Azərbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 90,83 Kb.
tarix06.05.2018
ölçüsü90,83 Kb.
#42885


AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi

Nəriman Həsənzadənin 85 illik yubileyi münasibəti ilə

Kitabxanda keçiriləcək tədbirlərə dair
(Metodiki vəsait)

Qazax 2016


Redaktor: Solmaz Babanlı Qazax rayon MKS-nin direktoru.


Tərtib edən: Fatma Hüseynova MKS-nin Metodika və Biblioqrafiya şöbəsi

Ədəbiyyat siyahısı:

Həsənzadə.N. Qoca çobanın hekayəti. –Bakı: Uşaqgəncnəşr, 1960.-30 s.

Həsənzadə.N. Niyə demədiniz: Şeirlər. –B.: Gənclik, 1970.-131 s.

Həsənzadə.N. Mənim nigahımı pozdu təbiət: Şeirlər. –B.: Yazıçı, 1989.-332 s.

Həsənzadə.N. Nizami. (Müasirim haqqında poema). –B.: Şirvannəşr, 2009.-96 s.

Həsənzadə.N. Zümrüd quşu: Epik-dramatik poema. –Bakı: 144 s.

Əsibdi ruhuma bir sərin bir külək.

Sən gizli yanmısan, mən bilməmişəm.

Qələmi götürdən sənmişsən demək.

Nə yaman qorxuzdun ay ürək.

Bəli, hazırda hörmətli şairimiz Nəriman Həsənzadə yaradıcılığının ən gözəl çağlarını yaşayır. Yaşı 85-ə çatsa da ürəyi hələ də cavandır. Yaratmaq eşqi, əzmi aşıb-daşır. Onun yaradıcılığı yuxarıda qeyd etdiyimiz kimi hərtərəfli və zəngindir. Sonda Nəriman

Həsənzadəyə 100 il ömr arzulayırıq. Arzulayırıq ki, Nəriman Həsənzadə yeni-yeni əsərləri ilə bizi sevindirsin, yaşayıb-yaratsın.




Medodika və biblioqrafiya şöbəsinin müdiri F.Hüseynova

Həyat və yaradıcılığı

Azərbaycan poeziya tarixində, xüsusilə XX əsrin Azərbaycan şeirində bu cür sənətkarlar sırasında Xalq şairi Nəriman Həsənzadənin özünəməxsus, hər tərəfdən görünən bir insan, bir şair şəxsiyyəti vardır. Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, şair, dramaturq, nasir, publisist Nəriman Həsənzadə 85- illik ömründə qazandığı bu kefiyyətlərlə bu nuru daşmış, çətin, ağır, şərəfli yaradıcılıq yükünü sənətin pillələri ilə məxsus olduğu yüksəkliyə qaldıra bilmişdir.

Belə baxanda, onun bir insan kimi həyatını nəzərdən keçirəndə Nəriman Həsənzadə xoşbəxt şairidir.

Ilk orta təhsildən tutmuş ali təhsilin müxtəlif yüksək məqamlarına çatmış, Gəncə Dövlət Peadaqoji İnstitutunun filologiya fakültəsini bitirmiş (1949-1953), Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda ikinci ali təhsil almış (1961), Moskvada iki illik Ali Ədəbiyyat Kurslarında oxunmuş, Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş(1962-1965), Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Onun yaradıcılığındakı tarixi axtarışlar, alimanə düşüncələr, poetik hissin bir alim düşüncə sahibi kimi tədqiqi və onu ürəyin “marten sobası”nda əridib şeirə çevirməsi, xüsusən tarixi mövzularda yazdığı

poema və pyeslərində alim- tədqiqatçı və sənətkar səriştəsinin qovuşuğu məncə, məhz bu ali təhsil və bilik dünyasından keçən həyatın nəticəsidir.

Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, Azərbaycan ədəbiyyatının ictimai- sosial həyatına ləyaqətlə xidmət etmişdir. Televiziya və Radio Verlişləri Komitəsində böyük redaktor, “Gənclik” nəşriyyatında redaktor, “Azərbaycan gəcləri ”qəzetində, “Azərbaycan” ədəbi jurnalında şöbə müdiri (1962-1975) işləyəndə də, uzun müddət “ Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1978-90), Azərbaycan mətbuat və informasiya nazirinin birici müavini və naziri əvəzetmə vəzifələrində (1991-2001) çalışanda da...

O, Azərbaycan Yazıçılar İttifaqının (1954), Azərbaycan Yazıçılar İttifaqının ilk partiya təşkilatının katibi (1972-1978), dəfələrlə Bakı şəhərinin rayon sovetinin, Bakı şəhər sovetinin (1978), sonralar Azərbaycan xalq deputatı (1991-1995) seçilmiş, Ədəbiyyat fondunun direktoru olmuş, “Şərəf nişanı” “Şöhrət” ordenlərinə və fərdi Prezident təqaüdünə layiq görülmüşdür. Şərəfli, çoxlarına nəsib olmayan bir ömür.



II Aparıcı: Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziytadır. Ideala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daim axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arası kəsilmədən yeni əsərlər təqdim edir.

Oxucular səhnəyə daxil olur, Nəriman Həsənzadənin “Ürək” şeirini söyləyirlər.

Qələm əlimdədir danışmır ürək,

Bu nədir, elə bil heç mən deyiləm.

Görəsən nə üçün alışmır ürək,

Yoxsa şairliyə vida deyirəm.

Elə otumuşam deyərsən buzam,

Bir soyuq meh dəyir üzümə hərdən.

Düzü nə yorğunam, nə yuxusuzam.

Nə oldu, bəs mənə nə oldu birdən.

Ağ güllər bitirir bu qara torpaq,

Hələ ki, qaradır yal-yamacları.

Əvvəl ağ saçları sayırdım ancaq,

Indi də sayıram qara saçları.

Səni gözləmişəm əlimdə qələm,

Nəriman Həsənzadə dünyanın hansı qitəsində olursa-olsun, planetimizin hansı ölkəsində ədəbi simpoziumlarda, poeziya məclislərində iştirak edirsə etsin, sinəsində həmişə azərbaycanlı ürəyi döyünür. O, Yuqoslaviya, İtaliya, Fransa, İran, Türkiyə, Hindistan, Belçika və başqa ölkələrlə səfərləri zamanı özü ilə bərabər Azərbaycan torpağının hərarətini aparıb.

Nəriman Həsənzadə içində Azərbaycan harayı olan şairdir. O, vətənə üz tutaraq övladı kimi öz məhəbbətini belə dilə gətirir.: “Ruhum mənim, laylam mənim, Azərbaycan !”

Dövlət müstəqilliyimizi qazandıqdan sonra şairin yaradıcılığında vətənlə bağlı niskinli şeirlərin sayı daha da çoxaldı. Bədnam qonşularımız tərəfindən torpaqlarımız işğal edildi, vətən oğulları azadlıq yolunda şəhidlik zirvəsinə yeksəldi. Səhnəyə matəm libası geyinmiş oxucular daxil olur. Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeirini söyləyirlər.



I Oxucu:

Dayanın, Şəhidlər xiyabanıdı,

Yas toya qarışıb, toy yasa burda.

Qızıl qumaşlarda qara xonçalar,

Nişan gətirdilər bir qıza burda.

II Oxucu: Nigaran gedənlər yatır xəbərsiz,

Yatağı boş qalıb, atı yəhərsiz.

Ana var oğulsuz, gəlin var ərsiz,

Nəydi bu müsibət, bu cəfa burda?



BÖLMƏ II :

Yubiley tədbirlərinin keçirilməsi:

Bir şair ömrünü yaşatmaq üçün

Bir insan ömrünü girov qoymuşam...

Əlinə qələm alanda ümidlərini şeh kimi misralara ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran xalq şairi Nəriman Həsənzadə yazlı- payızlı ömrünün 85- ci ilini tamamlamaqdadır. Öz sözləri ilə desək: “İnsan ömrünün təkcə ili yox, anı da tarixi bir hadisəymiş” Elə bu məqamda unudulmaz şair Səməd Vurğunun “Şair , nə tez qocaldın sən?!” misraları adamı üşütsə də, Nəriman müəllimin şux yerişi, şax duruşu həmişə göz önünə gəlir.

Nəriman Həsənzadə əslində xoşbəxt qələm sahibidir. İllərdir ki, onun əsərləri sevilə- sevilə oxunur, rəğbətlə qarşılanır, dillər əzbərinə çevrilir, sözlərinə musiqi libası geyindirilir. Məzmun dramları müxtəlif tamaşaya qoyulur. Ömrünü söz sənətinə bağlayan, ilhamının sayəsində bir- birindən maraqlı əsərlərə imza atan Nəriman Həsənzadə Azərbaycan poeziyasının zənginləşməsində özünəməxsus xidmət göstərir. Bəli, elə bu poeziyanın özünəməxsus tərəflərini görmək üçün bu gün biz Nəriman Həsənzadə yaradıcılığına müracət etmişik.

Bəli, bu gün biz görkəmli şair, dramaturq, istedadlı müəllim və sonda gözəl insan Nəriman Həsənzadənin 85 illik yubileyini qeyd edirik. Yubiley münasibətilə respublikamızın bir çox təhsil ocaqlarında məktəblərdə, lisey və gimnaziyalarda, kitabxanalarda və. s tədris müəssisələrində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirlər planının maraqlı olması üçün Nəriman Həsənzadənin yaradıcılığını əks etdirən bukletlərin hazırlanması yerinə düşər. Bu bukletlər kitabxananın xidmət şöbəsi və oxu zalında hazırlanmış stendlərdə öz əksini tapır. Kitabxanada ilk əvvəl yubilyar haqqında foto sərgi, kitab sərgisi hazırlamaq olar. N. Həsənzadənin yaradıcılığı ilə bağlı hazırlanmış sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn: “Nəriman Həsənzadə 85”, “Taleyinə şairlik yazılmış Nəriman Həsənzadə”, “Çiçək nəfəsli”, “Nərimanlı dünya”, “Zirvələr gözləyir”, “Təravətli, xoş niyyətli”, “Şairin inam nəğməsi”, “Etiraflar poeziyası” və s. İndi isə “Nəriman Həsənzadə - 85” adlı sərginin nümunəsini veririk.
Başlıq.


  1. “Nəriman Həsənzadə- 85”

  2. Nəriman Həsənzadə kitablarının nümayişi.

  3. Görkəmli insanların Nəriman Həsənzadə haqqında söylədikləri sitatlar.

  4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.

  5. Şeir parçası

şeirlərində gözəl bir musiqi var. Daha doğrusu,onlar öz-özlüyündə bəstəsiz mahnılardır.

Ay sevgilim çağır məni,

Gəlim sizə qonaq olum.

Əsim səhər mehi kimi

Saçında daraq olum.

Oxucular səhnəyə daxil olur.N.Həsənzadənin “Cəbhə bayatılarından” bir neçəsini söyləyirlər.

I Oxucu: Oxuma, sarı bülbül,

İtirdim yarı bülbül.

Burda mən qərib oldum,

Şuşada Xarı Bülbül.

Xocalıdan gələn var,

Ağlıyan var, gülən var.

Bakıda toy qurmayın,

Xocalıda ölən var.



II Oxucu: Yol gəlir Qubadlıdan

Xəbər alın atlıdan.

Nəbi,Həcər hardadı?

İtdi namus,batdı qan.

İgidlər ölməsinlər,

Ayrılıq görməsinlər.

Siz yerə tikiş qoyun,

Torpağı bölməsinlər.

mahnılarla cavab verib yaxşı deyiblər ki, şairin ən kəskin silahlı onun yaxşı əsərləridir.

Nəriman Həsənzadəni adi bir dəmirçi oğlunu xalqın sevimlisinə çevirən onun sadiq şair ürəyi olmuşdur. 1953-cü ildə Gəncə Pedaqoji İnstitutunu bitirən unudulmaz xalq şairimiz Səməd Vurğunun zəmanəti ilə Yazıçılar Ittifaqına qəbul edən şair Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Təhsil illərində onun şeir və poemaları Ümumittifaq mətbuatında dərc edilir, şairə şöhrət qazandırır.

1965-ci ildə Nəriman Həsənzadə müvəffəqiyyətlə dissertasiya müdafiə etmək, filologiya elmləri namizədi, alimlik dərəcəsi alır. Şairliyi alimliyi, alimliyi isə şairliyini tamamlayır.

Bir-birinin ardınca şairin “Qız ürəyi”, “Niyə demədiniz ?”, “Kimin sualı var ?”, “Seçilmiş əsərləri”, “Bir az möhlət istəyirəm ömürdən”, “Mənim nigahımı pozu təbiət” və s. kitabları nəşr edilir.



I Aparıcı: Nəriman Həsənzadənin yaradıcılığında dramaturgiya əsas yer tutur. Onun “Atabəylər”, “Bütün Şərq bilsin”, “Nabat xalanın çörəyi”, “İmzalar içində”, “Kimin sualı var ?” pyesləri respublikamızın müxtəlif teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulub. “Bütün Şərq bilsin” əsəri Mayakovski adına Moskva Dövlət Akademik Teatrında uğurla göstərilib, mükafata layiq görülüb.

Nəriman Həsənzadəni haqlı olaraq “nəğməkar şair” adlandırırdılar. Respublikamızın görkəmli bəstəkarı onun şeirlərini çoxlu mahnılar bəstələyiblər. Bu da təsadüfü deyil. Çünki şairin

Şeir yazdığım gün məğrur oluram,

İlham ki, xəfifcəsinəmə dolur;

Bir şeh damlasıtək büllur oluram,

Dünya dünyada yox, məndə əks olur...

Nəriman Həsənzadə fikir və məna şairidir, onun sağlam, büllur poeziyasının çox dərin qatlarında çağdaş Azərbaycan varlığının çox ciddi münaqişələri dilə gəlir, alovları şölə saçır, sevinc və iztirabları, ümid və qayğıları çırpınır. Buna görə bu poeziya bədii idrak əhəmiyyətinə, öyrənilməyə, araşdırılmağa tam layiqdir, bədii – estetik tərbiyə, kamilləşmə vasitəsidir.

Xəlil Rza Ulutürk

Xalq şairi

N.Həsənzadə təpədən dırnağa söz adamıdır; nəsrində də dramaturgiyasında da adi çıxış və məqalələrində də şairdi: sözün səsinə qulaq verən, bu səsi səriştəli şəkildə müəyyən insanlara yola salan və əks-səda kimi qarşılanan, sözdən əsgəri borcunu necə yerinə yetirdiyi barədə hesabat istəyəndir...



Məmməd Araz

Xalq şairi

Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlis üslubu ilə seçilib. Adama elə gəlir ki, bunlar yazılmır, söylənilir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir.



Mil Cəlal

Xalq şairi

O təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətdə də böyük şairdir.



Nizami Cəfərov

Professor, Əməkdar elm xadimi

Xalq şairi Nəriman Həsənzadənin əsərlərində bitib-tükənməyən torpaq sevgisi, Vətən və millət məhəbbəti daim bahar təravəti saçır. Onun irihəcmli dram əsərlərində, poema və lirik şeirlərində canından çox sevdiyi xalqının tarixi keçmişi, bu günü, sevinc və acıları əks olunmuşdur. Şairin “Atabəylər”, “Cavid”, “Nəriman”, “Midiya”, “Zümrüd quşu”, “Qaçaq Kərəm”, “Pompeyin Qafqaza yürüşü”, “Qafqaz” kimi əsərlərində Azərbaycanın müxtəlif dövrlərinin tarixi həqiqətləri bədii səlnaməyə çevirilmişdir.

Nəriman Həsənzadə yaradıcılığının keşməkeşli həyat yolunu bir daha nəzərdən keçirmək üçün kitabxanasında şairlər görüşün təşkil olunması məqsədəuyğundur. Kitabxanada təşkil olunan görüşə bir çox şair və yazıçılarla yanaşı, ədəbiyyatşünasları, tənqidçiləri, fəal oxucuları dəvət etmək olar. Kitabxanaçı şair Nəriman Həsənzadəni kitabxanaya dəvət edir. Ilk əvvəl N. Həsənzadə kitabxana ilə yaxından tanış olur. Daha sonra o, oxu zalında təşkil olunan “Taleyin töhvəsi” adlı tədbirə dəvət olunur.

Tədbir şair, dramaturq Nəriman Həsənzadənin həyat və yaradıcılığını əks etdirən slaydla başlayır. Tədbiri kitabxananın rəhbəri açır:



I Aparıcı: Müasir Azərbaycan poeziyası səmasında şölə saçan parlaq ulduzlardan biri də xalqımızın görkəmli şairi Nəriman Nəsənzadədir. Həssas qəlbli söz ustasının yaradıcılığını səciyyələndirən əsas cəhət əsərlərində insanpərvərlik, gözəllik, Vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şairin şeirləri özü kimi sadə və səmimidir. Ömrünün uşaqlıq illəri Qazax rayonunda keçmiş, sübh tezdən günəş doğarkən üfiqin çöhrəsinin necə rəng aldığını heyranlıqla müşahidə etmiş, anası Nabat xalanın ətirli və halal çörəyi ilə böyüyüb boya- başa çatmış, qəlbi el-oba, vətən məhəbbəti ilə dolu olan bu gəncin şair olmağa həyat özü şövq etmişdi.

Gənc şairin ilk qələm təcrübələrindən Vaqif, Vidadi və Səməd Vurğun lirikasının ətri duyulur. Nəriman Həsənzadənin tərcümeyi- halını öyrənmək üçün onun şeirini oxumaq kifayətdir.



II Aparıcı: Bəli, 1931-ci ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuş Nəriman Həsənzadə Azərbaycan Yazıçılar İttifaqının üzvü(1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın Əməkdar İncəsənət xadimi(1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycan Xalq şairi (2005), “İlin şairi” mükafatı (2010), şair-dramaturq olmaq üçün uzun, keşməkeşli, təzadlı həyat və yaradıcılıq yolu keçib. Onu dananlar da olub, yaxşı kitabını pisləyənlər də olub. Lakin Nəriman Həsənzadə öz yolundan, öz amalından dönməyib, yazıb-yaradıb, öz bədxahlarına yeni-yeni kitablarla, pyeslərlə, dillər əzbəri olan

“xamralı çörəyi”nin ətrini duya-duya maraqlı, ibratəmiz hekayələrini dinləyəcək, Qiyamla, Fərəhlə bərabər qəlbimizdə bu anaya möhtəşəm bir heykəl də ucaldacaqsınız-Əbədiyyət heykəli!

Xalq şairi N. Həsənzadənin yubleyi ilə bağlı keçirilən tədbirlərdən biri də ədəbi- bədii gecədir. Ədəbi-bədii gecə oxucuların ən şox sevdiyi tədbirlərdən biridir. Belə tədbirləri xatirə gecəsi də adlandırmaq olar.Ədəbi-bədii gecənin keçirilməsində məqsədimiz xalq şairi N. Həsənzadənin yaradıcılığı ilə tanış etmək, şairin şeirlərinə, hekayə və povestlərinə diqqəti artırmışdır.

Ədəbi-bədii gecə əsasə iki hissədən ibarət olur.Tədbirin ədəbi hissəsi çıxış və məruzələrlər başlayır. Tədbirdə iştirak edən qonaqlar N.Həsənzadənin xeyirxahlığı, nəcibliyi, mehribanlığı, dostluğu haqqında söhbət açırlar. İkinci hissə yəni bədii hissədə şairin şeirlərinə yazılmış mahnılar səsləndilir, hekayə və povestlərindən səhnəciklər hazırlanıb göstərilir.

“İllər səndə nəyim qaldı” adlı ədəbi-bədii gecənin nümunəsini veririk. Səhnə gül dəstələri ilə bəzədilir. Şairin portreti səhnənin divarından asılır. Aparıcılar səhnəyə daxil olur.

Ən yüksək vəzifə, əlbəttə şairlikdir”



Nəriman Həsənzadə

Tədbir Əminə Yusifqızının ifasında sözləri Nəriman Həsənzadəyə aid olan “Bu dünya bir nərdivandır” adlı şeirin sədaları ilə başlayır.

Əziz və hörmətli tədbir iştirakçıları! Sizi və hörmətli şairimiz N. Həsənzadəni tədbirmizdə görməyimizə çox şadıq.

Hörmətli Nəriman müəllim! Sizi anadan olmanızın 85 illiyi münasibətilə kollektivimiz adından ürəkdən təbrik edirəm. Yarım əsrdən artıqdır ki, sizin imzanız oxucularımıza tanışdır. Sizi bədii yaradıcılığa 1953- cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc etdiyiniz şeirlə başlamısınız. Həmin vaxtdan şeirləriniz ədəbi orqanlarda, toplularda ardıcıl dərc olunmuşdur. “Yadına düşəcəyəm”, “Nəriman”, “Zümrüd quşu”, “Mənim gecəm- gündüzüm”, “Bir az möhlət istəyirəm ömürdən”, “Nabat xalanın çörəyi”, “bütün millətlərə”, “Taleyin töhvəsi” və başqa kitablarınız oxucular və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Vətənə, xalqa, gözəlliyə, tarixi keçmişimizə, müasir həyatımıza, təbiətə münasibət sizin lirikanızın əsasını təkil edir.

Siz dramaturgiya sahəsində də çalışırsınız. “Bütün Şərq bilsin”, “Atabəylər” və başqa pyeslərimiz Azərbaycan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Bu məzmun dram əsərlərində Azərbaycan xalqının ən qədim dövrlərindən bu günə qədər keçdiyi mübarizələrlə dolu məşəqqətli, lakin şərəfli yol öz bədii əksini tapmışdır.

Oxucular səhnəyə daxil olur. “Nərdivan” adlı şeiri söyləyirlər:

Bu dünya nərdivandı,

Qalxandı, mehribandı,

enəndə nə yamandı,

Göşürdük pillələrdə,

Yolun yarısında biz.

Sən qalxırdın bu dəmdə,

Mən enirdim xəbərsiz,

Sənin arzularına

Qaldırırdı nərdivan.

Məni xatirələrə

endirirdi bu zaman.

Birimiz günçıxana,

birimiz günbata.

Qalxa bilməzdim daha,

Nə o güc, nə o taqət.

Sən də enə bilməzdin,

Haqlı, haqsız vermişdi

Öz hökmünü təbiət.

Gərək ya düşməyəydi

bu görüş heç araya,

Ya sən əvvəl gələydin,

ya mən sonra dünyaya.

Sonra söz şair Nəriman Həsənzadəyə verilir. N.Həsənzadə öz yaradıcılıq planlarından danışdıqdan sonra, oxucuların suallarına cavab verir və tədbirin təşkilinə görə öz təşəkkürünü kitabxananın müdriyyəti və kollektivinə bildirir. Tədbirin sonunda şair “Kitabxanaçı” şeirini söyləyir.


edəndə də, orta əsrlərdən, XIX əsrdən,XX əsrin əvvəllərindən danışanda da olduqca müasirdir,olduqca bu günün şairidir.

N.Həsənzadə bir çox uğurlu poemaları ilə də həmişə yadda qalır. Onların sırasında “Nəriman”, “Heybədə gəzən şeir”, “Vətənsiz”, “Şahid ol günəş”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var” poemaları və digər iri həcmli əsərləri öz dərin mündərəcəsi, poetik vüsəti etibarilə oxucu qəlbində isti yuva salır.

Keçirilən tədbirlərin içərisində ən çox sevilən tədbirlərdən biri də kitab müzakirəsidir. Kitab müzakirəsinə tənqidçilər, ədəbiyyatşünasları, şair və yazıçıları və kitabxana əməkdaşlarını dəvət etmək olar. Kitabxanaçı tədbirə gələn qonaqları salamlayır.

Biz bu gün N.Həsənzadə poeziyasının işığına toplaşmışıq. Bu gün “Nabat xalanın çörəyi” adlı əsər haqqında danışacağıq. Bu əsər kitab halında bir neçə dəfə nəşr olunmuşdur. Birinci nəşr 1974-cü ildə Gənclik nəşriyyatı tərəfindən, ikinci nəşr 1986- cı ildə yenə də

Gənclik nəşriyyatı tərəfindən çap olunmuşdur. Məhz bu kitaba elə bu nəsr əsəri daxil edilmişdir. Əsər üç hissədən ibarətdir.

Ana müqəddəsdir, ana uludur! Əsərdə müəllif Azərbaycan qadınının övlad məhəbbətini, onun mənəvi gözəlliyini və keçirdiyi iztirabları poetik boyalarla `qələmə almışdır. Kitabda bir elə arxa, bir elə ana olan ər qeyrətli bir qadından Nabat xaladan məhəbbətlə söhbət açılır. Nabat xalanın bişirdiyi isti çörəklərin ətri bərəkətli zəmilərimizin ətri kimi ümumiləşdirilmişdir ki, bu geniş, vətən torpağımıza dərin məhəbbət hissi aşılayır. Əsəri oxuduqça siz onun

Dəvənin ayağı yox.

Ayı çənəsiz gəlib,

Xoruz çarəsiz gəlib,

Atın başı itdədir,

İtin başı atdadı.

Kosmanavt çılpaq qalıb,

Nə o,nə bu sağ qalıb.

Dovşan dedi: qulaq ver!

Dəvə dedi: ayaq ver!

Ayı dedi: çənə tap!

Xoruz dedi:çarə tap!

At başını isdədi.

Kosmanavt dedi:paltar!

Hamısı dedi:qaytar!!!

Məlikməmməd eşitdi,

Qorxaq Əhməd eşitdi.

Nazimdən küsdü Cırtdan

Divlər buynuzlu gəldi,

Küsdü qılınc vı qalxan.

Sonra toppuzlu gəldi,

Yuxuda ağlatdılar.

Nazimi oyatdılar.

N.Həsənzadə yaradıcılığının əsas meyarlarından biri də müasirlikdir.Şair Azərbaycan tarixinin qədim dövrlərinə müraciət

Limon xanım gözəl-göyçək

Kitabxana işçisiydi.

Işçilərin incisiydi,

bəlkə lap birincisiydi.
Oxu zalı işıqlıydı,

Ütülüydü ağ pərdələr.

Oxucusu aspirantlar,

Müəllimlər, tələbələr.


Kitabları gətirərdi,

Yoxlayardı sifarişi.

Biz oxuyub qurtarardıq,

Qurtarmazdı onun işi.


Çağırmamış gedər-gələr,

Əli işdən soyumazdı.

Oturmaqdan biz bezərdik,

Işləməkdən o doymazdı.


Oxudular, dağıldılar,

Hərəsi bir alim oldu.

Bu, elmlər namizədi,

O, əməkdar xadim oldu.


Unuduldu Limon xanım,

Unuduldu kitabxana.

Biri təbrik göndərmədi

Ad günüdə o qadına.

Tədbirin sonunda kitabxana müdriyyəti və kitabxanaçılar, oxucular şairə öz təşəkkürlərini bildirir, onunla şəkil çəkdirir və aftoqraf alırdılar.

Nəriman Həsənzadənin yaradıcılığı o qədər geniş və rəngarəngdir ki, bəzən çətinlik çəkirsən ki, bu şairi neçə təqdim edəsən. Görkəmli şair, nasir və yaxud dramaturq, və yaxudda gözəl nəğmələr müəllifi? Elə bu sualları biz bu gün yubileyini təmtəraqla keçirdiyimiz Nəriman Həsənzadə oxucularına ünvanlayacağıq.

Kitabxanada “ən çox sevdiyim şair” adlı sual-cavab gecəsi keçirilir.

1.Sual: Nəriman Həsənzadəni necə tanıyırsıniz?



Cavab: Biz oxucular N.Həsənzadəni müasir Azərbaycan ədəbiyyatının tanınmış və seçilən nümayəndəsi kimi, nəğməkar şair kimi, dramaturq, gözəl və xeyirxah bir insan kimi tanıyırıq.

2. Sual : N. Həsənzadə neçənci ildə və harda anadan olmuşdur?

Cavab : N.Həsənzadə 1931- ci ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur.

3. Sual : N.Həsənzadənin neçə yaşı tamam olur?

Cavab : 2016- cı il fevral ayının 18- də N.Həsənzadə 85 yaşı tamam olur.

4. Sual : c N.Həsənzadənin hansı əsərlərinin adlarını çəkə bilərsiniz?

Cavab: “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər”, “Zümrüd quşu”,”Bütün Şərq bilsin” və s.

Cavab:Şeytan qız, Ay xanım, Gəl oynayaq, Heç nə istəməyən qız, Uşaqlar, Yoxa çıxan yeddi yaylıq dastanı, Xatirə, Dişləri mırıq, düyməsi qırıq, şalvarı qısa, qardaşım İsa, Yuxuda ağlatdılar və s.

İndi isə gəlin birlikdə gözəl şairimiz N.Həsənzadənin uşaqlar üçün yazdığı” Yuxuda ağlatdılar” şeirini oxucuların ifasında dinləyək.

Nazim getdi yatmağa,

Bal yuxuya batmağa,

Yuxularda qaçmağa,

Nağıllarda uçmağa.

Məlikməmməd dalınca,

Qorxaq Əhməd dalınca.

Tək səfərə çıxmağa,

Qılınc,qalxan taxmağa.

Cırtdan ilə görüşə,

Divlər ilə döyüşə.

Oyuncaqlar gəldilər,

Yuxusuna girdilər.



Dovşanın qulağı yox,
Yüklə 90,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə