Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   2   3   4   5   6   7   8   9   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
16 
yeganə  dini  tikili  olan  od  mehrabları  dövrümüzə  kimi 
gəlib çatmışdır.  
E.ə.  IV  əsr  -  eramızın  VII  əsrində  şəhərsalma 
sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin 
möhkəm  qala  divarları,  saxsı  borularından  çəkilmiş  su 
kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş 
müdafiə  sistemi  ("uzun  divarlar"),  Çıraqqala  (VI  əsr), 
Ləkit  kəndindəki  dairəvi  xristian  məbədi  (V-VI  əsrlər), 
Qum  kəndindəki  bazilika  (təqribən  VI  əsr), 
Mingəçevirdəki  məbədlər  kompleksi  (VII  əsr)   bu 
şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir.  
VII əsrdən Azərbaycanda islam dininin yayılması 
ilə  bağlı  memarlığın  da  inkişaf  yönü  dəyişmişdir. 
Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, 
karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə 
islam  dini  ilə  bağlı  tikililərlə  yanaşı,  Qafqaz 
Albaniyasının  bəzi  əyalətlərində  xristian  məbədləri, 
müdafiə  istehkamları  inşa  edilmişdir.  Bunlardan  indiki 
İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII 
əsr),  Qazax  rayonunun  Yuxarı  Əskipara  kəndi 
yaxınlığındakı  qala  kompleksi  (V-VIII  əsrlər),  Qəbələ 
rayonundakı  Böyük  Əmirli  kəndində  (IV-VIII  əsrlər) 
alban  məbədləri,  Oğuz  şəhərində  alban  kilsəsi  (orta 
əsrlər),  Dağlıq  Qarabağın  Xocavənd  rayonunda  alban 
kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.  


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
17 
Ərəb  istilasından  sonra  Azərbaycanda  İslamın 
yayılması  nəticəsində  memarlığın  inkişaf  istiqaməti 
dəyişdi.  Memarlıqda  yeni  üslublu  binaların  məscid, 
mədrəsə,  türbə,  karvansara  və  s.  tikilməsi  əsas  xəttə 
çevrildi.  Bərdə,  Ərdəbil,  Marağa,  Urmiya,  Şamaxı, 
Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan 
bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, 
Gəncə  və  Beyləqanın  böyük  şəhərlərə  çevrilməsi  də 
məhz bu dövrə təsadüf edir. 
Həmin  dövrdə  İslam  dini  ilə  bağlı  tikililərlə 
yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian 
məbədləri,  müdafiə  istehkamları  da  inşa  edilirdi. 
Bunlardan  indiki  İsmayıllı  rayonu  ərazisində  salınmış 
Cavanşir  qalası  (təqribən  VII  əsr)  və  Qazaxın  Yuxarı 
Əskipara  kəndi  yaxınlığındakı  qala  kompleksi  (V-VIII 
əsrlər) diqqəti cəlb edir. 
Ümumiyyətlə, İslamaqədərki və sonrakı dövrlərdə 
Azərbaycan  ərazisində  inşa  edilmiş  alban  tikililəri 
memarlığın  inkişafında  önəmli  rol  oynamışdır.  Bu 
abidələrdən  Zaqatala  rayonunun  Paşan  və  Muxax 
kəndlərindəki  IV-V  əsrlərə  aid  tikili  qalıqları,  Şəkinin 
Böyük Gəldək kəndində Govurqala (VI əsr), Qəbələnin 
Böyük  Əmirli  kəndindəki  (IV-VIII  əsrlər)  alban 
məbədləri,  Oğuzda  alban  kilsəsi  (orta  əsrlər),  Dağlıq 
Qarabağın  Xocavənd  rayonunun  Qarakənd  kəndində 
Alban  kilsəsi  (I  əsr),  Sos  kəndində  (IV  əsr),  İatsi 


Günel  Nazim  qızı  Hacıyeva 
 
18 
kəndində (V, VII və VIII əsrlərə aid 4 məbəd), Taqaverd 
kəndində  (675),  Güneyçartar  kəndində  (1236)  alban 
məbədləri,  Ağdərənin  Aterk  (V  əsr),  Kolatağ  (614), 
Qoçoqot 
(672,  698),  keçmiş  Dostahir  (713),  Qasapet 
(718),  Çaldıran  (XII  əsr)  kəndlərində,  eləcə  də  Yuxarı 
Qarabağın  digər  bölgələrindəki  Susanhq  (IV-VI  əsrlər), 
Vanq  (IX  əsr),  Traxtik  (1094),  Tsakuri  (1131), 
Məmmədadzor  (1147),  Tuğ  (1197)  kəndlərində, 
Əsgəranın  Şuşikənd  (905),  Çanaqçı  (1065  və  1100), 
Xaçmaç  (1100),  Xantsk  (1122),  Xındzıristan  (1202) 
kəndlərində  alban  məbədləri  dövrümüzədək  qorunub 
saxlanılmışdır. 
Ərəb  xilafətinin  yüksəlişi  dövründə  Azərbaycan 
memarlığının  inkişaf  mərkəzi  Bərdə  şəhəri  olmuşdur. 
Mənbələrdə «bu yerlərin Bağdadı» adlandırılan Bərdədə 
geniş tikinti işləri aparılmış, çoxlu məscid və digər dini 
abidələr, karvansara, bazar, hamam və s. tikilmişdir. IX-

əsrlərdə 
Xilafətin 
zəifləməsi 
nəticəsində 
Azərbaycanda  kiçik  feodal  dövlətlərin  yaranması  ilə 
əlaqədar  XXII  əsrlərdə  müxtəlif  memarlıq  məktəbləri 
yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). 
Azərbaycan memarlıq məktəbləri arasında ümumi 
üslub  yaxınlığı  mövcud  idi.  Aran  memarlıq  məktəbinə 
(Gəncə,  Bərdə,  Beyləqan)  mənsub  sənətkarların 
ya
ratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və 
monqol hücumları (XIII əsr) zamanı dağılmışdır. Gəncə 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
19 
və  Beyləqanda  aparılan  arxeoloji  tədqiqatlar  bir  sıra 
qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı 
üzərindəki  3  körpü  (XII  əsr),  Beyləqandakı  yaşayış 
binaları,  hamam  və  s.  qalıqları  Aran  memarlıq 
məktəbinin  üslub  özəllikləri  haqqında  aydın  təsəvvür 
yaradır. 
Naxçıvan  memarlıq  məktəbinin  abidələri 
binalarda  çox  boyalı  kaşıdan  ornamentli  baştağ 
kompozisiyalarının  tətbiqi,  Şirvan-Abşeron  məktəbinə 
mənsub  tikililər  isə  sadə  memarlıq  üslubu  və  dekorativ 
oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən füsünkar 
abidələri  üçün  memarlıq  quruluşunun  dəbdəbəliyi, 
dekorların müxtəlifliyi səciyyəvidir. 
Dövrümüzədək  çatmış  mütənasib  quruluşlu, 
zəngin  dekorlu  qülləvarı  türbələr  və  digər  tikililərdə 
Naxçıvan  məktəbinin  üslub  özəllikləri  əksini  tapmışdır. 
Bu  məktəbin  ən  yüksək  zirvəsini  Naxçıvandakı  Yusif 
ibn  Küseyr  (1162)  və  Mömünə  xatun (1186) 
türbələrinin,  eləcə  də  hazırda  mövcud  olmayan  dini 
tikililər  kompleksinin  müəllifi  memar  Əcəmi  Əbubəkr 
oğlu  Naxçıvaninin  yaradıcılığı  təşkil  edir.  Əcəminin 
yaradıcılığı 
üçün 
obrazın 
monumentallığı, 
kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz 
dövrünə  görə  rasional  konstruksiyaların  tətbiqi, 
ornament  bəzəklərinin  oynaqlığı  səciyyəvidir.  Onun 
ornament  kompozisiyaları  bədiiliklə  riyazi  təfəkkürün 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə