Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
1   2   3   4   5   6   7   8   9   ...   19

III.  Müstәsna  cәza  tәdbiri  kimi  ölüm  cәzası,  tam  lәğv  edilәnәdәk  ,  yalnız  dövlәtә,  insan 

hәyatına vә sağlamlığına qarşı xüsusilә ağır cinayәtlәrә görә qanunla müәyyәn edilә bilәr. 

IV.  Qanunla  nәzәrdә  tutulmuş  zәruri  müdafiә,  son  zәrurәt,  cinayәtkarın  yaxalanması  vә 

tutulması, hәbsdә olanın hәbs yerindәn qaçmasının qarşısının alınması, dövlәtә qarşı qiyamın 

yatırılması  vә  ya  dövlәt  çevrilişinin  qarşısının  alınması,  ölkәyә  silahlı  basqın  edilmәsi  halları 

istisna olmaqla insana qarşı silah işlәdilmәsinә yol verilmir. 

M a d d ә   2 8 .   Azadlıq hüququ

 

I. Hәr kәsin azadlıq hüququ vardır. 

II.  Azadlıq  hüququ  yalnız  qanunla  nәzәrdә  tutulmuş  qaydada  tutulma,  hәbsәalma  vә  ya 

azadlıqdan mәhrumetmә yolu ilә mәhdudlaşdırıla bilәr. 

III. Qanuni surәtdә Azәrbaycan Respublikasının әrazisindә olan hәr kәs sәrbәst hәrәkәt edә 

bilәr,  özünә  yaşayış  yeri  seçә  bilәr  vә  Azәrbaycan  Respublikasının  әrazisindәn  kәnara  gedә 

bilәr. 

IV.  Azәrbaycan  Respublikası  vәtәndaşlarının  hәr  zaman  maneәsiz  öz  ölkәsinә  qayıtmaq 



hüququ vardır. 

M a d d ә   2 9 .   Mülkiyyәt hüququ



 

I. Hәr kәsin mülkiyyәt hüququ vardır. 

II.  Mülkiyyәtin  heç  bir  növünә  üstünlük  verilmir.  Mülkiyyәt  hüququ,  o  cümlәdәn  xüsusi 

mülkiyyәt hüququ qanunla qorunur. 

III.  Hәr  kәsin  mülkiyyәtindә  daşınar  vә  daşınmaz  әmlak  ola  bilәr.  Mülkiyyәt  hüququ 

mülkiyyәtçinin  tәkbaşına  vә  ya  başqaları  ilә  birlikdә  әmlaka  sahib  olmaq,  әmlakdan  istifadә 

etmәk vә onun barәsindә sәrәncam vermәk hüquqlarından ibarәtdir. 

IV.  Heç  kәs  mәhkәmәnin  qәrarı  olmadan  mülkiyyәtindәn  mәhrum  edilә  bilmәz.  Әmlakın 

tam  müsadirәsinә  yol  verilmir.  Dövlәt  ehtiyacları vә  ya  ictimai  ehtiyaclar üçün  mülkiyyәtin 

özgәninkilәşdirilmәsinә  yalnız  qabaqcadan  onun  dәyәrini  әdalәtli  ödәmәk  şәrti  ilә  yol  verilә 

bilәr. 

[7]

 

V. Dövlәt vәrәsәlik hüququna tәminat verir. 



M a d d ә   3 0 .   Әqli mülkiyyәt hüququ

 

I. Hәr kәsin әqli mülkiyyәt hüququ vardır. 

II.  Müәlliflik  hüququ,  ixtiraçılıq  hüququ  vә  әqli  mülkiyyәt  hüququnun  başqa  növlәri 

qanunla qorunur. 

M a d d ә   3 1 .   Tәhlükәsiz yaşamaq hüququ

 

I. Hәr kәsin tәhlükәsiz yaşamaq hüququ vardır. 

II.  Qanunda  nәzәrdә  tutulmuş  hallar  istisna  olmaqla,  şәxsin  hәyatına,  fiziki  vә  mәnәvi 

sağlamlığına, mülkiyyәtinә, mәnzilinә qәsd etmәk, ona qarşı zor işlәtmәk qadağandır. 

M a d d ә   3 2 .   Şәxsi toxunulmazlıq hüququ 

[8]

 



I. Hәr kәsin şәxsi toxunulmazlıq hüququ vardır. 

II.  Hәr  kәsin  şәxsi  vә  ailә  hәyatının  sirrini  saxlamaq  hüququ  vardır.  Qanunla  nәzәrdә 

tutulan hallardan başqa, şәxsi vә ailә hәyatına müdaxilә etmәk qadağandır. Hәr kәsin şәxsi vә 

ailә hәyatına qanunsuz müdaxilәdәn müdafiә hüququ vardır. 

III.  Öz  razılığı  olmadan  kimsәnin  şәxsi  hәyatı  haqqında  mәlumatın  toplanılmasına, 

saxlanılmasına,  istifadәsinә  vә  yayılmasına  yol  verilmir.  Qanunla  müәyyәn  edilmiş  hallar 

istisna olmaqla, heç kәs onun xәbәri olmadan vә ya etirazına baxmadan izlәnilә bilmәz, video 

vә foto çәkilişinә, sәs yazısına vә digәr bu cür hәrәkәtlәrә mәruz qoyula bilmәz. 

IV.  Hәr  kәsin  yazışma,  telefon  danışıqları,  poçt,  teleqraf  vә  digәr  rabitә  vasitәlәri  ilә 

ötürülәn  mәlumatın  sirrini  saxlamaq  hüququna  dövlәt  tәminat  verir.  Bu  hüquq  qanunla 

nәzәrdә  tutulmuş  qaydada  cinayәtin  qarşısını  almaqdan  vә  ya  cinayәt  işinin  istintaqı  zamanı 

hәqiqәti üzә çıxarmaqdan ötrü mәhdudlaşdırıla bilәr. 

V.  Qanunla  müәyyәn  edilmiş  hallar  istisna  olmaqla,  hәr  kәs  onun  haqqında  toplanmış 

mәlumatlarla tanış ola bilәr. Hәr kәsin onun barәsindә toplanmış vә hәqiqәtә uyğun olmayan, 

tam olmayan, habelә qanunun tәlәblәri pozulmaqla әldә edilmiş mәlumatların düzәldilmәsini 

vә ya çıxarılmasını (lәğv edilmәsini) tәlәb etmәk hüququ vardır. 

M a d d ә   3 3 .   Mәnzil toxunulmazlığı hüququ

 

I. Hәr kәsin mәnzil toxunulmazlığı hüququ vardır. 

II.  Qanunla  müәyyәn  edilmiş  hallar  vә  ya  mәhkәmә  qәrarı  istisna  olmaqla,  mәnzildә 

yaşayanların iradәsi ziddinә heç kәs mәnzilә daxil ola bilmәz. 

M a d d ә   3 4 .   Nikah hüququ

 

I. Hәr kәsin qanunla nәzәrdә tutulmuş yaşa çatdıqda ailә qurmaq hüququ vardır. 

II. Nikah könüllü razılıq әsasında bağlanılır. Heç kәs zorla evlәndirilә (әrә verilә) bilmәz. 

III. Nikah vә ailә dövlәtin himayәsindәdir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizә edilir. 

Dövlәt çoxuşaqlı ailәlәrә yardım göstәrir. 

IV.  Әr  ilә  arvadın  hüquqları  bәrabәrdir.  Uşaqlara  qayğı  göstәrmәk,  onları  tәrbiyә  etmәk 

valideynlәrin hәm hüququ, hәm dә borcudur. 

V.  Valideynlәrә  hörmәt  etmәk,  onların  qayğısına  qalmaq  uşaqların  borcudur.  18  yaşına 

çatmış  әmәk  qabiliyyәtli  uşaqlar  әmәk  qabiliyyәti  olmayan  valideynlәrini  saxlamağa 

borcludurlar. 

M a d d ә   3 5 .   Әmәk hüququ

 

I. Әmәk fәrdi vә ictimai rifahın әsasıdır. 

II.  Hәr  kәsin  әmәyә  olan  qabiliyyәti  әsasında  sәrbәst  surәtdә  özünә  fәaliyyәt  növü,  peşә, 

mәşğuliyyәt vә iş yeri seçmәk hüququ vardır. 

III. Heç kәs zorla işlәdilә bilmәz. 

IV.  Әmәk  müqavilәlәri  sәrbәst  bağlanılır.  Heç  kәs  әmәk  müqavilәsi  bağlamağa  mәcbur 

edilә bilmәz. 

V. Mәhkәmә qәrarı әsasında şәrtlәri vә müddәtlәri qanunla nәzәrdә tutulan mәcburi әmәyә 

cәlb etmәk, hәrbi xidmәt zamanı sәlahiyyәtli şәxslәrin әmrlәrinin yerinә yetirilmәsi ilә әlaqәdar 



Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə