Azərbaycan respublikasinin səHİYYƏ naziRLİYİ



Yüklə 23,73 Kb.
tarix26.09.2017
ölçüsü23,73 Kb.
#1590


AZƏRBAYCAN RESPUBLİKASININ

SƏHİYYƏ NAZİRLİYİ

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası üçün test imtahanında və müsahibədə iştirak edənlərin



YADDAŞ KİTABÇASI
QEYD: www.snsk.az saytının “İmtahan nəticələri” bölməsindən Əsas test imtahanlarının nəticələrini öyrənmək üçün  eyniləşdirmə kodunu daxil etməlisiniz. Eyniləşdirmə kodu hər bir tibb mütəxəssisinin “ Buraxılış vərəqəsi” ndə qeyd olunur. (Eyniləşdirmə kodu mütləq yadda saxlanılmalıdır)

Hörmətli tibb mütəxəssisləri! Artıq əsas test imtahanlarının nəticələrini SMS xidməti vasitəsilə öyrənə bilərsiniz. Bunun üçün imtahan sözü və boşluqdan sonra eyniləşdirmə kodunu yazıb, 9103 nömrəsinə mesaj göndərin.  





İmtahanda İştİrak etmək üçün

aşağıdakılara əməl OLUNMALIDIr


    1. İmtahanın keçiriləcəyi ünvan, tarix, saat, auditoriyanın nömrəsi, eyniləşdirmə kodu “Buraxılış vərəqəsi”ndə göstərilir.




      QEYD:__“Buraxılış_vərəqəsi”_üzərində_digər_qeydlərin_aparılması_qəti_qadağandır'>QEYD:

      Buraxılış vərəqəsi” üzərində digər qeydlərin aparılması qəti qadağandır.




    2. İmtahan başlamazdan 1 saat əvvəl imtahanın keçiriləcəyi ünvanda olmanız vacibdir.

    3. İmtahana aşağıdakı sənədlərin gətirilməsi zəruridir:

      • Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi)

      • “Buraxılış vərəqəsi”




QEYD:

Göstərilən 2 sənəddən biri olmadıqda imtahana buraxılmayacaqsınız!




    1. İmtahan başlandıqdan sonra gələn şəxs imtahana buraxılmır.




  1. TEST İMTAHANININ VERİLMƏ QAYDASI

    1. Sizə 100 test sualı təqdim olunur və onlara cavab vermək üçün 3 saat vaxt ayrılır.

    2. İmtahan zamanı fasilə verilmir.

    3. İmtahan başlamazdan əvvəl nəzarətçi tərəfindən imtahanın verilmə qaydası izah olunur.

    4. Test imtahanının verilmə qaydası izah olunduqdan sonra sual kitabçası və cavab kartları paylanılır və bu andan test imtahanının başlanma vaxtı hesablanır.

    5. Verilən hər bir sualın 5 cavab variantı var: (A, B, C, D, E).

      1. Cavab variantından yalnız biri düzdür.

      2. Cavab kartında düzgün hesab etdiyiniz cavab variantını qara və ya tünd göy rənglə yazan diyircəkli qələmlə qaralayın.










    6. Seçdiyiniz cavabın yerləşdiyi hərfli dairəni pozmaq, boş saxlamaq və ya bir neçəsini doldurmaq olmaz! Belə halda verilən cavab 0 balla qiymətləndirilir.










    7. Səhv cavablar balların hesablanmasına təsir etmir.

    8. 3 saat bitdikdən sonra imtahan bitmiş hesab olunur.

    9. İmtahan bitdikdən sonra cavab kartını və sual kitabçasını nəzarətçiyə qaytarın, imtahanın başa çatması barədə protokolu imzalayın.

NƏTİCƏLƏR AŞAĞIDAKI QAYDADA HESABLANIR

İmtahanda hər bir sualın düzgün cavabı “1” balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur.

Test imtahanının yekunlarına görə 60 və daha artıq bal toplamış şəxslər müsahibəyə buraxılır. Test imtahanının nəticələri imtahan bitən vaxtdan etibarən 3 saat müddətində bəyan edilir.


  1. TEST İMTAHANI ZAMANI QADAĞANDIR

    1. İmtahan auditoriyasına cib telefonu, kalkulyator, kitab, dəftər, jurnal, məlumat kitabçası, lüğət, cədvəl və çanta gətirmək, yaxud köməkçi vasitələrdən istifadə etmək.

    2. Hər hansı bir səbəbə görə imtahan auditoriyasını tərk edib yenidən geri dönmək.

    3. Nizam-intizam qaydalarını pozmaq.




QEYD:

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydalarına və bu “Yaddaş kitabçası”nda göstərilən tələblərə əməl etməyən şəxsin imtahan nəticələri ləğv olunacaqdır.




MÜSAHİBƏ

    1. Test imtahanını müvəffəqiyyətlə verən şəxslər İxtisas Komissiyası ilə müsahibəyə müvafiq qaydada dəvət olunur.

      1. 7 gün əvvəl müsahibə barədə xəbərdarlıq edilir və müsahibənin keçirildiyi yer, tarix və vaxt haqqında məlumat verilir.

    2. Müsahibəyə şəxsiyyət vəsiqəsinin gətirilməsi mütləqdir.

    3. Müsahibə zamanı şəxsin ixtisasına aid, habelə praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir.

    4. Müsahibə fərdi qaydada İxtisas Komissiyasının üzvləri ilə söhbət formasında 30 dəqiqəyədək aparılır.

    5. Cavablar məqbul qiymətləndirildiyi halda müsahibə müvəffəqiyyətlə keçmiş hesab olunur.




QEYD:

Sertifikasiyadan müvəffəqiyyətlə keçildiyi halda sertifikasiya şəhadətnaməsi verilir və 5 il müddətində ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edilir.




Sertifikasiyadan keçməyən şəxslər 6 ay müddətində iş yerləri saxlanılmaqla, müvafiq peşə hazırlığını keçərək, sertifikasiya olunmaq üçün müraciət edə bilərlər.

Hörmətli tibb işçisi!

Məqsədimiz biliklərinizi nümayiş etdirmək üçün Sizə eyni şəraiti yaratmaq, imtahanda və müsahibədə şəffaflığı və obyektivliyi təmin etməkdir.

Əsas və Sınaq test imtahanlarının nəticələrinə www.snsk.az internet səhifəsinin “İmtahan nəticələri” bölməsindən baxa bilərsiniz.

Sertifikasiya prosesi haqqında ətraflı məlumat almaq üçün 433-08-93 nömrəsinə zəng edə bilərsiniz.




Yüklə 23,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə