Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
1   2   3   4   5   6   7   8   9   10   ...   19

I. Hәr bir vәtәndaş Azәrbaycan Respublikasının dövlәt rәmzlәrinә - bayrağına, gerbinә vә 

himninә hörmәt etmәlidir. 

II.  Dövlәt  rәmzlәrinә  hörmәtsizliyin  nümayiş  etdirilmәsi  qanunla  müәyyәn  edilmiş 

mәsuliyyәtә sәbәb olur. 



[15]

 

M a d d ә   7 6 .   Vәtәni müdafiә



 

I. Vәtәni müdafiә hәr bir vәtәndaşın borcudur. 

Qanunla müәyyәn edilmiş qaydada vәtәndaşlar hәrbi xidmәt keçirlәr. 

II.  Vәtәndaşların  әqidәsi  hәqiqi  hәrbi  xidmәt  keçmәyә  ziddirsә,  qanunla  müәyyәn edilmiş 

hallarda hәqiqi hәrbi xidmәtin alternativ xidmәtlә әvәz olunmasına yol verilir. 

M a d d ә   7 7 .   Tarix vә mәdәniyyәt abidәlәrinin qorunması



 

Tarix vә mәdәniyyәt abidәlәrini qorumaq hәr bir şәxsin borcudur. 

M a d d ә   7 8 .   Әtraf mühitin qorunması

 

Әtraf mühitin qorunması hәr bir şәxsin borcudur. 

M a d d ә   7 9 .   Qanuna zidd vәzifәlәrin icrasına yol verilmәmәsi

 

Heç  kәs  Azәrbaycan  Respublikasının  Konstitusiyasına  vә  ya  qanunlarına  zidd  vәzifәlәrin 

icrasına mәcbur edilә bilmәz. 

M a d d ә   8 0 .   Mәsuliyyәt



 

Konstitusiyanın  vә  qanunların  pozulması,  o  cümlәdәn  Konstitusiyada  vә  qanunlarda 

nәzәrdә  tutulan  hüquqlardan  sui-istifadә  vә  ya  vәzifәlәrin  yerinә  yetirilmәmәsi  qanunla 

müәyyәn edilәn mәsuliyyәtә sәbәb olur. 

ÜÇÜNCÜ BÖLMӘ. 

 

 



DÖVLӘT HAKİMİYYӘTİ

 

V   f ә s i l  



QANUNVERİCİLİK HAKİMİYYӘTİ 

M a d d ә   8 1 .   Qanunvericilik hakimiyyәtinin hәyata keçirilmәsi



 

Azәrbaycan  Respublikasında  qanunvericilik  hakimiyyәtini  Azәrbaycan  Respublikasının 

Milli Mәclisi hәyata keçirir. 



M a d d ә   8 2 .   Azәrbaycan Respublikası Milli Mәclisinin say tәrkibi

 

Azәrbaycan Respublikasının Milli Mәclisi 125 deputatdan ibarәtdir. 

M a d d ә   8 3 .   Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının 

seçkilәrinin әsasları

 

Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  deputatları  majoritar  seçki  sistemi,  ümumi, 

bәrabәr vә birbaşa seçki hüququ әsasında sәrbәst, şәxsi vә gizli sәsvermә yolu ilә seçilirlәr. 

M a d d ә   8 4 .   Azәrbaycan Respublikası Milli Mәclisi çağırışının sәlahiyyәt 



müddәti

 

I.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  hәr  çağırışının  sәlahiyyәt  müddәti  5  ildir. 

Müharibә  şәraitindә  hәrbi  әmәliyyatların  aparılması  Azәrbaycan  Respublikasının  Milli 

Mәclisinә  seçkilәrin  keçirilmәsini  mümkün  etmәdikdә  Azәrbaycan  Respublikası  Milli 

Mәclisinin  çağırışının  sәlahiyyәt  müddәti  hәrbi  әmәliyyatların  sonunadәk  uzadılır.  Bu  barәdә 

qәrar seçkilәrin (referendumun) keçirilmәsini tәmin edәn dövlәt orqanının müraciәtinә әsasәn 

Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi tәrәfindәn qәbul edilir. 

[16]

 

II.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  hәr  çağırışının  seçkilәri  hәr  beş  ildәn  bir 



noyabr ayının birinci bazar günü keçirilir. 

III.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  deputatlarının  sәlahiyyәt  müddәti 

Azәrbaycan Respublikası Milli Mәclisinin çağırışının sәlahiyyәt müddәti ilә mәhdudlaşır. 

IV. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatlığından çıxanların yerinә yeni seçkilәr 

keçirilәrsә,  yeni  seçilәn  deputatın  sәlahiyyәt  müddәti  deputatlıqdan  çıxanın  qalan  sәlahiyyәt 

müddәti ilә mәhdudlaşır. 

M a d d ә   8 5 .   Azәrbaycan Respublikası Milli Mәclisinin deputatlığına 

namizәdlәrә aid tәlәblәr

 

I.  Azәrbaycan  Respublikasının  yaşı  25-dәn  aşağı  olmayan  hәr  bir  vәtәndaşı  qanunla 

müәyyәn edilmiş qaydada Azәrbaycan Respublikası Milli Mәclisinin deputatı seçilә bilәr. 

II.  İkili  vәtәndaşlığı  olan,  başqa  dövlәtlәr  qarşısında  öhdәliyi  olan,  icra  vә  ya  mәhkәmә 

hakimiyyәti sistemlәrindә qulluq edәn, elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәti istisna olmaqla, 

başqa  ödәnişli  fәaliyyәtlә  mәşğul  olan  şәxslәr,  din  xadimlәri,  fәaliyyәt  qabiliyyәtsizliyi 

mәhkәmә  tәrәfindәn  tәsdiq  edilәn,  ağır  cinayәtlәrә  görә  mәhkum  olunmuş  şәxslәr, 

mәhkәmәnin  qanuni  qüvvәyә  minmiş  hökmü  ilә  azadlıqdan  mәhrumetmә  yerlәrindә  cәza 

çәkәn şәxslәr Azәrbaycan Respublikasının Milli Mәclisinә deputat seçilә bilmәzlәr. 

M a d d ә   8 6 .   Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının 



seçkilәrinin nәticәlәrinin yoxlanılması vә tәsdiqi

 

Seçkilәrin  nәticәlәrinin  düzgünlüyünü  qanunla  müәyyәn  olunmuş  qaydada  Azәrbaycan 

Respublikasının Konstitusiya Mәhkәmәsi yoxlayır vә tәsdiq edir. 



M a d d ә   8 7 .   Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının 

sәlahiyyәtinin bitmәsi

 

I.  Azәrbaycan  Respublikası  Milli  Mәclisi  deputatlarının  sәlahiyyәtlәri  Azәrbaycan 

Respublikası Milli Mәclisinin yeni çağırışının ilk iclas günü bitir. 

II.  Azәrbaycan  Respublikası  Milli  Mәclisi  deputatlığından  çıxanların  yerinә  seçkilәr 

Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  sәlahiyyәt  müddәtinin  bitmәsinә  120  gündәn  az 

müddәt qalarsa, keçirilmir. 

III.  Azәrbaycan  Respublikasının  Milli  Mәclisi  83  deputatının  sәlahiyyәtlәri  tәsdiq 

olunduqda sәlahiyyәtlidir. 

M a d d ә   8 8 .   Azәrbaycan Respublikası Milli Mәclisinin sessiyaları

 

I.  Azәrbaycan  Respublikasının  Milli  Mәclisi  hәr  il  iki  növbәti  yaz  vә  payız  sessiyalarına 

yığılır.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  83  deputatının  sәlahiyyәtlәri  tәsdiq 

edildikdәn sonra Azәrbaycan Respublikası Milli Mәclisinin ilk iclası hәmin gündәn başlayaraq 

bir  hәftәdәn  gec  olmayaraq  çağırılır.  Azәrbaycan  Respublikasının  Milli  Mәclisinә  seçkilәrdәn 

sonra  martın  10-dәk  onun  83  deputatının  sәlahiyyәtlәri  tәsdiq  edilmәzsә,  Azәrbaycan 

Respublikası  Milli  Mәclisinin  ilk  iclasının  keçirilmә  vaxtını  Azәrbaycan  Respublikasının 

Konstitusiya Mәhkәmәsi müәyyәn edir. 

II.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  növbәdәnkәnar  sessiyalarını  Azәrbaycan 

Respublikası  Milli  Mәclisinin  sәdri  Azәrbaycan  Respublikası  Prezidentinin  vә  ya  Azәrbaycan 

Respublikası Milli Mәclisinin 42 deputatının tәlәbi әsasında çağırır. 

III.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  növbәdәnkәnar  sessiyasının  gündәliyini 

müvafiq olaraq onun çağırılmasını tәlәb edәnlәr müәyyәnlәşdirir. Bu gündәlikdәki mәsәlәlәrә 

baxıldıqdan sonra növbәdәnkәnar sessiyanın işi bitir. 

IV.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  sessiyalarının  iclasları  açıq  keçirilir. 

Azәrbaycan  Respublikası  Mili  Mәclisinin  83  deputatının  tәlәbi  ilә  vә  ya  Azәrbaycan 

Respublikası  Prezidentinin  tәklifi  ilә  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  sessiyasının 

qapalı iclası keçirilә bilәr. 



[17]

 

M a d d ә   8 9 .   Azәrbaycan Respublikası Milli Mәclisi deputatlığından 



mәhrumetmә vә Azәrbaycan Respublikası Milli Mәclisinin 

deputatlarının sәlahiyyәtlәrinin itirilmәsi

 

I.  Azәrbaycan  Respublikası  Milli  Mәclisinin  deputatı  aşağıdakı  hallarda  mandatından 

mәhrum edilir: 

1) seçkilәr zamanı sәslәrin düzgün hesablanmadığı aşkar olunduqda; 

2) Azәrbaycan Respublikası vәtәndaşlığından çıxdıqda vә ya başqa dövlәtin vәtәndaşlığını 

qәbul etdikdә; 

3) cinayәt törәtdikdә vә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü olduqda; 

4)  dövlәt  orqanlarında  vәzifә  tutduqda,  din  xadimi  olduqda,  sahibkarlıq,  kommersiya  vә 

başqa  ödәnişli  fәaliyyәtlә  mәşğul  olduqda  (elmi,  pedaqoji  vә  yaradıcılıq  fәaliyyәti  istisna 

olmaqla); 

5) özü imtina etdikdә. 



Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə