Аzərbаycаn rеspubliкаsinin məRKƏZİ banki



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix17.09.2018
ölçüsü2,45 Mb.
#69074
1   2   3   4   5   6   7   8

18

Bank sisteminin inkişafı

2012-ci  ilin  9  ayında  I  dərəcəli  kapital 

adekvatlığı göstəricisi 0,3 faiz bəndi yüksələrək 

12% təşkil etmişdir ki, bu da minimal normadan 

(I dərəcəli kapital adekvatlığı norması  6%)  2 

dəfə çox olmuşdur. 

2012-ci  ilin  sentyabr  ayının  sonuna  sistem 

üzrə leverec əmsalı müəyyən olunmuş minimal 

normadan yüksək, 9,6% səviyyəsində olmuşdur.

İnformasiya assimetriyası bir qrupun digər qrupdan 

daha çox informasiyaya malik olmasından irəli gəlir. 

Müştərilər  özləri  barəsində  bank  menecerlərindən 

daha  çox  məlumata  malik  olmaları  və  yaxud  tam 

tərsi  halında  verilən  kreditlərin  keyfiyyətində  və 

sayında  problemlər  yaranır.  Qarşı  tərəfin  kredit 

riskinin  artması  borc  verənləri  vəsaitlərini  borc 

vermək  fikrindən  daşındırır.  Bu,  ölkədə  kredit 

çatışmamazlığı,  xərclərin  azalması,  nəticədə 

iqtisadiyyatda geriləmə və maliyyə bazarında qeyri-

sabitliyə  gətirib  çıxarır.  Beləliklə,  kredit  və  bazar 

risklərinin dəqiq qiymətləndirilməsi məqsədi ilə tələb 

olunan  məlumatın  yetərsizliyi  şəraitində  banklar 

daha çox kapital zərurəti ilə üzləşirlər.

İnformasiya assimetriyasının əsas iki nəticəsi var: 

əlverişsiz  seçim  (Adverse  selection)  və  qeyri-etik 

davranış (Moral hazard) riskləri.

• 

Əlverişsiz  seçim  borcalanların  (ev 



təsərrüfatları və ya bank) potensial kredit riski olan 

müştərilər olmasıdır.

• 

Qeyri-etik  davranış  borcalanların  (ev 



təsərrüfatları  və  ya  bank)  qarşı  tərəf  (banklar  və 

depozitorlar)  üçün  arzu  olunmaz  riskli  fəaliyyət  ilə 

məşğul olmalarıdır.

Depozitorlar  əmanətlərini  hansı  banka  həvalə 

etmək  seçimini  düzgün  etmir  və  ya  bankları 

dəyərləndirə  bilmədikdə  əsasən  zəif  banklar 

depozitorların informasiya çatışmazlığından istifadə 

edərək  kapitallarını  aşağı  səviyyədə  saxlayırlar. 

Bu  da  bazarda  güclü  bankların  zəif  banklardan 

seçilə  bilməməsi  ilə  nəticələnir.  Əgər  tam  tərsi, 

yəni  depozitorlar  bankları  dəyərləndirə  bilərsə  bu 

zaman  güclü  banklar  depozitorların  dəyərləndirmə 

bacarığını nəzərə alaraq kapital adekvatlığını yüksək 

saxlayacaqlar. Bankın kapitalının adekvat olduğunu 

görən  əmanətçilər  vəsaitlərini  etibarlı  bankda 

saxladıqları üçün daha az kompensasiya tələb edəcək 

və  aşağı  faiz  dərəcəsini  qəbul  edəcəklər.  Bankların 

gücünün  depozitorlar  tərəfindən  fərqəndirilə 

bilinməməsi  Akerlofun  “Limon  bazarı”  problemini 

əks  etdirir.  Akerlofun  “Limon  bazarı”  problemi 

ikinci  avtomobil  bazarlarında  avtomobillərin  tam 

dəyərinin  alıcılar  tərəfindən  bilinməməsini  və  ona 

görə  də  ödənilən  orta  qiymətin  həqiqi  qiymətdən 

aşağı və ya yuxarı olmasını izah edir.

Depozitorların  bankları  qiymətləndirməsində 

çətinlikləri aradan qaldırmaq üçün bir neçə yolu var:

• 

Depozitorlar  bankların  səhmdarlarını 



izləsinlər. 

• 

Bank menecerləri bankın reytinq agentlikləri 



tərəfindən qiymətləndirilməsini təmin etsinlər.

Səhmdarlar  bank  iflas  etdiyi  halda  bankın  bütün 

öhdəlikləri  ödənildikdən  sonrakı  qalığa  iddia  edə 

bilərlər. Bu səbəbdən səhmdarlar bankın monitorin-

qini daha diqqətli aparacaqlar ki, bu da depozitorların 

vəsaitlərinin daha etibarlı əllərdə olmalarından xəbər 

verəcək. Depozitorların və investorların mənafeyini 

qorumaq  məqsədi  ilə  bankların  mütəmadi  olaraq 

reytinq  agentlikləri  tərəfindən  qiymətləndirilməsi 

hökumət institutları tərəfindən banklara icbari olaraq 

tətbiq edilməlidir.

Mənbə: Kevin Dowd, Does asymmetric information justify bank capital adequacy regulation?

Haşiyə 4. İnformasiya assimetriyası və kapital adekvatlığı

Mənbə: AMB



19

2.6. Banklarda faiz dərəcələri 



2012-ci  ilin  9  ayı  ərzində  manatla  və  xarici 

valyuta  ilə  kreditlər  və  depozitlər  üzrə  orta 

çəkili  nominal  faiz  dərəcələrində  azalma  baş 

vermişdir.

Kreditlər  üzrə  manatla  orta  faiz  dərəcələri 

ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  0,6 

faiz  bəndi  azalaraq  15,4%  olmuşdur.  Eyni 

dövrdə  əmanətlər  üzrə  manatla  nominal  orta 

faiz  dərəcələri  10,8%-dən  10,2%-ə  enmişdir. 

Xarici  valyutada  kreditlər  üzrə  faiz  dərəcəsi 

0.8% azalmış, depozitlər üzrə faiz dərəcəsi isə 

demək olar ki, sabit qalmışdır.

Dövr  ərzində  manatda  faiz  marjası  ortalama 

5.6%, valyutada isə 5.1% olmuşdur.

Yeni  verilmiş  kreditlər  və  cəlb  edilmiş 

əmanətlər,  habelə  banklararası  kreditlər  üzrə 

orta çəkili faiz dərəcəsi ilin əvvəlindən qismən 

azalmışdır.

01.10.2012  tarixinə  manatla  banklararası 

kreditlər  üzrə  faiz  dərəcəsi  ilin  əvvəli  ilə 

müqayisədə 1.36% bəndi azalaraq 8.5% olmuş, 

xarici  valyutada  isə  bu  göstərici  2,2%  bəndi 

azalma ilə 5,78% təşkil etmişdir.

Bank sisteminin inkişafı

Cədvəl 2.6. Depozit və kreditlər üzrə orta faiz dərəcələri, %-lə

Tarix


Kreditlər

Depozitlər

Manatla

Xarici valyutada



Manatla

Xarici valyutada

01.01.2012

16.3


16.8

10.3


11.1

01.07.2012

15.7

15.4


10.3

10.8


01.10.2012

15.4


15.5

10.2


10.5

 Mənbə: AMB

Mənbə: AMB


20

Bank sistemində risklər



Cari ilin III rübündə bankların resurs bazası-

nın  formalaşmasında  xarici  maliyyələşmənin 

payı  artsa  da,  depozitlər  əsas  resurs  mənbəyi 

kimi  qalmaqdadır.  Aktiv  və  passivlərin  ödəniş 

müddətlərinin təhlili bank sistemində likvidliyin 

məqbul səviyyədə olmasını göstərir.  

Cari  ilin  yanvar-sentyabr  ayları  ərzində 

bankların likvidliyi məqbul səviyyədə qalmışdır. 

Kredit  aktivliyinin  bərpası  ilə  əlaqədar  yüksək 

likvid aktivlərin həcminin bir qədər azalmasına 

baxmayaraq  likvid  aktivlərin  ümumi  aktivlərə 

nisbəti  minimal  səviyyədən  (10%)  yüksək 

qalmışdır.  Likvid  aktivlərin  cari  öhdəliklərdə 

payı  47%-dən  39%-ə  azalmışdır.  Ani  likvidlik 

əmsalı 61% olmuşdur ki, bu da Mərkəzi Bankın 

tələbindən (minimal limit 30%) yüksəkdir. 

Yüksək  likvid  aktivlərin  orta  günlük  qalığı 

yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq 

dövrü  ilə  müqayisədə  116  mln.  man.  (6%) 

artaraq 2 169 mln. manata çatmışdır.

1  sentyabr  2012-ci  il  tarixinə  yüksək  likvid 

aktivlərin  strukturunda  nağd  vəsaitlər,  nostro 

hesablar  və  dövlət  qiymətli  kağızların  payı 

müvafiq  olaraq  32%,  24%  və  16%  olmuşdur. 

Bankların  Mərkəzi  Bankda  hesablarının  likvid 

aktivlərdə  xüsusi  çəkisi  dövrün  sonuna  28% 

təşkil etmişdir. 

Dövr  ərzində  bankların  müddət  üzrə  aktiv 

və  passivləri  arasında  fərq  məqbul  səviyyədə 

olmuşdur.

2012-ci  ilin  doqquz  ayı  ərzində  kredit  port-

felinin  keyfiyyəti  məqbul  səviyyədə  olmuşdur. 

Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi 

çəkisi dövrün sonuna 6,5% təşkil etmişdir. 

Ümumilikdə,  Mərkəzi  Bank  müntəzəm 

həyata  keçirdiyi  stress-testlər  onu  göstərir  ki, 

Azərbaycanın bank sistemi kəskin makroiqtisa-

di şoklara qarşı dayanıqlı vəziyyətdədir. 

Mənbə: AMB

Mənbə: AMB

Mənbə: AMB

III.  BANK SİSTEMİNDƏ RİSKLƏR




21

Bank sistemində risklər

Son  qlobal  maliyyə  böhranı  iqtisadçı  alimlərin 

və  siyasət  qurucularının  diqqətini  bir  daha  maliyyə 

təlatümlərinin  yaranmasının  qabaqcadan  müəyyən 

olunması probleminə yönəltmişdir. 

Bir  sıra  ölkələr  və  beynəlxalq  maliyyə  təşkilatları 

tərəfindən son iyirmi il ərzində böhranların səbəbləri 

və  yaranması  ehtimalının  proqnozlaşdırılması 

sahəsində  geniş  tədqiqat  işləri  aparılır.  Böhranın 

qabaqlayıcı  indikatorlarının  formalaşdırılması 

metodologiyası  üzərində  işlər  aktivləşdirilmiş, 

makroiqtisadi  stress-testləşdirmə  üsulları  inkişaf 

etdirilmişdir.  Erkən  xəbərdarlıq  sisteminin  mühüm 

komponenti  olan  və  orta  müddətli  dövr  üçün  stress 

ssenarilərinin  nəticələrini  qiymətləndirmək  imkanı 

verən makroiqtisadi modelin qurulması istiqamətində 

tədbirlər davam etdirilir. 

Böhran  hallarının  qabaqcadan  proqnozlaşdırılması 

üzrə işlənilmiş modellər sırasında Kaminsky-Lizondo-



Reinhart  (KLR)  modelini  xüsusi  qeyd  etmək  olar. 

Bu model 1998-ci ildə qurulub və geniş sayda aylıq 

indikatorları  əhatə  etməklə  böhran  haqqında  siqnal 

vermək  məqsədini  daşıyır.  KLR  modeli  növbəti  24 

ay ərzində böhranın baş vermə ehtimalını orta çəkili 

aylıq  məzənnənin  ucuzlaşmasında  nəzərə  çarpan 

dəyişikliklər  və  ehtiyatların  itirilməsi  vasitəsilə 

qabaqcadan xəbər verməyə çalışır. Belə ki, ölkə üzrə 

böhrandan  əvvəlki  dövrdə  hər  hansı  makro-maliyyə 

dəyişəninin  lazımi  səviyyədən  artıq  olması  növbəti 

aylarda  böhranın  baş  verməsi  ehtimalı  haqqında 

siqnaldır.  2000-ci  ildə  model  yeni  indikatorlar  (real 

məzənnənin qiymətləndirilməsi, bank böhranı, xüsusi 

vəsaitlərin dəyərinin azalması, ixracın azalması, geniş 

pul kütləsinin ehtiyata yönəldilməsi əmsalı, resessiya 

və s.) əlavə olunaraq təkmilləşdirilmişdir.  



İnkişaf Etməkdə Olan Ölkələr Üzrə Tədqiqat Bölməsi-

nin  Modeli  (Developing  Country  Studies  Division   

Model) KLR modeli kimi böhranının baş verməsi ehtimalı 

haqqında qabaqcadan xəbər verən horizontu istifadə edir. 

Dəyişənlər  faizlə  ölçülür  və  xətti  model  5  dəyişəndən 

formalaşır: real məzənnənin trenddən kənarlaşması, cari 

hesabların  ÜDM-ə  nisbəti,  ixracın  artımı,  ehtiyatların 

artımı, M2 –nin ehtiyatlara nisbəti.

Erkən xəbərdarlıq sistemi çərçivəsində Beynəlxalq 

Valyuta Fondu tərəfindən işlənilmiş model Siyasətin 

İnkişafı  və  Təhlili  (Policy  Development  and  Review 



model) modelidir. Bu modelə böhranın baş verməsini 

əvvəlcədən proqnozlaşdırmaq üçün əhəmiyyətli balans 

göstəriciləri  daxil  edilmişdir:  korporativ  səviyyədə 

maliyyə levereci və qısamüddətli borcun işçi kapitala 

nisbəti,  bankların  balans  göstəriciləri  və  korporativ 

sektorun xarici borcu (ixracın payı kimi), investor və 

səhmdarların hüquqlarının qorunması rejimi.

1998-ci  ildən  Goldman  Sachs  WATCH  (GS- 



WATCH)  və  Credit  Suisse  First  Boston's  (CSFB) 

Emerging  Market  Risk  İndicator  modelləri  BVF 

tərəfindən  mütəmadi  olaraq  istifadə  olunur. 

GS-WATCH  modeli  3  aylıq  məzənnənin  çəkili 

ortası və ehtiyatlarda dəyişikliklər əsasında qarşıdakı 

3  ay  ərzində  böhranın  baş  vermə  ehtimalının 

proqnozlaşdırılması üçün istifadə olunur.  Dəyişənlərə 

kredit  bumu,  ixracın  və  ehtiyatların  artımı,  xarici 

maliyyələşməyə  tələb,  fond  indekslərinin  dəyişməsi, 

siyasi  risk,  yoluxma  effekti  və  qlobal  likvidlik 

aiddir.  Model  aylıq  göstəricilərdən  istifadə  etməklə 

qiymətləndirilir  lakin,  proqnozlar  analitiklərin 

hesabatlarında  əks  olunması  məqsədilə  həftəlik 

əsasda yenilənir. Credit Suisse First Boston's (CSFB) 

Emerging  Market  Risk  İndicator  modelinə  2000-ci 

ildə bəzi dəyişənləri yeniləməklə və sayını bir qədər 

azaltmaqla  yenidən  baxılmışdır.  Bu  model  növbəti 

ay  üçün  5%-dən  çox  dəyərsizləşmənin  baş  vermə  

ehtimalını  qabaqcadan  xəbər  verir.  Bu  dəyişənlər 

digər modellərdə istifadə olunan dəyişənlərlə demək 

olar ki oxşardır.



Haşiyə 5. Erkən Xəbərdarlıq Sisteminin dizaynı (tətbiq olunan modellər)

Mənbə: İMF staff papers “Assessing Early Warning Systems: How have they worked in Practise?”

Kapital  yetərliyi  dayanıqlı  səviyyədə 

qalmaqdadır.  Bununla  yanaşı  bazar  və  likvid-

lik  risklərinin  yaxşılaşması  müşahidə  olunur. 

Kredit riskləri idarə olunan səviyyədədir.



22

Hesabat    dövründə  ödəniş  sistemləri  sabit 

və  fasiləsiz  fəaliyyət  göstərmişlər.  Ölkədəki 

iqtisadi  aktivliyə  adekvat  olaraq  Milli  Ödəniş 

Sistemində  aparılan  əməliyyatların  həcmi  və 

sayı artmışdır. 

2012-ci  ilin  9  ay  ərzində  Milli  Ödəniş 

Sistemində  ümumi  həcmi  84  503  mln. 

manat  olmaqla  19007  mln.  ədəd  əməliyyat 

aparılmışdır.  Ötən  ilin  müvafiq  dövrü  ilə 

müqayisədə  əməliyyatların  sayı  41,9%  (5  614 

min  ədəd),  ümumi  həcmi  isə  16,1%  (11  732 

mln. manat) artmışdır.

Hesabat  dövründə  ödənişlərin  orta  günlük 

sayı 96 min ədəd, ümumi  həcmi  isə 426,8 mln. 

manat  təşkil  etmişdir  (ötən  ilin  eyni  dövründə 

müvafiq  olaraq  67,6  min  ədəd    və  367,5  mln. 

manat).  

Nağdsız  ödənişlərin  90,5%-i  AZİPS  sistemi 

vasitəsilə  həyata  keçirilmiş  və  onun  ümumi 

həcmi  76486  mln.  manat  olmuşdur  (343 

min  ədəd  əməliyyat).  Ötən  ilin  eyni  dövrü 

ilə  müqayisədə  əməliyyatların  ümumi  həcmi 

14,1%  (9  477  mln.  manat)  artmışdır.  Hər  bir 

ödəniş  sənədinin  məbləği  orta  hesabla  229,6 

min. manat təşkil etmişdir. 

Məbləğ  baxımından  ödənişlərin  9,5%-i  (8 

mln. manat) XÖHKS sistemi vasitəsilə həyata 

keçirilmişdir.  Say  baxımından  isə  XÖHKS 

sisteminin payı 98,2% təşkil etmiş və hesabat 

dövrünün yekunu üzrə 18,664 mln. ədəd ödəniş 

olmuşdur. Bu da ötən ili həcm etibarilə 39,1% 

(2 255 mln. manat) və say etibarilə 42,2% (5 

542  min  ədəd)  üstələmişdir.  Hər  bir  ödənişin 

məbləği  orta  hesabla  434,9  manat  təşkil 

etmişdir. 

Kommersiya  bankları  plastik  kartlarının 

xidmət  edilməsinə  dair  infrastrukturun  inkişaf 

etdirilməsini  davam  etdirmişlər.  2012-ci  ilin 

9  ayının  sonuna  bank  plastik  kartlarına  ölkə 

ərazisində yerləşdirilmiş 2 224 bankomatda və 

36 702 pos-terminalda xidmət edilmişdir. Qeyd 

edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 

ölkə ərazisində pos-terminalların sayı 2,8 dəfə 

artmışdır.

2012-ci ilin 9 ayında bankomatlar vasitəsilə 5 

493 mln. manat həcmində 35,512 mln. əməliyyat 

aparılmışdır. POS-terminallar vasitəsilə aparılan 

əməliyyatların sayı 3 131 min ədəd, həcmi isə 

403 mln. manat təşkil etmişdir.

Plastik  kartların  sayı  dövr  ərzində  340  min 

ədəd artaraq 4,9 mln. ədədə çatmışdır ki, bu da 

Ödəniş sistemləri

IV.  ÖDƏNİŞ SİSTEMLƏRİ

Mənbə: AMB

Mənbə: AMB



23

hər  min  nəfərə  (yetkinlik  yaşına  çatmış)  orta 

hesabla 820 ödəniş kartı deməkdir. 

İnternet  vasitəsilə  bank  xidmətlərindən 

istifadə  də  genişlənməkdədir.  Belə  ki,  dövr 

ərzində  internet-banking  vasitəsilə  4,2  mln. 

manat  məbləğində  20,1  min  əməliyyat  həyata 

keçirilmişdir.

 

Ödəniş sistemləri




24

İstifadə olunmuş qrafik və cədvəllər

İstifadə olunmuş qrafik və cədvəllər

Qrafiklər

Qrafik 1.1. Sənaye istehsalı və beynəlxalq ticarət 

5

Qrafik 1.2. İşsizlik səviyyəsi 



5

Qrafik 1.3. Mərkəzi bankların aktivləri 

7

Qrafik 1.4. Avrozonada KDF spredi 



7

Qrafik 1.5. Qeyri-işlək kreditlərin portfeldə payı 

7

Qrafik 1.6. Qlobal maliyyə sabitliyi xəritəsi 



8

Qrafik 1.7. Yanvar-sentyabr aylarında iqtisadi artım 

10

Qrafik 2.1. Bank şəbəkəsinin dinamikası 



11

Qrafik 2.2. Bankların resurs bazasının strukturu 

12

Qrafik 2.3. Qeyri-maliyyə sektorunun depozitlərinin dinamikası 



13

Qrafik 2.4. Əmanətlərin müddət strukturu 

13

Qrafik 2.5. Xarici borcun dinamikası 



13

Qrafik 2.6. Biznes kreditlərinə tələb və təklif 

14

Qrafik 2.7. Kredit portfelinin valyuta strukturu 



14

Qrafik 2.8. Subyektlər üzrə kredit portfelinin strukturunun dinamikası 

14

Qrafik 2.9. Fiziki şəxslərə kreditlərin məqsəd üzrə strukturu 



15

Qrafik 2.10. Bank aktivlərinin strukturu 

15

Qrafik 2.11. Bank sisteminin mənfəəti



 

16

Qrafik 2.12. Bank sisteminin kapital göstəriciləri 



18

Qrafik 2.13. Manatla yeni cəlb edilmiş depozit və verilmiş kreditlər üzrə faiz dərəcəsi 

19

Qrafik 3.1. Likvidlik göstəriciləri 



20

Qrafik 3.2. Likvid aktivlərin dinamikası və strukturu  

20

Qrafik 3.3. Aktiv və passivlər arasında fərqin aktivlərə nisbəti 



20

Qrafik 4.1. Milli Ödəniş Sistemində ödəniş əməliyyatlarının dinamikası 

22

Qrafik 4.2. Quraşdırılmış bankomatların və POS-terminalların sayı 



22


25

İstifadə olunmuş qrafik və cədvəllər

Cədvəllər

Cədvəl 2.1. Bank sisteminin əsas göstəricilərinin artım tempi 

11

Cədvəl 2.2. Bankların kredit portfelinin sahələr üzrə strukturu və dinamikası 



15

Cədvəl 2.3. Regionlar üzrə (Bakı istisna olmaqla) kreditlər və əmanətlər 

16

Cədvəl 2.4. Mənfəətin strukturu 



17

Cədvəl 2.5. Bank kapitalının strukturu 

17

Cədvəl 2.6. Deposit və kreditlər üzrə orta faiz dərəcələri 



19




Аzərbаycаn Rеspubliкаsının Mərkəzi Bankı

Azərbaycan, Bakı, AZ1014, R. Behbudov küç., 32

Telefon (994 12) 493 11 22

Faks (994 12) 493 55 41



www.cbar.az 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə