Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə13/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

 
37
Bütün  deyilənlərə  yekun  vuraraq,  qeyd  etmək  lazımdır  ki, 
təhsil  müəssisəsinin  fəaliyyətinin  qiymətləndirilməsi,  onun  key-
fiyyət  meyarlarının  müəyyənləşdirilməsi  və  təkmilləşdirilməsi 
onun səmərəliliyinin artırılması, bu sahədə yüksək nəticələrin əldə 
edilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda bu iş 
formallıqdan  uzaq  olmağı,  maksimum  obyektivliyi,  qərəzsizliyi 
tələb edir. Bu mənada insan faktoru həmişə ön planda olur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
38
Şahrza Əliyev 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
Đqtisadiyyat şöbəsinin müdiri, 
iqtisad elmləri üzrə fəlsəfə doktoru 
 
Azərbaycanda ali təhsildə yeni maliyyələşmə mexanizminin 
tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr 
 
Təhsilin maliyyələşdirilməsi beynəlxalq kontekstdə 
 
Dünya  iqtisadiyyatında  hər  bir 
ölkənin  yeri  əsasən,  təhsilin  keyfiyyəti 
ilə  xarakterizə  olunur.  Belə  ki,  millətin 
intellektual  potensialının  inkişafı  və 
reallaşdırılması  müasir  cəmiyyətin  da-
vamlı  və  dinamik  inkişafının  əsas  amil-
lərindən  biridir.  Əlbəttə  ki,  təhsilin 
keyfiyyəti  bilavasitə  maliyyələşdirmə-
nin həcmindən də asılıdır. 
Məlum  olduğu  kimi,  təhsilin 
maliyyələşdirilməsinin iki əsas mənbəyi 
var:  dövlət  büdcəsi  və  büdcədənkənar  vəsaitlər  hesabına.  Sözsüz 
ki, dövlət büdcəsindən maliyyələşdirmə daha böyük xüsusi çəkiyə 
malikdir.  Belə  ki,  təhsil  sferası  cəmiyyətin  inkişafında  çox  vacib 
rol oynadığı üçün dövlət bu istiqamətdə həmişə fəal siyasət həyata 
keçirir.  Ümumiyyətlə  təhsilin  maliyyələşdirilməsi  dedikdə  bütün 
təhsil və tədris prosesinin həyata keçirilməsi üçün zəruri xərclərin 
maliyyə  resursları  ilə  təmin  edilməsi  başa  düşülür.  Dünya  prak-
tikasından məlum olduğu kimi təhsilin dövlət maliyyələşdirilməsi 
əsasən aşağıda göstərilən iki formada həyata keçirilir: 
1. Təhsil (tədris) müəssisələrinin maliyyələşdirilməsi; 
    - Birbaşa yolla: smeta üzrə maliyyələşdirmə, subsidiyalar, 
dövlət sifarişləri, adambaşına normativə əsasən maliyyələşdirmə; 
    - Dolayı yolla:  vergi güzəştlərinin tətbiqi; 


 
39
2. Təhsilalanların maliyyələşdirilməsi; 
    - Birbaşa yolla: təhsil vauçerləri, qrantlar, kreditlər; 
    - Dolayı yolla: vergi güzəştlərinin tətbiqi, kreditlərə dövlət 
zəmanətinin verilməsi; 
Müasir  dövrdə  əksər  dünya  ölkələrində  təhsilin  maliyyələş-
dirilməsi  bu  məqsədlə  ayrılan  büdcə  vəsaitlərinin  kifayət  qədər 
olmaması  ilə  xarakterizə  olunur.  Belə  olan  halda  təhsilin  keyfiy-
yəti və məzmunu, hamı üçün bərabər və keyfiyyətli təhsil imkan-
larının yaradılması və digər bu kimi məsələlərlə bağlı problemlər 
arxa  plana  keçir.  Lakin  təhsilə  ayrılan  maliyyə  çatışmazlığı 
məsələsinə aşağıdakı 2 nöqteyi-nəzərdən yanaşmaq lazımdır: 
-  Dövlət  büdcəsindən  ayrılan  vəsaitlərin  çatışmazlığı,  daha 
doğrusu, kəmiyyət amili nöqteyi-nəzərindən. 
-   Büdcə  vəsaitlərinin  təhsil  səviyyələri  və  təhsil  müəssi-
sələri  arasında  kifayət  qədər  effektli  bölüşdürülməməsi,  daha 
doğrusu keyfiyyət amili nöqteyi-nəzərindən. 
Buna  görə  də  təhsilin  maliyyələşdirilməsi  ilə  bağlı  aparılan 
təhlillər təkcə ayrılan büdcə vəsaitlərinin miqdarı ilə deyil, həm də 
mövcud  büdcə  maliyyələşdirilməsi  mexanizminin  çatışmazlıq-
larının  aşkara  çıxarılması  ilə  səciyyələnməlidir.  Bu  baxımdan, 
tarixən  dünyanın  inkişaf  etmiş  ölkələrində  təhsilin  maliyyələşdi-
rilməsi  mexanizmlərinin  təkmilləşdirilməsinə,  modernləşdirilmə-
sinə və daha effektiv üsulların tətbiqinə böyük maraq olub.  
Ümumiyyətlə, təhsilin maliyyələşdirilməsi məsələsinə  təhsil 
sistemindən  və  digər  sosial-iqtisadi  sistemlərdən  ayrı  şəkildə 
baxmaq olmaz. Belə ki, dövlətlə təhsil sisteminin və digər sosial-
iqtisadi sistemlərin elementlərinin arasında qarşılıqlı əlaqələr var. 
Bunlara əsasən aşağıdakılar aiddir: 
• Təhsilin və təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin 
monitorinqi və qiymətləndirilməsinin effektiv sistemi; 
• Təhsil  xidməti  təklif  edən  müəssisə  və  təşkilatların 
akkreditasiyası və sertifikatlaşdırılması sistemləri; 


 
40
• Təhsil  müəssisələrinin  təklif  etdikləri  xidmətlər  və  tədris 
kursları  barədə  hamı  üçün  əlçatan,  etibarlı  və  geniş  informasiya 
sisteminin mövcudluğu; 
• Təhsil  müəssisələrində  büdcədənkənar  maliyyələşmə  im-
kanlarını  və  həmçinin  sponsorluq  fəaliyyətlərini    məhdudlaşdır-
mayan, əksinə onları stimullaşdıran vergi sisteminin mövcudluğu; 
• Etibarlı və işlək maliyyə-bank sisteminin mövcudluğu. 
   Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi 
əsasında  digər  ölkələrdə  də  təhsilin  maliyyələşdirilməsi  mexa-
nizmlərinin  təkmilləşdirilməsi  istiqamətində  köklü  islahatlar  apa-
rılır.  Bu  islahatların  əsas  məqsədi  təhsil  müəssisələri  tərəfindən 
göstərilən  xidmətlərin  keyfiyyətinin  artırılmasına  marağın  və 
cavabdehliyin  səviyyəsinin  artırılmasıdır.  Bu  baxımdan,  indiki 
dövrdə büdcədən maliyyələşdirmədə, eləcə də təhsilin maliyyələş-
dirilməsində, yeni mütərəqqi model və metodların istifadəsi geniş-
lənir.  Beynəlxalq  aləmdə  təhsilin  maliyyələşdirilməsində  ən  çox 
yayılmış  mütərəqqi  metod  adambaşına  maliyyələşdirmə  hesab 
edilir.  
Ali  təhsildə  yeni  maliyyələşdirmə  mexanizminə  keçidin 
zəruriliyi.  Müasir  dövrdə  ali  təhsilin  inkişafı  yaxın  perspektiv 
üçün ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamət-
lərindən  biridir.  Belə  ki,  yuxarıda  qeyd  etdiyimiz  kimi  indiki 
dövrdə ölkənin inkişafının əsas amili təhsilin səviyyəsi və keyfiy-
yətindən  çox  asılıdır.  Bu  baxımdan  ölkəmizdə  təhsil  sahəsində, 
eləcə  də  ali  təhsil  üzrə  aparılan  nəticəyönümlü  islahatlar  mühüm 
əhəmiyyət kəsb edir. Ali təhsildə hal-hazırda aparılan islahatların 
əsas ana xəttini Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 
22  may  tarixli  295  nömrəli  Sərəncamı  ilə  təsdiq  olunmuş  "2009-
2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali  təhsil  sistemində 
islahatlar  üzrə  Dövlət  Proqramı"nın  icrası    təşkil  edir.  Proqramın 
əsas  məqsədi  ölkənin  ali  təhsilinin  dünya  təhsil  sisteminə 
inteqrasiyası,  onun  məzmununun  Boloniya  prosesinin  prinsip-
lərinə  uyğun  qurulması,  ali  təhsilin  rəqabət  qabiliyyətliliyinin 
təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun  ali 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə