Аzərbаycаn rеspubliкаsinin məRKƏZİ banki



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix17.09.2018
ölçüsü2,45 Mb.
#69074
1   2   3   4   5   6   7   8

16

 Bank sisteminin inkişafı

Cari ilin III rübü ərzində bankların əldə etdik-

ləri  mənfəət  103,4  mln.  manat  təşkil  etmişdir. 

Vergi  ödənildikdən  sonra    xalis  mənfəət  90,2 

mln. manat olmuşdur.  

Dövr ərzində mənfəətlə işləyən bankların sayı 

32  (01.10.2011-ci  il  tarixə  sayı  31),  zərərlə 

işləyən  bankların  sayı  isə  10  (01.10.2011-ci  il 

tarixə sayı 12)  olmuşdur.

Dövr  ərzində  bankların  müştərilərə  verdiyi 

kreditlər  üzrə  faiz  gəlirləri    10,2%  artmışdır 

(müştərilərə verilən kreditlər üzrə cəmi 826,2 mln. 

manat faiz gəliri). Faiz gəlirlərinin orta aktivlərə 

nisbəti müvafiq dövrlə müqayisədə 0.4 faiz bəndi 

azalaraq dövrün sonuna 7,4% təşkil etmişdir.

Faiz  gəliri  gətirən  digər  əməliyyatlardan 

(banklararası tələblər, investisiyalar  və maliyyə 

lizinqi) əldə edilən gəlir ötən ilin müvafiq dövrü 

ilə  müqayisədə  22,4%  artmış  və  orta  aktivlərə 

nisbətdə  sabit  qalaraq  0,7%  təşkil  etmişdir. 

Cari ilin III rübündə cəmi faiz gəlirləri ötən ilin 

müvafiq dövrü ilə müqayisədə 11,2% (91,4 mln. 

manat) artaraq 1 oktyabr 2012-ci il tarixə 905,4 

mln. manata çatmışdır.

Cari ilin 9 ayı ərzində bankların cəmi qeyri-

faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 

18,2%  artmış  və  hesabat  dövrünün  sonuna 

267,9    mln.  manat  təşkil  etmişdir.  Bu,  valyuta 

əməliyyatlarından gələn xalis gəlirlərin və digər 

xidmət    növlərinə  görə  komissiya  gəlirlərinin 

artması hesabına baş vermişdir. 

  Bütövlükdə  bankların  ümumi  gəlirləri  (faiz 

və qeyri-faiz) 1173,3 mln. manat təşkil etmiş və 

ötən ilin müvafiq dövründəki səviyyədən 12,7% 

(132,3 mln. manat) çox olmuşdur. 

2011-ci  ilin  müvafiq  dövrü  ilə  müqayisədə 

hesabat  dövrünün  sonuna  faiz  xərcləri  11,1% 

artmış  və  479,5  mln.  manat  təşkil  etmişdir. 

Bu  əsasən  fiziki  şəxslərin  müddətli  əmanətləri 

üzrə  faiz  xərclərinin  artması  ilə  əlaqədardır. 

Faiz  xərclərinin  orta  aktivlərə  nisbəti  ötən  ilin 

müvafiq  dövrü  ilə  müqayisədə  0,2  faiz  bəndi 

azalaraq 4,5% olmuşdur. 

Qeyri-faiz xərcləri ötən ilin müvafiq dövrü ilə  

müqayisədə  15,5%  artmış  və  1  oktyabr  2012-

ci  il  tarixinə  433,2  mln.  manat  təşkil  etmişdir. 

Buna səbəb bank sistemində əmək haqqı, digər 

kompensasiya  növləri  və  bank  işində  istifadə 

olunan  əsas  vəsaitlərlə  əlaqədar  xərclərin 

artmasıdır. Qeyri-faiz xərclərinin orta aktivlərə 

nisbəti ötən ilin müvafiq dövrü ili müqayisədə 

dəyişməmiş  və 3,9% olmuşdur.   

2011-ci  ilin  müvafiq dövrü ilə müqayisədə 

bankların  ümumi  xərcləri  (faiz  və  qeyri-faiz) 

13,2% (və ya 106,2 mln. manat) artaraq 912,7 

mln. manat olmuşdur.  

Cari ilin yanvar-sentyabr aylarında bankların 

əməliyyat mənfəəti 260,6 mln. manat olmuşdur. 

Cədvəl 2.3. Regionlar üzrə (Bakı istisna olmaqla) kreditlər və əmanətlər, mln. manat

Tarix


Kredit qoyuluşu

Əmanətlər

Cəmi

Manatla Xarici valyutada



Cəmi

Manatla


Xarici valyutada

01.01.2012

1271,7

940,1


331,5

327,6


242,7

85

01.04.2012



1273.4

972,1


301,3

   386,9


270,2

116,7


01.07.2012

1398,7


1075,5

323,2


    381,7

287,8


93,9

01.09.2012

1372,9

1020,8


352,1

360,9


279,2

81,3


 Mənbə: AMB

Mənbə: AMB


17

Bank sisteminin inkişafı

Bank  aktivlərinin  gəlirliliyi  (ROA)  0,8%, 

kapitalın  gəlirliliyi  (ROE)  isə  6,7  %  təşkil 

etmişdir.

2.5. Bank sektorunun kapitalı 



Hesabat dövründə bank sisteminin kapital 

bazasının  möhkəmlənməsi    davam  etmiş, 

sistemin  kapital  adekvatlığı  göstəriciləri 

məqbul səviyyədə olmuşdur.

2012-ci ilin yanvar-sentyabr ayları ərzində 

bank  sisteminin  məcmu  kapitalının  həcmi 

21,8%  və  ya  411,2  mln.  manat  artaraq  döv-

rün  sonuna  2297,3  mln.  manata  çatmışdır. 

Cari ilin 9 ayında məcmu kapitalın artımının 

əsas  mənbəyini  nizamnamə  kapitalı  təşkil 

etmişdir.  Nizamnamə  kapitalı  396,3  mln. 

manat  və  ya  25,1%  artmış,  onun  məcmu 

kapitalda  payı  artaraq  86%-a  çatmışdır 

(ilin  əvvəlinə  82,6%).  Ümumi  ehtiyatlar  isə 

ilin  əvvəlindən  18,6%  (29,7  mln.  manat) 

yüksəlmişdir. Törəmə müəssisələrin və digər 

kredit  təşkilatlarının  səhmlərinə  (paylarına), 

qeyri-maddi  aktivlərə  investisiyalar  206,3 

mln. manat səviyyəsində olmuşdur (ötən ilin 

müvafiq  dövründə  155  mln.  manat  təşkil 

etmişdir). 

Bank  sektoru  üzrə  kapital  adekvatlığı 

minimal limiti üstələyərək hesabat dövrünün 

sonuna 15,2% səviyyəsində olmuşdur.

Cədvəl 2.4. Mənfəətin strukturu, mln. manat 

  Yanvar – sentyabr 2011 Yanvar – sentyabr 2012

Dəyişmə, %-lə

Faiz gəliri

814

905.4


11.2

Faiz xərcləri

431.5

479.5


11.1

Qeyri-faiz gəliri

226.7

267.9


18.2

Qeyri-faiz xərcləri

375

433.2


15.5

Ümumi gəlir

1040.7

1173.3


12.7

Ümumi xərc

806.5

912.7


13.2

Xalis əməliyyat mənfəəti

234.3

206.6


-11.9

Aktivlər üzrə mümkün zərər üçün ehtiyatın 

yaradılmasına ayırmalar

115.7


158.2

36.7


Mənbə: AMB

 

Cədvəl 2.5. Bank kapitalının strukturu, mln. manat  

01.01.2012

01.10.2012

Nizamnamə kapitalı

1558.9

1955.2


Səhmlərin emissiyasından əlavə vəsait

20.7


20.7

Bölüşdürülməmiş xalis mənfəət (zərər)

-40.7

-116.3


Cari ilin mənfəəti

163.5


183.7

Ümumi ehtiyatlar

159.5

189.1


Kapitalın digər vəsaitləri

151.5


206.3

Məcmu kapital

1886.3

2297.3


Kapitaldan tutulmalar

-119.5


-132.3

Mənbə: AMB

 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə