Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   2   3   4   5   6   7   8   9   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
20 
üzvi  birləşməsinə  əsaslanır.  Əcəminin  yaratdığı 
kompozisiya  və  dekorativ  bəzək  üsulları  Azərbaycanın, 
eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir 
göst
ərmişdir.  Marağadakı  Göy  günbəz  türbəsi  (1196, 
memar  Əhməd  Məhəmməd  oğlu)  Əcəmi  üslubuna  çox 
yaxındır.  Marağa  abidələri  Azərbaycan  memarlığının 
inkişafında  önəmli  yer  tutmuşdur.  Bunlardan 
dövrümüzədək  çatmış  ən  qədimi  Qırmızı  günbəz 
türbəsidir (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə 
Urmiyada tikilmiş Üç günbəz türbəsi (1185, memar Əbu 
Mənsur  Musa  oğlu)  memarlıq  quruluşuna  görə  Marağa 
abidələrinə yaxındır. 
Azərbaycan  memarlığında  yeni  üslub  kimi  XIX 
əsrin  II  yarısında  tikilməyə  başlanmış  teatr  binalarını 
gös
tərmək olar. İlk teatr binası Şamaxıda (1858, memar 
Q.  Hacıbababəyov),  sonralar  isə  Bakıda Tağıyev  Teatrı 
(indiki  Azərbaycan  Dövlət  Musiqili  Komediya  Teatrı; 
1883, memar P.İ. Konqnovitski; 1980-ci illərin sonunda 
sökülmüşdür)  və  Mayılov  Teatrı  (indiki  Azərbaycan 
Dövlət Opera və Balet Teatrı; 1911, memar N.G. Bayev; 
1985-
ci  ildə  teatrın  binası  yanmış,  1986-87-ci  illərdə 
həmin layihə üzrə yenidən bərpa edilmişdir). 
XIX  əsrin  I  yarısında  irihəcmli  və  monumental 
dini binalar tikilmişdir. Bu dövrdə Azərbaycanda keçmiş 
ənənələri  müəyyən  dərəcədə  davam  etdirən  məhəlli 
xarakterli  memarlıq  məktəbləri  yaranmışdır.  Məscid 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
21 
binalarının  xarici  görünüşünün  səciyyəvi  xüsusiyyətləri 
ölkə  ərazisində  Bakı-Abşeron,  Quba-Qusar,  Gəncə-
Qarabağ,  Şəki-Zaqatala,  Lənkaran  və  Naxçıvan  kimi 
yerli  memarlıq  məktəblərini  müəyyənləşdirməyə  imkan 
verir. 
Bakıdakı  Bəy  məscidi  (İçərişəhərdə;  1895, 
memarlar  Məhəmməd  Haşim  əl-Bakuvi  və  Mirəli  ən-
Naqi  bin  Seyyid  Hüseyn),  Qasım  bəy  məscidi  (1896, 
memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi 
(1905-
14),  «İttifaq»,  yaxud  Göy  məscid  (1912-13), 
Əmircanda  M.  Muxtarovun  məscidi  (1909;  hər  üç 
məscidin memarı Z. Əhmədbəyovdur) kapitalizm dövrü 
üçün ən xarakterik tikililərdir. 
Milli  memarlıq  abidələrilə  zəngin  olan  və  sabit 
memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa 
memarlığı  dərin  kök  sala  bilməmiş,  yerli  üslublar 
arasında itib-batmışdır. XIX əsrin ortalarında Qarabağda 
özünəməxsus  memarlıq  məktəbi  yaranmış  və  onun  ən 
görkəmli  nümayəndəsi  Kərbəlayı  Səfixan  Qarabaği 
olmuşdur.  Memarlıq  üsullarında  yerli  ənənə  və 
prinsiplərə  axıradək  sadiq  qalan  Kərbəlayi  Səfixan 
Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), 
Ağdamda  məscid  (1868-1870),  Şuşada  Aşağı  məscid 
(1874-
1975),  Yuxarı  məscid,  yaxud  Cümə  məscidi 
(1883)  və  məhəllə  məscidləri,  Füzulidə  Hacı  Ələkbər 
məscidi  (1890),  Horadiz  (1891  1908)  və  Qoçəhmədli 


Günel  Nazim  qızı  Hacıyeva 
 
22 
(1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870-ci 
illər), Aşqabadda Qarabağlılar məscidi (1880-ci illər) və 
s. binalar inşa etmişdir.  
Sovet  dövrü  Azərbaycan  memarlığının  ilk 
mərhələsi  Bakı  ətrafında  fəhlə  qəsəbələrinin  (Binəqədi, 
Bakıxanov,  Montin,  Məmmədyarov)  salınması  ilə 
əlaqədar  olub.  Fabrik,  zavod,  anbar  binaları,  liman, 
körpü,  vağzal  və  s.  tikililər  Azərbaycanda  sənaye-
nəqliyyat  qurğuları  memarlığının  yaranmasına  səbəb 
olmuşdur. 
Müst
əqillik  qazanandan  sonra  da,  Bakının  ən 
görkəmli  yerlərində  gözəl  memarlıq  kompleksləri 
yaradılmış,  şəhərin  simasını  müəyyən  edən  müasir 
binalar, 
göydələnlər 
tikilmişdir: 
Azərbaycan 
Respublikası  Ali  Məhkəməsinin  klassik  üslublu  yeni 
binası  (memar  Vüqar  Həsənov),  Uniplaza  (memar 
Nəriman  İmaməliyev),  Heydər  Əliyev  Mərkəzi  (memar 
Zaha Hadid) və s. 
 
 
            
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
23 
  
 
 
 
 
 
 
 
 
MEMARLIQ  ÜZRƏ  KİTABXANA-
İNFORMASİYA  RESURSLARININ  
YARANMASI  VƏ FORMALAŞMASI  
MƏRHƏLƏLƏRİ 
 
 
 
 
 
 
 
 


Günel  Nazim  qızı  Hacıyeva 
 
24 
 
 
 
 
 
 
 
 
 
 
MEMARLIQ  ÜZRƏ  KİTABXANA-
İNFORMASİYA  RESURSLARININ  
YARANMASI  VƏ FORMALAŞMASI  
MƏRHƏLƏLƏRİ 
 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
25 
        
M
üasir  informasiya  cəmiyyəti  şəraitində  elmi 
intellektual səviyyənin yüksəlməsi əsasən kitabxanalarda 
cəmləşdirilmiş  informasiya  sərvətlərindən  səmərəli 
istifadə  edilmədən  mümkün  deyildir.  Ümummilli 
liderimiz  Heydər  Əliyevin  də  qeyd etdiyi kimi 
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs 
bir yer, mənəviyyat, bilik, zəka  mənbəyidir” (7, s.9). 
       
Hazırki 
dövrdə 
kitabxanalar 
cəmiyyətin 
informasiyalaşdırılmasının  ən  mühüm    atributlarından 
biri kimi getdikcə mürəkkəbləşən, müasir texnologiyaya 
əsaslanan  aparıcı  biblioqrafik  informasiya  müəssisələri 
kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 
        
Cəmiyyətin informasiyalaşdırılmasında əhəmiyyətli 
olan informa
siya ehtiyatları, vasitələri çoxcəhətlidir. Bu 
ehtiyatlar  və  informasiya  xidməti  vasitələri  dünya 
miqyasında,  o  cümlədən  Azərbaycanda  durmadan 
inkişaf edir. Cəmiyyətin informasiya ehtiyatları sənədlər 
şəklində  maddiləşir  və  bununla  da  ondan  məqsədyönlü 
sos
ial  istifadə  üçün  imkan  yaranır.  Nəticə  etibarilə 
sənəd-informasiya axını və fondu yaranır, formalaşır və 
kitabxanalarda mühafizə olunur. 
 
Kitabxana-
informasiya 
resursları 
fondunda 
toplanan möhtəşəm sənəd kütləsindən daha mütərəqqi və 
səmərəli  istifadə  olunmasına  təsir  göstərən  vasitələrdən 
biri də biblioqrafiyadır.  


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə