Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə14/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

 
41
təhsilli  kadrlara  tələbatın  ödənilməsi,  əhalinin  ali  təhsil  almaq 
imkanlarının  təmin  edilməsi  üçün  iqtisadi  və  sosial  baxımdan 
səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. 
Artıq  bu  gün  Azərbaycanın  ali  təhsil  sistemi  Avropa  ali 
təhsil  məkanına  inteqrasiya  istiqamətində  inkişaf  etməkdədir.  Ali 
təhsildə  keyfiyyətin  əldə  olunması,  effektiv  idarəetmənin  və 
ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün əsas 
amillərdən  biri  də  ali  təhsilin  maliyyələşdirilməsində  yeni  və 
mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır.  
Eyni zamanda, “Təhsil haqqında” Azərbaycan Respublikas-
ının  Qanununda  Dövlət  təhsil  müəssisəsinin  maliyyələşdiril-
məsinin  təhsilin  hər  pilləsi  üzrə  müəyyən  edilmiş  maliyyə 
normativlərinə  əsasən  həyata  keçirilməsi  və  bu  nоrmativlərin 
təhsil  müəssisəsinin  tipinə,  növünə  və  kateqоriyasına  uyğun 
оlaraq, hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla 
müəyyən edilməsi təsbitlənmişdir. 
Bu  baxımdan,  ümummilli  liderimiz  Heydər  Əliyev 
siyasətinin  layiqli  davamçısı  möhtərəm  prezident  cənab  Đlham 
Əliyevin ötən ilin əvvəlində imzaladığı “Ali təhsil müəssisələrində 
yeni  maliyyələşmə  mexanizminin  tətbiq  edilməsi  barədə” 
Fərmanının  icrası  istiqamətində  aparılan  işlər  mühüm  əhəmiyyət 
kəsb edir.  
Qeyd  olunan  Fərmanın  icrası  ilə  bağlı  görülən  işlər,  əldə 
olunan  nəticələr  və  qarşıda  duran  vəzifələr  barədə  danışmazdan 
əvvəl bu mexanizmin tətbiqini zəruri edən amillərə nəzər salaq. 
Belə  ki,  ali  təhsilin  dövlət  maliyyələşdirməsinin  ölkəmizdə 
tətbiq olunan ənənəvi mexanizmi müasir qloballaşdırma və bazar 
iqtisadiyyatı  şəraitində  rəqabətin  gücləndiyi  bir  dövrdə  tələb 
olunan  standartlara  cavab  vermir.  Məlum  olduğu  kimi,  dövlət  ali 
təhsil  müəssisələrinin  büdcəsi  əsasən,  büdcə  və  büdcədənkənar  
vəsaitlər  hesabına  formalaşır.  Ənənəvi  mexanizmə  əsasən  dövlət 
ali  məktəblərinin  illik  büdcəsi  əvvəlki  illərin  xərcləri  nəzərə 
alınmaqla  onların  təqdim  etdikləri  xərclər  smetasının  proqnozu 
əsasında  müəyyənləşdirilirdi.  Qeyd  etməliyik  ki,  ali  məktəblərin 


 
42
maliyyələşdirilməsinin bu mexanizmi təhsil sahəsində beynəlxalq 
və  milli  səviyyədə  rəqabətin  gücləndiyi,  nəticələrə  əsaslanan 
strateji planlaşdırmanın və maliyyələşdirmənin rolunun yüksəldiyi 
bir  dövrdə  müasir  tələblərə  cavab  vermirdi.  Həmçinin,  bu 
mexanizm  ali  məktəblərdə  cavabdehliyin,  rəqabətin,  təhsildə 
keyfiyyətin  yüksəldilməsini  tam  təmin  etmir  və  son  nəticədə 
büdcədən  ayrılan  vəsaitlərin  ali  məktəblərdə  səmərəsiz  istifadəsi-
nə  səbəb  olurdu.  Ali  məktəblər  onlara  ayrılan  dövlət  vəsaitlərin-
dən mövcud ehtiyaclar üzrə sərbəst istifadə edə bilmir, vəsaitlərin 
bölgüsündə  bəzən  subyektivlik  hallarına  rast  gəlinirdi.  Bundan 
əlavə  ali  təhsil    müəssisələri    tələbə  qəbulunun  və  dövlət  maliy-
yələşdirilməsinin həmin ali təhsil ocaqlarının fəaliyyətinin nəticə-
lərindən və keyfiyyət  göstəricilərinin səviyyəsindən asılı olmaya-
raq  planlı  qaydada  həyata  keçirildiyi  üçün  bir  növ  arxayınlaşır, 
keyfiyyətin,  cavabdehliyin  artırılmasına  ciddi  səy  göstərmir  və 
nəticədə sağlam rəqabət mühiti təmin olunmurdu.  
Bu baxımdan bir daha qeyd etməliyik ki, ölkə prezidentinin  
“Ali  təhsil  müəssisələrində  yeni  maliyyələşmə  mexanizminin 
tətbiq  edilməsi  barədə”  10  fevral  2010-cu  il  tarixli  Fərmanından 
irəli  gələn  tələblərə  əsasən  ali  təhsildə  yeni  maliyyələşdirmə 
mexanizminin  tətbiqi  bu  problemlərin  köklü  şəkildə  tədricən 
aradan qaldırılmasına yönəlmişdir. Fərmana əsasən dövlət sifarişi-
nin  formalaşdırılmasında  ölkənin  milli,  mədəni,  humanitar  və 
tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin 
perspektiv inkişafı amilləri nəzərə alınır.  
Yeni mexanizm dövlət büdcəsindən ali təhsil müəssisələrinə 
ayrılan  vəsaitlərin  bir  tələbə  üçün  müəyyənləşdirilmiş  xərc 
normativinə əsasən maliyyələşdirməni  nəzərdə tutur. Yəni, bu, o 
deməkdir  ki,  müvafiq  kadr  hazırlığı  üzrə  dövlət  sifarişini  yerinə 
yetirən  təhsil  müəssisələrinə  maliyyə  vəsaitləri  tələbələrin 
sayından asılı olaraq verilir.  
Qeyd  olunan  Fərmanın  əsas  məqsədlərindən  biri  də,  ali 
təhsil  müəssisələri  arasında  dövlət  maliyyəsinin,  daha  doğrusu 
dövlət  sifarişi  əsasında  təhsil  alacaq  tələbə  uğrunda  mübarizəni 


 
43
təmin  etməklə  rəqabətin  yaradılmasıdır.  Belə  ki,  yeni  qaydalara 
əsasən  ali  təhsil  müəssisələrinə  qəbul  üzrə  aparılan  müsabiqədə 
dövlət  sifarişi  ilə  təhsil  almaq  hüququnu  qazanan  abituriyentlər 
mülkiyyət  formasından  asılı  olmayaraq  təhsil  alacaqları  ali  təhsil 
müəssisəsinin  seçimində  sərbəstdirlər.  Həmçinin  mülkiyyət  for-
masından  asılı  olmayaraq  qanunvericiliyə  uyğun  fəaliyyət  gös-
tərən  bütün  ali  təhsil  müəssisələri  dövlət  sifarişinin  yerinə 
yetirilməsində  iştirak  etmək  hüququna  malikdirlər.  Yəni    dövlət 
sifarişi  ilə  təhsil  almaq  hüququnu  qazanan  abituriyentlər  artıq 
əvvəlki  qəbullardan  fərqli  olaraq  özəl  ali  təhsil  müəssisələrini  də 
seçə  bilirlər.  Bu  zaman  tələbənin  təhsili  üçün  nəzərdə  tutulan 
dövlət  vəsaiti  tələbənin  ardınca  həmin  özəl  ali  məktəbə  yönəlir. 
Bu  bir  növ  dövlət  sifarişinin  yerinə  yetirilməsində  dövlət  ali 
məktəblərinin  inhisarçılığına  son  qoymaqla  təhsil  almaq  üçün 
bərabər imkanları və ədalət prinsipini təmin edir. Belə ki, ali təhsil 
müəssisələrinə  qəbul  üçün  tətbiq  olunan  yeni  qaydalardan  fərqli 
olaraq  əvvəlki  qaydalarda  tələbə  yüksək  bal  toplasa  da  dövlət 
hesabına  oxumaq  üçün  yalnız  dövlət  ali  təhsil  müəssisələrini 
seçmək məcburiyyətində qalırdı. Bu isə tələbələrin bərabər seçim 
imkanlarını təmin etmirdi. Əlbəttə ki, tətbiq olunan yeni qaydalar 
təhsil  müəssisələrinin  qarşısında  böyük  məsuliyyət  və  yeni 
tələblər  qoyur.  Belə  ki,  təhsil  müəssisələri  keyfiyyətli  təhsil 
xidmətləri  təqdim  etmədikləri  halda  tələbələr  həmin  ali 
məktəblərdə oxumağa həvəs göstərməyəcəklər və nəticədə dövlət 
sifarişi  əsasında  tələbəyə  ayrılan  dövlət  maliyyəsi  tələbənin 
ardınca  digər  ali  təhsil  müəssisəsinə  gedəcəkdir.  Bu  bir  tərəfdən 
ali  təhsil  müəssisələrinin  bu  sahədə  cavabdehliyini  də  artırır. 
Beləliklə ən  yaxşı tələbələr öz növbəsində daha keyfiyyətli təhsil 
verən  ali  təhsil  müəssisələrinə  üz  tutacaqlar.  Nəticədə  aşağı 
keyfiyyətli təhsil müəssisələri dövlət sifarişindən və sonda dövlət 
maliyyəsindən məhrum olacaqlar. 
Ali  təhsildə  yeni  maliyyələşmə  mexanizminin  tətbiqi  ilə 
bağlı  görülən  işlər.  Ümumi  təhsildə  adambaşına  maliyyələş-
dirmənin  tətbiqi  bəzi  problemlərlə  üzləşsə  də,  ali  təhsildə  yeni 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə