Аzərbаycаn rеspubliкаsinin məRKƏZİ banki



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix17.09.2018
ölçüsü2,45 Mb.
#69074
  1   2   3   4   5   6   7   8



АZƏRBАYCАN  RЕSPUBLİКАSININ 

MƏRKƏZİ  BANKI

MALİYYƏ SABİTLİYİ İCMALI

III Rüb


2012

№ 3(11)



GİRİŞ 

4

I. Bank sektorunun fəaliyyət göstərdiyi mühit 



5

   1.1.  Qlobal maliyyə sabitliyi üzrə son meyillər 

5

   Haşiyə 1.  Pul siyasətinin və nəzarət mexanizmlərinin ölkələr arasında kapitalın hərəkətinə təsirləri 

   Haşiyə 2. “ Kölgə”(shadow) bank sistemi 

9

   1.2. Azərbaycan iqtisadiyyatında vəziyyət 



9

II. Bank sisteminin inkişafı 

11

   2.1. Bank sisteminin əsas göstəricilərinin dinamikası 



11

   Haşiyə 3. Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi 

12

   2.2. Bank sisteminin öhdəlikləri 



12

   2.3. Bank sisteminin aktivləri 

13

   2.4. Bank sektorunun fəaliyyətinin maliyyə nəticələri 



15

   2.5. Bank sektorunun kapitalı 

17

   Haşiyə 4. İnformasiya assimetriyası və kapital adekvatlığı 

18

  2.6. Banklarda faiz dərəcələri 



19

III. Bank sistemində risklər 

20

   Haşiyə 5. Erkən Xəbərdarlıq Sisteminin dizaynı (tətbiq olunan modellər) 

21

IV. Ödəniş sistemləri 



22

  İstifadə olunmuş qrafik və cədvəllər 

24

МÜNDƏRİCАТ



2

6



AMB   –   Azərbaycan Respublikasının Mərkəzi Bankı

AİF  


–   Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində 

 

 



Azərbaycan İpoteka Fondu

AZİPS   –   Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi

BVF   –   Beynəlxalq Valyuta Fondu

DQİ  


–   Dövlət Qısamüddətli İstiqrazları

DSK   –   Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

HHİ  

– 

Herfindal-Hirşman İndeksi



XÖHKS  –   Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi

İEOÖ   –   İnkişaf Etməkdə Olan Ölkələr

İEÖ  

–   İnkişaf Etmiş Ölkələr



MN  

–   Azərbaycan Respublikası Maliyyə Nazirliyi

REM   –   Real Effektiv Məzənnə

ROA   –   Aktivlərin Gəlirliliyi

ROE   –   Kapitalın Gəlirliliyi

ÜDM   –   Ümumi Daxili Məhsul

Abbreviaturalar

3



Giriş

GİRİŞ 


4

2012-ci ilin ötən dövrü ərzində Azərbaycan bank sistemi qlobal iqtisadiyyatda 

kövrək artım, Avrozonada risklərin artdığı və dünya maliyyə və əmtəə bazarlarında 

volatilliyin  qaldığı  şəraitdə  fəaliyyət  göstərmişdir.  Qlobal  qeyri-müəyyənliyin 

qalması və risklərin artması şəraitində Azərbaycan bank sistemi öz dayanıqlığını 

qoruyub saxlamışdır.

Cari ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın siyasəti makroiqtisadi və 

maliyyə sabitliyinin qorunmasına yönəlmişdir.  

Bank  aktivlərinin  keyfiyyəti,  likvidlik  və  rentabellik  göstəriciləri,  bank 

sektoru  üzrə  kapital  adekvatlığı  yüksək  səviyyədə  olmuşdur.  Bank  sisteminin 

institusional inkişafı, iqtisadiyyatın kreditləşdirilməsi davam etmiş, əmanətlərin 

müddət və valyuta strukturunda müsbət meyillər müşahidə olunmuşdur.

Xarici  makroiqtisadi  mühitin  dəyişməsi  banklar  qarşısında  risk-menecment 

sistemlərinin  daim  təkmilləşdirilməsi  və  risklərin  yenidən  qiymətləndirilməsi 

zərurətini aktuallaşdırır. 



Bank sektorunun fəaliyyət göstərdiyi mühit

1.1. Qlobal maliyyə sabitliyi üzrə son 

meyillər 

İqtisadi 

aktivliyin 

canlandırılması 

istiqamətində aparıcı ölkələrin əlaqələndirilmiş 

tədbirləri  nəticəsində  qlobal  maliyyə 

bazarlarında müəyyən müsbət dəyişikliklərə nail 

olunmuşdur. Lakin maliyyə sabitliyi üzrə risklər 

qalır,  bunun  da  əsas  səbəbi  qlobal  maliyyə 

sisteminə etimadın aşağı olmasıdır. Ümumilikdə 

qlobal  iqtisadi artım çox kövrəkdir.  

2012-ci  ilin  ikinci  rübündən  etibarən  dünya 

iqtisadiyyatında  artım  templərinin  zəifləməsi 

müşahidə  edilir.  Əgər  I  rüb  ərzində  artım 

3.6%  təşkil  etmişdirsə,  II  rübdə  bu  göstərici 

1.3% bəndi azalaraq 2.3%-ə bərabər olmuşdur. 

İnkişaf  etməkdə olan ölkələrdə (İEOÖ) də artım 

templəri səngimişdir.

Qlobal  artımın  səngiməsi  əsasən  Avropadakı 

problemlərlə  əlaqədardır.  Avropa  siyasət 

qurucuları  tərəfindən  görülmüş  tədbirlər 

nəticəsində  investor  etimadını  azaldan  əsas 

amillər  aradan  qaldırılsa  da,  Avrozonada 

qeyri-sabitlik  öz  aktuallığını  saxlayır.  Cari 

ilin  sentyabr  ayında  keçirilmiş  sorğuya  əsasən 

emal sənayesində işgüzar aktivlik indeksi (İAİ) 

neytral  zonada  qalmışdır  ki,  bu  da  mövcud 

vəziyyətin  yaxşılaşmaması  barədə  siqnal  verir. 

İndeks dörd aydır ki resessiya zonasındadır. 

Avrozonada  mərkəz  və  periferiya  ölkələri 

arasındakı  fərq  daha  da  dərinləşmişdir. 

İnvestorların  etimadının  azalması  və 

makroiqtisadi  qeyri-müəyyənlik  periferiya 

ölkələrindən  özəl  xarici  kapital  axınına 

səbəb  olmuşdur  ki,  bu  da  öz  növbəsində 

maliyyələşmənin  dəyərinin  (hökumət,  banklar, 

və  qeyri-maliyyə  korporativ  sektor  və  ev 

təsərrüfatları)  artması  və  nəticədə  iqtisadi 

artımın azalması riskini artırır. 

İnkişaf  etmiş  ölkələrdə  (İEÖ)  müşahidə 

olunan  artım  işsizlik  probleminin  həllinə 

imkan vermir. Beynəlxalq Valyuta Fondunun 

məlumatına  görə,  işsizlik  ABŞ-da  7.8%, 

Avrozonada  11.2%  təşkil  edir.  Xüsusən 

gənclər  arasında  işsizlik  hələ  də  yüksək 

səviyyədə qalır. 

Qlobal artımın əsas drayverlərindən biri kimi 

yumşaq  monetar  siyasət  çıxış  edir.  Belə  ki, 

faiz siyasətinin yumşalması ilə yanaşı mərkəzi 

banklar  bazarların  müxtəlif  seqmentlərində 

ayrı-ayrı  borcalanların  dəstəklənməsi  və 

ümumilikdə, maliyyə vasitəçiliyinin inkişafına 

yönəlmiş proqramları həyata keçirirlər.

Mənbə: Dünya Bankı

5

I. BANK SEKTORUNUN FƏALİYYƏT 



GÖSTƏRDİYİ MÜHİT

Mənbə: Beynəlxalq Valyuta Fondu


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə