Аzərbаycаn rеspubliкаsinin məRKƏZİ banki



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix17.09.2018
ölçüsü2,45 Mb.
#69074
1   2   3   4   5   6   7   8

10

Bank sektorunun fəaliyyət göstərdiyi mühit

daxilolmalarına artırıcı təsir göstərmişdir. İlkin 

məlumatlara görə, 9 ayda ölkəyə daxil olan pul 

baratlarının  həcmi  1,2  mlrd.  dollar  olmuşdur. 

DSK-nın  məlumatına  görə,  yanvar-sentyabr 

aylarında  ölkə  iqtisadiyyatına  qoyulmuş  xarici 

investisiyaların  həcmi  isə  11.9%  artaraq  2.6 

mlrd. ABŞ dollarına çatmışdır.

Ölkənin  xarici  mövqeyinin  yaxşılaşması 

valyuta  ehtiyatlarının  artımından  da  görünür. 

2012-ci  ilin  yanvar-sentyabr  aylarında  ölkənin 

strateji  valyuta  ehtiyatları  11%  artaraq  45.2 

mlrd. ABŞ dollarını ötmüşdür ki, bu da təqribən 

3 illik mal və xidmətlərin idxalına kifayət edir. 

AMB-nin  valyuta  ehtiyatları  isə  10%  artaraq 

11  mlrd.  ABŞ  dollarından  çox  olmuşdur  ki, 

bu da təqribən bir illik mal və xidmət idxalını 

maliyyələşdirməyə kifayətdir.

Hesabat 


dövründə 

məcmu 


tələbin 

komponentləri  olan  son  istehlak  xərcləri, 

investisiyalar  iqtisadi  artıma  müsbət  təsir 

göstərmişdir.  Ötən  dövrdə  büdcə  xərclərinin, 

əsasən də  investisiya xəclərinin yüksək artımı 

məcmu tələbi artıran mühüm amil olmuşdur.

2012-ci ilin yanvar-sentyabr aylarında ÜDM-

in  artımı  qeyri-neft  sektorundakı  aktivlik 

hesabına baş vermişdir. Yaradılan əlavə dəyərin 

2/3  hissəsi  məhsul  istehsalı  sahələrinin,  1/3 

hissəsi isə xidmət sahələrinin payına düşmüşdür.

Cari  ilin  9  ayında  ÜDM  real  ifadədə  1.1% 

artmış  və  nominal  olaraq  39.8  mlrd.  manata 

çatmışdır.  Qeyri-neft  sektorunda  artım  10.2% 

təşkil  etmişdir.  ÜDM-in  yarısı  qeyri-neft 

sektorunun payına düşmüş və iqtisadiyyatın bu 

sektoru ümumi artıma 4.6% bəndi artırıcı töhfə 

vermişdir.

2012-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü 

ilə müqayisədə adambaşına düşən nominal pul 

gəlirləri  12%  artmış,  son  istehlak  xərcləri  isə 

nominal ifadədə 15.2 mlrd. manat və ya ÜDM-

in 38%-nə bərabər olmuşdur. Hesabat dövründə 

bütün  mənbələrdən  iqtisadiyyata  investisiya 

qoyuluşu  27.4%  artaraq  ÜDM-in  25%-nə 

çatmış,  bunun  74%-i  qeyri-neft  sektorunun 

payına  düşmüşdür.  O  cümlədən,  əsas  kapitala 

yönəldilmiş vəsaitin 79.4%-ni daxili, 20.6%-ni 

isə  xarici  mənbələrdən  yönəldilmiş  vəsaitlər 

təşkil etmişdir.

Hesabat dövründə məcmu tələbin canlanması 

şəraitində  inflyasiyanın  birrəqəmli  səviyyədə 

saxlanılması  mühüm  vəzifə  olaraq  qalmışdır. 

2012-ci  ilin  9  ayında  orta  ilik  inflyasiya  1.5% 

təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə 

müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır. 

Dövr  ərzində  manatın  məzənnəsinin  sabitliyi 

qorunmuşdur.

Valyuta  bazarında  məzənnənin  əhəmiyyətli 

möhkəmlənməsinin qarşısını almaq və bununla 

da  qeyri-neft  sektorunun  rəqabət  qabiliyyətinə 

neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi 

Bank  tərəfindən  9  ayda  978  mln.  ABŞ  dolları 

həcmində  valyuta  sterilizasiyası  həyata 

keçirilmişdir.  Nəticədə  dövr  ərzində  manatın 

ABŞ dollarına qarşı məzənnəsi mülayim templə, 

cəmi 0.17% möhkəmlənmişdir.

Cari  ilin  ötən  dövründə  pul  siyasəti  alətləri 

üzrə  qəbul  edilmiş  qərarlar  qiymət  sabitliyinin 

qorunmasına yönəldilmişdir. Hesabat dövründə  

pul bazası 12.4%, pul kütləsi isə 12.8% artmışdır.

Mənbə: DSK



11

2.1. Bank sisteminin əsas göstəricilərinin

dinamikası

2012-ci  ilin    9  ayında  bank  sektoru 

inkişaf  dinamikasını  qoruyub  saxlamış, 

maliyyə  vasitəçiliyi  funksiyasını  daha  da 

dərinləşdirmişdir.  

2012-ci  ilin  sentyabr  ayının  sonuna  bank 

sektorunun aktivləri 15 998,9 mln. manat  təşkil 

etmişdir. İlin əvvəli ilə müqayisədə bank aktiv-

ləri 2 052,1 mln. manat və ya 14,7% artmışdır 

(son bir ildə artım 18% olmuşdur). 2012-ci ilin 

yanvar-sentyabr  ayları  ərzində  kreditlər  15,2% 

artaraq (ilik artım 18,5%) dövrün sonuna 11 170 

mln. manat olmuşdur ki, bu da bank aktivlərinin 

70%-ni təşkil etmişdir.

Bankların  depozit  bazası  (maliyyə  və  qeyri-

maliyyə sektorundan cəlb olunmuş vəsaitlər) 6,7% 

artmışdır. O cümlədən, fiziki şəxslərin əmanətləri 

10,6% artaraq 4556,3 mln. manata çatmışdır.

Cari  ilin  sentyabr  ayının  sonuna  fəaliyyətdə 

olan  bankların  sayı  44  olmuşdur.  Ötən  ilin 

müvafiq  dövrü  ilə  müqayisədə  12  yeni  bank 

filialı  (cəmi  672  filial)  və  8  yeni  bank  şöbəsi 

açılmışdır  (cəmi  162  bank  şöbəsi).  Xarici 

kapitallı  bankların  sayı  1  oktyabr  2012-ci  il 

tarixinə 23 olmuşdur. 

  Qeyri-bank  kredit  təşkilatlarının  sayı  125-

dən  (1  yanvar  2012)  132-dək  artmışdır.  O 

cümlədən,  dövrün  sonuna  kredit  ittifaqlarının 

sayı  103,    beynəlxalq  humanitar  təşkilatlar 

tərəfindən 

maliyyələşdirilən 

kredit 


təşkilatlarının  sayı  28  olmuşdur.  Onların 

filiallarının  sayı  isə  ilin  əvvəlindən  artaraq     

(1  yanvar  2012-ci  il  tarixinə  74)  1  oktyabr  

2012-ci il tarixinə  112-ə çatmışdır. 

Əhaliyə,  xüsusilə  də  regionlarda  yaşayan 

sakinlərə  maliyyə  xidmətlərini  göstərən 

“AZƏRPOÇT” 

Məhdud 


Məsuliyyətli 

Cəmiyyətinin 63 filialı yarım il ərzində uğurla 

fəaliyyət  göstərmişdir.  1  oktyabr  2012-ci  il 

tarixinə  olan  məlumata  görə  “AZƏRPOÇT” 

II.  BANK SİSTEMİNİN İNKİŞAFI

Bank sisteminin inkişafı



Cədvəl 2.1. Bank sisteminin əsas göstəricilərinin artım tempi, %-lə

 

2009



2010

2011


2012/9 ay

Aktivlər


13.6

13.9


7.3

14.7


Kreditlər

17.3


9.0

8.1


15.2

Hüquqi şəxslərin depozitləri

-18.8

4.3


16.1

0.2


Əhalinin əmanətləri

22.6


29.8

36.0


10.6

Məcmu kapital

17.9

7.8


12.7

21.8


Mənbə: AMB 

Mənbə: AMB


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə