq vә onları tәrbiyә etmәk valideynlәrin borcudur. Bu borcun
yerinә yetirilmәsinә dövlәt nәzarәt edir.
III. Valideynlәri vә ya qәyyumları olmayan, valideyn qayğısından mәhrum olan uşaqlar
dövlәtin himayәsindәdirlәr.
IV. Uşaqları onların hәyatına, sağlamlığına vә ya mәnәviyyatına tәhlükә törәdә bilәn
fәaliyyәtә cәlb etmәk qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işә götürülә bilmәzlәr.
VI. Uşaq hüquqlarının hәyata keçirilmәsinә dövlәt nәzarәt edir.
M a d d ә 1 8 . Din vә dövlәt
I. Azәrbaycan Respublikasında din dövlәtdәn ayrıdır. Bütün dini etiqadlar qanun
qarşısında bәrabәrdir.
II. İnsan lәyaqәtini alçaldan vә ya insanpәrvәrlik prinsiplәrinә zidd olan dinlәrin (dini
cәrәyanların) yayılması vә tәbliği qadağandır.
[4]
III. Dövlәt tәhsil sistemi dünyәvi xarakter daşıyır.
M a d d ә 1 9 . Pul vahidi
I. Azәrbaycan Respublikasının pul vahidi manatdır.
II. Pul nişanlarının tәdavülә buraxılması vә tәdavüldәn çıxarılması hüququ yalnız Mәrkәzi
Banka mәnsubdur. Azәrbaycan Respublikasının Mәrkәzi Bankı dövlәtin müstәsna
mülkiyyәtindәdir.
[5]
III. Azәrbaycan Respublikasının әrazisindә manatdan başqa pul vahidlәrinin ödәniş vasitәsi
kimi işlәdilmәsi qadağandır.
M a d d ә 2 0 . Dövlәtin borclarına qoyulan mәhdudiyyәtlәr
Azәrbaycan dövlәtinә qarşı qiyama vә dövlәt çevrilişinә kömәk mәqsәdi ilә alınmış borclar
Azәrbaycan Respublikası tәrәfindәn öhdәlik kimi qәbul edilә vә ödәnilә bilmәz.
M a d d ә 2 1 . Dövlәt dili
I. Azәrbaycan Respublikasının dövlәt dili Azәrbaycan dilidir. Azәrbaycan Respublikası
Azәrbaycan dilinin inkişafını tәmin edir.
II. Azәrbaycan Respublikası әhalinin danışdığı başqa dillәrin sәrbәst işlәdilmәsini vә
inkişafını tәmin edir.
M a d d ә 2 2 . Paytaxt
Azәrbaycan Respublikasının paytaxtı Bakı şәhәridir.
M a d d ә 2 3 . Azәrbaycan dövlәtinin rәmzlәri
I. Azәrbaycan Respublikasının dövlәt rәmzlәri Azәrbaycan Respublikasının Dövlәt bayrağı,
Azәrbaycan Respublikasının Dövlәt gerbi vә Azәrbaycan Respublikasının Dövlәt himnidir.
II. Azәrbaycan Respublikasının Dövlәt bayrağı bәrabәr enli üç üfüqi zolaqdan ibarәtdir.
Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rәngdәdir vә qırmızı zolağın ortasında
bayrağın hәr iki üzündә ağ rәngli aypara ilә sәkkizguşәli ulduz tәsvir edilmişdir. Bayrağın
eninin uzunluğuna nisbәti 1:2-dir.
III. Azәrbaycan Respublikası Dövlәt bayrağının vә Azәrbaycan Respublikası Dövlәt
gerbinin tәsviri, Azәrbaycan Respublikası Dövlәt himninin musiqisi vә mәtni Konstitusiya
qanunu ilә müәyyәn edilir.
İKİNCİ BÖLMӘ
ӘSAS HÜQUQLAR, AZADLIQLAR VӘ VӘZİFӘLӘR
I I I f ә s i l
ӘSAS İNSAN VӘ VӘTӘNDAŞ HÜQUQLARI VӘ AZADLIQLARI
M a d d ә 2 4 . İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının әsas prinsipi
I. Hәr kәsin doğulduğu andan toxunulmaz, pozulmaz vә ayrılmaz hüquqları vә azadlıqları
vardır.
II. Hüquqlar vә azadlıqlar hәr kәsin cәmiyyәt vә başqa şәxslәr qarşısında mәsuliyyәtini vә
vәzifәlәrini dә әhatә edir.
M a d d ә 2 5 . Bәrabәrlik hüququ
[6]
I. Hamı qanun vә mәhkәmә qarşısında bәrabәrdir.
II. Kişi ilә qadının eyni hüquqları vә azadlıqları vardır.
III. Dövlәt, irqindәn, milliyyәtindәn, dinindәn, dilindәn, cinsindәn, mәnşәyindәn, әmlak
vәziyyәtindәn, qulluq mövqeyindәn, әqidәsindәn, siyasi partiyalara, hәmkarlar ittifaqlarına vә
digәr ictimai birliklәrә mәnsubiyyәtindәn asılı olmayaraq, hәr kәsin hüquq vә azadlıqlarının
bәrabәrliyinә tәminat verir. İnsan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını irqi, milli, dini, dil,
cinsi, mәnşәyi, әqidә, siyasi vә sosial mәnsubiyyәtә görә mәhdudlaşdırmaq qadağandır.
IV. Heç kәsә bu maddәnin III hissәsindә göstәrilәn әsaslara görә zәrәr vurula bilmәz,
güzәştlәr vә ya imtiyazlar verilә bilmәz, yaxud güzәştlәrin vә ya imtiyazların verilmәsindәn
imtina oluna bilmәz.
V. Hüquq vә vәzifәlәrlә bağlı qәrarlar qәbul edәn dövlәt orqanları vә dövlәt hakimiyyәti
sәlahiyyәtlәrinin daşıyıcıları ilә münasibәtlәrdә hәr kәsin bәrabәr hüquqları tәmin edilir.
M a d d ә 2 6 . İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının müdafiәsi
I. Hәr kәsin qanunla qadağan olunmayan üsul vә vasitәlәrlә öz hüquqlarını vә azadlıqlarını
müdafiә etmәk hüququ vardır.
II. Dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir.
M a d d ә 2 7 . Yaşamaq hüququ
I. Hәr kәsin yaşamaq hüququ vardır.
II. Dövlәtә silahlı basqın zamanı düşmәn әsgәrlәrinin öldürülmәsi, mәhkәmәnin qanuni
qüvvәyә minmiş hökmünә әsasәn ölüm cәzasının tәtbiqi vә qanunla nәzәrdә tutulmuş digәr
hallar istisna olmaqla, hәr bir şәxsin yaşamaq hüququ toxunulmazdır.
Dostları ilə paylaş: |