II. Cinayәt törәdilmәsindә tәqsirlәndirilәn hәr şәxs mәhkum edilmәzdәn әvvәl
dinlәnilmәlidir.
M a d d ә 6 8 . Zәrәrin ödәnilmәsini tәlәb etmәk hüququ
I. Cinayәt, habelә hakimiyyәtdәn sui-istifadә nәticәsindә zәrәr çәkmiş şәxsin hüquqları
qanunla qorunur. Zәrәr çәkmiş şәxsin әdalәt mühakimәsinin hәyata keçirilmәsindә iştirak
etmәk vә ona vurulmuş zәrәrin ödәnilmәsini tәlәb etmәk hüququ vardır.
II. Hәr kәsin dövlәt orqanlarının yaxud onların vәzifәli şәxslәrinin qanuna zidd hәrәkәtlәri
vә ya hәrәkәtsizliyi nәticәsindә vurulmuş zәrәrin dövlәt tәrәfindәn ödәnilmәsi hüququ vardır.
M a d d ә 6 9 . Әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin hüquqları
I. Әcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәr Azәrbaycan Respublikasında olarkәn, qanunla
vә ya Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilә ilә başqa hal nәzәrdә
tutulmayıbsa, Azәrbaycan Respublikasının vәtәndaşları ilә bәrabәr bütün hüquqlardan istifadә
edә bilәr vә bütün vәzifәlәri yerinә yetirmәlidirlәr.
II. Azәrbaycan Respublikası әrazisindә daimi yaşayan vә ya müvәqqәti qalan әcnәbilәrin vә
vәtәndaşlığı olmayan şәxslәrin hüquq vә azadlıqları yalnız beynәlxalq hüquq normalarına vә
Azәrbaycan Respublikasının qanunlarına uyğun olaraq mәhdudlaşdırıla bilәr.
M a d d ә 7 0 . Siyasi sığınacaq hüququ
I. Hamılıqla qәbul edilmiş beynәlxalq hüquq normalarına uyğun olaraq Azәrbaycan
Respublikası әcnәbilәrә vә vәtәndaşlığı olmayan şәxslәrә siyasi sığınacaq verir.
II. Siyasi әqidәsinә görә, habelә Azәrbaycan Respublikasında cinayәt sayılmayan әmәlә
görә tәqib edilәn şәxslәrin başqa dövlәtә verilmәsinә yol verilmir.
M a d d ә 7 1 . İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәminatı
[13]
I. Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә
qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur.
II. İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının hәyata keçirilmәsini heç kәs
mәhdudlaşdıra bilmәz. Hәr kәsin hüquq vә azadlıqları bu Konstitusiyada vә qanunlarda
müәyyәn edilmiş әsaslarla, habelә digәrlәrinin hüquq vә azadlıqları ilә mәhdudlaşır.
III. Müharibә, hәrbi vәziyyәt vә fövqәladә vәziyyәt, habelә sәfәrbәrlik elan edilәrkәn insan
vә vәtәndaş hüquqlarının vә azadlıqlarının hәyata keçirilmәsi Azәrbaycan Respublikasının
beynәlxalq öhdәliklәrini nәzәrә almaq şәrti ilә qismәn vә müvәqqәti mәhdudlaşdırıla bilәr.
Hәyata keçirilmәsi mәhdudlaşdırılan hüquq vә azadlıqlar haqqında әhaliyә qabaqcadan
mәlumat verilir.
IV. Heç bir halda heç kәs din, vicdan, fikir vә әqidәsini açıqlamağa mәcbur edilә bilmәz vә
bunlara görә tәqsirlәndirilә bilmәz.
V. Bu Konstitusiyanın heç bir müddәası insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının
lәğvinә yönәldilmiş müddәa kimi tәfsir edilә bilmәz.
VI. Azәrbaycan Respublikası әrazisindә insan vә vәtәndaş hüquqları vә azadlıqları birbaşa
qüvvәdәdir.
VII. İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının pozulması ilә әlaqәdar mübahisәlәri
mәhkәmәlәr hәll edir.
VIII. Heç kәs törәdildiyi zaman hüquq pozuntusu sayılmayan әmәlә görә mәsuliyyәt
daşımır. Hüquq pozuntusu törәdildikdәn sonra yeni qanunla bu cür hәrәkәtlәrә görә
mәsuliyyәt aradan qaldırılmışsa vә ya yüngüllәşdirilmişsә, yeni qanun tәtbiq edilir.
IX. Hәr kәs qanunla qadağan olunmayan hәrәkәtlәri edә bilәr vә heç kәs qanunla nәzәrdә
tutulmayan hәrәkәtlәri etmәyә mәcbur edilә bilmәz.
X. Dövlәt orqanları yalnız bu Konstitusiya әsasında, qanunla müәyyәn edilmiş qaydada vә
hüdudlarda fәaliyyәt göstәrә bilәrlәr.
I V f ә s i l
VӘTӘNDAŞLARIN ӘSAS VӘZİFӘLӘRİ
M a d d ә 7 2 . Vәtәndaşların vәzifәlәrinin әsası
I. Dövlәt vә cәmiyyәt qarşısında hәr bir şәxs onun hüquq vә azadlıqlarından bilavasitә irәli
gәlәn vәzifәlәr daşıyır. Hәr kәsin üzәrinә vәzifәlәr yalnız bu Konstitusiya ilә vә ya qanunla
qoyula bilәr.
[14]
II. Hәr bir şәxs Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına әmәl etmәli,
başqa şәxslәrin hüquq vә azadlıqlarına hörmәt bәslәmәli, qanunla müәyyәn edilmiş digәr
vәzifәlәri yerinә yetirmәlidir.
III. Qanunu bilmәmәk mәsuliyyәtdәn azad etmir.
M a d d ә 7 3 . Vergilәr vә başqa dövlәt ödәnişlәri
I. Qanunla müәyyәn edilmiş vergilәri vә başqa dövlәt ödәnişlәrini tam hәcmdә vә vaxtında
ödәmәk hәr bir kәsin borcudur.
II. Heç kәs qanunla nәzәrdә tutulmuş әsaslar olmadan vә qanunda göstәrilmiş hәcmdәn
әlavә vergilәri vә başqa dövlәt ödәnişlәri ödәmәyә mәcbur edilә bilmәz.
M a d d ә 7 4 . Vәtәnә sәdaqәt
I. Vәtәnә sәdaqәt müqәddәsdir.
II. Vәzifәyә seçilmә vә ya tәyinat yolu ilә qanunvericilik, icra vә ya mәhkәmә hakimiyyәti
orqanlarında işlәyәn şәxslәr öz vәzifәlәrini dürüst vә layiqincә yerinә yetirmәmәyә görә
mәsuliyyәt daşıyırlar vә qanunla müәyyәn edilmiş hallarda and içirlәr.
III. Vәzifәyә seçilmә vә ya tәyinat yolu ilә qanunvericilik, icra vә ya mәhkәmә hakimiyyәti
orqanlarında işlәyәn, Azәrbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş
şәxs dövlәtә qarşı cinayәtdә, o cümlәdәn dövlәtә qarşı qiyamda vә ya dövlәt çevrilişindә
ittiham edilibsә vә bu ittiham әsasında mәhkum olunubsa, hәmin vәzifәdәn getmiş sayılır vә
bir daha bu vәzifәni tuta bilmәz.
M a d d ә 7 5 . Dövlәt rәmzlәrinә hörmәt