Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

 
34
müxtəlif  variantlar  meydana  çıxar.  Təcrübədə,  əsasən,  daxili  və 
xarici olmaqla iki formada qiymətləndirmə aparılır.  
Daxili qiymətləndirmə, əsasən, öyrədənlərin və öyrənənlərin 
özünü qiymətləndirməsi və qarşılıqlı qiymətləndirmə, keyfiyyətin 
daxili  monitorinqi,  təhsil  proqramlarının  daxili  qiymətləndirilmə-
si,  təhsil  müəssisəsinin  daxili  qiymətləndirilməsidir.  Göstərilən 
qiymətləndirmə  üsullarının  tətbiq  edilməsi  ali  təhsil  müəssisələ-
rində özlərinə məlum olacaq çatışmazlıqların və keyfiyyətə mənfi 
təsir  edən  amillərin  aradan  qaldırılmasına  səbəb  olar.  Məsələn, 
tədris  ili  müddətində  müəllimin  tələbəni  qiymətləndirmə  imkan-
ları  seminar  məşğələlərində,  laboratoriya  işlərinin  təhvil  verilmə-
sində,  aparılan  yoxlamaların  (aralıq  yoxlamaların)  gedişində  sər-
bəst işlərin yerinə  yetirilərək təhvil verilməsi dövründə, müəyyən 
tapşırıqların prezentasiyalarının təqdim edilməsi müddətində və s. 
nəhayət,  final  imtahanlarının  keçirilməsi  və  nəticələrin  yoxlan-
ması  (əgər  imtahan  şifahi  və  ya  yazılı,  test  yoxlaması  şəklində 
keçirilmişdirsə)  müddətində  həyata  keçirilir.  Tələbənin  müəllimi 
qiymətləndirməsi  isə  semestr  ərzində  ən  azı  iki  dəfə  anket 
sorğularına  verilən  cavablar  və  müəllim  haqqında  dərs  dediyi 
tələbələrdən fərdi qaydada alınan rəylərin nəticəsi əsasında aparıla 
bilər. Bir çox hallarda müəllimin şəxsi keyfiyyətləri bu qiymətlən-
dirmənin  nəticəsini  şübhə  altında  qoya  bilir.  Ona  görə  də 
tələbələrə qarşı münasibətlər daxili intizam qaydalarına tam əməl 
edilməklə obyektiv şəkildə tənzimlənməlidir.  
Təhsil  prosesi  həyata  keçirilən  müddətdə  elə  demokratik 
şərait  yaradılmalıdır  ki,  tələbələr  müəllimə  qarşı  münasibətlərini 
onun  özünə  və  tədris  prosesinin  təşkilatçılarına  bildirmək 
(məlumat  vermək)  imkanı  olsun.  Müəllimin  tələbələr  tərəfindən 
qiymətləndirilməsi  ilə  eyni  vaxtda  müəllimin  işinə  nəzarət  edən 
ali  məktəb  qurumlarının  da  müəllim  haqqında  rəyinin  nəzərə 
alınması  məqsədəmüvafiq  olar.  Bu  halda  müəllim  haqqında 
subyektiv  rəy  bildirən  tələbələrin  həmin  müəllimlə  münasibət-
lərinin  tənzimlənməsi  üçün  müəyyən  tədbirlər  həyata  keçirilə 
bilər. Ümumiyyətlə tələbələrin və müəllimlərin özünü qiymətlən-


 
35
dirməsi  və  özünə  nəzarətinin  həyata  keçirilməsi  məsələsi  isə 
hələlik  açıq  qalmış  məsələlərdəndir.  Bu  haqda  heç  bir  metodik 
rəhbərlik  və  tövsiyələr  hələlik  yoxdur.  Lakin  fasiləsiz  təhsilin 
(ömür boyu təhsil) həyata keçirilməsinin tətbiq edildiyi bir vaxtda 
buna böyük ehtiyac vardır.  
Keyfiyyətin  qiymətləndirilməsi  üçün  daxili  monitorinqin 
həyata  keçirilməsi  mütəmadi  qaydada  semestr  ərzində  2-3  dəfə 
keçirilə bilər. Sorğu tələbələr və professor-müəllim heyəti arasın-
da aparılır. Hər bir anketə 10-12 sual daxil edilir.  
Sualların tədris prosesini tamamilə əhatə etməsi məqsədəuy-
ğundur. Hər bir fənnin, dərslik və tədris materiallarının qiymətlən-
dirmə  üsulunun  obyektivliyinin,  tədris  otaqlarının  vəziyyətinin, 
kitabxananın  işinin,  yeməkxananın  və  s.  bir  sözlə,  tələbələrin 
təhsil  almasına  xidmət  edən  bütün  qurumların  fəaliyyətinin 
qiymətləndirilməsinin  əhatə edilməsi məqsədəuyğun olar. Tədris 
prosesində aparıcı fiqur müəllim və tələbə olduğu üçün onların bir 
birlərini  qarşılıqlı  qiymətləndirməsi  işin  xeyrinə  olar.  Hər  bir 
verilən  sual  üçün  konkret  qiymət  meyarları  tətbiq  edilsə,  daha 
effektli  olar.  Nəticələr  ümumiləşdirilərək  hər  bir  müəllimin, 
idarəetmə  orqanlarının  və  xidmət  sahələrinin  fəaliyyəti  haqqında 
vaxtında tədbirlər görülür.  
Tədris  proqramının  daxili  qiymətləndirilməsi  standartları, 
Azərbaycan  Respublikasında  tədris  Təhsil  Nazirliyi  tərəfindən 
hazırlanır  və  ali  təhsil  müəssisələrinə  seçmə  və  ixtisas  fənlərinin 
təhsil  proqramlarına  daxil  edilməsi  tövsiyə  olunur.  Tədris 
proqramlarının  hazırlanmasına  isə,  əsasən,  təhsil  işçiləri  və 
mütəxəssis  alimlər  cəlb  edilir.  Lakin,  əgər  təhsil  bütün  ictimaiy-
yətə  aiddirsə,  onda  təhsilin  strukturunun  və  məzmununun  təyin 
edilməsində  bütün  ictimaiyyətin  iştirakının  təmin  edilməsi 
məqsədəuyğun  olardı.  Ali  peşə  təhsili  standartlarının  hazırlan-
masında  dediklərimizə  daha  çox  ehtiyac  duyulur.  Göstərilən 
proseslərə  ən  azı  işəgötürənlərin,  sahibkarlar  cəmiyyətlərinin, 
ictimai  təşkilatların  və  s.  geniş  iştirakına  şərait  yaradılması  yaxşı 
olardı.  


 
36
Tədris müəssisəsinin daxili qiymətləndirilməsi 
Bu  proses  ali  təhsil  müəssisələrində  daha  çox  tətbiq 
olunmaqdadır.  Tədris  prosesinin  effektivliyinin  və  idarəetmə 
orqanlarının  işinin  səmərəsinin  artırılması  onun  əsas  məqsədini 
təşkil edir. Proses üçün hazırlanmış hesabatda əsasən:  
- Tədris müəssisəsinin missiyası, məqsədi,   
- Təhsil  proqramının  strukturu,  məzmunu,  müddəti  və  bun-
ların tətbiqinin tələbləri,  
- Elmi tədqiqatların əsas istiqaməti, elmi məktəblərin fəaliy-
yətinin nəticələri, 
- Keyfiyyət sisteminin yaradılması, 
- Tələbə  heyəti,  müvəffəqiyyət  göstəricisi,  tədris  proqramı-
nın mənimsənilməsinin qiymətləndirilməsi,  
- Məzunların əldə etdiyi nailiyyətlər, onların əmək bazarında 
və təhsillərinin davam etdirilməsindəki uğurları 
- Đdarəetmə  orqanlarının  əsas  maliyyə  göstəriciləri  və  onla-
rın ehtiyatlarla təminatı və s. nəzərə alınmalıdır.  
Təhsil alanların fərdi nailiyyətlərinin qiymətləndirilməsi 
Prosesi iki formada həyata keçirmək məqsədəuyğun olardı: 
1.  Yekun dövlət attestasiyası 
2.  Cari  attestasiyaları  (daxili  keyfiyyətə  nəzarət  sisteminin 
yoxlamaları)  
Təhsil  verənlərin  (professor-müəllim  heyətinin)  fəaliyyət 
keyfiyyətinin qiymətləndirilməsi 
Pedaqoji  və  elmi-pedaqoji  heyətin  fəaliyyətinə  çoxsaylı 
iradların  olmasına  baxmayaraq,  onlar  üçün  hələlik  yalnız  attes-
tasiyadan keçirilməklə qiymətləndirmə üsulundan istifadə edilir.  
Ali  təhsil  müəssisəsinin  idarəetmə  orqanlarının  fəaliyyə-
tinin qiymətləndirilməsi 
Bu  iş  ali  təhsil  müəssisələrinin  tabe  olduqları  dövlət 
qurumları  tərəfindən  aparılır.  Onun  fəaliyyətinin  qiymətləndiril-
məsində  öyrənənlərin,  öyrədənlərin  və  təhsil  müəssisələrinin  
digər maraqlı qurumları bu prosesə cəlb edilmir. 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə