Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə11/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

 
31
Nəsir Nəsirli 
Azərbaycan Turizm Đnstitutunun  
“Turizm işinin təşkili və idarə edilməsi” fakültəsinin 
dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 
 
Ali təhsildə keyfiyyət təminatı problemi 
 
Azərbaycan  Respublikasında  ali 
təhsildə  Boloniya  prosesinin  tətbiqinin 
genişlənməsi  və  dərinləşməsi  onun 
əsasını  təşkil  edən  keyfiyyətin  təmin 
edilməsi  ilə  birbaşa  əlaqədardır.  Bəzi 
ekspertlər  hesab  edirlər  ki,  Boloniya 
bəyan-naməsi təhsildə keyfiyyətin təmin 
edilməsi  məsələsini  dəqiq  müəyyənləş-
dirmə  üsulunu  özündə  əks  etdirmir, 
baxmayaraq  ki,  təhsil  nazirlərinin  Paris 
konfransından  başlayaraq  keyfiyyət  hər 
dəfə  əsas  məsələ  kimi  diqqət  mərkəzində  olmuşdur.  Sonrakı 
dinamika  göstərmişdir  ki,  ali  təhsil  sistemində  keyfiyyətin  üç 
səviyyədə  təminatı  təklif  edilir:  ali  məktəbdə,  ölkədə  və  bütöv 
Avropada. Ali təhsilin keyfiyyət təminatının prinsipial məsuliyyəti 
qarşılıqlı  qəbul  edilən  kriteriya  və  metodların  işlənməsidir. 
Keyfiyyət  təminatı  məsələsində  aşağıdakıların  nəzərə  alınması 
məqsədəuyğundur. 
1.  Bu  məsələ  ilə  maraqlanan  ali  məktəbin  və  təşkilatın 
məsuliyyət dərəcəsinin və maraq dairəsinin nəzərə alınması; 
2.  Proqramın  və  ali  məktəbin  fəaliyyətinin  qiymətləndiril-
məsində  özünüqiymətləndirmənin  və  xarici  ekspert  qiymətləndir-
mələrinin,  həmçinin  tələbələrin  qiymətləndirmədə  iştirakının  nə-
zərdə tutulması və nəticələrin çap olunması; 
3.  Keçirilən  akkreditasiya  proseduralarının  sisteminin  mü-
kəmməlliyi  və  sertifikatlaşdırılma  mexanizminin  dəqiqliyinin 
nəzərə alınması; 


 
32
4.  Beynəlxalq  əməkdaşlığın  səviyyəsi,  beynəlxalq  şəbəkədə 
iştirak və şəbəkə əməkdaşlığı; 
5.  Tədris  vəsaitlərinin,  dərsliklərin  hazırlanması  və  nəşr 
edilməsi; 
6.  Professor-müəllim heyətinin tələbələrlə əlaqələrinin səviy-
yəsi,  yeni  tədris  üsullarından  istifadənin  səviyyəsi,  tələbələrlə 
sərbəst işlərin yerinə yetirilməsi prosesinin təşkili və s. 
Ümumi  Avropa  səviyyəsinə  gəlincə,  Berlin  konfransında 
Avropa Universitetlər Assosiasiyasına, Avropa tələbələr birliyi və 
Avropa  ali  təhsildə  keyfiyyətə  nəzarət  şəbəkəsi  ilə  birlikdə 
keyfiyyəti təmin edən ümumi konsepsiya, prosedura qaydaları və 
metodikanın yaradılması haqqında göstəriş verilmişdir. Bu yaradı-
lacaq  qaydalar  vasitəsilə  akkreditasiyaların  keçirilməsi,  xarici 
ekspertizanın  müəyyən  olunmuş  ali  məktəblərdə  keyfiyyət  təmi-
natının tədqiq edilməsi üçün sistemin işlənib hazırlanması nəzərdə 
tutulmuşdur. 
Ali təhsilin keyfiyyətinə bu qədər dərin diqqətin  yetirilməsi 
müxtəlif səbəblərlə izah edilir. 
I.  Avropa  ölkələrində  dövlətin  ali  təhsil  müəssisələrinin 
fəaliyyətinə  aktiv  sürətdə  müdaxilə  etməməsi  və  onun  ali  təhsil 
sisteminin nizamlaması prosesindən kənarda qalması. 
II.  Avropa  ölkələrinin  bir  çox  milli  təhsil  sistemlərində 
axırıncı 10 ildə ali təhsil prosesinə daxil olmaq və  bu prosesdən  
çıxmaq  məsələsinə müdaxilə edilməsi. 
Təhsilin  layihələndirilməsi  üçün  elə  metodologiya  hazırlan-
malıdır ki, təhsil işinin vacib göstəricilərindən  biri təhsilin nəticə-
si  olsun.  Başqa  sözlə,  təhsil  fəaliyyətinin  effektivliyinin  qiymət-
ləndirilməsi  onun  planlaşdırılması  (tədris  planının  məzmunu, 
təhsil  müddəti  və  s.)  və  həyata  keçirilməsi  prosesi  yox,  təhsilin 
nəticəsi, tələbənin aldığı bilik, dünyagörüşü, işə yararlılığı, sərbəst 
təhsil almaq və özünütəhsil prosesini həyata keçirmək bacarıqları 
kimi meyarlar əsasında aparılmalıdır. Bu işdə ağırlıq təhsil prose-
sinin  üzərinə  düşür  (təhsil  proqramları,  tələbələrin  müvəffəqiy-


 
33
yəti),  o,  peşə  və  şəxsi  hazırlıq  səviyyəsinin  yüksəldilməsinə   
istiqamətlənməlidir. 
Nəhayət, ali təhsildə keyfiyyət təhsil prosesinin təşkilində və 
həyata  keçirilməsində  aşkarlıq,  diplom  və  ixtisas  dərəcələrinin  
qarşılıqlı  qəbul  edilməsi,  təqdim  edilmiş  sənədlərin  müqayisə 
edilə  bilən  olması,  etibarlılıq,  kadrların  əmək  bazarında  rəqabətə 
davamlı  olması  və  hazırlıq  səviyyəsinin  aşağı  düşməsi  prosesinə 
əksfəaliyyət  göstərə  biləcək  olması,  işə  götürənlərin  tələbinə 
uyğun peşə hazırlığına və vərdişlərinə sahib olması və s. bu kimi 
digər  məsələləri  özündə  birləşdirir.  Göstərilən  keyfiyyətlərin 
təmin  edilməsi  isə  bilavasitə  ali  təhsil  müəssisəsində  tədris 
prosesinin  təşkilində,  öyrədənlə  öyrənənlər  arasındakı  qarşılıqlı 
münasibətlərin  tənzimlənməsində,  tələbənin  özünü  təhsil  və 
sərbəst  öyrənmə  vərdişlərinə  yiyələnə  bilməsinin  təşkilindən,  bir 
sözlə təhsil xidməti bazarında artan rəqabətə davam gətirə biləcək 
kadrların  hazırlanmasının  təşkilindən  asılıdır.  Ümumiyyətlə, 
təhsilin  keyfiyyəti  sosial  və  şəxsi  gözləntilərin  real  əldə  edilmiş 
təhsil nəticələrinin müvafiq normativ tələblərə uyğunluğu özündə 
əks etdirən göstəricilərlə  xarakterizə olunur. 
Təhsil  anlayışına  yanaşma  ümumiyyətlə  iki  əsas  formada 
özünü  göstərir,  nəticə  kimi  (savadlılıq)  və  təhsil  öyrətmə  prosesi 
kimi. Hər iki halda təhsilə təsir edən amillər, idarəetmə orqanları, 
təhsil  müəssisələri,  təhsil  proqramları,  öyrənənlər  və  öyrədən-
lərdir.  
Təhsilin  keyfiyyətinin  qiymətləndirilməsi  isə  bu  siyahıya 
sifarişçi  və  təhsil  xidmətindən  yararlananların  əlavə  edilməsini 
tələb edir ki, bunlar əsasən, şəxslər, istehsalat, cəmiyyət və dövlət,  
təhsil  sistemidir.  Zəruri  olan  isə  kimi  qiymətləndirmək  və  nəyi 
qiymətləndirməkdir.  Yəni  qiymətləndirmə  obyektini  və  kriteriya-
ları  müəyyənləşdirmə  əhəmiyyət  kəsb  edir.  Qiymətləndirmənin 
obyektləri  və  subyektləri  müəyyənləşdirilmişdirsə,  bu,  tam  təhsil 
sisteminin  və  onun  elementlərini  əhatə  edir.  Qiymətləndirmə  isə 
dövlət orqanları tərəfindən həyata keçirilir. Bunlar nəzərə alınarsa, 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə