Azərbaycan respublikasinin naziRLƏr kabineti


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ



Yüklə 312,8 Kb.
səhifə3/4
tarix24.02.2018
ölçüsü312,8 Kb.
#27582
1   2   3   4



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 SƏRƏNCAM

 № 437s

Bakı şəhəri, 28 dekabr 2011-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən :



1. Türkiyə Respublikasının Van vilayətində baş vermiş təbii fəlakətdən zərər çəkmiş insanlara göstərilmiş humanitar yardımın dəyərinin və çəkilən nəqliyyat xərclərinin ödənilməsi, habelə yeni ehtiyatların yaradılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 2093430 (iki milyon doxsan üç min dörd yüz otuz) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3.. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının



Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

359s



Bakı şəhəri, 3 noyabr 2011 il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:



1. Balet ustası və xoreoqraf Blanka Guteerres Li tərəfindən hazırlanmış Azərbaycanda muğamın zəngin musiqi və obraz aləmini əks etdirən xoreoqrafik muğam tamaşası layihəsinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2601500 (iki milyon altı yüz bir min beş yüz) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 341s

 Bakı şəhəri, 27 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2,0 (iki) mln. ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin təyinatı üzrə köçürülməsini təmin etsinlər.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

335s



Bakı şəhəri, 24 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yerinə yetirilmiş aviareyslərə görə yaranmış və ilin sonunadək yarana biləcək kreditor borcun ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə 6635000 (altı milyon altı yüz otuz beş min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 314s

 Bakı şəhəri, 11 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, orta ixtisas təhsili müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilməsini təmin etmək məqsədi ilə:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına 122400 (yüz iyirmi iki min dörd yüz) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

278s

 Bakı şəhəri, 16 sentyabr 2011-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:



1. 2011-ci il 10-11 oktyabr tarixlərində Bakı şəhərində “XXI əsr ümid və çağırış” Beynəlxalq Humanitar Forumunun keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2 000 000 (iki milyon) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

266s



Bakı şəhəri, 27 avqust 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Serbiya Respublikasının Belqrad şəhərində şəhər məscidinin əsaslı təmirinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 722 190 (yeddi yüz iyirmi iki min yüz doxsan) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 



Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

265s



Bakı şəhəri, 27 avqust 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Serbiya Respublikasının Novi Sad şəhərində Müqəddəs Petka kilsəsinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 647 619 (altı yüz qırx yeddi min altı yüz on doqquz) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

262s



Bakı şəhəri, 26 avqust 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq, Gürcüstanda 2008-ci il avqust müharibəsinin partlayıcı qalıqlarının təmizlənməsi üzrə NATO-nun Texniki Təminat və Təchizat Agentliyinin “Gürcüstan III Etimad Fondu” layihəsində Azərbaycan Respublikasının iştirakının məqsədəuyğunluğunu, eləcə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan “Gürcüstan III Etimad Fondu” layihəsinə 50 000 (əlli min) avro məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci bəndi ilə ayrılan vəsaitin təyinatı üzrə müvafiq qaydada köçürülməsini təmin etsinlər.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 dekabr tarixli 386s nömrəli sərəncamı ləğv edilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

258s



Bakı şəhəri, 25 avqust 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi məqsədi ilə:

1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.6.3-cü yarımbəndində (Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər) birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 50 000 000,0 (əlli milyon) manatı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.

2. “Azərbaycan Respublikası 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “25” avqust tarixli 258 s nömrəli sərəncamına

əlavə


  2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqamət

 

 



(manatla)

Xərclərin adı

Bölmə

Köməkçi bölmə

İnzibati təsnifat

Paraqraf

İqtisadi təsnifat

2011-ci il üçün qənaət vəsait

I. Azaldılır

 

 

 

 

 

50 000 000,0

Sosial müdafiə və sosial təminatı

6

 

 

 

 

50 000 000,0

Sosial müdafiə

6

1

 

 

 

50 000 000,0

Digər sosial müdafiə tədbirləri

6

1

1551

6

 

50 000 000,0

Əmək haqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər

6

1

1551

6

 

50 000 000,0

Digər xərclər

1

1

1551

6

280000

50 000 000,0

Sair müxtəlif xərclər

1

1

1551

6

282000

50 000 000,0

Sair xərclər

1

1

1551

6

282100

50 000 000,0

II. Artırılır

 

 

 

 

 

50 000 000,0

Əsas bölmələrə aid edilməyən xidmətlər

14

 

 

 

 

50 000 000,0

Ehtiyat fondları

14

1

 

 

 

50 000 000,0

Dövlət büdcəsinin Ehtiyat Fondu

14

1

1202

0

 

50 000 000,0

Digər xərclər

14

1

1202

0

280000

50 000 000,0

Sair müxtəlif xərclər

14

1

1202

0

282000

50 000 000,0

Sair xərclər

14

1

1202

0

282100

50 000 000,0

 

 

Aparatın rəhbəri Ağa-bala Haciyev



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

251s

 Bakı şəhəri, 19 avqust 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikasının Ağdam, Qazax, Tərtər və Goranboy rayonlarının Ermənistan qoşunları ilə təmas xəttinin 3 kilometrlik məsafəsində yerləşən kəndlərində hərbi təcavüz nəticəsində yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın mərhələlərlə aradan qaldırılması üçün tikinti işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ



SƏRƏNCAM

234s



Bakı şəhəri, 10 avqust 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Bakı şəhərində Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi üzrə Mərkəzin müvafiq qaydada yaradılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 260,0 (iki yüz altmış) min manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 202s

 Bakı şəhəri, 26 iyul 2011-ci il

 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156 s nömrəli sərəncamı ilə təsdiq edilmiş bölgüdə nəzərdə tutulmuş Ehtiyat vəsaitin 27500000 (iyirmi yeddi milyon beş yüz min) avronun manat örtüyü məbləğində azaldılması hesabına beynəlxalq tədbirlərin təşkili üçün tələb olunan nəqliyyat vasitələrinin alınması, məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə 27500000 (iyirmi yeddi milyon beş yüz min) avronun manat örtüyü məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası



Baş nazirinin birinci müavini Yaqub Eyyubov
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 190s

 Bakı şəhəri, 15 iyul 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası diplomatik nümayəndəliklərinin yerləşdirilməsi ilə bağlı daşınmaz əmlakla qarşılıqlı təmin olunması haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 13-cü iclasının 2011-ci il 18 mart tarixli protokolunu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təklifini nəzərə alaraq:

1. Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 31 ünvanında yerləşən binanın alınması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 4500000,0 (dörd milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən binanın alınmasını mövcud qanunvericiliyə uyğun həyata keçirsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Meksika Birləşmiş Ştatlarında Azərbaycan-Mexiko dostluq parkının, Xocalı soyqırımına həsr olunmuş parkın salınması, həmin parkların layihə-smeta sənədlərinin hazırlanması və 3 abidənin hazırlanması, həmçinin daşınması üçün vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 SƏRƏNCAM

 № 383s

 Bakı şəhəri, 23 noyabr 2011-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:



1. Meksika Birləşmiş Ştatlarında Azərbaycan-Mexiko dostluq parkının, Xocalı soyqırımına həsr olunmuş parkın salınması, həmin parkların layihə-smeta sənədlərinin hazırlanması və 3 abidənin hazırlanması, həmçinin daşınması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 6,900.000 (altı milyon doqquz yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Yüklə 312,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə