Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   ...   8   9   10   11   12   13   14   15   16

 

44

proqnozlaşdırılması  metodu  daha  geniş  yayılmışdır.  Bu  metod  nəinki  yalnız  verilən 



nəsil  məhsulun  bu  və  ya  digər  göstəricisinin  mümkün  olan  qiymətini  təyin  etməyə 

imkan  verir,  hətta  yeni  məhsulun  yaranma  vaxtını  və  onun  ömrünü  hesablamağa  da 

imkan verir.  

Hər  nəslin  həyat  tsiklinin  mərhələlərinə  uyğun  olaraq  informasiyanın 

növbələşməsini  və  məhsula  tələbatı  əks  etdirən  xarakterik  dövrü  asılılıqlar 

mövcuddur:  

• perspektiv;  

• mütərəqqi; 

 • yeni; 

• modernləşdirilmiş;  

• köhnə (mənəvi köhnəlmiş). 

Keyfiyyətin  idarə  edilməsinin  mürəkkəb  məsələlərini  birlik,  sahə,  region  və  s. 

miqyasında  həll  etmək  üçün  kompleks  proqnozlaşdırma  metodundan  istifadə  etmək 

daha məqsədəuyğundur.  

Qarışıq (və  ya kompleks)  proqnozlaşdırma  metodu ekstrapolyasiya, çoxfaktorlu 

təhlil  və  ekspert  qiymətləndirmə  metodlarının  qarşılıqlı  əlaqələrindən  ibarətdir. 

Məhsulun keyfiyyət səviyyəsini qarışıq proqnozlaşdırmada əsasən aşağıdakılar geniş 

tətbiq edilir: 

 • proqnoz sütun (qrafa) metodu; 

• «Pattern» (ABŞ) metodu; 

• seçmə metodu; 

• «ikili ağac» metodu; 

• tarazlaşan qiymətlər metodu; 

• matrisa metodu;  

• funksional analiz metodunu.  

Sənaye  müəssisələri  qarşısında  mühüm  əhəmiyyətli  bir  məsələ  durur: hansı  

çeşiddə    istehlak  malları          istehsal    edilməlidir    ki,  istehlakçıların    tələbləri 

ödənməklə    bərabər    onların    müxtəlifliyi    və    keyfiyyəti    də    təmin    olunsun. 

Məhsulun    keyfiyyətinin    qiymətləndirilməsinə    yanaşma    qaydaları    və  



 

45

qiymətləndirmənin    nəticələri    bu    məsələnin    necə    həll    olunmasından    asılıdır. 



Doğrudan  da, yalnız  o  məhsullar  vacib, yüksək  keyfiyyətli  məhsul  kimi  tanınır  

ki,  onların    istehsalı    çeşidin    müxtəlifliyini    yaradır    və    istehlakçıların    tələbatını  

təmin  edir. 

Əvvəllər  bazar  sənayenin  təklif  etdiyi  bütün  məmulatları  reallaşdırırdı. İndi  

isə  vəziyyət  dəyişilmişdir. İstehlakçı  daha  tələbkar  olmuşdur. Odur  ki, sənayenin  

qarşısında    yeni    məsələlər    durur:  tələbatın    proqnozlaşdırılması    əsasında    faydalı, 

əlverişli  və  cəlbedici  çeşidin  formalaşdırılması. 

Son    zamanlar    sərbəst    bazar    iqtisadiyyatına    keçidlə    əlaqədar    müəssisələr  

özləri    istehlak  mallarının          keyfiyyət    səviyyəsini    müəyyənləşdirir    və    onların  

buraxılışı    üzrə    qərar    qəbul    edirlər,  əksər    sahələrdə    istehsalın    müəyyən    bir  

mərkəzdən  kordinasiyası  tətbiq  olunmur. 

         Optimal    çeşidin    proqnozlaşdırılmasında    yalnız    istehlak  mallarının     

kəmiyyət-dəyər    xarakteristikaları    yox,  həmçinin    funksional-istehlak    proseslərinin  

təşkilinin    yeni    imkanlarına    və    formalarına    cavab    verən    keyfiyyət-tip  

xarakteristikalar  da  nəzərə  alınmalıdır. 

Sabahkı    günün    tələblərini    nəzərə    almaqla    keyfiyyətli    və    müasir    çeşidin  

vəziyyətinin    qiymətləndirilməsi    layihə    proqnozunun    mühüm    prinsiplərindən  

biridir.  

Kortəbii    formalaşan    tələb,  bazarın    müxtəlif    təyinatlı    məmulatlarla    kortəbii  

və    nizamlanmadan    dolmasına    səbəb    olur,  istismar    və    istehlak    sferasında  

meydana  çıxan  əvvəllər  istehsal  edilməyən  yeni  məhsulların  istehsalına  tələbat  

ödənməmiş    qalır.  Yeniləri    ilə    əvəz    olunmalı    məhsullara    tələbat    azalır    və  

bazarda    “ağ    ləkələr”    şəklində    boşluqlar    yaranır,  bu    boşluqları    isə    mövcud  

çeşiddə  məmulatlarla  örtmək  mümkün  deyil. 

İctimai    əmək    bölgüsünün    dərinləşməsi    istehsalı    daha    çox    diferensiallayır. 

Digər  tərəfdən  cəmiyyət, ictimai  istehsal  əmək  və  məişətin  əşya  mühitinin  daha  

tam  və  kompleks  qiymətləndirilməsini  tələb  edir. 



 

46

Artan  tələbatı  tam  ödəyən  istehlak malları kompleksini  istehsal  etmək  üçün  



məmulatların 

çeşidləri 

yeniləşdirilməli, 

proqnozlaşdırılmalı 

və   

optimallaşdırılmalıdır. 



İstehsal    norması    kimi    qəbul    edilən    kompleks    mühit    layihəsini    yaratmaq  

üçün    lazımdır    ki,  bu    layihəyə    istehsalın    imkanları    və    şərtləri    üzvi      şəkildə  

birləşsin. Layihələndirmə  ilkin  layihə  situasiyasını  yeni, kompleks  şəkildə  təşkil  

olunmuş    əşya    mühitini    istehsal    edən    layihəyə    çevirməklə    istehsal    və    satış  

sferasında  qarşılıqlı  koordinasiya  işləri  üçün  real  zəmin  yaradır.  

İstehsalın    imkanlarını    rəhbər    tutaraq    layihələndirmə    son    məhsulun    şəklini  

aşkarlayır  və  bu  məhsulu  çoxsahəli  istehsalın  məqsədi  kimi  təklif  edir. Nəticədə  

istehsal    və    istehlak    sferası    istehsalın    istiqamətləndirilməsinə,  nizamlanmasına, 

onun  inkişafının  istiqamətləndirilməsinə  imkan  qazanır.  

Layihə  istehsalın   iqtisadi  ehtiyatlarına  uyğun  olaraq   formalaşan   məqsədlər  

istehsalın  effektiv  inkişaf  kriterlərinə  çevrilir  və  ictimai  norma  statusu  qazanır. 

Beləliklə,  istehlak  mallarının  optimal    keyfiyyət  səviyyəsinin,  optimal 

nomenklaturasının    müəyyənləşdirilməsi    layihə    proqnozlarının    işlənməsi    ilə  

başlanmalıdır.  

Layihələrdə  müxtəlif  funksional  proseslər - əmək, məişət, istirahət  və  s.  üçün  

məmulatlar    kompleksi    təklif    olunmalıdır.  Məmulatların      keyfiyyət  səviyyəsinin  

qiymətləndirilməsinin    “ağırlıq”    mərkəzi    bu    zaman    layihələndirmə    sferasına  

keçir.  Doğrudan    da,  müəssisədə    hazır    məhsulların    keyfiyyətini    qiymətləndirib  

sonradan    istehsal    hazırlığına    xeyli    vəsait    xərclənmiş    sənaye    nümunələrinin  

istehsaldan    çıxarılmasının    heç    bir    mənası    yoxdur.  Aydındır    ki,  müxtəlif    layihə  

variantlarını    qabaqcadan    qiymətləndirib,  onlardan    ən    yaxşılarını    seçib    tələblərə  

cavab  verən  yüksək  keyfiyyətli  məhsulların  istehsalı  şərtsiz  məqsədəuyğundur.  

Satış  bazarında  məmulatların  rəqabəti, məmulatların  lazımsız  bir-birini  təkrar  

etmələri    iqtisadi    və    mühəndis    hesablamaları    ilə    möhkəmləndirilmiş    layihə  

proqnozlarının  rəqabəti  ilə  əvəz  olunmalıdır.  

Bədii tərtibat  üzrə  aparılan  ən  yaxşı  layihələndirmə  işləri  məmulatların  tipli  

nomenklaturalarının    yaradılmasında    nəzərə    alınmalı,  elmi-tədqiqat    və    layihə  



 

47

institutlarının    işində    istifadə    olunmalıdır.  Bu    zaman    satış    bazarına    daxil    olan  



məmulatların    keyfiyyətinin    qiymətləndirilməsi    yalnız    yeni    eksperimental  

nümunələrin  yoxlanması  və  ayrı-ayrı   keyfiyyət  göstəricilərinin  dəqiqləşdirilməsi  

üçün  həyata  keçiriləcək. 

         Layihə  -  proqnozlardan    və    iqtisadi    modelləşdirmə    metodlarından    istifadə  

istehlak  mallarının          elmi    əsaslandırılmış    çeşidinin    formalaşmasına    imkan  

yaradır.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

48

NƏTİCƏ VƏ TƏKLİFLƏR 



 

1.  Nisbi  qiymətləndirmə  bir  qayda  olaraq

  istehlak  mallarının  keyfiyyət 

səviyyəsini  ifadə  etmək,  yaxud  müxtəlif  təyinatlı  məhsulları  müqayisə  etmək  üçün 

istifadə  edilir.  Bu  halda  qiymətləndirmənin  nəticəsi  vahidin  hissələri,  yaxud  faizlə 

ifadə olunur. Keyfiyyət gösəricilərini faizlə, yaxud digər ölçü vahidsiz kəmiyyətlərlə 

ifadə etmək üçün differensial üsuldan  daha geniş istifadə tövsiyə olunur. 

2.  Məmulatın  istehlak  xassələrinin  səviyyəsini  onun  digər  xarakteristikalarının 

kəmiyyətinə  (miqdarına)  görə  dolayı  yolla  təyin  etdikdə  və  ya  bu  göstəricilər  özləri 

eyni  zamanda  məmulatın  istehlak  parametrləri  olduqda  laboratoriya  üsulu  ilə 

keyfiyyətin qiymətləndirilməsi tövsiyə olunur.  Keyfiyyətin qiymətləndirilməsinin bu 

üsulunda  ölçmə  və  analiz  üçün  xüsusi  cihazlardan  istifadə  olunur.  Bu  üsulun 

mahiyyəti ondan ibarətdir ki, burada xüsusi alət və cihazların köməyi ilə mövcud ölçü 

vahidlərində  ifadə  olunmuş  qiymətlər  tapılır  ki,  onların  da  sonradan  yoxlanması 

mümkün olur. 

3.  Məhsulların  istehlak    xassələrinin    qiymətləndirilməsinə    kompleks    şəkildə  

yanaşma  subyektiv  tələb  deyildir. Bu, kəskin  praktiki  ehtiyaclardan, ilk  növbədə  

verilmiş    növdə    buraxılan    məmulatlardan    hamısının    ən    yaxşı    (yaxud    ən    pis)  

olmasını,  hansı   məmulatların   və    nə  qədər  dünya  səviyyəsindən   geri  qalmasını  

müəyyənləşdirmək  zərurətindən  doğan  tələbatdır. 

4.  İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin    kompleks    qiymətləndirilməsi 

müxtəlif  məhsul  qrupları  üçün  keyfiyyət  göstəriciləri  sisteminin  göstərilməsi  və  

elmi  əsaslandırılmasına; yalnız  ayrı-ayrı  göstəriciləri  yox,  bütünlükdə  məmulatın  

keyfiyyət  səviyyəsini  qiymətləndirməyə    imkan    verən    metodların    müəyyən  

edilməsinə;  istehlak    mallarının    keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  zamanı  

nəticələrin    maksimum    obyektivləşdirilməsi    yollarının    tapılmasına  imkan  verməsi 

kimi üstünlüklərə malikdir. 

5.  Praktiki    olaraq    istehlak  mallarının    keyfiyyət    səviyyəsinin  

müəyyənləşdirilməsi    onları    yüksək,  orta,  aşağı    sinifli    məmulat-etalonlarla  



 

49

müqayisə    etməklə,  həmçinin    onların    qüvvədə    olan    standartların    və    digər  



normativ  sənədlərin  tələblərinə  uyğunluğunu  müəyyənləşdirməklə  təyin  edilir. 

6. Keyfiyyət  səviyyəsini  kompleks  qiymətləndirmənin   əsas  elementlərindən  

biri    çəki    əmsalarının    təyin    edilməsidir.  Hesabat    işlərini    asanlaşdırmaq    üçün  

xüsusi  cədvəllərdən  istifadə  təklif  olunur. Bu  cədvəllərdə  ekspert  hər  bir  xassə  

üçün  çəki  əmsalının  üstündən  xətt  çəkir. Bu  üsulun  üstünlüyü  ondan  ibarətdir  

ki,   hər  dəfə  çəki əmsalı  təyin  edildikdə  qalan  çəki  əmsallarının  cəmini  təyin  

etməyə    ehtiyac    qalmır.  Ekspert    avtomatik    olaraq    cədvəldən    çəki      əmsallarının  

qalan  cəmini  bilir.  

7. İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin  kompleks qiymətləndirilməsinin 

vacib  elementlərindən  biri  onların    ayrı-ayrı  keyfiyyət  göstəricilərinin  bir  kəmiyət 

şəklində  birləşdirilməsidir.  Bunun  üçün  istifadə  olunan  üsullardan    biri  dairəvi 

diaqramın  köməyi  ilə  məmulatın  əsas  üstünlüklərinin  müqayisəli  təhlilinə  əsaslanır. 

Bal, yaxud  faizlə qiymətləndirilən göstəricilərin qiyməti bu diaqramda qeyd olunur. 

Təklif  olunan  üsul  keyfiyyətin  kifayət  qədər  dəqiqliklə  qiymətləndirilməsinə,  onun 

layihələndirilməsində  və  istehsalında  zəif  cəhətləri  üzə  çıxarmağa,  keyfiyyətin 

yaxşılaşdırılması üçün müvafiq tədbirlər göməyə əlverişli şərait yaradır. 

8.  Kvalimetriyada  orta  kəmiyyətin  təyin  edilməsi  üçün  optimal  düsturun 

seçilməsi geniş mübahisə doğurur və hələlik birmənalı şəkildə təyin olunmayıb. Bəzi 

mülahizələrə  görə  orta  ədədi,  orta  həndəsi,  orta  harmonik  kəmiyyətlər  müəyyən 

mənada  ekvivalentdir  və  orta  kəmiyyətin  idarə  olunması  üçün  ümumi  düsturun 

tapılması  vasibdir.  Orta  kəmiyyətin  müəyyənləşdirilməsi  üçün  düstur  riyazi 

qanunlardan daha çox qiymətləndirmənin mahiyyətinə əsaslanmalı və konkret məsələ 

və şərtdən asılı olaraq şəklini dəyişəbilmə xüsusiyyətinə malik olmalıdır. 

9.  Kompleks  göstəricinin  tərkib  hissələrinin  dəyişməsini  də  nəzərə  alan  riyazi 

asılılıqdan  istifadə  istehlak  mallarının  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsində 

nəticələrin dəqiqliyini yaxşılaşdırar. 

 

10. Məxsusi  keyfiyyət  göstəricilərindən  biri  olmaqla  estetik  xassə  səviyyəsi  



məmulatın    ümumi    keyfiyyət    səviyyəsi    ilə    dərindən    və    qanunauyğun    şəkildə   

bağlıdır.  Estetik    qiymətləndirmə    bir    tərəfdən    məmulatın    insanların    estetik  




 

50

tələbatını  bilavasitə  ödəmək  xüsusiyyətini  qiymətləndirmək  kimi, digər  tərəfdən  



məmulatın    keyfiyyətinin    özünəməxsus    inteqral    qiymətləndirilməsi    kimi    iştirak  

edir. 


11.  İstehlak  mallarının  keyfiyyətinin  tam    və    dəqiq    qiymətləndirilməsinə  

formanın    mükəmməllik    dərəcəsi    ilə    təhlil    olunan    məmulatın    dəyəri    arasında  

uyğunluğun    yoxlanması    daxil    edilməlidir.  Məsələyə    belə    yanaşma    göstərir    ki, 

istehlak  mallarının    estetik    qiymətləndirilməsi    zamanı    həm    əşyanın    həqiqi  

mükəmməlliyi,  həm    də    onların    ifadəlilik    dərəcəsi    müəyyənləşdirilir.  Deməli, 

estetik  qiymətləndirmə  məmulatların  həqiqi  dəyər  mahiyyətini  və  onun  formada  

ifadəsini  müəyyənləşdirməyə  imkan  yaradır. 

 

12.  Estetik    qiymətləndirilmə    üçün    etalonun    seçilməsi    qiymətləndirilmənin  



məqsədindən    və    qiymətləndirilmə    obyektinin    xüsusiyyətlərindən    asılıdır.  Əgər  

bədii  layihələndirmə,  yaxud  bədii – tərtibat  işi  qiymətləndirilirsə, etalon  kimi  bu  

layihənin    proqnozlaşdırılan    estetik    səviyyəsinə    cavab    verən    ideal    obyektlər, 

perspektiv  modellər  və  nümunələr  götürülə  bilər. 

13.  Forma    yaradan    əlamətlər    üçün    çəki    əmsalları    onların    sayından    asılı  

olaraq  müəyyən  edilir. Əgər  əlamətlərin  sayı  7 – 9-dan  az olarsa, ekspertlər  çəki  

əmsallarının  cəminin   vahidə bərabər   olması   şərti   daxilində onları   təyin  edirlər. 

Əgər  əlamətlərin  sayı  çox olarsa, onlar  sayını  7 – 9-dan  çox  olmamaqla  qruplara  

bölür və hər  bir  qrup  üçün  ardıcıl  olaraq  çəki  əmsalları müəyyəınləşdirilməlidir.  

14.  Ekspert    qiymətləndirilməsi    prosesində    ekspert    rəylərinin    bir-birinə  

yüksək  dərəcədə  uyğun  gəlməsi  qiymətləndirmənin  nəticəsinin  yekdil  və  dəqiq  

olması  üçün  çox  mühümdür. Ekspertlərin  qiymətlərində  fərq  müxtəlif  səbəblərlə  

izah    oluna    bilər:  ekspertlərdə    olan    informasiya,  onların    istifadə    etdiyi  

qiymətləndirmə    metodları,  ekspertlərin    sərişdəliliyi,  qrupda    qarşılıqlı  

münasibətlərin    xüsusiyyətləri,  ekspertlərin    məntiqi    mühakimə    etmək  

qabiliyyətləri, onların  qiymətləndirmə  obyekti  ilə  tanışlıq  dərəcəsi  və  s.. 

15.  İstehlak  mallarının

 

keyfiyyətinin      ekspert    metodu    ilə    qiymətləndirilməsi  



təcrübəsində  ekspertlərin  səriştəliliyinə  və  onların  qiymətləndirilən  obyekt  haqda  

məlumatlı    olmalarına    spesifik    tələblər    meydana    çıxır.  Ekspertlərin  




 

51

qiymətləndirmə    obyektləri    ilə    kifayət    qədər    yüksək    dərəcədə    tanış    olmaları  



onların    müəyyən    etdiyi    qiymətlərin    doğruluğu    və    arqumentləşdirilməsi    üçün  

xüsusilə    mühümdür.  Ekspert      qiymətləndirməsində    müqayisəetmə    kriterinin  

seçilməsi  və  onun  komissiyanın  üzvləri  tərəfindən  birmənalı  başa  düşülməsi  də  

çox    mühüm    məsələdir.  Ekspertlərin    əsaslanaraq    qiymət    üzrə    mühakimə  

yürütdüyü  kriterlərin  razılaşdırılması  üçün  etalon  sıraların  tərtib  edilməsi  təklif  

olunur.


 

16.  Müxtəlif    layihə    variantlarını    qabaqcadan    qiymətləndirib,  onlardan    ən  

yaxşılarını  seçib  tələblərə  cavab  verən  yüksək  keyfiyyətli  məhsulların  istehsalı  

şərtsiz    məqsədəuyğundur.  Müəssisədə    hazır    məhsulların    keyfiyyətini  

qiymətləndirib    sonradan    istehsal    hazırlığına    xeyli    vəsait    xərclənmiş    sənaye  

nümunələrinin  istehsaldan  çıxarılması xərclərin həcmini artırır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

52

Ə D Ə B İ Y Y A T 

1.  Həsənov  Ə.  P.,    Vəliməmmədov  C.  M.  ,    Osmanov  T.  R.    və  b.    İstehlak  

mallarının  ekspertizasının  nəzəri əsasları:  Dərslik. – Bakı :  “İqtisad  Universiteti”  

nəşriyyat,  2003. 

2. Həsənov Ə. P.,  Osmanov T. R.,  Həsənov N.N. və b.  Qeyri-ərzaq mallarının 

ekspertizası: Dərslik, I hissə. – Bakı :“İqtisad  Universiteti”  nəşriyyatı,  2006. 

3. Məmmədov N.R. Standartlaşdırmanın əsasları: Dərslik. – Bakı: Elm, 2003. 

4.  Məmmədov  N.R.,  Ələkbərov  E.B.,  Aslanov  Z.Y.  və  b.  Kvalimetriya  və 

keyfiyyətin idarə edilməsi: Ali məktəblər üçün dərslik. – Bakı: Elm, 2007. 

5.  Osmanov  T.R.  Qeyri-ərzaq  mallarının  əmtəəşünaslığı  və  ekspertizasının 

əsasları: Dərslik. – Bakı:  “İqtisad  Universiteti”  nəşriyyatı,  2014. 

6. Казанцева, Н.С. Товароведение непродовольственных товаров: учебник / 

Н.В. Казанцева. – 2-е изд., перераб. и доп. – М.: Дашков и К, 2009. 

7.  Кондрашова  Е.А.,  Коник  Н.В.,  Пешкова  Т.А.  Товароведение 

продовольственных  товаров:   Учебное  пособие.  -  М.:  Альфа-М:  ИНФРА-М, 

2007. 

8.  Кириллов  В.И.  Квалиметрия  и  системный  анализ: Учебное  пособие.  - 



М.: ИНФРА-М, 2011. 

 

 



 

 

 



 

 

 



    


 

53

 MÜNDƏRİCAT 



 

 

Səh. 



 

Giriş……………………………………………………………….. 

1. 


 Keyfiyyətin  qiymətləndirilməsi  metodları  haqqında  ümumi 

məlumatlar ……….....................................................……………... 

2. 


Keyfiyyət    səviyyəsinin  kompleks    qiymətləndirilməsində    çəki  

əmsallarının  təyin edilməsi  metodlarının  təhlili ………………… 

15 

3. 


İstehlak 

mallarının 

keyfiyyət 

səviyyəsinin 

kompleks 

qiymətləndirilməsinin metod və prinsipləri ………………………. 

21 

4. 


Məhsulun  estetik  keyfiyyət  göstəricilərinin  mahiyyəti ………… 

29 


5. 

İstehlak  mallarının  estetik    keyfiyyət    göstəricilərinin    təyin  

olunması  məsələlərinin  təhlili ……................................................           

34 


6. 

Keyfiyyətin    qiymətləndirilməsinin    ekspert    metodunun  

xüsusiyyətləri.....………..….............................................................. 

37 


7.  

İstehlak  mallarının      keyfiyyət  səviyyəsinin  və    çeşidinin 

proqnozlaşdırılması........................................................................... 

41 


 

Nəticə və təkliflər..........………………………………………….... 

48 

 

Ədəbiyyat……...……………....…………………………………. 



52 

 

 

 



 

     


 

Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə