Аzərbаycаn rеspubliкаsinin məRKƏZİ banki



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix17.09.2018
ölçüsü2,45 Mb.
#69074
1   2   3   4   5   6   7   8

12

MMC-nin  şöbələrinin  sayı  939-a  (ötən  ilin 

müvafiq dövründə 816) çatmışdır.

2.2. Bank sisteminin öhdəlikləri



2012-ci  ilin  hesabat  dövrü  ərzində  bank 

sisteminin resurs bazası əsasən daxili bazardan 

cəlb edilmiş vəsaitlər hesabına artmışdır.

2012-ci  ilin  yanvar-sentyabr  ayları  ərzində 

bankların  öhdəlikləri  15,5%  artaraq    (1  830 

mln.  manat)  dövrün  sonuna  13  658,4  mln. 

manat təşkil etmişdir. O cümlədən, dövr ərzində  

bankların  ümumi  depozitləri  6,7%  artaraq  10 

080,6 mln. manata çatmış və cəmi öhdəliklərin 

73,8%-ni təşkil etmişdir.  

Bank sisteminin inkişafı

Bank  xidmətləri  istehlakçılarının  hüquqlarının 

müdafiəsi üzrə siyasət maliyyə bazarlarında rəqabəti 

artırmaqla  və  ev  təsərrüfatlarının  müsbət  mənada 

risklərinə  təsir  göstərməklə  maliyyə  sabitliyinin 

təmin olunmasına yardım edir. Bank məhsullarının 

və  xidmətlərinin  getdikcə  mürəkkəbləşdiyi 

şəraitdə  ev  təsərrüfatlarının  investisiyalarının  və 

əmanətlərinin risklərdən qorunması əhəmiyyətli bir 

məsələyə çevrilir. 

2010-cu  ilin  noyabrında  Seulda  keçirilən  G20 

sammiti  çərçivəsində  İƏİT  və  maliyyə  sabitliyi 

ilə  bilavasitə  əlaqədar  olan  maliyyə  institutları 

birgə  əməkdaşlıq  əsasında  bank  xidmətləri 

istehlakçılarının  hüquqlarının  müdafiəsi  haqqında 

hesabat hazırlamışlar.

Hesabatda  ipoteka  kreditləri,  kredit  kartları  ilə 

əməliyyatlar,  təminatlı  və  təminatsız  kreditlərin 

təhlili  aparılmış  və  kövrəkliklə  bağlı  maliyyə 

sistemi  üzrə  tənzimləmə  və  nəzarət  çərçivəsinin 

təkmilləşdirilməsinə dair təkliflər irəli sürülmüşdür.

Müxtəlif  ölkələrdə bank xidmətləri istehlakçılarının 

hüquqlarının  müdafiəsi  üzrə  keçirilən  tədbirlər 

müxtəlif  olsa  da,  bu  işə  məsul  olan  agentliklərin 

sayı  1-2  və  daha  çox  ola  bilər.  Bununla  yanaşı 

bir  çox  ölkələrdə  istehlakçıların  müdafiəsi  və 

prudensial  nəzarət  qarşılıqlı  əlaqəyə  malik  bir  amil 

kimi qiymətləndirilir. Bəzi ölkələrdə bank xidmətləri 

istehlakçılarının hüquqlarının müdafiəsi ilə bilavasitə 

məşğul  olan  təşkilat  yoxdur  və  makroprudensial 

nəzarət  tədbirləri  dolayı  yolla  istehlakçıların 

hüquqlarını müdafiə edir.

Bank  xidmətləri  istehlakçılarının  müdafiəsi 

əsasən  məsul  bankın  kreditləşmə  fəaliyyəti, 

risklərin  aşkarlanması,  maliyyə  əməliyyatlarının 

detallaşdırılması  və  ifrat  borclanmanın  qarşısının 

alınması  üzərində  konsentrasiya  olunmuşdur. 

Tənzimləyici  çərçivədən  başqa  istehlakçıların 

hüquqlarının  onların  məsuliyyəti  ilə  də  qorunduğu 

qeyd olunur.  

Hesabatda həmçinin həyata keçirilən siyasətlə bağlı 

tövsiyələr  və  istehlakçıların  hüquqlarının  müdafiəsi 

sahəsində  gələcəkdə  reallaşdırılmalı  təlimlər 

barədə  təkliflər  də  öz  əksini  tapmışdır.  Aparılan 

bu  qiymətləndirmələrə  paralel  olaraq  müəyyən 

olunmuşdur  ki,  bank  xidməti  istehlakçılarının 

hüquqlarının müdafiəsi və maliyyə sabitliyi qarşılıqlı 

əlaqəyə  malik  məsələlər  olduğundan  istehlakçıların 

hüquqularının  müdafiəsi  ilə  bağlı  təlimlər    maliyyə 

sabitliyinin möhkəmlənməsini şərtləndirəcəkdir.



Haşiyə 3. Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi

Mənbə: Financial Stability Board (2011) “Consumer Finance Protection with particular focus on credit”

Mənbə: AMB

Qrafik 2.2. Bankların resurs bazasının strukturu, %-lÿ 

28  

19  


13  

14  


4  

15

 



7  

28  


18  

15  


12

5  


15

 

7  



Ôèçèêè øÿõñëÿðèí äåïîçèòëÿðè

Ùöãóãè øÿõñëÿðèí äåïîçèòëÿðè

Õàðèæè áîðæ

Ìàëèééÿ ñåêòîðóíóí òÿëÿáëÿðè

ÀÌÁ-íèí áàíêëàðà ãàðøû òÿëÿáëÿðè

Êàïèòàë


Äèýÿð

01.10.2012

 

01.01.2012



 


13

Bank sisteminin inkişafı

Cari ilin 9 ayında əhalinin əmanətləri 10,6% 

artmış  və  4556,3  mln.  manata  çatmış  və  

bankların öhdəliklərində payı isə dövrün sonuna 

33,3% təşkil etmişdir.

2012-ci ilin ötən dövrü ərzində əhalidən cəlb 

edilmiş  əmanətlərin  müddət  strukturunda  müs-

bət meyillər davam etmişdir. Müddətli əmanətlər 

286,5 mln. manat, tələb edilənədək əmanətlər isə 

150 mln. manat artmışdır. Müddətli əmanətlərin 

cəmi əmanətlərdə payı cari ilin sentyabr ayının 

sonuna 78,2% olmuşdur. 

Əhalinin  bank  sisteminə  inamının  artması 

nəticəsində  uzunmüddətli  və  milli  valyutada 

əmanətlərin  artımı  müşahidə  olunmuşdur. 

Hesabat dövrü ərzində uzunmüddətli əmanətlər 

10,5%  artaraq  cəmi  əmanətlərin  36%-ni  təşkil 

etmişdir.  2012-ci  ilin  9  ayı  ərzində  milli 

valyutada  əmanətlər  14,6%  artaraq  2616  mln. 

manata  çatmış  və  cəmi  əmanətlərin  57%-ni 

təşkil etmişdir.

Azərbaycan  bank  sistemi  hesabat  dövründə 

də  qeyri-rezident  fiziki  şəxslər  üçün  cəlbedici 

olmuşdur.  Belə  ki,  2012-ci  ilin  yanvar-sentyabr 

ayları  ərzində  qeyri-rezident  fiziki  şəxslər 

tərəfindən  yerləşdirilmiş  əmanətlərin  həcmi 

19,6% artmış (ötən ilin müvafiq dövrünə nisbətən 

40%) və cəmi əmanətlərin 10%-ni təşkil etmişdir.

Hüquqi  şəxslərin  depozitlərində  artım 

müşahidə  olunur.  Hüquqi  şəxslərin  depozitləri 

son  bir  ildə    15,4%  artmış  və    5  524,3  mln. 

manat təşkil etmişdir. 

Qeyri-rezident  banklardan  və  beynəlxalq 

maliyyə təşkilatlarından cəlb edilmiş vəsaitlərin 

həcmi 2 448,2 mln. manat olmuşdur. Xaricdən 

cəlb  olunmuş  vəsaitlərin  səviyyəsi  məqbul 

səviyyədə  olmuş  və  cəmi  öhdəliklərin  18%-i 

təşkil etmişdir.

     


2.3. Bank sisteminin aktivləri

Hesabat  dövründə  maliyyə  xidmətlərindən 

istifadənin genişlənməsi prosesi davam etmişdir. 

Kreditləşmə  bank    xidmətlərinin  əsas  hissəsi 

olaraq qalmışdır.

Bank  aktivlərinin  dəyişimi  (cari  ilin  III  rübü  

ərzində artım 14,7%) əsasən kredit qoyuluşları 

ilə  əlaqədar  olmuşdur.  Kredit  qoyuluşları 

hesabat  dövrü  ərzində  15,2%  artaraq  dövrün 

sonuna  11  169,7  mln.  manat  təşkil  etmişdir. 

Mərkəzi Bankın apardığı sorğuya əsasən kreditə 

tələbin  dinamikasında  sabitləşmə  meyilləri 

davam  edir.  Ötən  dövrlərdə  olduğu  kimi 

kiçik  və  orta  sahibkarlığın  kreditə  tələbi  artır. 



Mənbə: AMB

Mənbə: AMB

Mənbə: AMB


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə