Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   2   3   4   5   6   7   8   9   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
10 
kadr  potensia
lı  gücləndirilmişdir. Bu deyilənlərə  tutarlı 
illüstrasiya ki
mi bir məqama da diqqət çəkmək lazımdır 
ki, Ulu ön
dərin  rəhbərliyi  ilə  1969-1982-ci illərdə 
respublika
mızda 3677 klub, 4794 kütləvi kitabxana, 906 
kino qur
ğusu, 25 peşəkar teatr, 4 filarmoniya, 7 musiqi 
kollektivi, 123 mu
zey  fəaliyyət  göstərmiş,  doğma 
Bakımız möhtəşəm memarlıq abidələri, orijinal görünüşə 
malik arxitektura nümu
nələri  ilə  zəngin bir  şəhərə 
çevril
mişdir  (5, s.7).  Misilsiz  sənət  abidələri olan "Gü-
lüs
tan" və "Respublika" sarayları, indiki Heydər Əliyev 
adına  İdman Konsert Kompleksi, Kondisioner zavodu, 
ne
çə-neçə  inzibati  və  yaşayış  binaları,  yazıçı,  şair  və 
ictimai siyasi xadim
lər üçün ucaldılmış heykəllər də Ulu 
ön
dərin adı ilə bağlıdır. 
Ümummilli liderin  respublika
mıza  rəhbərlik 
etdi
yi  dövrlərdə  ölkəmizin  bütün  rayon  mərkəzləri öz 
gör
kəmini  dəyişmiş,  əvvəlki  miskin durumdan  əsər 
əlamət qalmamışdır.  
Ba
kının gözəl güşələrinin birində yerləşən, xarici 
öl
kələrin dövlət  başçıları  üçün  tikilmiş  İqamətgahın 
müəllifi memar Rasim  Əliyev xatırlayır  ki,  burada 
aparılan işlər zamanı Heydər Əliyev tikintiyə azı həftədə 
iki  dəfə  gəlmiş,  tikintinin problem  və  çətinlikləri  ilə 
şəxsən tanış olmuşdur. 
Hələ  işin  layihə  mərhələsində  o,  binanın 
memar
lıq  planında  otaq  və  zalların  beynəlxalq 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
11 
diploma
tik  fəaliyyətin  tələblərinə  uyğun  şəkildə 
yer
ləşdirilməsi  məqsədilə  memarlara  əsaslı  göstərişlər 
ver
mişdir.  
Ətrafda salınmış park zonası üçün Ulu öndər hətta 
ağac növlərini də özü seçmişdir. Və elə bu səbəbdən də 
İqamətgahın yaradılmasında onun memarlıq istedadı və 
bey
nəlxalq siyasi  təcrübəsi üzvi sintez  şəklində  təzahür 
et
mişdir. 
Ümummilli lider Az
ərbaycan memarlarının 
əməyinə xüsusi qiymət verərək demişdir: "...Memarların 
fədakar və səmərəli əməyi ilə yaradılmış sənət abidələri 
xal
qımızın  mədəni  həyatının  nadir incilərini  təşkil 
edərək  həmişə  onun  milli  şüurunun, estetik zövqünün 
möh
kəmlənməsinə və inkişafına xidmət etmişdir (5, s.9).
 
Bu memar
lıq abidələri öz əzəməti, orijinal üslubu 
və  yüksək  sənətkarlıq  keyfiyyətləri  ilə  mütəxəssisləri 
in
di də heyran edir.  
Ulu  öndərin  hakimiyyəti  dövründə  Azərbaycan 
Respublikasında  şəhərsalma  və  memarlıq  fəaliyyəti  ilə 
bağlı  qanunvericilik  sahəsində  də  mühüm addımlar 
atılmışdır.  Belə  ki,  1998-ci  ildə  “Tarix  və  mədəniyyət 
abidələrinin mühafizəsi haqqında”, “Memarlıq fəaliyyəti 
haqqında”  Azərbaycan  Respublikası  Qanunları, 
həmçinin  “Azərbaycan  Respublikasında  memarlıq 
müsabiqələrinin  keçirilməsi  haqqında”  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  Qaydaları  qüvvəyə 


Günel  Nazim  qızı  Hacıyeva 
 
12 
minmişdir.  2000-ci  ildə  UNESCO-nun  qərarı  ilə  dünya 
əhəmiyyətli  “İçərişəhər”  tarix-memarlıq  kompleksi 
“Dünya mədəni irs Siyahısı”na daxil edilmişdir. 
İqtisadi yüksəliş tempinə görə bu gün Azərbaycan 
dün
ya  dövlətləri  arasında  birincilər  sırasındadır. 
Azərbaycanın  şəhərlərinin  simasının  yaxşılaşdırılması, 
rayon və qəsəbələrdə abadlıq işlərinin geniş vüsət alması 
bir  faktdır.  Olimpiya  idman  komplekslərinin,  müasir 
diaqnostika  mərkəzlərinin,  ulu  öndər  Heydər  Əliyevin 
həyat  və  fəaliyyətini  öyrənən  elmi  mərkəzlərin,  turizm 
komplekslərinin,  diyarşünaslıq  muzeylərinin  inşa 
edilməsi  və  istismara  verilməsi  artıq  ənənə  halına 
çevrilmişdir. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab 
İlham  Əliyev  düzgün  qeyd  etmişdir:  “Hər  binanın  öz 
memarlığı  olmalıdır,  həm  Azərbaycan,  həm  də  Şərq, 
Avropa  üslubunda  tikilməlidir  ki,  şəhərimiz  daha  da 
gözəlləşsin...(5, s.17)” 
      
Bütün bunlardan be
lə bir nəticəyə gəlmək olar ki, 
Ulu ön
dərimizin bir memar kimi yaratdığı ən böyük şah 
əsəri çağdaş Azərbaycanımızdır ! 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
13 
 
  
 
 
 
 
 
 
 AZƏRBAYCAN  MEMARLIĞININ     
  QISA  TARİXİ 
     (www.azerbaijans.com  portalının  
   materialları əsasında) 
 
 
 
 
 
 
 
 


Günel  Nazim  qızı  Hacıyeva 
 
14 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN  MEMARLIĞININ 
QISA  TARİXİ   
     (www.azerbaijans.com  portalının  
   materialları əsasında) 
 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
15 
M
emarlıq  tarixinin  başlanğıcı  ibtidai  insanların 
yaşadığı  təbii  mağaralardan  başlayır.  Azərbaycan 
ərazisində  Böyük  və  Kiçik  Qafqaz  dağlarının 
ətəklərində,  Talış  dağlarında,  Naxçıvan  MR-da, 
Zəngilan,  Kəlbəcər,  Gədəbəy,  Xanlar,  Şamaxı  və 
nəhayət,  Füzuli  rayonu  ərazisində  aşkar  edilmiş  Azıx 
mağarası buna misaldır. 
Azərbaycanda  Qobustanda  aşkar  edilmiş  ən 
qədim  yaşayış  yerləri  (mağaralar,  müxtəlif  primitiv 
sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri 

kromlexlər,  menhirlər  (çoban  daşı),  dolmenlər  və 
siklop  tikililəri  geniş  yayılıb.  Hündür  daşlardan 
quraşdırılmış  bu  qurğular  el  arasında  "qalaça",  yaxud 
"hörükdaş"  adlanır.  Naxçıvan  şəhərinin  yaxınlığındakı 
Çalxanqala  (Tunc  dövrü)  və  Arpaçay  sahilindəki 
Qaratəpə  divarındakı  Oğlanqala  (e.ə.  II-I  minilliklər) 
müdafiə tikililəri siklop tikililərə aid edilir.  
Cənubi Azərbaycan ərazisində, Araz yaxınlığında 
da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar 
edilib, 
e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə 
tikililəri,  əzəmətli  qala  divarları  inşa  edilib.  Həsənli 
rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki 
qayalarda  çapılmış  sərdabələrin  tədqiqi  göstərir  ki, 
Azərbaycanda  VII  əsrdən  eyvanlı  mənzil  tipi  təşəkkül 
tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə