Azərbaycan respublikasinin naziRLƏr kabineti Qərar



Yüklə 6,01 Kb.
tarix08.10.2017
ölçüsü6,01 Kb.

http://85.132.24.83/cw/ldb/legaldb.nsf/gerb1.jpg?openimageresource

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Qərar



022

02/02/2011 il

Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında

Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə aşağıdakı həcmdə saat normaları müəyyən edilsin:

1.1. elmlər doktoru elmi dərəcəsi üzrə – 40 saat;

1.2. fəlsəfə doktoru elmi dərəcəsi üzrə – 20 saat.

2. Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilsin.

3. Müəyyən edilsin ki, dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.



4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə