Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   2   3   4   5   6   7   8   9   10   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
30 
mövcud  olan  sənədlər  bir  sıra  əlamətlərinə  görə 
fərqləndirilə  bilər.  Memarlıq  üzrə  elmi  tədqiqatların 
məzmunu  və  inkişaf  istiqamətləri  bu  sahə  üzrə 
sənədlərin  məzmununa  da  təsir  edir.  Bu  inkişaf  ilk 
növbədə memarlıq elminin özünün inkişaf dinamikası ilə 
bağlıdır. Memarlığın inkişaf dinamikası daim dəyişir və 
inkişaf edir. Bəzən bir müddət ərzində ayrıca bir sahədə 
sürətli  yeniləşmə  və  inkişaf  nəzərə  çarpır.  Bu  zaman 
təbii ki, həmin sahə üzrə sənəd axını da güclənir. 
        
Diferensiasiya və inteqrasiya prosesləri memarlıq 
elmi  sahəsində  də  müşahidə  edilir. Diferensiasiya 
prosesi zamanı, memarlıq elminin konkret bir sahəsinin 
şaxələnərək  yeni  istiqamətlər    yaranır.  İnteqrasiya 
zamanı isə memarlıq elminin digər müstəqil elm sahəsi 
ilə  qovuşmasından  meydana  gələn  yeni  istiqamətlərin 
formalaşması  prosesi  baş  verir.  Buna  misal olaraq 
memarlıq  və  tarix  elmlərinin  inteqrasiyasından  əmələ 
gəlmiş “memarlıq tarixi”ni  misal  göstərmək olar. 
Göstərilən diferensiasiya və inteqrasiya prosesləri 
öz  əksini  bu  sahədə  yaranan  sənəd  axınında  göstərir. 
Buna gö
rə  də  həmin  elm  üzrə  biblioqrafik  fəaliyyət 
təşkil  edilərkən  göstərilən  proseslər  nəzərə  alınmalıdır. 
Memarlıq  biblioqrafiyası  obyektinin  öyrənilməsi  üçün 
nəzərdə  tutulan  məsələlərdən  biri  də  bu  sahə  üzrə 
sənədlərin spesifik məzmun və tərtibat xüsusiyyətləridir.        


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
31 
Memarlıq elminə aid olan bir sıra sahələr özlərinə 
məxsus dilə malikdir. Həmin dilin əlamətlərinə bu sahə 
üzrə formalaşmış olan riyazi işarələr və simvollar dilini 
aid 
etmək mümkündür. Memarlıq üzrə sənədlərə məxsus 
olan  bu  əlamətlər  həmin  sahənin  biblioqrafiyasının 
təşkili  üçün  nəzərə  alınmalıdır.  Memarlığın  digər 
xarakterik cəhəti ondan ibarətdir ki, bu sahə üzrə sənəd 
axınının  tərkibində  soraq  ədəbiyyatı,  lüğət  və 
ens
iklopediyaların  xüsusi  çəkisi  xeyli  yüksəkdir. 
Məsələn, abidələrin bərpası və rekonstruksiya sahəsində 
alimlər  soraq  kitablarından,  bu  sahə  üzrə    avadanlığın 
texniki pasportlar
ından,  müxtəlif  cədvəllərdən  və 
sxemlərdən geniş istifadə edirlər. 
Son zamanlar 
memarlıq  üzrə  sənəd  axınında 
müşahidə  edilən  digər  bir  cəhət  bu  sahə  üzrə  sənəd 
axınının  tərkibində  qeyri-ənənəvi  -  elektron  sənədlərin 
meydana  gəlməsi  və  xüsusi  çəkisinin  artmasıdır.  Hal-
hazırda bu sahə üzrə xüsusilə, soraq ədəbiyyatı elektron 
formata keç
irilərək  CD-yə  yazılmış  mətnlər  və 
multimedia vasitələri şəklində nəşr edilir. 
Memarlıq  biblioqrafiyasının  digər  obyekti  olan 
tələbatçıların  tərkibi  də  digər  elm  sahələrindən  xeyli 
fərqlənir.  Burada  fərqli  cəhət  təkcə  burada  çalışan 
mütəxəssislərin  peşə  aidiyyəti  deyil,  həm  də  müəyyən 
elm  sahələri  üzrə  çalışan  tələbatçılar  qrupunun 
tərkibindəki xüsusiyyətlərdir.  


Günel  Nazim  qızı  Hacıyeva 
 
32 
Memarlıq  üzrə  tələbatçı  qrupları  içərisində 
müxtəlif  təhsil  müəssisələrində  oxuyan  tələbələr  xüsusi  
mövqeyə    malikdir.  Sahə  üzrə  təhsil  alan  tələbələrin 
kitabxana-
informasiya  təminatı  biblioqrafik  fəaliyyətin 
çox  əhəmiyyətli  istiqamətlərindən  biridir.  Cəmiyyətdə 
baş  verən  inkişaf  prosesləri  bu  və  ya  digər  sahənin 
inkişafına  da  öz  təsirini  göstərir.  Bu  da  öz  əksini 
informasiya 
tələbatçılarının  sayının  artması  və  ya 
azalmasında  büruzə  verir.  İqtisadiyyatın,  turizmin 
inkişafı  və  elmi-texniki  tərəqqi  insanların  memarlığın 
ayrı-ayrı  sahələrinə  diqqətin  artması  və  sənəd  axınının 
intensivləşməsi  ilə  xarakterizə  olunur.  Bütün  bu 
xüsusiyyətlər  özünü  həmin  tələbatın  ödənilməsinə 
yönəlmiş biblioqrafik informasiya təminatında tapır. 
İnformasiya cəmiyyətinin inkişafı şəraitində ayrı-
ayrı  mütəxəssislərin  səmərəli  fəaliyyəti  onların 
informasiya  təminatından  çox  asılıdır.  Bu  vəziyyət 
informasiyanın sürətlə artdığı və tez bir zamanda da öz 
aktuallığını  itirdiyi  müasir  dövrümüzdə  mühüm  
əhəmiyyət kəsb edir.  
Azərbaycan  memarlığı  üzrə  sənəd  kütləsini 
funksional baxımdan aşağıdakı tiplərə ayırmaq olar: 
 
a) 
Azərbaycan memarlığının tarixinə həsr olunmuş 
tədqiqatlar 
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
33 
Bu tip
li əsərlərin əsas məqsədi keçmiş memarlıq 
irsini  dərindən  tədqiq  etmək  və  qiymətləndirmək,  ayrı-
ayrı  dövrlərdə  memarlığımızın  mütərəqqi  ənənələrinə 
əsaslanaraq 
onun 
gələcək 
inkişaf 
yollarını 
müəyyənləşdirməkdən  ibarətdir.  Belə  əsərlər  bir  qayda 
olaraq mema
rlıq  tarixinə  bütövlükdə,  ayrı-ayrı 
dövrlərinə, memarlıq məktəblərinin inkişaf tarixinə həsr 
edilmişdir. 
Azərbaycan  memarlıq  tarixini  öyrənmək 
sahəsində  ciddi  elmi-tədqiqat  işi  sayılan  belə  əsərlər 
əhatə  etdiyi  məsələlərə,  zəngin  faktiki  materiala  və 
məzmun  dolğunluğuna  görə  memarlığımızın  sənəd 
kütləsində müstəsna əhəmiyyət kəsb edirlər. 
Azərbaycan  memarlıq tarixinə həsr olunmuş hər 
bir  əsərin  (monoqrafiyanın)  əsas  məqsədi  və  funksiyası 
xalqımızın  memarlığını  bir  küll  şəkilində  inkişaf 
prosesində göstərməkdir. 
 
b) Azərbaycanda memarlıq sənətinin yaradıcılıq    
problemlərinə həsr olunmuş elmi-tənqidi əsərlər 
 
Azərbaycanda  memarlığın  nəzəri  problemlərinə 
həsr  olunmuş  kitablar  memarlığımızın  sənəd  kütləsində 
çoxluq  təşkil  edir.  Bunlara  əsasən  müvafiq  dövrün 
m
emarlığının  inkişafına  kömək  göstərmək  məqsədilə 
dərin  elmi-tədqiqat  xarakterli  tənqidi  əsərlər,  müasir 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə