Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə10/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

 
28
xətası  da  bir  o  qədər  az  olar.  Başqa  sözlə,  qərarın  xətasının 
araşdırma  müddətinə  hasili  sabit  kəmiyyətdir.  Bu  düstur  həm 
Sofoklun min illər öncə söylədiyi fikri, həm də Russonun kəlamı-
nın  riyazi  formasıdır.  Göründüyü  kimi    araşdırma  zamanı  anlarla 
ölçülərsə, (yəni qərar tez qəbul olunarsa) qərarın xətası çox böyük 
olar.  Müxtəlif  zaman  intervalında  müxtəlif  insanlar  tərəfindən 
qəbul olunmuş qərarların xətası müxtəlif olacaqdır. Bunların içəri-
sindən  təkcə  bir  qərar  düz  olacaqdır.  O  da  araşdırma  müddətinin 
qiyməti zəruri zamana bərabər və ondan çox olanda baş verir.  
Qərarın düzlüyünə biliyin təsiri 
Müşahidə  zamanı  çox  olduqca,  hadisə  ilə  bağlı  toplanılan 
bilik (informasiya) çoxaldığından qərarın xətası azalır. Başqa söz-
lə, bilik və dünyagörüşü artdıqca, səhv qərarların qəbul olunması-
nın ehtimalı azalır. Đş bilənin, iş bilməyəndən əsas fərqi, birincinin 
daha  üstün  biliyə  malik  olmasındadır.  Müqəddəs  kitabımızda  da 
göstərilib: “Heç bilənlə bilməz bir olarmı?”  
Son  tədqiqatlar  göstərir  ki,  qərarın  xətası  ilə,  zəruri  infor-
masiya arasında münasibət mövcuddur. Đnformasiya (bilik) artdıq-
ca, xəta azalır və tərsinə bilik azaldıqca xəta çoxalır. Bu münasi-
bətə  elmi  bir  biçim  vermək  üçün  “bilik  qıtlığı”  anlayışı  qəbul 
edək.  “Bilik  qıtlığı”  dedikdə  mütləq  düzgün  qərarın  qəbulu  üçün 
lazım olan zəruri bilik ilə cari bilik arasında fərq başa düşülür. Bu 
anlayışların  köməkliyi  ilə  belə  bir  qanunauyğunluq  formalaşdır-
maq mümkündür: 
Đstənilən  sosial  hadisə  ilə  bağlı  qəbul  edilən  qərarın 
xətası, bilik (informasiya)  qıtlığı ilə mütənasibdir. 
Deməli, bilik qıtlığı çox olanda, qərarın xətası da çox olur. 
Fərz edək ki, iki təhsil alandan biri 100 sualdan 98-ni, digəri 
isə 88-ni  bilir. Onda uyğun olaraq birinci təhsil alanın bilik qıtlığı 
faizlərlə  2,  ikincinin  ki  isə  12-dir.  Bu  səbəbdən  də  ikincinin 
gələcəkdə  qəbul  edəcəyi  qərarların  xətası  daha  böyük  olacaqdır. 
Başqa  sözlə,  böyük  bilik  qıtlığı  şəraitində  qəbul  olunan  qərarın 
xətası  böyük  olar.  Səhv  qərarlar  cinayət  üçün  təməl  yaradır. 
Keyfiyyətli  təhsil  uğrunda  dünya  mübadiləsinin  məğzi  burada 


 
29
gizlənir.  Bu  səbəbdən  də  Qərbdə  təhsilə  “xəzinəsi  özündə”  olan 
varlıq kimi baxılır. Təbii, iqtisadi və siyasi  göstəriciləri eyni olan 
iki dövlətdən, təhsil sistemi qüvvətli olan dövlət daha qüdrətlidir. 
Amerika  prezidentlərindən  biri  bu  vəziyyəti  belə  ifadə  etmişdir: 
“Amerika  Universitetləri  qüdrətlidir,  ona  görə  yox  ki,  Amerika 
varlıdır.  Amerika  varlıdır  ona  görə  ki,  onun  Universitetləri  qüv-
vətlidir”.  
Doğrudan da, 2009-cu ilin sonunda aparılan sorğulara görə, 
dünyanın 50 qabaqcıl Universitetləri arasında birinci 30-35 yerləri 
ABŞ və Böyük Britaniya Universitetləri tuturlar və bu yerləri heç 
kimlərlə  bölüşmək  belə  istəmirlər.  Çünki  onlar  başa  düşürlər  ki, 
Universitetlərin verdiyi bugünkü təhsil, sabah dövlət və cəmiyyət 
üçün zəruri və düzgün qərarların qəbuluna sərf olunacaqdır. Əgər 
təhsilalan bir fəndən 5 yox, 4 və ya 3 qiymət alıbsa, deməli onun 
artıq  20  və  ya  40  %    bilik  qıtlığı  var.  Bu  bilik  qıtlıq  gələcəkdə 
dövlət  və  ya  cəmiyyət  işində  keyfiyyətsiz  qərarlar  şəklində  üzə 
çıxacaqdır.  
Buradan  çıxaracağımız  fəlsəfi  nəticə  bundan  ibarətdir  ki, 
gənclərimizə elə təhsil verməliyik ki, onlar  gələcəkdə içərisindən 
keçdiyi  bütün  proseslərin  obyekti  yox,  subyekti  olsunlar.  Məmur 
kürsüsünü  kişi,  qadın  və  gənc  olmasından  asılı  olmayaraq,  o 
kəslərə etibar etmək lazımdır ki, onlar içərisindən keçdiyi proses-
lərin  obyekti  yox,  subyekti  olsunlar.  Buna  isə  keyfiyyətli  təhsillə 
nail olmaq olar. 
Qlobal  taledə  bəşəri  təhsilin,  milli  taledə  milli  təhsilin  rolu 
axıradək  dəyərincə  dərk  etmək  lazımdır.  Sözdə  çoxları  təhsilin 
vacibliyindən  danışsalar  da,  işdə  millətin,  planetin  gələcəyini, 
korporativ  maraqlara qurban verirlər.    
Yeni şkala, yeni kriteriya 
Yuxarıda  sayılan  bütün  kataklizmaların  yaranmasının  digər 
bir  səbəbi  köhnə  ölçülərin,  meyarların,  qiymətləndirmə  sistem-
lərinin  gücdən  düşdüyünü  və  yeni  dəyərləndirmə  sistemlərinə 
ehtiyac  olduğunu  göstərir.  Bir  qədim  misalda  deyilir  ki,  ölçüdən 
böyük  səadət  yoxdur,  ölçü  harmoniyanın  əsasıdır.  Əgər  bəşəriy-


 
30
yətin  harmoniyası  pozulubsa,  deməli  yeni  ölçü,  yeni  kriteriyaya 
ehtiyac vardır.   
Deməli,  bəşəri  inkişafın  mərkəzində,  başqa  sözlə  düzgün 
qərar  qəbul  etmənin  əsasında  bilənlə  bilməyənin  bir-birindən 
ayırmaq  və  işi  iş  bilənə  tapşırmaq  durur.  Biləni  bilməzdən 
ayırmaq  üçün  min  illərdir  ki,  bəşəriyyət  kriteriya,  meyar  axtarışı 
ilə yol gedir. 
Yeni  kriteriya  olaraq,  mənimsənilməsi  zəruri  olan  biliyin, 
mənimsənilən hissəsinin  mənimsənilməyən hissəsinə olan nisbə-
tini  götürmək  olar.  Bu  kriteriya  bilənin  bilməzdən  ayrılmasına 
geniş imkan yaradır. Misal üçün 100 sualdan 98-ni bilən üçün bu 
kriteriya 49 (98:2), 100  sualdan 88-ni bilən üçün isə 7,3 (88: 12) 
olar.  Bu  son  kriteriyalar  (49  ilə  7,3)  arasında  fərq,  98  ilə  88 
arasında  fərqdən    çox  böyükdür.  Bu  səbəbdən  də  bu  kriteriya 
vasitəsi  ilə  kadr  seçimində  subyektiv  manelər  aradan  qaldırmaq 
olar. 
Bir  ingilis  misalı  ilə  fikrimə  son  vermək  istəyirəm:  Bir  işi 
görmək lazımdırsa, onu keyfiyyətlə görmək lazımdır.  Keyfiyyət-
siz təhsillə, keyfiyyətli iş görmək mümkündürmü?  
    Vəzifə,  xalqın  məmura  etibar  etdiyi  əmanətidir.  Bu 
əmanəti qorumaq milli mənsubiyyətdən yox, keyfiyyətli  təhsildən 
asılıdır.  Keyfiyyətli  təhsil  almadan  xətasız  qərar  qəbul  etmək 
olarmı?   Cavab birqiymətlidir:  Əlbət ki, yox. 
                                                                                             
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə