Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   ...   8   9   10   11   12   13   14   15   16

 

38

ekspertizanın nəticələrinə  subyektiv  və  qeyri-dəqiq  yanaşmadır. Bununla  əlaqədar  



keyfiyyətin    qiymətləndirilməsinin    ekspert    metodunun    dərindən    tədqiq    edilməsi  

və  onun  tətbiqi  ilə  bağlı  əsas  məsələlərin  aydınlaşdırılması  xüsusilə  mühümdür. 

Ekspert    qiymətləndirilməsi    ilə    bağlı    bəzi    spesifik    çətinlikləri    nəzərdən  

keçirək.  Belə    qiymətləndirmə    prosesində    ekspert    rəylərinin    bir-birinə    yüksək  

dərəcədə  uyğun  gəlməsi  qiymətləndirmənin  nəticəsinin  yekdil  və  dəqiq  olması  

üçün    çox    mühümdür.  Ekspertlərin    qiymətlərində    fərq    müxtəlif    səbəblərlə    izah  

oluna  bilər. Ekspertlərdə  olan  informasiya, onların  istifadə  etdiyi  qiymətləndirmə  

metodları, ekspertlərin  səriştəliliyi, qrupda  qarşılıqlı  münasibətlərin  xüsusiyyətləri, 

ekspertlərin    məntiqi    mühakimə    etmək    qabiliyyətləri,  onların    qiymətləndirmə  

obyekti  ilə  tanışlıq  dərəcəsi  və  s. [2]. 

İstehlak  mallarının  keyfiyyətinin      ekspert    metodu    ilə    qiymətləndirilməsi  

təcrübəsində    çox    vaxt    təhlil    olunan    obyekt    mütəxəssislər  -  komissiya    üzvləri  

tərəfindən    kollektiv    şəkildə    müzakirə    olunur.  Bununla    əlaqədar    olaraq  

ekspertlərin    səriştəliliyinə    və    onların    qiymətləndirilən    obyekt    haqda    məlumatlı  

olmalarına    spesifik    tələblər    meydana    çıxır.  Ekspertlərin    qiymətləndirmə  

obyektləri    ilə    kifayət    qədər    yüksək    dərəcədə    tanış    olmaları    onların    müəyyən  

etdiyi  qiymətlərin  doğruluğu  və  arqumentləşdirilməsi  üçün  xüsusilə  mühümdür. 

Odur    ki,  hər    bir    ekspert    üçün      məlumatlandırma    əmsalı    müəyyənləşdirilir.  Bu  

əmsalın  0  qiyməti  ekspertin   məmulat   haqda  heç  bir   məlumatının  olmamasını, 

1,0    qiyməti  isə    ekspertin    məmulatın    və    ya    ona    oxşar    məmulatların  

layihələndirilməsi,  istehsalı    və    istismarı    ilə    tanış    olduğunu    göstərir.  Sonra      hər  

bir    ekspert    öz    fikrinin    arqumentləşdirilməsi    əmsalını    təyin    edir    (bunun    üçün  

xüsusi  cədvəllər  nəzərdə  tutulmuşdur). Müəyyənləşdirilmiş  kəmiyyətlər  əsasında, 

sonra  hər  bir  ekspertin  məlumatlanma  əmsalı  hesablanır. Daha  sonra  isə  əmsal  

bütövlükdə  komissiya  üçün  tapılır. Bu  əmsalın  qiyməti  verilmiş  qiymətdən  kiçik  

olmamalıdır.  

         Ekspertlərin    səriştəlilik    səviyyəsinin    analizi    üçün    çarpaz  

qiymətləndirmə  metodundan   da  istifadə  etmək  olar. Bu  metod  hər  bir  ekspertin  




 

39

mülahizələrinə  əsaslanaraq  həmkarlarının  baxılan  məsələ  üzrə  səriştəliliyini  ball  



ilə  qiymətləndirməsini  nəzərdə  tutur. 

Ekspert      qiymətləndirməsində    müqayisəetmə    kriterinin    seçilməsi    və    onun  

komissiyanın    üzvləri    tərəfindən    birmənalı    başa    düşülməsi    də    çox    mühüm  

məsələdir. Ekspertlərin  əsaslanaraq  qiymət  üzrə  mühakimə  yürütdüyü  kriterlərin  

razılaşdırılması  üçün  etalon  sıraların  tərtib  edilməsi  təklif  olunur. 

Məmulatların  etalon  sırası  olçmə  və  xaricdə  istehsal  olunan  analoji  sinifə 

məxsus    və  analoji    təyinatlı    məmulatlardan    tərtib    olunur.  Onlar    texniki-iqtisadi  

xassələrinin  səviyyəsinə  və  forma  mükəmməlliyinə  görə  dörd  qrupa  bölünür: ən  

yaxşı, yaxşı, kafi, pis  məmulatlar. 

Etalon    sırasını    tərtib    etmək    üçün    istehlak  mallarının  texniki-iqtisadi  

səviyyəsini    qiymətləndirmək    üzrə    mütəxəssislərdən    və    texniki    estetika    üzrə  

mütəxəssislərdən  ibarət  komissiya  yaradılır, buraya  həmçinin  sənayenin  müvafiq  

sahələrində  çalışan  aparıcı  mütəxəssislər  də  dəvət  olunur. 

Etalon    sırasının  tərtib    edilməsi    və    etalon-məmulatların    qruplara    bölünməsi  

ekspertlərə  analoji   məmulatların   inkişaf   ənənələrini   təhlil  etməyə   imkan   verir, 

qiymətləndirmənin  özünün  əyani  olasını  təmin  edir. 

Etalon    sırası    dinamik    bir    birləşmədir.  O,  uzun    müddət    ərzində  

qiymətləndirmə    kriteri    kimi    xidmət    edə    bilməz    və    lazımi    əlavələrin    və  

təshihlərin  edilməsini  tələb  edir. Yeni funksiyalı  yeni  məmulatların  yaradılması, 

ictimai    norma    və    idealların    dəyişməsi    mütləq    tərtib    etilmiş    etalon    sırasının  

tərkibinin  və  strukturunun  dəyişdirilməsi  ehtiyacını  doğurur.  

Hər    hansı    bir    qiymətləndirmədə    ekspert    rəylərinin    yekdilliyini  

müəyyənləşdirmək    üçün    müxtəlif    riyazi    statistik    metodlardan    istifadə  təklif  

olunur. Lakin, nəticələrin  araşdırılmasında  riyazi  statistik  metodlardan istifadə  də  

ekspert  mükakimələrinin  həqiqiliyinə  tam  zəmanət  vermir. Xüsusilə  ekspertlərin  

sayı    və    analiz    edilən    göstəricilərin    sayı    çox    olduqda    keyfiyyətli  

qiymətləndirməyə  nail  olmaq  mümkündür. 

Ekspert  komissiyaları  ilə  keyfiyyətin  qiymətləndirilməsində  analoji  tələblərin  

ödənilməsini  təmin  etmək üçün aşağıdakı  qaydalara  əməl  olunması  təklif  olunur. 



 

40

Bu    və    ya    digər    obyektin    qiymətləndirilməsi    prosesi    iki    mərhələyə    bölünür. 



Birinci  mərhələdə  ekspertlər  tapşırıqla  və  təqdim  olunan  materiallarla  tanış  olur, 

məmulatın    keyfiyyətini    müstəqil    qiymətləndirir    və    imkan    daxilində    nəticələri  

qısa  və  konkret  əsaslandırma  ilə  xüsusi  kartlara  qeyd  edirlər. Alınmış  nəticələrə  

görə  birinci  mərhələ  üzrə  orta  qiymət  təyin  edilir. 

Orta    qiymətdən    minimum    meyllənən    rəyin    müəllifi    olan    ekspert    (ekspert  

qrupu)  rəy  lideri kimi  qəbul  edilir. Lider  rəydən  sonrakı  mövqedə  dayanan  rəyin  

müəllifi    rəyin    sublideridir.  Rəy    liderinin    rəyindən    əsaslı    şəkildə    fərqlənməyən  

qiymətlərin  müəllifləri  rəy  lideri  və  sublideri  ilə  birlikdə  rəy  düşərgəsini  təşkil  

edirlər.  Rəy    düşərgəsinə    daxil    olmayan    ekspertlər    autsayderlər    adlanırlar    və  

müxalif  düşərgəni  təşkil  edirlər.  

Belə    bir    hal  da    mümkündür    ki,  iki    bir-birinə    əks    düşərgə    yaransın    və  

onlardan  hər  birinin  verdiyi  qiymət  birinci  mərhələnin  orta  qymətindən  təqribən  

eyni    dərəcədə    fərqli    olsun.  Bu    zaman    hər    bir    düşərgənin    lideri    və    sublideri  

ekspert  komissiyasının  sədri  tərəfindən  təyin  olunur. 

Qiymətləndirmənin  nəticələri  təhlil  edildikdən  sonra  komissiyanın  sədri  orta  

qiyməti  və  autsayderlərin  sayını  elan  edir. 

Şəxsiyyətin    konformluğu    problemi    sosial    psixologiyanın    mürəkkəb  

problemlərindən  biridir. Konform  davranış  dedikdə  bir  qayda  olaraq  elə  qayda  

başa    düşülür    ki,  fərd    ilə    qrup    arasında    rəy    müxtəlifliyi    olduqda    fərd    qrupun  

təsirinə  tabe  olur. 

Komissiyaın    sədri    familiyalar    göstərilməklə    autsayderlərin,  liderlərin, 

subliderlərin    hər    birinin    öz    qiymətini    əsaslandıran    mühakimələrini    elan    edir. 

Əgər  bir  neçə  rəy  lideri  olarsa, komissiyanın  sədri  öz  mülahizələrinə  görə  hər  

düşərgədən    iki    rəy    liderinin    mülahizələrini    təqdim    edir.  Bu    halda    subliderin  

əsaslandırıcı   mülahizələri  elan  olunur. Bundan  sonra  eşidilən   mübahisəli  rəylər  

ətrafında  sərbəst  fikir  mübadiləsi  başlayır. Nəticədə  ekspertlər  ikinci   mərhələyə  

keçirlər:  aparılan    müzakirələr    nəzərə    alınmaqla    onlar    yenidən    obyekti  

qiymətləndirirlər. Təcrübə  göstərir  ki, belə  etməklə  ekspert  rəylərinin  yekdilliyini  

yüksəltmək  və  onların  konformluğunu  azaltmaq  mümkün  olur. 



Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə