Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə17/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

 
51
edilməsi,  alınan  biliyin  kifayətlilik  həddinin  müəyyənləşdirilməsi 
üçün  müəyyən  vahidlərdən  istifadə  etmişlər.  Sovet  ali  təhsil 
sistemində  bunun  üçün  müvəffəqiyyət  (zaçot)  vahidlərindən 
istifadə  olunurdu.  Lakin  bu  müxtəlif  vahidlər  eyni  məsələnin 
həllinə  xidmət  etsələr  də,  onlarda  məsələyə  yanaşma,  ölçü 
mexanizmləri,  son  nəticəyə  aparan  yolların  fərqli  olmasından 
onlar  bir-birindən  xeyli  fərqli  olmuşdurlar.    Əvvəla,  Sovet  təhsil  
sistemi,  o  cümlədən  ali  təhsil  sistemi  mərkəzləşdirilmiş  və  sərt 
idarəetmə  qaydasında  mövcud  olan  bir  ictimai-iqtisadi  mühitin 
tələblərinə  uyğun  şəkildə  fəaliyyət  göstərirdi.  Azad  bazar 
iqtisadiyyatına  əsaslanan  qərb  ictimai  mühiti  hər  bir  sahədə 
olduğu  kimi  təhsildə  də  rəqabət  mühitinin  qanunları  əsasında 
fəaliyyət  göstərirdi  və  onların  başlanğıc  tələbləri  bir  birinə 
bənzəsə də, fərqli mühitin tələblərinə uyğun qurularaq, ona xidmət 
edirdilər. Buna görə də Sovet təhsil sistemi təkcə strukturuna görə 
deyil, mahiyyətcə də azad dünyanın təhsil sistemindən fərqlənirdi.  
Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali 
təhsil  məkanında  Avropa  Kredit  Transfer  Sistemi  (AKTS) 
əsasında  kredit  vahidlərinin  tətbiq  edilməsidir.  Tədrisin  nəticə-
lərinin asan başa düşülən və müqayisə olunan olması üçün onların 
vahid  sistem  çərçivəsində  qiymətləndirilməsi  lazımdır.  Kredit 
vahidləri  sistemi  iki  başlıca  funksiyanı  yerinə  yetirir.  Birincisi 
funksiya  alınan  kursun  qiymətləndirilməsidir  (dərs  yükünün 
ölçülməsidir).  Bu,  tələbənin  aldığı  dərs  yükünün  onun  digər  ali 
təhsil müəssisəsi tərəfindən müqayisə edilə və tanına bilməsi üçün 
vacibdir. Kredit sistemi Avropanın özü üçün  yeni deyildir.  Lakin 
o  bu  regionun  müxtəlif  ölkələrində  fərqli  xüsusiyyətlərə  malik 
olmuşdur. Dünyada gedən iqtisadi inteqrasiya prosesi nəticəsində 
vahid  sosial-iqtisadi  məkanın  formalaşması  əmək  bazarını  da 
ümumiləşdirmiş  və  həmin  bazarın  tələblərinə  uyğun  kadrlarının 
hazırlanmasına  ehtiyac  artmışdır.  Belə  bir  şəraitdə  yaxınlaşan, 
bütövləşən  Avropa  təhsil  sistemində  hamının  asan  başa  düşdüyü 
və  müqayisə  oluna  bilən  standartlara  ehtiyac  yaradır.  Buna  görə 
də vahid kredit-transfer sisteminin tətbiqi bu problemi qismən həll 


 
52
edirdi.  Bu,  vahid  əmək  bazarında  mütəxəssislərin  ixtisasının 
tanınması,  tələbə  mübadiləsi  zamanı    müxtəlif  yerlərdə  alınmış 
kreditlərin  təsdiqi,  diplomların  tanınması  məsələlərində  mühüm 
əhəmiyyət kəsb edir.  
Đkinci  funksiya  yığım  funksiyasıdır.  Tələbənin  ali  məktəbi 
bitirərək  hər  hansı  ali  təhsil  ixtisasını  almaq  üçün  müəyyən 
olunmuş  miqdarda  kreditləri  toplayır.  O,  müxtəlif  səbəblər 
üzündən  təhsili  hissələrlə    və  ayrı-ayrı  təhsil  müəssisələrində  ala 
bilər.  Əgər  alınan  bilik  köhnəlməyibsə,  kreditlər  lazım  olan 
miqdar olana qədər yığıla bilir və nəticədə tələbə həmin akademik 
dərəcəni  (bakalavr,  magistr)  alır  bilir.    Lakin  bu  zaman  ayrı-ayrı 
ali  məktəblərdə  toplanan  kreditlərin  hesaba  alınması    yenə  də  ali 
məktəblər  arasındakı  qarşılıqlı  inama,    akademik  dərəcələrin 
düzəliş  əmsalı  tətbiq  etməklə,  mühazirələrin,  seminarların, 
laboratoriya  işlərinin,  tələbənin  sərbəst  işinin  xüsusi  çəkisini 
nəzərə  almaq  şərtilə    uyğunlaşdırıla  bilmək  imkanına  söykənir. 
Kreditlərin konkret fənlər üçün müəyyənləşdirilməsi zamanı onun 
həmin ixtisas dərəcəsinin alınmasında rolu və yeri əhəmiyyət kəsb 
edir.  Lakin  bu  anda  da  ümumi  ali  təhsil  məkanında  onun 
razılaşdırılmasına ehtiyac nəzərə alınmalıdır.  
Kredit  sisteminə  keçilməsi  ali  təhsilin  təkcə  formasında 
deyil,  mahiyyətində  də  köklü  dəyişikliklərin  baş  verməsini  labüd 
edir.  Tələbələrin  rolu  bu  proseslərdə  əhəmiyyətli  dərəcədə  artır. 
Bütövlükdə  isə  təhsilin  fəlsəfəsi  tamamilə  dəyişərək  əsasən  son 
məhsula  istiqamətlənir.  Bu  isə  təhsilin  keyfiyyətinin  yüksəldil-
məsini,  onun  daha  məqsədyönlü  olmasını  stimullaşdırır.  Seçim 
imkanı  genişlənmiş  tələbə  özü  seçdiyi  ixtisas  üzrə  fənlərin,  dərs 
deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu eyni 
zamanda  müəllimlərin  məsuliyyətini  artırır  və  keyfiyyətin 
yüksəlməsinə kömək edir. Lakin bu o demək deyildir ki, bu proses 
tam kortəbii şəkildə davam edir. Hər bir ixtisas üzrə qəbul olmuş 
tələbəyə həmin ixtisası qazanması və son nəticədə diplom alması 
üçün  tədris  proqramı  –  kurikulum  təqdim  edilir.  Həmin  sənəddə  
məcburi,  məcburi-seçmə  və  seçmə  fənlərin  tam  siyahısı,  onların 


 
53
hər  birinin  verdiyi  kreditin  miqdarı,  habelə  onların  məcburi 
ardıcıllığı  və  bir  birindən  asılılıq  xüsusiyyətləri  əks  olunur.  Bu 
məlumatı alan tələbə onlar üçün ayrılmış məsul şəxs olan tütorun 
məsləhəti ilə hər bir semestr dövründə 30 kredit həcmində fənləri 
seçərək  dərslərə  davam  edir  və  semestrin  sonunda  imtahan 
verərək  bal  toplayır.  Bu  bal  bir  tərədən  toplanmış  krediti  təsdiq 
edir,  digər  tərəfdən  isə  alınmış  biliyin  qazanılma  səviyyəsini 
təsdiq  edir.  Ümumi  qəbul  olunmuş  qaydaya  görə  100  ballıq 
qiymətləndirmə sistemində minimum müvəffəqiyyət həddi 61 bal 
hesab  edilir.  Ondan  aşağı  bal  toplamış  tələbənin  krediti  qəbul 
olunmuş  sayılmır  və  tələbə  həmin  fəndən  kəsilmiş  hesab  edilir. 
61-100  bal  arasında  isə  toplanan  ballar  qiymətin  keyfiyyət 
yüksəkliyinə görə bölünür.  
Bakalavr dərəcəli ixtisası almaq üçün tələbə 4 il müddətində 
təhsil  alır.  Hər  semestr  üzrə  30  kredit  toplamaqla  lazım  olan 
minimum  240  krediti  əldə  etmiş  olur  və  bakalavr  diplomu  alır. 
Lakin  qəbul  edilmiş  4  il  (8  semestr)  müddəti  mütləq  deyildir. 
Daha  qabiliyyətli  tələbələr  yuxarıdan  fənn  götürmək  yolu  ilə 
lazım olan krediti daha az müddətə toplayaraq bakalavr təhsilini 3 
ilə, 3 il  yarıma başa vura bilərlər.  Bunun üçün tələbə bir semestr 
ərzində  30  kredit  həcmində  fənn  seçməyə  əlavə  olaraq  sonrakı 
semestrlərin  yükündən  6-8  kredit  həcmində  fənn    seçə  bilir. 
Bunun  üçün  tələbənin  kəsiri  olmamalı,  fənlər  üzrə  aldığı  qiymət 
71  baldan  aşağı  olmamalıdır.  Tələbə  təhsili  vaxtından  əvvəl 
bitirməyə  imkan  verən  əlavə  krediti  yay  semestrində  də  toplaya 
bilər.  Əlavə  fənlər  seçilərkən  fənlərin  seçiminin  məcburi 
ardıcıllığı 
və 
məqsədəuyğunluğu 
nəzərə 
alınmalı 
və 
razılaşdırılmalıdır.  
Tələbənin  aşağıdan  fənn    seçməsi  onun  akademik  borcu  ilə 
bağlıdır.  O,  müxtəlif    səbəblər  üzündən  əvvəlki  semestrlərdə  ala 
bilmədiyi  krediti  toplamaq  üçün  həmin  fənləri  seçməli  və  ilk 
növbədə o fənləri semestr üzrə tədris planına daxil etməlidir. Əks 
halda,  ona  növbəti  semestrin  fənlərini  seçməyə  icazə  veril-
məməlidir.  


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə