Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   2   3   4   5   6   7   8   9   ...   16

 

16

cəmiyyətin    yeni    tələbatını    və    texniki    imkanlarını    əks    etdirən    ideyaların, 



layihələrin    meydana    çıxması    zəruridir.  Məmulatlar    o    vaxta    qədər    texniki  

cəhətdən   nümunə  kimi  əlverişli,  faydalı, yaraşıqlı  olaraq  qalır  ki, onların  yerinə  

yeni, daha  mükəmməl  məmulatlar  yaradılsın. 

       2. Məmulatın  keyfiyyətinə  kompleks  qiymət   vermək  üçün qabaqcadan  onun  

keyfiyyətini    ayrı-ayrı    qruplara,  xarakteristikalara,  göstəricilərə    görə    diferensial  

qiymətləndirmək    lazımdır.  Xüsusi,  tək-tək    qiymətləndirmədən    istifadə    etmədən  

ümumi    qiymətləndirmə    qeyri-mümkündür.  Məmulatlara    tələblər    nə    qədər    çox  

hissə-hissə  bölünərsə, kompleks  qiymətləndirmənin  nəticələri  bir  o  qədər  dəqiq  

olacaqdır. 

       3.  Praktiki    olaraq    məmulatın    keyfiyyət    səviyyəsinin    müəyyənləşdirilməsi  

onları  yüksək, orta, aşağı  sinifli  məmulat-etalonlarla  müqayisə  etməklə, həmçinin  

onların    qüvvədə    olan    standartların    və    digər    normativ    sənədlərin    tələblərinə  

uyğunluğunu  müəyyənləşdirməklə  təyin  edilir. 

         Tərtib    edilmiş    bu    metodiki    ilkin    şərtlər    istehlak  mallarının    keyfiyyətinin  

kompleks    qiymətləndirilməsinin    strukturunu    və    əsas    elementlərini    işləməyə  

imkan  yaradır. 

İstehlak  mallarının    keyfiyyətinin    kompleks    qiymətləndirilməsinin    strukturu  

bir  qayda  olaraq  aşağıdakı  elementlərdən  təşkil  olunur: 

       •  ayrı-ayrı    keyfiyyət    göstəricilərinin    seçilməsi    və    onların    differensial  

qiymətləndirilməsi; 

       •  bu    göstəricilərin    bir    ölçmə    sisteminə    gətirilməsi    (müqayisə    olunacaq  

şəkildə  ifadə  olunması); 

       •  müəyyənləşdirilmiş    keyfiyyət    göstəricilərinin    çəkilik    parametrlərinin  

tapılması; 

       • məmulatın  kompleks  keyfiyyət  göstəricilərinin əldə  edilməsi. 

         Göstəricilərin    seçilməsi    və    onların    diferensial    metodla    qiymətləndirilməsi  

haqqında    məlumatlar    yuxarıda    şərh    olunmuşdur.  Odur    ki,  əvvəlcə  

qiymətləndirilən    bütün    keyfiyyət    göstəricilərinin    müqayisə    olunacaq    şəkildə  

ifadə  olunmasını  nəzərdən  keçirək.  



 

17

         Göstərilən    məsələnin    ən    sadə    həll    üsulu    bütün    keyfiyyət    göstəricilərini  



eyni    vahidlər    sistemində,  məsələn    bal    ilə,  faizlə,  manatla    ifadə    etməkdir. 

Keyfiyyət    göstəricilərinin  bal    ilə    ifadə    olunması    ya    onların    bilavasitə    bal  ilə  

ölçülməsi    ilə,  ya    da    müəyyən    vahidlər    sistemində    ölçülmüş    göstəricilərin    bal  

qiymətlərinə    çevrilməsi  ilə    həyata    keçirilir.  Ölçmələrin    nəticələrinin    vahidsiz  

kəmiyyətlərlə  (faizlə,  vahidin   hissələri   ilə)  ifadə  olunması   üçün, yuxarıda  qeyd  

olunduğu    kimi  məhsulun    ölçülən    və  etalon    keyfiyyət    göstəricilərinin    qiymət  

nisbətinin  tapılması  üsulundan  istifadə  edilir.  

         Kompleks    qiymətləndirmənin    əsas    elementlərindən    biri    çəki    əmsalarının  

təyin  edilməsidir. Çəki  əmsalı  verilmiş  keyfiyyət  göstəricisinin  digər  göstəricilər  

sırasında    əhəmiyyətlilik    dərəcəsini    göstərir    [3].  Çəkilik    parametrlərini    təyin  

etmək    üçün    dəyər,  ekspert,  qarışıq,  riyazi-statistik    kimi    dörd    metoddan    istifadə  

edilir. 


         Çəki  əmsalının  dəyər  metodu  ilə  təyin  edilməsində  i-ci  xassənin  çəkisinə  

bu  xassəni  təmin  edən  pul  (yaxud  əmək)  sərfi  arqumentinin  S



i  

 monoton  artan  

funksiyası kimi  baxılır: 

M

i  

= f (S

i

)

         Bu  asılılıq  xətti  və  ya  qeyri-xətti  xarakterdə  ola  bilər, məsələn: 





n

i

i

i

S

S

m

1



burada  



n

i

i

S

1

- bütünlükdə  məhsulun  keyfiyyətini  təmin  etmək  üçün  sərf  olunan 



xərclərin  cəmidir. 

         Ekspert    metodu    ilə    çəki    əmsallarının    təyin    edilməsi    təcrübədə    geniş  

yayılmışdır    və    bu    üsullardan    biri    ilə    həyata    keçirilir:  ranqlama,  üstüntutulma, 

qismən    cüt-cüt    müqayisə,  tam    cüt-cüt    müqayisə,  ardıcıl    müqayisəetmə, 

kombinəetmə [8].  

         Daha    sadə    üsul    üstüntutulma    üsuludur.  Bu    üsulun    əsas    şərti    belədir: 

ekspert    üstüntutulma    prinsipi    ilə    bütün    kriterləri    nömrələməlidir,  məsələn,  1  



 

18

rəqəmi    ilə    ən    mühüm    kriter,  2    rəqəmi    ilə    əhəmiyyətinə    görə    1-dən    sonra  



dayanan  kriter  və  s.  

         Ranqlama  üsulunda  baxılan  əlamətlər   müəyyən  sayda   hissələrə  bölünmüş  

şkala  üzrə  yerləşdirilir. Ekspert  hər  bir  kriterdən  qiymət  şkalasının  hər  hansı  bir  

müvafiq  nöqtəsinə  xətt  keçirməlidir.  

         Qismən   cüt-cüt    müqayisə   üsulunda  kriterlər    matrisanın   ordinat    və  absisi  

üzrə    yerləşdirilir.  Ekspertə    ya    bu    matrisanın  hər    bir    blokunda    bu    blokun  

koordinatını    təşkil    edən    iki    kriterdən    onun    rəyinə    görə    daha    qiymətlisini  

göstərmək,  ya    da    baxılan    hal    üçün    cütlük    həddinin    daha    qiymətlisini  ayırmaq  

təklif  olunur. 

         Tam    cüt-cüt   müqayisə    üsulunda     kriterlərin   siyahısı   hər  cüt   kriterin   iki  

dəfə    aşkar    edilməsi    səbəbindən    iki    dəfə    artır:  bir    dəfə    A  –  B    ardıcıllığı    ilə, 

ikinci  dəfə   B – A  ardıcıllığı  ilə. Belə  yanaşma  kriterlərin  qarşılıqlı  yerləşməsi  

ilə  bağlı  səhvləri  istisna  edir.  

            Ardıcıl    müqayisəetmə   üsulunda   ekspertə  kriterlər  siyahısı  təklif   olunur. 

O,  göstərilən    kriteriləri    dəyərinə    görə    ardıcıl    yerləşdirməlidir    (üstüntutma  

üsulunda  göstərilən  kimi). Sonra  ekspert  bunlardan  ən  əhəmiyyətlisini  seçir  və  

ona  maksimal  çəki  təyin  edir, qalan  kriterləri  isə  onların  əhəmiyyətliliyinə  görə  

yerləşdirir. Daha  sonra  o, seçdiyi  kriterin  aşağı  qiymətli  qalan  bütün  kriterlərdən  

daha  əhəmiyyətli  olmasını    təsdiq    edən    qərar    qəbul    edir.  Ekspert,    əməliyyatları  

əhəmiyyətinə    görə    növbəti    kriter  üçün    təkrar    edir.  Belə    tədqiqat    işi    o    vaxta  

qədər  davam  etdirilir ki, kriterlərə  sonuncu  qiymət  verilsin.  

         Kombinəetmə    üsulunda    yuxarıda    göstərilən    üsullardan    hər    hansı    ikisi  

istifadə  edilir  (məsələn, ranqlama   və  cüt – cüt   müqayisə). Burada   məqsəd  çəki  

əmsallarını  dəqiqləşdirmək  və  onlara  nəzarətdir.  

         Mütəxəssislərin    çoxsaylı    tədqiqatları    göstərmişdir    ki,  təsvir    olunan    bütün  

üsullar    eyni    səviyyədə    etibarlıdır.  Ancaq    üstüntutulma    üsulu  vaxt    sərfinə    görə  

daha  səmərəlidir.  

         Göstərildiyi  kimi  bir  qayda  olaraq, ekspertlər  çəki  əmsallarını  təyin edərkən  

aşağıdakı  şərtdən  istifadə  edirlər [4]: 



Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə