Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə1/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
  1   2   3   4   5   6   7   8   9   ...   252
AR-Mülki-Məcəlləsi-2



AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİ
[1]
 
 
ÜMUMİ HİSSƏ
 
Birinci bölmə
 
GİRİŞ MÜDDƏALARI
 
1-ci fəsil.
 
Mülki hüquq sahəsində qanunvericilik
 
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və 
vəzifələri
1.1.
Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki 
dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
1.2.
Bu Məcəllənin vəzifələri aşağıdakılardır:

mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini 
tənzimləmək;

mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini 
müdafiə etmək;

fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə 
həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq;
[2]
 

mülki dövriyyəni təmin etmək;

sahibkarlıq fəaliyyətini dəstəkləmək;

sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.
Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan 
Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər 
qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını 
müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.
2.2.
 
Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin 
hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının 
əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, 


müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini 
və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.
2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin 
mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, 
əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi 
qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və 
başqa hüquqi aktlar ilə tənzimlənir.
2.4. İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri-
maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər, əgər 
bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki 
qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki 
qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya 
digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən 
vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.
2.6. Qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki 
münasibətlərin tənzimlənməsi üçün yalnız o halda tətbiq edilir ki, onlar bu 
Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə