Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 50 Kb.
tarix08.07.2018
ölçüsü50 Kb.
#54681

AR NK-nın 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin bu sərəncamın 1 nömrəli əlavəsində göstərilən obyektlər üzrə azaldılması hesabına, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

279s



 

Bakı şəhəri, 16 sentyabr 2011-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin bu sərəncamın 1 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 32500000,0 (otuz iki milyon beş yüz min) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 32500000,0 (otuz iki milyon beş yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

Azərbaycan Respublikası Nazirlər



Kabinetinin 2011-ci il 16 sentyabr tarixli

279s nömrəli sərəncamına



1 nömrəli əlavə

 

Vəsait azaldılan obyektlərin

 

SİYAHISI

 


Obyektlərin adı

Azaldılan vəsaitin məbləği

(min manatla)

1

2

CƏMİ

32500

“Magistral yol-II” layihəsində Azərbaycan tərəfinin payı (əlavə maliyyələşdirmə sazişləri ilə birlikdə, Dünya Bankı)

12500

“Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin yenidən qurulması və tikintisi” layihəsində Azərbaycan tərəfinin payı (Asiya İnkişaf Bankı)

11000

“Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi” layihəsində Azərbaycan tərəfinin payı (Dünya Bankı)

9000

 

Aparatın rəhbəri Ağa-Bala Hacıyev

 


 

 

 Azərbaycan Respublikası Nazirlər



Kabinetinin 2011-ci il 16 sentyabr tarixli

279s nömrəli sərəncamına



2 nömrəli əlavə

 

Vəsait ayrılan obyektlərin

 

SİYAHISI

 


Obyektlərin adı

Ayrılan vəsaitin məbləği

(min manatla)

1

2

CƏMİ

32500

“Hacıqabul-Kürdəmir 2 zolaqlı avtomobil yolunda əlavə 2 yol zolağının tikintisi və yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (Çex Respublikasının “Komerçni banka, a.s.” Bankı)

22500

Bakı - Ələt avtomobil yolunun 50-69 kilometr sahəsinin yenidən qurulması

10000

 

Aparatın rəhbəri Ağa-Bala Hacıyev

Yüklə 50 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə