Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 173 Kb.
tarix11.07.2018
ölçüsü173 Kb.
#54905

Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında “Aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi”nə dair Qrant Razılaşması üzrə razılığın təsdiq edilməsi barədə Nota” və 2011-ci il aprelin 6-da imzalanmış “Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında “Aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi”nə dair Qrant Razılaşması” təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAM



 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.9-cu bəndinə uyğun olaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 mart tarixli 81s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il martın 17-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında “Aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi”nə dair Qrant Razılaşması üzrə razılığın təsdiq edilməsi barədə Nota” və 2011-ci il aprelin 6-da imzalanmış “Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında “Aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi”nə dair Qrant Razılaşması” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən ayrılmış qrantın istifadəsinə dair məlumatı ildə bir dəfədən az olmayaraq, zəruri hallarda tələb olunduqda və layihə tam başa çatdıqdan sonra yekun hesabatı Azərbaycan Respublikasının İqtisadi inkişaf Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yaponiya tərəfinə müvafiq bildiriş göndərsin.

4. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 10 iyun 2011-ci il



№ 152s

 

 



Bakı, 17 mart 2011

 

Zati aliləri,



 

Yaponiya Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında bir qədər əvvəl keçirilmiş iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və aztəminatlı fermerlərə xüsusi diqqət ayırmaqla Azərbaycan Respublikasında ərzaq məhsullarının istehsalının artırılması məqsədilə həyata keçiriləcək Yaponiya iqtisadi əməkdaşlığına dair müzakirələrə istinad etməkdən və Yaponiya Hökuməti adından aşağıdakı anlaşmanı təklif etməkdən şərəf duyuram:

1. (1) Azərbaycan Respublikası Hökuməti tərəfindən aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsinin (bundan sonra layihə adlandırılacaq) həyata keçirilməsinə töhfə vermək məqsədilə Yaponiya Hökuməti iki yüz altmış milyon (260 000 000 yen) Yapon yeni məbləğində Qrantın (bundan sonra Qrant adlandırılacaq) Yaponiyanın müvafiq qanun və qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Hökumətinə ayrılmasına qərar vermişdir.

(2) Qrant, Azərbaycan Respublikası Hökuməti və ya onun tərəfindən müəyyən ediləcək səlahiyyətli qurum ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) arasında qrant sazişinin (bundan sonra Q/S adlandırılacaq) imzalanması ilə ayrılacaqdır.

(3) Qrantın və onun istifadəsi üzrə prosedurların şərtləri hazırki anlaşma çərçivəsində Q/S tərəfindən tənzimlənəcəkdir.

2. Qrant, Q/S-də müəyyənləşdiriləcək müddət ərzində, bu müddətin Q/S-nin qüvvəyə mindiyi tarixlə 31 mart 2012-ci il tarixi arasında olmaq şərtilə ayrılacaqdır.

3. Qrant və qrant üzrə toplanmış vəsait Azərbaycan Respublikası Hökuməti tərəfindən lazımi qaydada və müstəsna olaraq layihənin həyata keçirilməsi üçün tələb olunan məhsul və xidmətlərin (bundan sonra müvafiq olaraq Məhsullar və Xidmətlər adlandırılacaq) satın alınması, habelə layihənin həyata keçirilməsi üçün tələb olunan Q/S-də müəyyən olunacaq ödəmələr üçün sərf olunacaqdır.

4. Məhsul və Xidmətlərin səmərəli və rahat satınalınması və Azərbaycan Respublikası Hökumətinə digər zəruri dəstək məqsədilə Azərbaycan Respublikası Hökuməti, Q/S-in müddəalarına müvafiq şəkildə Hökumət adından fəaliyyət göstərəcək müstəqil və səriştəli agentlə (bundan sonra Agent adlandırılacaq) əmək müqaviləsi imzalayacaqdır. Sözügedən əmək kontraktı Qrant və Qrant üzrə toplanacaq faizə səlahiyyət vermək məqsədilə JİCA tərəfindən yazılı formada təsdiq olunacaq.

5. Qrant Q/S-in müddəalarına müvafiq şəkildə Azərbaycan Respublikası Hökuməti adına, Hökumət və ya onun tərəfindən müəyyənləşdirilmiş səlahiyyətli qurum tərəfindən müəyyənləşdiriləcək Yaponiyada yerləşən bankda Hökumətin adına açılacaq hesaba ödənişlərin edilməsi ilə JİCA tərəfindən icra ediləcəkdir.

6. (1) Azərbaycan Respublikası Hökuməti aşağıdakılar üzrə zəruri tədbirlər görəcəkdir.

(a) dərhal gömrük rəsmiləşdirilməsinin təmin etmək və Məhsulların Azərbaycan Respublikasına beynəlxalq nəqlinə yardım göstərmək;

(b) 5-ci bənddə göstərilmiş hesabda qalan məbləği Q/S-də nəzərdə tutulmuş şərtlərdən asılı olaraq JİCA-ya geri qaytarmaq;

(c) Məhsul və Xidmətlərin satınalınmasına və Agentin işə götürülməsinə Azərbaycan Respublikası tərəfindən tətbiq olunan gömrük rüsumları, daxili vergilər və digər fiskal ödəmələrdən azad etmək;

(d) Yaponiya vətəndaşlarına və/və ya üçüncü ölkələrin vətəndaşlarına, o cümlədən Məhsul və Xidmətlərin təminatı ilə əlaqədar Agent tərəfindən cəlb olunacaq şəxslərə Azərbaycan Respublikasına daxil olmaq və işin icrası məqsədilə orada qalmaq üçün vasitələrin verilməsi (hazırki anlaşma kontekstində “vətəndaşlar” ifadəsi Yaponiyaya məxsus fiziki şəxslər və ya Yaponiyaya məxsus fiziki şəxslər tərəfindən nəzarət olunan Yaponiyaya məxsus hüquqi şəxslər, üçüncü ölkələrin fiziki və hüquqi şəxslər mənasını daşıyır);

(e) JİCA tərəfindən məqbul hesab olunan yazılı formada hazırlanmış 5-ci bənddə göstərilmiş hesab üzrə əməliyyatlara dair hesabatı Agent vasitəsilə JİCA-ya təqdim etmək;

(f) Məhsulları Layihənin həyata keçirilməsi üçün lazımi qaydada və səmərəli şəkildə saxlamaq və istifadə etmək;

(g) Layihənin həyata keçirilməsi üçün tələb olunan bütün xərcləri, o cümlədən Məhsulların saxlanılması və paylanması üzrə xərcləri, Qrant və Qrant üzrə toplanmış faiz tərəfindən ödənilməyən xərcləri öz üzərinə götürmək; və

(h) Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə lazımi diqqət yetirmək.

(2) Azərbaycan Respublikası Hökuməti Yaponiya Hökumətinə xahiş əsasında Layihəyə dair zəruri məlumatlan verəcəkdir.

(3) Məhsulların nəqli və suda sığortalanmasına gəldikdə isə, Azərbaycan Respublikası Hökuməti nəqliyyat və dəniz sığorta şirkətləri arasında azad rəqabəti xələl gətirəcək hər hansı məhdudiyyətlərin tətbiqindən boyun qaçıracaq.

(4) Məhsullar Azərbaycan Respublikasından təkrar ixrac olunmayacaq.

7. (1) Azərbaycan Respublikası Hökuməti və ya onun tərəfindən səlahiyyət verilmiş qurum Məhsulların satışı və lizinqi üzrə mədaxili Azərbaycan Respublikası Hökumət və ya onun tərəfindən müəyyənləşdirilmiş səlahiyyətli qurumun adına açılacaq hesaba yerləşdirəcəkdir. Yerləşdiriləcək mədaxilin məbləği və depozit üzrə digər şərtlər Q/S-də müəyyənləşdiriləcəkdir.

(2) Azərbaycan Respublikası Hökuməti və ya onun tərəfindən səlahiyyət verilmiş qurum 1-ci subbəndin müddəalarına müvafiq şəkildə depozitə edilmiş vəsaitin istifadəsi ilə bağlı, bu istifadədən əvvəl, JİCA vasitəsilə Yaponiya Hökuməti ilə məsləhətləşəcəkdir.

8. İki Hökumət hazırki anlaşmadan irəli gələcək və onunla əlaqəli hər hansı məsələyə dair bir-birilə məsləhətləşmələr aparacaqdır.

Mən, bu Nota və Azərbaycan Respublikası Hökuməti adından yuxarıdaki anlaşmanı təsdiq edən Zati-alinizin cavab Notasının iki Hökumət arasında Zati-alinizin cavab Notasının tarixindən etibarən qüvvəyə minəcək razılıq təşkil etməsini təklif etməkdən şərəf duyuram.

Bu fürsətdən istifadə edərək Zati-alinizə yüksək ehtiramımı ifadə edirəm.

 


Şusuke Vatanabe

Yaponiyanın

Azərbaycan Respublikasında

Fövqəladə və Səlahiyyətli Səfiri

 

 

Müzakirənin protokolu



 

17 mart 2011-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında Notalar Mübadiləsinə istinad edərək, Yaponiyanın iqtisadi əməkdaşlığını genişləndirməsi üçün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirilməsi məqsədilə və Azərbaycan Respublikasında aztəminatlı fermerlərin məhsul istehsalının artırılmasını stimullaşdırılmasını vurğulayaraq (bundan sonra “Notalar Mübadiləsi” adlandırılacaq) Yaponiya və Azərbaycan Nümayəndə Heyəti aşağıdakıları qeyd etməyi arzulayaraq:

1. Notalar Mübadiləsinin 3-cü maddəsinə istinad edərək, Yaponiya Nümayəndə Heyətinin nümayəndəsi vurğuladı ki, Yaponiya Hökuməti anlayır ki, Azərbaycan Respublikası Hökuməti Azərbaycan Respublikasının təcrübəsində korrupsiya halı hesab edilən kontraktın bağlanması zamanı istənilən təklif və ya hədiyyənin qarşısının alınması məqsədilə lazımi tədbirlər həyata keçirəcək və Notalar Mübadiləsinin 4-cü maddəsinə istinad edərək məhsulların və xidmətlərin satın alınması Notalar Mübadiləsinin 3-cü maddəsinə əsasən qüvvəyə minir.

2. Notalar Mübadiləsinin 6-cı maddəsinin 2-ci yarımbəndinə istinad edərək, Yaponiya Nümayəndə Heyətinin nümayəndəsi vurğuladı ki, Yaponiya Hökuməti anlayır ki:

(a) Notalar Mübadiləsinin 1-ci maddəsinin 1-ci yarımbəndinə istinad edərək layihə ilə əlaqədar korrupsiya təcrübəsi ilə bağlı informasiya da daxil olmaqla lazımi informasiya ilə və;

(b) Azərbaycan Respublikası Hökuməti düzgün informasiya ilə təmin edəcək.

3. Azərbaycan Nümayəndə Heyətinin nümayəndəsi vurğuladı ki, Azərbaycan Nümayəndə Heyətinin Yaponiya Nümayəndə Heyətinin şərhinə etirazı yoxdur.

 

Bakı, 17 mart 2011-ci il



 

Azərbaycan Respublikasının

Yaponiyanın Azərbaycan Respublikasındakı

Kənd Təsərrüfatı Naziri

Fövqəladə və Səlahiyyətli Səfiri

İsmət Abasov

Şusuke Vatanabe

 

Prosedual məsələlərə dair razılaşdırılmış Protokol

 

17 mart 2011-ci il tarixli Azərbaycan Respublikası və Yaponiya Hökuməti arasında Notalar Mübadiləsinin 4-cü maddəsinə istinad edərək, Yaponiyanın iqtisadi əməkdaşlığını genişləndirməsin üçün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirilməsi məqsədilə və Azərbaycan Respublikasında aztəminatlı fermerlərin məhsul istehsalının artırılmasının stimullaşdırılmasını vurğulayaraq (bundan sonra “Notalar Mübadiləsi” adlandırılacaq) Yaponiya və Azərbaycan Nümayəndə Heyəti aşağıdakı prosedual məsələləri qeyd etməyi arzulayaraq:



Notalar Mübadiləsinin 4-cü maddəsinə istinad edərək səlahiyyətli və müstəqil orqan olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi ilə Notalar Mübadiləsinin 1-ci maddəsinin 2-ci yarımbəndinə istinad edərək qrant razılaşması qüvvəyə mindikdən sonra iki ay ərzində Azərbaycan Respublikası Hökuməti əmək kontraktı hazırlamalıdır.

 

 



Bakı, 17 mart 2011-ci il

 

 



Azərbaycan Respublikasının

Yaponiyanın Azərbaycan Respublikasındakı

Kənd Təsərrüfatı Naziri

Fövqəladə və Səlahiyyətli Səfiri

İsmət Abasov

Şusuke Vatanabe

 

 

Qrant Razılaşması №. 1061160



 

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ

YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ AGENTLİYİ



ARASINDA

AZTƏMİNATLI FERMERLƏ ÜÇÜN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ

LAYİHƏSİ

ÜZRƏ


QRANT RAZILAŞMASI

 

Tarix 06 Aprel 2011-ci il



 

 

Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında Yaponiyanın qrant yardımı vasitəsilə Azərbaycan Respublikası Hökuməti tərəfindən aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi (bundan sonra “Layihə” adlanacaqdır) ilə bağlı Notalar Mübadiləsi (bundan sonra N/M adlanacaq) əsasında (17 mart 2011-ci il), Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (bundan sonra “JİCA” adlanacaq) N/M Paraqraf 1, bölmə (2)-də istinad edildiyi kimi aşağıdakı qrant razılaşmasını imzalayır:



 

Maddə 1 Qrantın məbləği və təyinatı

Layihənin icrasını dəstəkləmək məqsədilə JİCA iki yüz altmış milyon Yapon Yeni (¥260,000,000) məbləğində qrant yardımmı (bundan sonra “Qrant”) Yaponiyanın qanun və qaydalarına uyğun olaraq və N/M çərçivəsində Azərbaycan Respublikası Hökumətində təqdim edəcəkdir.

 

Maddə 2 Qrantın verilməsi



JİCA və Azərbaycan Respublikası Hökumətinin və ya digər səlahiyyətli Təşkilatın (bundan sonra birgə “Təşkilat” adlanacaq) qarşılıqlı razılığı əsasında müddətin uzadılması qərarı qəbul edilməzsə, Qrant məbləği hazırkı qrant razılaşması (bundan sonra “QR” adlanacaq) imzalandıqdan sonra, QA qüvvəyə minən tarixdən Qrantın son tarixi (imzalanma tarixindən sonra 6 ay keçdikdən sonra) arasındakı müddətdə təqdim ediləcəkdir.

 

Maddə 3 Qrantın istifadəsi



Qrant və ona hesablanmış faizlər Azərbaycan Respublikası Hökuməti tərəfindən münasib şəkildə və müstəsna olaraq Layihənin icrası üçün tələb olunan məhsul və xidmətlərin alınması (bundan sonra məcmu şəkildə “məhsullar” və “xidmətlər” adlanacaq), həmçinin aşağıda göstərilən şəkildə Layihənin icrası üçün hər hansı komisyon haqların ödənilməsi üçün istifadə edilməlidir:

(a) Məhsul yığan kombayn, ehtiyat hissələri və onun alınması və / və ya quraşdırılması üçün lazım olan xidmətlər;

(b) Azərbaycan Respublikası Məhsullarının ölkə daxilində daşınması üçün xidmətlər;

(c) Maddə 5 bölmə (2)-də qeyd edilən icraçının işə cəlb edilməsi üçün ödənilməli olan haqlar.

 

Maddə 4 Alış qaydaları



Təşkilatlar Məhsul və Xidmətlərin Aztəminatlı Fermerlər Layihəsi üçün JİCA təşkilatının

Alış Qaydalarına uyğun alınmasını təmin etməlidir (Növ I-2K).

 

Maddə 5 Alqı və idarəetmə



(1) Azərbaycan Respublikası Qrant və ona hesablanan faizləri münasib şəkildə və müstəsna olaxaqMəhsulvəXidmətlərinalınmasıüçünistifadəetməli.buzamansəmərəlilikvəqənaəti diqqətdə saxlamalı və, beynəlxalq tenderlər elan olunan hallarda, münasib ölkələr arasında diskriminasiyaya yol verilməməsini (JİCA və Təşkilat arasında fərqli razılaşma yoxdursa) təmin etməlidir.

(2) Məhsul və Xidmətlərin effektiv, maneəsiz və münasib alqısı, həmçinin Azərbaycan Respublikası Hökumətinə digər lazımi dəstəyin göstərilməsi üçün QR qüvvəyə mindikdən sonra iki (2) ay müddətində Azərbaycan Respublikası Hökuməti müstəqil və səriştəli icraçılarla (bundan sonra “İcraçılar”) əmək müqaviləsi bağlamalıdır ki, onlar hazırkı müqaviləyə əlavə edilən Cədvəl I-ə uyğun olaraq Azərbaycan Respublikası Hökuməti adından İcraçı xidmətlərini göstərsin.

(3) maddə (2)-də istinad edilən əmək müqaviləsi əsasında Qrant və ona hesablanan faizlərin təqdim edilməsi üçün JİCA təşkilatının yazılı razılığı alındıqdan sonra qüvvəyə minəcəkdir.

 

Maddə 6 Bank əməliyyatları və hesablaşmalar



(1)Təşkilat QR qüvvəyə mindikdən sonra on dörd (14) gün müddətində Yaponiya bankında Azərbaycan Respublikası Hökumətinin adına Yen adi deposit hesabı (bundan sonra “Hesab”) acmalıdır və Hesab açıldıqdan sonra yeddi (7) gün müddətində Hesabın açılması ilə bağlı prosedurların bitməsi haqda bura əlavə edilən Cədvəl H-də göstərilən formada yazılı şəkildə JİCA təşkilatına məlumat verəcəkdir.

(2) JİCA Maddə 2-də göstərilən müddət ərzində və yuxarıda bölmə (l)-də göstərilən yazılı xəbərdarlığı aldıqda Hesaba Yapon Yeni ilə ödənişlər etməklə Qrantı verəcəkdir.

(3) Hesabın yeganə məqsədi yuxanda bölmə (2)-də göstərilən şəkildə JİCA təşkilatından Yapon yeni ilə ödənişlər almaq və həmçinin Maddə 3-də göstərilən şəkildə Məhsul və Xidmətləri, həmçinin digər haqlan ödəmək üçün istifadə etməkdir.

 

Maddə 7 Ödəniş prosedurları



(1) JİCA və Təşkilat arasında qarşılıqlı razılıq əsasında müddət uzadılmayıbsa, Təşkilat Qrantın icra tarixindən sonra on iki (12) ay müddətində Maddə 3-də qeyd edilən komisyon haqların ödənilməsi, həmçinin Məhsul və Xidmətlərin alınması üçün tələb olunan ödənişlər üçün Qrant və ona hesablanan faizlərin Hesabdan tam şəkildə ödənilməsi (çıxarılmasını) təmin etməlidir.

 

(2)Təşkilat və Maddə 6-da bənd (1 )-də istinad edilən bank (bundan sonra “Bank” adlanacaq) vəsaitlərin köçürülməsi haqda razılaşma imzalamalıdır. Bu razılaşmada Təşkilat icraçıya bütün vəsait köçürmələri ilə bağlı Azərbaycan Respublikası Hökuməti adından İcraçının təmsilçi kimi çıxış etməsinə səlahiyyət verir.



 

(3) İcraçı Məhsul və Xidmətlərin tam və ya qismən alqısı, həmçinin Maddə 3-də qeyd edilən haqların ödənilməsi məqsədilə lazımi xərclərin ödənilməsi üçün vəsaitin köçürülməsi haqda Banka müraciət edir. Bu müraciətlərin hər biri ilə yanaşı köçürülən vəsaitlərin istifadə ediləcəyi xərclərin təfsilatlı smetası və Maddə 5 bölmə (3)-də göstərilən JİCA təşkilatının razılığı təqdim edilməlidir. Müraciətin və smetanın nüsxəsi eyni zamanda Təşkilata göndərilməlidir.

 

(4) Yuxarıda bölmə (3)-də göstərilən İcraçının müraciətinə uyğun olaraq Bank İcraçının təqdim etdiyi müraciət və ya tapşırıq barədə Təşkilatı məlumatlandırır. Bank Təşkilatı məlumatlandırdıqdan sonra on (10) iş günü müddətində Təşkilat vəsaitin ödənilməsinə etirazını bildirmirsə, Bank müraciətdə qeyd edilən məbləği Hesabdan çıxararaq İcraçıya təqdim edir. icraçı aldığı vəsait hesabına Məhsul və ya Xidmət təchizatçılarına onlarla bağladığı razılaşmaların şərtlərinə uyğun olaraq ödənişlər edir.



Bu ödənişlər edildikdən sonra, İcraçı ödənişin artıq qalan hissəni Hesaba geri köçürmədən Məhsul və Xidmətlərin digər hissələrinin alınması və ya Maddə 3-də qeyd edilən haqların ödənilməsi üçün istifadə edə bilər.

 

(5) Qrant və ona hesablanan faizlər yuxanda bölmə (1 )-də göstərilən şəkildə tam məbləğdə Hesabdan ödənildikdə və ya yuxanda bölmə (l)-də göstərilən müddət bitdikdən sonra, yaxud JİCA təşkilatının tələbi əsasında Təşkilat Hesabda aparılan əməliyyatlar barədə hesabatı, həmçinin müvafiq əməliyyatlarla bağlı müqavilələr və digər sənədlərin nüsxələrini JİCA tərəfindən qəbul olunan formatda yazılı şəkildə İcraçı vasitəsilə dərhal JİCA təşkilatına təqdim etməlidir.



 

Maddə 8 Vəsaitin geri ödənilməsi prosedurları

Hesabda cəmi qalıq və alınmış Ödənişlərin qalıq məbləği (bundan sonra məcmu şəkildə “Qalıq Məbləğlər” adlanacaq) Qrant və, Maddə 3-də göstərilən haqlar çıxılmaqla, ona hesablanan faizlərin üç(3) faizindən az olduqda, Təşkilat gübrələr, kənd təsərrüfatı avadanlığı, maşınlar və ya mütəmadi xidmətlərin alqısı üçün artıq edilmiş olan ödənişlərin Qalıq Məbləğinin İcraçı tərəfindən Təşkilata geri ödənilməsini tələb edə bilər, bir şərtlə ki, bu ödənişlər QR qüvvəyə minən tarixdə və ya ondan sonra edilsin.

İcraçı Təşkilatın müraciətini münasib hesab etdiyi halda Banka müraciət edir və bura əlavə edilən Cədvəl III-də göstərilən formaya uyğun olaraq Təşkilat və İcraçı tərəfindən təsdiqlənmiş Qalıq Məbləğin alınması üçün Şəhadətnaməni Banka təqdim edərək Hesabdan qalan məbləğin İcraçıya köçürülməsinə tapşırıq verir.

 

Maddə 9 Kompensasiya



Maddə 7 bölmə (l)-də göstərilən müddət bitəndən sonra JİCA Qrant və ona hesablanan faizlərin Hesabdan tam ödənilmədiyini aşkar edərsə, Təşkilata Qalıq Məbləğin geri kompensasiyası prosedurları barədə məlumat verəcəkdir. Təşkilat bu xəbərdarlığı aldıqdan dərhal sonra göstərilən prosedura uyğun olaraq Qalıq Məbləği JlCA-ya kompensasiya edəcəkdir.

 

Maddə 10 Azərbaycan Respublikası Hökumətinin öhdəlikləri



(1) Azərbaycan Respublikası Hökuməti aşağıdakıları təmin etmək üçün lazımi tədbirləri

görəcəkdir:

(a) Çevik gömrük rəsmiləşdirilməsi və Məhsulların Azərbaycan Respublikası ərazisində daxili daşınmasına yardım;

(b) Gömrük rüsumu, daxili vergilər və Azərbaycan Respublikası ərazisində Məhsullar və Xidmətlərin alqısı, həmçinin İcraçının işə qəbul edilməsi ilə bağlı digər maliyyə rüsumlarından azad olunma;

(c) Məhsul və Xidmətlərin təchiz edilməsi üçün xidmətləri nə ehtiyac olan Yapon vətəndaşları və ya üçüncü ölkə vətəndaşları, o cümlədən İcraçı üçün işləyən belə vətəndaşların Azərbaycan Respublikası ərazisinə daxil olması və öz işlərinin icrası üçün orada qalması üçün tələb olunan bütün hazırlıqları və işləri (“vətəndaşlar” ifadəsi QR-da istifadə edildikdə Yaponiya vətəndaşları üçün - Yaponiyalı fiziki şəxslər və ya Yaponiyalı fiziki şəxs tərəfindən idarə edilən Yaponiya hüquqi şəxsləri; üçüncü ölkə vətəndaşları üçün - üçüncü ölkənin fiziki və ya hüquqi şəxsləri anlammı daşıyır.);

(d) Məhsulların Layihənin icrası üçün düzgün saxlanması və effektiv istifadəsi;

(e) Qrant və ona hesablanan faizlərlə ödənilən xərclər çıxılmaqla, Layihənin icrası üçün tələb olunan bütün digər xərcləri, o cümlədən Məhsulların saxlanması və paylanması xərclərinin ödənilməsi; və

(f) Layihənin icrası zamanı ətraf mühitin mühafizəsi və sosial məsuliyyətin nəzərə alınması.

(2) JİCA-nın tələbi əsasında Azərbaycan Respublikası Hökuməti Layihə barədə bütün lazımi məlumatı JİCA təşkilatına təqdim etməlidir.

 

(3) Məhsulların daşınması (çatdırılması) və su sərhəddində sığortası ilə bağlı Azərbaycan Respublikası Hökuməti daşınma və su nəqliyyatı sığorta şirkətləri arasında azad və ədalətli yarışmanın və seçimin aparılmasına heç bir məhdudiyyət yaratmamalıdır.



 

(4) Məhsullar Azərbaycan Respublikası ərazisindən kənara yenidən ixrac edilməyəcəkdir.

 

(5) Azərbaycan Respublikası Hökuməti Məhsul və Xidmətlərin alqısı ilə bağlı Yaponiya vətəndaşı və / və ya üçüncü ölkə vətəndaşının işlərinin Azərbaycan Respublikası Hökumətinin hər hansı bir rəsmisi tərəfindən görülməməsini təmin etməlidir.



 

Maddə 11 Tərəfdaşlıq Fondu

(1) Təşkilat Məhsulların satışı və lizinqindən əldə edilən bütün vəsaitləri Azərbaycan Beynəlxalq Bankı və ya JİCA və Təşkilat arasında qarşılıqlı şəkildə razılaşdırılmış digər bir bankda Təşkilatın adına açılan hesaba Azərbaycan Manatı ilə yatırmalıdır. Depozitə yerləşdiriləcək vəsaitin məbləği Məhsulların FOB qiymətinin yarısından (l/2) çox olmalıdır vəN/M imzalanan ilə/aya Beynəlxalq Valyuta Fonduna bildirilən orta valyuta məzəruləsi əsasında hesablanmalıdır (Təşkilat və JİCA arasında fərqli şərtlər razılaşdırılmayıbsa). Təşkilat və JİCA arasında fərqli razılaşma yoxdursa, deposit QR qüvvəyə minən tarixdən etibarən dörd (4) il müddətində yerləşdirilməlidir.

 

(2) Depozit şəklində yerləşdirilən vəsaitləri(bundan sonra “Tərəfdaşlıq Fondu” adlanacaq) Azərbaycan Hökuməti iqtisadi və sosial inkişafı dəstəkləmək, o cümlədən Azərbaycan Respublikasındakı aztəminatlı fermerlərə yardım etmək üçün istifadə edəcəkdir.



 

(3) Təşkilat Tərəfdaşlıq Fondun istifadəsi üçün proqram hazırlayır və oraya spesifik layihələrin adlarını, onların təfsilatlarını və yerləşdiriləcək vəsaitlərin məbləğini göstərəcəkdir. İstifadə proqramı Tərəfdaşlıq Fondu istifadə edilməzdən əvvəl Yaponiya Hökuməti ilə məsləhətləşmələr aparılması üçün JİCA təşkilatına təqdim edilməlidir.

 

(4) Təşkilat İcraçının yuxanda bölmə (l)-də göstərilən hesab üzrə yarım illik hesabatlar almasını təmin etməlidir.



 

(5) JİCA və Təşkilat arasında fərqli şərtlər razılaşdırılmayıbsa, QR qüvvəyə minən tarixdən etibarən beş (5) il müddətində İcraçı yuxarıda maddə (1) şərtlərinə uyğun olaraq depozitə yerləşdirilmiş. məbləğlə bağlı JİCA və Təşkilat üçün yarımillik hesabatlar hazırlamalıdır.

 

(6) JİCA tərəfindən müraciət edildikdə bölmə(l)-də göstərilən əmanətin vəziyyəti barədə Təşkilat birbaşa JİCA-ya məlumat verməlidir.



 

(7) Tərəfdaşlıq Fondun düzgün idarə edilməsi və istifadəsini təmin etmək üçün Təşkilat kənar auditin keçirilməsini təşkil etməlidir və JİC A-nın tələbi əsasında auditin nəticələrini JİCA-ya bildirməlidir.

 

Maddə 12 Komitə



(1) QR İlə əlaqədar yaranan hər hansı sualı və ya məsələni müzakirə etmək üçün təşkilat məşvərət komitəsi (bundan sonra “Komitə” adlanacaq) yaratmalıdır.

 

(2) Komitəyə Təşkilatın nümayəndəsi sədrlik edir. JİCA nümayəndələri və Təşkilatın nümayəndələriKomitəninüzvlərikimiçıxışedkQRqüwəyəmindikdənsonraon(10)gün müddətində JİCA və Təşkilat öz nümayəndələrini təyin etməlidir.



 

(3) Təşkilat Komitənin katibliyi kimi fəaliyyət göstərəcəkdir. Lazım olduqda, Komitənin yığıncaqlarında iştirak etmək və məsləhət xidmətləri göstərmək üçün İcraçıdan başqa digər təşkilatlarında nümayəndələri dəvət edilə bilər.

 

(4) Komitənin ilk yığıncağı Maddə 5 bölmə (2)-də göstərilən əmək müqaviləsi JİCA tərəfindən təsdiqləndikdən sonra Azərbaycan Respublikası ərazisində keçiriləcəkdir. Daha sonrakı yığıncaqlar JİCA-nın münasib hesab etdiyi zamanlarda JİCA və ya Təşkilatın tələbi əsasında keçiriləcəkdir. icraçı Komitə yığıncağının keçirilməsinə ehtiyac olması barədə JİCA və Təşkilata məsləhət verə bilər.



 

(5) Komitənin işinin miqyası aşağıdakılardan ibarət olacaqdır:

(a) Qrant və ona hesablanan faizlərin çevik və effektiv istifadəsi üçün Layihənin icra cədvəlini təsdiqləmək;

(b) Məhsulların satışı, lizinqi, paylanması və istifadəsindəki irəliləyişləri müzakirə etmək;

(c) Qrantvəonahesablananfaizlərinyerləşdirilməsi.həmçininpotensialson-istifadəçilər barədə rəy mübadiləsi aparmaq;

(d) Qrant və ona hesablanan faizlərin istifadəsini gecikdirə biləcək problemləri aşkar etmək və onların həlli yolunu tapmaq;

(e) Azərbaycan Respublikasında əsas qida məhsullarının istehsalının artırılmasında Məhsulların istifadəsinin effektivliyini qiymətləndirmək;

(f) Azərbaycan manatı ilə əmanət hesabının açılması siyasətinin formalaşdırılmasına yardım etmək və Qarşı Tərəfin Vəsaitinin effektiv istifadəsi barədə rəy bildirmək;

(g) Qrant və ona hesablanan faizlərin istifadəsi barədə ictimaiyyətin məlumatlandırılması barədə rəy mübadiləsi aparmaq; və

(h) QR ilə əlaqədar yarana biləcək hər hansı digər məsələləri müzakirə etmək.

 

Maddə 13 Şamil olunan qanunlar



QR qüvvədə olması, izahı və icrası Yaponiya qanun və qaydaları ilə tənzimlənəcəkdir.

 

Maddə 14 Düzəlişlər



JİCA və Azərbaycan Respublikası Hökuməti arasında yazılı razılaşma əsasında və NM çərçivəsində QR-a düzəlişlər edilə bilər. QR edilən düzəlişlər bu yazılı razılaşmanın JİCA və Azərbaycan Respublikası Hökuməti tərəfindən imzalandığı gündən qüvvəyə minəcəkdir.

 

Maddə 15 Məsləhətləşmələr



QR razılaşması ilə bağlı yaranan hər hansı bir məsələ ilə bağlı JİCA və Azərbaycan Respublikası Hökuməti bir-biri ilə məsləhətləşmələr aparmalıdır.

 

Maddə 16 QR qüvvəyə minməsi və ona xitam verilməsi



(1) Qrant Razılaşması JİCA və Azərbaycan Respublikası Hökuməti tərəfindən imzalandığı tarixdən qüvvəyə minəcəkdir, bir şərtlə ki, NM həmin tarixə qüvvədə olsun.

(2) JİCA aşağıda göstərilən vəziyyətlərdən hər hansı birini aşkar edərsə, Azərbaycan Respublikası Hökumətinə xəbərdarlıq təqdim etməklə Azərbaycan Respublikası Hökumətinin hüquqlarını qismən və ya tam şəkildə dondura və / və ya Azərbaycan Hökumətindən vəziyyətin düzəldilməsini tələb edə bilər. Azərbaycan Hökuməti belə xəbərdarlığı aldığı tarixdən etibarən otuz (30) gün müddətində vəziyyəti düzəltməzsə, Yaponiya Hökumətinin razılığı ilə JlCA təşkilaü QR-na xitam verə bilər:

(a) Azərbaycan Respublikası Hökuməti tərəfindən NM və ya QR-da nəzərdə tutulan şərtlər və öhdəliklərin hər hansının icra edilməməsi;

(b) QR qüvvəyə minən tarixdə mövcud olan Təşkilatla bağlı hər hansı bir şərait və şərtlərdə ciddi dəyişiklik; və

(c) Layihənin icrasında ciddi çətinliklər yaradan hər hansı fövqəladə vəziyyətlər, gözlənilməyən hadisələr və ya müharibə, vətəndaş müharibəsi, zəlzələ və daşqın kimi fors major hadisələri.

Bakı, 06 Aprel 2011-ci il

 


YAPONİYA BEYNƏLXALQ

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏKDAŞLIQ AGENTLİYİ

HÖKUMƏTİ

adından

adından

________________

________________

Yukihiko Ejiri

İsmət Abbasov

Baş nümayəndə

Azərbaycan Respublikası

JİKA Özbəkistan Ofisi

Kənd Təsərrüfatı Naziri

 

Cədvəl I


İcraçının işinin miqyası

 

1. Komitəyə məlumat və məsləhətlər təqdim etmək, və Komitə üçün katiblik rolunu oynamaq.



2. İcraçının işə qəbulu ilə və həmçinin Məhsul və Xidmətlərin alqısı ilə bağlı bütün prosedurları Təşkilatın tam basa düşməsini təmin etmək.

3. (1) Təşkilat üçün Məhsullarla bağlı bütün şərtləri hazırlamaq və, tələb olunduqda, Təşkilatla ətraflı müzakirələr aparmaq.

(2) Alınacaq Məhsulların növü və dəyərinə uyğun olan tender sənədləri hazırlamaq.

(3) Tenderlərin elan edilməsini təmin etmək və beynəlxalq tenderlər keçirildikdə onların şərtlərinin mətnini Təşkilatla razılaşdırmaq.

(4) Tender təkliflərini maliyyə və texniki baxımdan qiymətləndirmək.

(5) Məhsul və Xidmətlərin təchizatçılarında sifarişlərin edilməsini təsdiqləmək üçün Təşkilata tövsiyələr vermək.

4. Təşkilatla əmək müqaviləsinə uyğun olaraq Avans ödənişləri almaq və istifadəsini təmin etmək.

5. Məhsul və Xidmətlərin təchizatçıları ilə müqavilə şərtlərini, o cümlədən kafi ödənişlər, məhsulların çatdırılması və tələb olunduqda, inspeksiya(yoxlama) prosedurlarını müzakirə etmək və müqavilələr bağlamaq.

6. Layihənin icrasındakı irəliləyişlərə nəzarət etmək.

7. Sifarişlərin icrası, sifarişlərin yerləşdirilməsi barədə xəbərdarlıq, müqavilələrə edilən düzəlişlər, məhsulların göndərilməsi və çatdırılması barədə məlumat və s. təfsilatları əks etdirən sənədləri Təşkilata təqdim etmək.

8. Məhsul və Xidmətlərin təchizatçılarına Alınan Məbləğdən ödənişlər etmək.

9. JİC A və Təşkilat üçün yarım illik status hesabatlarını hazırlamaq və orada sorğular, sifarişlər, qiymətlər və çatdırılma barədə məlumatlan əks etdirmək.

10. Qrantdanistifadəedilənməbləğləri,qalıqməbləğlərini,hesablananfaizlərvəyanm il üçün bütün ödənişlər barədə təfsilatları əks etdirən məlumatı yarımillik hesabatlar şəklində JİCA və Təşkilata təqdim etmək.

11. JİCA-ya ümumi qiymətləndirmə hesabatını göndərmək və orada Məhsulun mənşə ölkəsi, çatdırılma tarixi, Məhsulların dəyəri (müvafiq xərclər daxil olmaqla) və cəmi ödənilən və qalıq məbləğləri əks etdirmək.

 

Cədvəl II



 

(Forma)


 

Tarix:


Ref.:

 

Kimə: YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ AGENTLİYİ, YAPONİYA



 

Hesabın açılması barədə bildiriş və

Aztəminatlı Fermerlər üçün Ərzaq Təhlükəsizliyi ilə bağlı Qrantın Ödənilməsi üçün Tələb

 

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış ________ tarixli 1061160 nömrəli Qrant Razılaşmasının Maddə 6-a



uyğun olaraq, yazıb JİCA təşkilatına bildiririk ki, Azərbaycan Respublikası Hökumətinin adına Yaponiya yeni ilə adi depozit hesabının açılması ilə bağlı prosedurlar tamamlanıb və aşağıdakı məlumatı rəhbər tutaraq, yuxarıda göstərilən Qrant Razılaşmasının Maddə 1 -də əks etdirilən qrantın ödənilməsini JİCA təşkilatından xahiş edirik:

 

1. ödəniləcək məbləğ (Yaponiya yeni): iki yüz altmış milyon Yapon Yeni (¥260,000,000)



2. Hökumətin / səlahiyyətli təşkilatın adı:

3. Bankın adı:

4. Hesab rekvizitləri:

 


(Səlahiyyətli şəxsin imzası)

Adı

Vəzifəsi

Azərbaycan Respublikası Hökuməti

 

 

 



 

Cədvəl III

Qalıq Məbləğ üçün Alqı Sertifikatı

(Vəsaitin qaytarılması (kompensasiyası) Proseduru)

Tarix:

Ref.:


 

Ödəniş tapşırığına istinad edərək, Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi ilə bağlı __________ tarixli 1061160 tarixli Qrant Razılaşmasının Maddə 2-də istinad edilən Təşkilatın aşağıda imza atan təmsilçisi təsdiqləyir ki, qeyd edilən ödəniş tapşırığı ilə bağlı alqılar Qrant Razılaşmasının bütün şərtlərinə uyğundur.

 

Qrant Razılaşmasının Maddə 2-də istinad edilən Təşkilatın burada imza atan təmsilçisi həm də təsdiq edir ki, Təşkilat Qrant Razılaşması və ya hər hansı digər maliyyə əməliyyatları ilə bağlı ödəniş tapşırığının əhatə etdiyi məbləğin kompensasiyası üçün digər rəsmi yardım mənbəyinə müraciət etməmişdir



 

Aşağıdakılar alqı ilə bağlı əsas faktlardır:

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

Əməliyyat

Alıcı

Təchizadçı

(Adı)


Təchizadçının

Milliyəti



Məhsul

Mənşə

Ödəniş tarixi

Ödənişin məbləği

Alqı metodu

1.

 

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

 

 

Aşağıdakı sənədlər (bir nüsxədə) yuxarıdakı əməliyyatların hər biri üçün bura əlavə edilmişdir.

Daşınma sənədləri, Kommersiya hesab fakturaları, Gübrələrin Qəbzləri, Kənd təsərrüfatı avadanlıqlarının qəbzləri və ya mütəmadi xidmətlərin alınması barədə qəbzlər.



 

 

 

 

 

(Səlahiyyətli şəxsin imzası)

 

 

 

 

 

 

Adı

 


 

 

 

 

 

 

Vəzifəsi

 


 

 

 

 

 

 

Azərbaycan Respublikası Hökuməti

 

 

(Səlahiyyətli şəxsin imzası)

 

 

 

 

 

 

Adı

 

 

 

 

 

 

Vəzifəsi

 

 

 

 

 

 

QR maddə 5 bölmə (2)-də istinad edilən icraçının adı

 

 

 

 































 
Yüklə 173 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə