Azәrbaycan Respublikası Milli Mәclisinin deputatlığından mәhrumetmә haqqında qәrar
qanunla müәyyәn edilmiş qaydada qәbul edilir.
II. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatları öz sәlahiyyәtlәrini daimi icra edә
bilmәdikdә vә qanunda nәzәrdә tutulmuş digәr hallarda onların sәlahiyyәtlәri itirilir. Müvafiq
qәrarın qәbul edilmә qaydası qanunla müәyyәn edilir.
M a d d ә 9 0 . Azәrbaycan Respublikası Milli Mәclisinin deputatlarının
toxunulmazlığı
I. Sәlahiyyәt müddәti әrzindә Azәrbaycan Respublikası Milli Mәclisi deputatının şәxsiyyәti
toxunulmazdır. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatı sәlahiyyәt müddәti әrzindә
cinayәt başında yaxalanma hallarından başqa, cinayәt mәsuliyyәtinә cәlb edilә bilmәz, tutula
bilmәz, onun barәsindә mәhkәmә qaydasında inzibati tәnbeh tәdbirlәri tәtbiq edilә bilmәz,
axtarışa mәruz qala bilmәz, şәxsi müayinә edilә bilmәz. Azәrbaycan Respublikası Milli
Mәclisinin deputatı cinayәt başında yaxalanarsa, tutula bilәr. Belә olduqda Azәrbaycan
Respublikası Milli Mәclisinin deputatını tutan orqan bu barәdә dәrhal Azәrbaycan
Respublikasının Baş prokuroruna xәbәr vermәlidir.
II. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatının toxunulmazlığına yalnız
Azәrbaycan Respublikası Baş prokurorunun tәqdimatına әsasәn Azәrbaycan Respublikası Milli
Mәclisinin qәrarı ilә xitam verilә bilәr.
M a d d ә 9 1 . Azәrbaycan Respublikası Milli Mәclisi deputatının mәsuliyyәtә
cәlb olunmasına qoyulan qadağanlar
Azәrbaycan Respublikası Milli Mәclisinin deputatları Azәrbaycan Respublikası Milli
Mәclisindәki fәaliyyәtinә, sәsvermәyә vә söylәdiyi fikrә görә mәsuliyyәtә cәlb oluna bilmәzlәr.
Razılığı olmadan onlardan bu hallarla әlaqәdar izahat, ifadә tәlәb edilә bilmәz.
M a d d ә 9 2 . Azәrbaycan Respublikası Milli Mәclisinin işinin tәşkili
Azәrbaycan Respublikasının Milli Mәclisi öz iş qaydasını müәyyәn edir vә Milli Mәclisin
müvafiq orqanlarını yaradır, o cümlәdәn öz sәdrini vә onun müavinlәrini seçir, komitәlәr vә
komissiyalar tәşkil edir, Hesablama Palatası yaradır.
[18]
M a d d ә 9 3 . Azәrbaycan Respublikası Milli Mәclisinin aktları
I. Azәrbaycan Respublikasının Milli Mәclisi öz sәlahiyyәtlәrinә aid mәsәlәlәr üzrә
Konstitusiya qanunları, qanunlar vә qәrarlar qәbul edir.
II. Azәrbaycan Respublikasının Milli Mәclisindә Konstitusiya qanunları, qanunlar vә
qәrarlar bu Konstitusiya ilә nәzәrdә tutulmuş qaydada qәbul edilir.
III. Azәrbaycan Respublikası Milli Mәclisinin deputatları sәsvermә hüququnu şәxsәn hәyata
keçirirlәr.
IV. Qanunlarda vә Azәrbaycan Respublikası Milli Mәclisinin qәrarlarında icra hakimiyyәti
vә mәhkәmә orqanlarına konkret tapşırıqlar nәzәrdә tutula bilmәz.
M a d d ә 9 4 . Azәrbaycan Respublikası Milli Mәclisinin müәyyәn etdiyi
ümumi qaydalar
I. Azәrbaycan Respublikasının Milli Mәclisi aşağıdakı mәsәlәlәrә dair ümumi qaydalar
müәyyәn edir:
1) bu Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarından vә azadlıqlarından
istifadә, bu hüquqların vә azadlıqların dövlәt tәminatı;
2) Azәrbaycan Respublikası Prezidentinin seçkilәri;
3) Azәrbaycan Respublikasının Milli Mәclisinә seçkilәr vә Azәrbaycan Respublikası Milli
Mәclisinin deputatlarının statusu;
4) referendum;
5) mәhkәmә quruluşu vә hakimlәrin statusu; prokurorluq; vәkillik vә notariat;
6) mәhkәmә icraatı, mәhkәmә qәrarlarının icrası;
7) bәlәdiyyәlәrә seçkilәr vә bәlәdiyyәlәrin statusu;
8) fövqәladә vәziyyәt rejimi; hәrbi vәziyyәt rejimi;
9) dövlәt tәltiflәri;
10) fiziki vә hüquqi şәxslәrin statusu;
11) mülki hüquq obyektlәri;
12) әqdlәr, mülki müqavilәlәr, nümayәndәlik vә vәrәsәlik;
13) mülkiyyәt hüququ, o cümlәdәn dövlәt, xüsusi vә bәlәdiyyә mülkiyyәtinin hüquqi
rejimi, әqli mülkiyyәt hüququ; digәr әşya hüquqları; öhdәlik hüququ;
14) ailә münasibәtlәri, o cümlәdәn himayәçilik vә qәyyumluq;
15) maliyyә fәaliyyәtinin әsasları, vergilәr, rüsumlar vә ödәnişlәr;
16) әmәk münasibәtlәri vә sosial tәminat;
17) cinayәtlәrin vә başqa hüquq pozuntularının müәyyәn edilmәsi, onların törәdilmәsinә
görә mәsuliyyәtin tәyin edilmәsi;
18) müdafiә vә hәrbi qulluq;
19) dövlәt qulluğu;
20) tәhlükәsizliyin әsasları;
21) әrazi quruluşu; dövlәt sәrhәdi rejimi;
22) beynәlxalq müqavilәlәrin tәsdiqi vә lәğvi;
23) rabitә vә nәqliyyat işi;
24) statistika, metrologiya vә standartlar;
25) gömrük işi;
26) ticarәt işi vә birja fәaliyyәti;
27) bank işi, mühasibat, sığorta.
II. Bu maddәnin 2,3,4-cü bәndlәrindә göstәrilәn mәsәlәlәrә dair qanunlar 83 sәs çoxluğu ilә,
qalan mәsәlәlәrә dair qanunlar isә 63 sәs çoxluğu ilә qәbul edilir.
III. Bu maddәnin I hissәsinә Konstitusiya qanunu ilә әlavәlәr edilә bilәr.
M a d d ә 9 5 . Azәrbaycan Respublikası Milli Mәclisinin hәll etdiyi mәsәlәlәr
[19]
I. Azәrbaycan Respublikası Milli Mәclisinin sәlahiyyәtinә aşağıdakı mәsәlәlәrin hәlli aiddir:
1) Azәrbaycan Respublikası Milli Mәclisinin işinin tәşkili;
2) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatı ilә Azәrbaycan Respublikası
diplomatik nümayәndәliklәrinin tәsis edilmәsi;
3) inzibati әrazi bölgüsü;
4) dövlәtlәrarası vә Azәrbaycan Respublikasının qanunlarından fәrqli qaydalar nәzәrdә
tutan hökumәtlәrarası müqavilәlәrin tәsdiq vә lәğv edilmәsi;
5) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatına әsasәn Azәrbaycan Respublikası
dövlәt büdcәsinin tәsdiq edilmәsi vә onun icrasına nәzarәt;
6) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatı ilә Azәrbaycan Respublikasının İnsan
hüquqları üzrә müvәkkilinin seçilmәsi;
7) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatına әsasәn Azәrbaycan Respublikasının
hәrbi doktrinasının tәsdiqi;
8) bu Konstitusiyada nәzәrdә tutulmuş hallarda Azәrbaycan Respublikası Prezidentinin
fәrmanlarının tәsdiqi;
9) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatına әsasәn Azәrbaycan Respublikasının
Baş nazirinin vәzifәyә tәyin edilmәsinә razılıq verilmәsi;
10) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatına әsasәn Azәrbaycan Respublikası
Konstitusiya Mәhkәmәsi, Azәrbaycan Respublikası Ali Mәhkәmәsi vә Azәrbaycan Respublikası
apellyasiya mәhkәmәlәri hakimlәrinin tәyin edilmәsi;
11) Azәrbaycan Respublikasının Prezidentinin tәqdimatına әsasәn Azәrbaycan Respublikası
Baş prokurorunun vәzifәyә tәyin vә vәzifәdәn azad edilmәsinә razılıq verilmәsi;
12) Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin tәqdimatına әsasәn Azәrbaycan
Respublikası Prezidentinin impiçment qaydasında vәzifәdәn kәnarlaşdırılması;
13) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatına әsasәn hakimlәrin vәzifәdәn
kәnarlaşdırılması;
14) Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinә etimad mәsәlәsinin hәll edilmәsi;
15) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatına әsasәn Azәrbaycan Respublikası
Mәrkәzi Bankı İdarә Heyәti üzvlәrinin vәzifәyә tәyin vә vәzifәdәn azad edilmәsi;
16) Azәrbaycan Respublikası Prezidentinin tәqdimatına әsasәn Azәrbaycan Respublikası
Silahlı Qüvvәlәrinin tәyinatı ilә bağlı olmayan vәzifәlәrin icrasına cәlb edilmәsinә razılıq
verilmәsi;
17) Azәrbaycan Respublikası Prezidentinin müraciәtinә әsasәn müharibә elan edilmәsinә vә
sülh bağlanmasına razılıq verilmәsi;
18) referendum tәyin edilmәsi;
19) amnistiya.
20) bәlәdiyyәlәrin hesabatlarının dinlәnilmәsi.
II. Bu maddәnin 1-5-ci bәndlәrindә göstәrilәn mәsәlәlәrә dair 63 sәs çoxluğu ilә qanunlar,
qalan mәsәlәlәrә dair isә, bu Konstitusiyada başqa qayda nәzәrdә tutulmayıbsa, eyni qaydada
qәrarlar qәbul edilir.
III. Bu Konstitusiyada Azәrbaycan Respublikası Milli Mәclisinin sәlahiyyәtlәrinә aid edilәn
digәr mәsәlәlәrә, Azәrbaycan Respublikası Milli Mәclisinin işinin tәşkili ilә әlaqәdar
mәsәlәlәrә, Azәrbaycan Respublikası Milli Mәclisinin münasibәtinin bildirilmәsi zәruri olan
mәsәlәlәrә dair dә qәrarlar qәbul edilir.
IV. Bu maddәnin I hissәsinә Konstitusiya qanunu ilә әlavәlәr edilә bilәr.
KQ1
M a d d ә 9 6 . Qanunvericilik tәşәbbüsü hüququ
[20]
Dostları ilə paylaş: |