Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə1/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
  1   2   3   4   5   6   7   8   9   ...   117


 


1203020100  jjjj  AB 
022051 
Az 2 
© Qanun, 2009 
 


AZƏRBAYCAN RESPUBLİKASININ 
QANUNLARI
 
Dövlət qulluğu haqqında 
Azərbaycan Respublikasının Qanunu
 
(21 iyul 2000-ci il, № 926 -IQ) 
I
 
fəsil 
Ümumi müdəalar 
Maddə 1. Qanunun məqsədi 
Bu qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində döv- : ətlə 
dövlət  qulluqçuları  arasında  yaranan  münasibətləri  və  dövlət  qulluqçularının 
hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 
Maddə 2. Dövlət qulluğu 
2,1.
 
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər 
qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və 
 


funksiyalarının  həyata  keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz  vəzifə 
səlahiyyətlərini yerinə yetirməsidir. 
2.2.
 
Bu  qanun  icra  (7),  qanunvericilik  və  məhkəmə  hakimiyyətləri 
orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 
2.3.
 
Prokurorluq,  ədliyyə,  milli  təhlükəsizlik, 
müdafiə,  fövqəladə  hallar 
(34),  sərhəd  xidməti, 
(5)  daxili  işlər,  gömrük,  vergi,  xarici  işlər 
və  feldyeger 
rabitəsi 
(6)  orqanlarında,  Azərbaycan  Respublikasının  Milli  Bankında  dövlət 
qulluğunda  çalışan  şəxslərin  dövlət  qulluğu  keçməsi  bu  qanunun  Azərbaycan 
Respublikası  vətəndaşlarının  dövlət  qulluğuna 
qəbul  edilmək  (34) 
hüququna, 
dövlət  qulluğuna  qəbulun  müsabiqə  və  şəffaflıq  əsasında  həyata  keçirilməsinə, 
dövlət  qulluqçularının  fəaliyyətinin  qiymətləndirilməsinə  (19)  və  dövlət 
qulluğunun  digər  prinsiplərinə  (15) 
aid  müddəaları  nəzərə  alınmaqla, 
Azərbaycan  Respublikasının  başqa  qanunları  ilə  tənzimlənir  və  bu  orqanlarda 
qulluq dövlət qulluğunun xüsusi növüdür (34). (2) 
Bu  orqanların  (Azərbaycan  Respublikasının  Milli  Bankı  istisna  olmaqla) 
aparatlarında  çalışan  və  hərbi  və  ya  xüsusi  nitbəsi  olmayan  şəxslərə  (dövlət 
qulluqçusu olmayan işçilər — xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas 
dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu qanun şamil edilir. (34) 
2.4.
 
Bu  qanunda  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu  qanun  (10) 
Azərbaycan  Respublikasının  Prezidentinə,  Azərbaycan  Respublikası  Milli 
Məclisinin  deputatlarına,  Azərbaycan  Respublikasının  Baş  nazirinə  və  onun 
müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan 
Respublikasının insan hüquqları üzrə  müvəkkilinə  (Om-  budsmana), Azərbaycan 
Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  rəhbərlərinə  və  onların 
müavinlərinə,  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  sədrinə, 
sədr  müavinlərinə,  katibinə  və  üzvlərinə,  Azərbaycan  Respublikası  Hesablama 
Palatasının  sədrinə,  sədr  müavininə  və  auditorlarına,  yerli  icra  hakimiyyəti 
orqanlarının  rəhbərlərinə  (başçılarına),  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun 
müavinlərinə,  Naxçıvan  Muxtar  Respublikası  mərkəzi  icra  hakimiyyəti 
orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur. (2; 7) 
2.5.
 
Bu  Qanun  müvafiq  icra  hakimiyyəti  orqanlarının  tabeliyində  olan 
müəssisələrin  işçilərinə  şamil  edilmir.  Bu  işçilərin  əmək  münasibətləri  (34) 
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 
2.6.
 
Çıxarılıb. (8, 31) 


Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri 
3.1.
 
Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır; 
3.0.
 
1.  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  digər  qanunvericilik 
aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi; 
3.0.
 
2.  dövlət  orqanlarının  səlahiyyəti  hüdudlarında  qərarların  hazırlanması, 
qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi
3.0.
 
3.  dövlət  orqanlarının  səmərəli  fəaliyyətinin  və  dövlət  qulluqçuları 
tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi. 
Maddə 4. Dövlət qulluğunun prinsipləri 
4.1.
 
Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 
4.1.1.
 
qanunçuluq; 
4.1.2.
 
Azərbaycan  Respublikasında  qanunvericilik,  icra  və  məhkəmə 
hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi; 
4.1.3.
 
dövlət orqanlarına və dövlət qulluqçularına  nəzarət və onların hesabat 
vennəsi; 
4.1.4.
 
yuxarı  dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin  öz  səlahiyyətləri 
hüdudlarında  qəbul  etdikləri  qərarların  aşağı  dövlət  orqanları  və  vəzifəli  şəxslər 
tərəfindən mütləq yerinə yetirilməsi; 
4.1.5.
 
bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni 
tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması; 
4.1.6.
 
dövlət qulluğuna qəbulun (34) şəffaflığı; 
4.1.7.
 
vətəndaşların  dövlət  qulluğuna  müsabiqə  və  müsahibə  əsasında  qəbul 
edilməsi (34)', 
4.1.8.
 
vətəndaşların  öz  qabiliyyətlərinə,  xidməti  nailiyyətlərinə  və  peşə 
hazırlığına  uyğun  olaraq  dövlət  qulluğunun  hər  hansı  vəzifəsini  tutmaqda  hüquq 
bərabərliyi; 
4.1.9.
 
irqindən,  milliyyətindən,  dinindən  (34),  dilindən,  cinsindən,  sosial 
mənşəyindən,  ailə,  əmlak  və  qulluq  vəziyyətindən,  yaşayış  yerindən,  (34) 
əqidəsindən,  ictimai  birliklərə  mənsubiyyətindən,  habelə  qulluqçuların  işgüzarlıq 
keyfiyyətlərinə  dəxli  olmayan  başqa  səbəblərdən  asılı  olmayaraq  dövlət 
qulluqçularının hüquq bərabərliyi; 
4.1.10.
 
dövlət  qulluqçularının  potensialının  səmərəli  istifadəsi,  xidməti  və 
peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası; (15) 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə