Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə15/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

 
44
maliyyələşdirmə  mexanizminin  tətbiqi  istiqamətində  ölkəmizdə 
hal-hazırda çox əhəmiyyətli işlər görülür. 
Belə  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  “Ali  təhsil 
müəssisələrində  yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi 
barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010/2011-
ci  tədris  ilindən  başlayaraq  Azərbaycan  Respublikası  ərazisində 
fəaliyyət  göstərən  ali  təhsil  müəssisələrində  dövlət  büdcəsinin 
vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adam-
başına  maliyyələşdirmə  prinsipi  əsasında  həyata  keçirilməsinə 
başlanılmışdır. 
Məlum  olduğu  kimi,  qeyd  olunan  Fərmanın  icrası  istiqa-
mətində  Nazirlər  Kabinetinin  “Ali  təhsil  müəssisələrində  yeni 
maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında”  25 iyun 
2010-cu  il  tarixli  120    nömrəli  Qərarı  qəbul  olunmuş  və  qərara 
əsasən    ayrı-ayrı  ixtisaslar  üzrə  dövlət  sifarişi  ilə  ali  təhsil 
müəssisələrinin  bakalavriat  və  magistratura  səviyyəsində  hər  bir 
təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmiş və 
həmçinin “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində 
yeni  maliyyələşmə  mexanizminin  tətbiqi  ilə  bağlı  dövlət  sifarişi 
ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələ-
rində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar”ı təsdiq edil-
mişdir. 
2010/2011-ci  tədris  ilində  dövlət  sifarişi  üzrə  ali  təhsil 
müəssisələrinin  I  kurs  bakalavriat  və  magistratura  səviyyələrinə 
qəbul  olmuş  tələbələrin  təhsili  ilə  bağlı  xərclərin  maliyyələş-
dirilməsi  üçün  Respublika  Maliyyə  Nazirliyi  tərəfindən  ayrı-ayrı 
ali  məktəblər  üzrə  təsdiq  edilmiş  müvafiq  bölgüyə  əsasən  Təhsil 
Nazirliyinə 24 327 733 manat  məbləğində ayrılmış vəsait bölgüyə 
uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına 
köçürülmüş  və  bu  vəsaitlərin  təyinatı  üzrə  xərclənilməsi  ilə 
əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir.  
Ali  təhsildə  yeni  maliyyələşmə  mexanizminin  tətbiqi 
nəticəsində  mülkiyyət  formasından  və  tabeçiliyindən  asılı 
olmayaraq  bütün  ali  məktəblərin  dövlət  sifarişi  üzrə  kadr 


 
45
hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmış, abituriyent-
lərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim 
imkanları artırılmışdır. 
 Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün 
ali  məktəblərə  vəsait  əvvəlki  illərdə  olduğu  kimi  40  və  ya  daha 
çox xərc  maddəsi  üzrə  deyil,  bir  xərc  maddəsi  ilə  ayrılmış  və  bu 
vəsaitlərin  xərclənilməsində  ali  məktəblərin  səlahiyyətləri  və 
maliyyə müstəqilliyi artırılmışdır. 
 Dövlət  ali  məktəblərində  yuxarı  kurslarda  təhsil  alan 
tələbələrin  xərclərinin  ödənilməsi  məqsədilə  nəzərdə  tutulan 
vəsait isə 2011-ci ildə 40 və ya daha çox xərc maddəsi üzrə deyil, 
4  xərc  maddəsi,  büdcədənkənar  vəsaitlər  üzrə  gəlir  və  xərclər 
smetası  isə  6  xərc  maddəsi  ilə  proqnozlaşdırılmışdır.  Növbəti 
ildən  isə  ali  təhsil  müəssisələrinə  dövlət  büdcəsindən  bütün 
vəsaitlərin  bir  xərc  maddəsi  ilə  ayrılması  nəzərdə  tutulur.  Bu  isə 
ali  məktəblərin  maliyyə  vəsaitlərinin  idarəolunması  və  xərclənil-
məsində səlahiyyətlərinin artırılmasına səbəb olacaqdır.  
Lakin,  əldə  olunan  müsbət  nəticələrlə  yanaşı  yeni 
maliyyələşmə mexanizminin tətbiqinin ilkin mərhələsində bir sıra 
problemlər  də  ortaya  çıxmışdır.  Bununla  əlaqədar  vaxtaşırı  
Təhsil, Maliyyə, Đqtisadi Đnkişaf Nazirlərinin, Tələbə Qəbulu üzrə 
Dövlət  Komissiyasının  sədrinin,  Respublika  Nazirlər  Kabinetinin 
şöbə  müdirinin,  aidiyyəti  ali  məktəblərin  rektorlarının,  baş 
mühasiblərin  iştirakı  ilə    kollegiya,  müşavirə  və  seminarlar 
keçirilmiş  və  bu  görüşlərdə  ali  təhsildə  yeni  maliyyələşmə 
mexanizminin  tətbiqi  ilə  bağlı  görülən  işlər,  əldə  olunan  ilkin 
nəticələr,    qarşıda  duran  vəzifələr  və  təkliflər  geniş  müzakirə 
edilmişdir.  
Yeni  mexanizmin  tətbiqi  ilə  əlaqədar  qarşıda  duran 
vəzifələr.  Qeyd  olunan  tədbirlərdə  mövcud  problemlərin  aradan 
qaldırılması məqsədilə Təhsil Nazirliyi ilk növbədə dövlət sifarişi 
üzrə  hər  bir  təhsilalana  düşən  illik    xərclərin  məbləğlərinin 
artırılmasını  təklif  etmişdir.  Belə  ki,  dövlət  sifarişi  üzrə  kadr 
hazırlığının  yerinə  yetirilməsi  ilə  bağlı  bir  təhsilalan  üçün 


 
46
müəyyənləşdirilmiş  illik  təhsil  xərci  məbləğinə  uyğun  ayrılan 
vəsait  əksər  ali  məktəblərdə  yalnız  əməkhaqqı  və  təqaüd 
xərclərinin  ödənilməsinə  kifayət  edir.  Bu  da  dövlət  sifarişi  üzrə 
keyfiyyətli kadr hazırlığının təmin edilməsi  üçün müvafiq maddi-
texniki  bazanın  yaradılmasına  və  saxlanılmasına  şərait  yaratmır. 
Bundan  əlavə  oxşar  və  eynitipli  ixtisaslar  üzrə  bir  təhsilalana 
düşən  təhsil  xərclərinin  miqdarı  da 
yenidən  baxılaraq 
uyğunlaşdırılmalıdır.  
Eyni  zamanda  ali  məktəblər  üzrə  bəzi  ixtisaslara  olan 
inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi də 
zəruridir. 
Bundan  əlavə  ali  məktəblərin  büdcədənkənar  vəsaitlərin 
idarəolunmasında  səlahiyyətləri  artırılmalıdır.  Bu  baxımdan  
büdcədənkənar  vəsaitlər  üzrə  gəlir  və  xərclər  smetalarının  təsdiq 
edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin 
dürüstləşdirilməsi  prosedurlarının  sadələşdirilməsi,  bu  səlahiy-
yətlərin  ali  məktəblərə  verilməsi  və  ilin  sonunda  büdcədənkənar 
vəsaitlər  üzrə  gəlirlərin  dövlət  büdcəsinə  silinməməsi  və  bu 
vəsaitin növbəti ilə keçirilməsi məqsədəmüvafiq hesab edilir.  
 Digər vacib məsələlərdən biri isə özəl ali məktəblərin dövlət 
sifarişində iştirakının stimullaşdırılmasıdır. 
Onu  da  qeyd  etməliyik  ki,  ali  təhsil  müəssisələrində  yeni 
maliyyələşmə  mexanizminin  tətbiqi  dövlət  ali  məktəblərinə 
ödənişli  əsaslarla  qəbul  olan  və  mövcud  qaydalara  əsasən 
ödənişdən  azad  edilən  məcburi  köçkün  statuslu  tələbələrin  təhsil 
haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə zərurət 
yaratmışdır.  
Məlumat üçün qeyd edək  ki, Təhsil Nazirliyinin tabeliyində 
olan  ali  təhsil  müəssisələrinə  təkcə  2010/2011-ci  tədris  ilində 
qəbul  olmuş  15386  tələbədən  1636-sı  məcburi  köçkün  statuslu 
tələbələrdir və onların təhsil haqları ümumilikdə 1 689 200  manat 
təşkil edir ki, bu da dövlət ali təhsil müəssisələri üçün hər il xeyli 
məbləğdə büdcədənkənar gəlirlərin itirilməsi deməkdir.   


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə