Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

 
47
Lakin  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Đlham 
Əliyevin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisə-
lərində  ödənişli  əsaslarla  təhsil  alan  məcburi  köçkünlərin  təhsil 
xərclərinin  ödənilməsi  haqqında”  yeni  dərs  ili  ərəfəsində  imzala-
dığı  Sərəncamla  qeyd  olunan  problem  artıq  öz  həllini  tapmışdır. 
Belə  ki,  Sərəncama  əsasən  2011/2012-ci  tədris  ilindən  etibarən 
dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil 
səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan 
məcburi  köçkün  statusu  olan  Azərbaycan  Respublikası  vətəndaş-
larının  təhsil  müddəti  ərzində  təhsil  haqqı  Azərbaycan  Respub-
likası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli 
qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsi-
nin  vəsaiti  hesabına  ödəniləcəkdir.  Nəticədə  dövlət  ali  təhsil 
müəssisələri  məcburi  köçkün  statuslu  və  ödənişdən  azad  olunan 
tələbələrin  təhsil  xərclərinin  ödənilməsi  ilə  bağlı  ayrılacaq  büdcə 
vəsaitləri  hesabına  ali  təhsil  müəssisələrinin  maliyyə  vəziyyəti 
daha da yaxşılaşacaqdır.     
Qeyd etməliyik ki, yeni maliyyələşmə mexanizminin tətbiqi 
nəticəsində dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artı-
rılması,  eyni  zamanda  onların  bu  istiqamətdə  məsuliyyətlərini  də 
artırır.  Belə  ki,  ali  məktəblər  son  nəticədə  təhsildə  keyfiyyətin 
yüksəldilməsinə nail olmaq üçün öncə qeyd etdiyimiz kimi möv-
cud  resurslardan,  həmçinin  əldə  edilən  maliyyə  resurslarından 
daha  səmərəli,  rasional  şəkildə  istifadəni  təmin  etməlidirlər.  Bu 
baxımdan  ali  təhsildə  yeni  maliyyələşmə  mexanizmi  ilə  əlaqədar 
tətbiq  olunan  yeniliklər  ali  təhsil  müəssisələrinin  qarşısında 
mühüm vəzifələr qoyur.  
    
 
Ədəbiyyat: 
1. 
Azərbaycan  Republikası  Prezidentinin  “Ali  təhsil  müəssisə-
lərində  yeni  maliyyələşmə  mexanizminin  tətbiq  edilməsi  barədə”  10 
fevral 2010-cu il tarixli Fərmanı. 
2. 
Azərbaycan 
Republikası 
Prezidentinin 
“Azərbaycan 
Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil 


 
48
alan  məcburi  köçkünlərin  təhsil  xərclərinin  ödənilməsi  haqqında”  14 
sentyabr 2011-ci il tarixli Sərəncamı. 
3. 
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. 
4. 
Боголюбова  Л.Н.  Экономическое  развитие  в  современной 
цивилизации. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
49
Đbrahim Əliyev  
Azərbaycan Turizm Đnstitutunun 
“Đctimai fənlər” kafedrasının müdiri, 
TTF-in direktoru, tarix üzrə  fəlsəfə doktoru 
 
Sevda Vəzirova  
Azərbaycan Turizm Đnstitutunun 
“Đctimai fənlər”  kafedrasının dosenti, 
biologiya üzrə fəlsəfə doktoru 
 
Boloniya prosesində vahid kredit sistemi (AKTS) 
 
Müasir  dövrdə  ictimai  həyatın  bütün 
sahələrini  əhatə  edən  dərin  inteqrasiya 
prosesi  təhsil  sahəsində  də  özünü  dün-
yanın müxtəlif yerlərində ayrı-ayrı ölkə-
lərin  təhsil  sistemlərinin  yaxınlaşmasın-
da  və  vahid  ümumtəhsil  məkanlarının 
formalaşmasında  büruzə  verir.  Təhsildə 
gedən bu proses ümumdünya miqyasın-
da gedən qlobal inteqrasiya və bütövləş-
mə  prosesinin  bir  hissəsi  olmaqla  onun 
ümumi  qanunlarına  tabedir  və  bütöv-
lükdə  digər  sahələrdə  gedən  proseslərlə  vəhdət  təşkil  edir.  
Avropada  gedən  Boloniya  prosesi  ali  təhsil  sahəsini  əhatə  edir. 
Onun  başlıca  missiyası  isə  artıq  təşəkkül  tapmış  Ümumavropa 
iqtisadi məkanının əmək bazarının yüksək ixtisaslı mütəxəssislərə 
olan  ehtiyacını  təmin  etmək  üçün  vahid  ali  təhsil  məkanının 
yaradılması,  bu  sahədə  standartların  ümumiləşdirilməsi,  güclərin 
birləşdirilməsi,  Avropa  təhsilinin  rəqabət  qabiliyyətinin  və  yeni 
ölkələrdə  cəzbediciliyinin  artırılmasıdır.  Bu  sahədə  görülən  işlər 
və  həyata  keçirilən  islahatlar  kompleks  şəklində  nəzərdə  tutulan 
məqsədlərin əldə edilməsinə xidmət edir. Bəzən Boloniya prosesi 
təhsildə  yalnız  kredit  sisteminin  tətbiqi  kimi  başa  düşülür.  Qeyd 


 
50
olunduğu kimi bu proses ali təhsilin bütün cəhətlərini əhatə edən 
və  köklü  mahiyyət  dəyişikliklərinə  istiqamətlənmiş  çoxşaxəli  bir 
proses  olmaqla  daha  mürəkkəb  xarakter  daşıyır.  Onun  prosesdə 
nəzərdə  tutulan  hər  hansı  bir  cəhətlə  eyniləşdirilməsi  bu  barədə 
fikrin bəsitləşdirilməsinə və yanlış təsəvvürün yaranmasına gətirib 
çıxara  bilər.  O  cümlədən,  biliyin  qiymətləndirilməsində  kredit 
sisteminin vahid formasının tətbiqi  Boloniya prosesi çərçivəsində 
həyata keçirilən vacib şərtlərdən biridir, lakin yeganə şərt deyildir. 
Bununla  yanaşı,  Avropa  ölkələrində  kredit  sisteminin  tətbiqində 
mövcud  olan  fərqlərin  aradan  qaldırılması,  onun  vahid 
standartlarının  tətbiqinə  nail  olunması  strateji  əhəmiyyət  kəsb 
edir.  Boloniya  prosesinə  qoşulmuş  digər  ölkələrdə,  xüsusən 
postsovet  ölkələrində,  bu  işin  görülməsinin  spesifik  çətinlikləri 
vardır.  Əgər  Avropanın  ölkələrinin  əksəriyyətində  tətbiq  edilən 
kredit  sistemlərinin  fərqi  nisbətən  azdırsa  və  söhbət  onların 
eyniləşdirilməsindən  gedirsə,  postsovet  ölkələrində  və  sosializm 
düşərgəsinə  daxil  olan  ölkələrdə  qiymətləndirmə  sistemindəki 
fərqlər  daha  prinsipial  xarakter  daşıyır  və  onların  dəyişdirilməsi, 
mövcud  olan  ölçü  vahidlərindən  imtina  edilərək  onlar  üçün  bu 
vaxta  qədər  tanış  olmayan  kredit  standartlarına  keçilməsi  xeyli 
çətindir.  Bunun  üçün  isə  həmin  ölkələrdə,  o  cümlədən  Azərbay-
canda, kredit sisteminin mahiyyətinin tam aydınlaşdırılması, onun 
bu  vaxta  qədər  mövcud  olan  qiymətləndirmə  və  ölçmə  siste-
mindən  fərqinin  aşkar  edilməsi,  onun  tətbiqi  zamanı  yerli 
xüsusiyyətlərin və mövcud ənənələrin nəzərə  alınması, ona keçid 
zamanı  real  vəziyyətin  nəzərə  alınması    zəruridir.  Həm  də  bu 
zaman  düşünülmüş,  dəqiq  planlaşdırılmış  fəaliyyət  proqramının 
hazırlanması  və  həyata  keçirilməsinin  geniş  maarifləndirmə 
tədbirləri  ilə müşayiət edilməsi bu işin uğurunun vacib şərtidir.    
Ali  təhsildə  kredit  sistemi  özünəməxsus  funksiyaları  yerinə 
yetirməklə  onun  ən  vacib  məsələlərindən  birini  təşkil  edir. 
Ümumiyyətlə,  bir-birindən  fərqli  ölkələrdə,  fərqli  ictimai-iqtisadi 
məkanlarda  və  şəraitdə  mövcud  olan  ali  təhsil  sistemlərinin  
hamısında  alınan  təhsilin  həcminin  ölçülməsi,  keyfiyyətin  təmin 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə