Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə18/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

 
54
Kredit  sisteminin  tətbiqi  şəraitində  bu  vaxta  qədər  mövcud 
olan  kurs  anlayışı  öz  məzmunu  xeyli  dəyişir.  Belə  ki,  tələbənin 
sərbəst  fənn  seçimi  onların  keçilməsində  ardıcıllığın  nisbətən 
sərbəst  müəyyən  edilməsi  kursların  mahiyyətində  dəyişiklik 
etməyi  zəruri  edir.  Kredit  sistemi  şəraitində  kursun  davamlılığı 
zamanla  və  bu  zamanda  keçilən  fənlərin  sayı  ilə  deyil  toplanmış 
kreditin  minimum  və  maksimum  çərçivəsi  ilə  ölçülür.  Məsələn, 
hər bir kurs tələbə ortaq olaraq 60 (30+30) kredit toplamalıdır. Bu 
halda  kreditin  kurs  üçün  minimum  həddi  müəyyənləşdirilir,  bu 
həddi  toplamayan  tələbə  növbəti  kursun  tələbəsi  hesab  edilə 
bilmir.  
Kredit 
sisteminin 
tətbiq 
edilməsi 
birinci 
növbədə 
Ümumavropa  ali  təhsil  məkanında  vahid  standartların  işləməsi 
ehtiyacından irəli gəlməklə Boloniya prosesinin bir sıra cəhətlərini 
təmin edir: 
-  tələbələrin mobilliyini asanlaşdırır; 
-  asan  başa  düşülən  və  müqayisə  oluna  bilən  dərəcələr 
sisteminin formalaşmasına kömək edir; 
-  keçilən fənlərin və proqramların unifikasiyasını təmin edir; 
-  alınan ixtisasların müqayisə edilməsini asanlaşdırır 
-  diplomların tanınması üçün real zəmin yaradır.   
Tələbənin topladığı kreditlərin  təsdiq edilməsi onun hər bir 
fənn  üzrə  100  ballıq  qiymətləndirmə  sistemi  əsasında  aldığı 
qiymət  vasitəsilə  edilir.  61  baldan  yuxarı  bal  kreditin  məqbul-
luğunu  təsdiq  etmiş  olur.  Qeyd  etmək  lazımdır  ki,  100  balın 
toplanma  qaydası  və  onun  məqbulluq  hədlərinin  vahid  bölgüsü 
Avropanın  özündə  də  hələ  tam  dəqiqləşdirilməmişdir.  Azərbay-
canın  müxtəlif  ali məktəblərində də bu məsələdə ümumi standart 
qəti  olaraq  formalaşmamışdır.  Azərbaycan  Turizm  institutunda 
tətbiq edilən bölgüyə görə 100 balın 30 balını  aralıq imtahanı, 10 
balı  gündəlik  fəaliyyətə  görə  dərs  deyən  müəllim  tərəfindən 
verilir,  60  bal  yekun  imtahanının  nəticələri  əsasında  formalaşır. 
Azərbaycanın  digər  ali  məktəblərində  100  balın  bir  qədər  fərqli 
bölgüsü  tətbiq  edilir.  Lakin  bu  bölgü  mütləq  deyildir  o  dəyişə 


 
55
bilər.  Hər  bir  halda,  zənnimizcə,  başlıca  hədəf  lazım  olan 
keyfiyyətin  təmin  olunması  və  ümumi  qəbul  olunmuş  məqbul 
həddinin gözlənilməsidir.  
Təhsilin müxtəlif cəhətlərinə kredit sisteminin tətbiqinin 
əhəmiyyəti.  Bütövlükdə  Azərbaycanda  qiymətləndirilmənin 
kredit  sisteminə  keçilməsi  və  təhsilin  onun  tələbləri  əsasında 
qurulması  köhnə  sovet  təhsil  sistemindən  qopub  ayrılmış  ali 
təhsilin  yeniləşməsinə,  müasir  ictimai-iqtisadi mühitin  tələblərinə 
uyğunlaşmasına  və  bütövlükdə  təhsilin  fəlsəfəsinin  dəyişməsinə 
təkan  verir.  Kredit  sistemi  texniki  maneələri  aradan  qaldırır, 
Azərbaycanın  hər  bir  ali  təhsil  müəssisənin  Ümumavropa 
məkanında ali təhsilin subyekti kimi çıxış etməsinə şərait yaradır. 
Lakin bu işlərin daha uğurla  getməsi üçün qanunverici baza  yeni 
vəziyyətə  uyğunlaşdırılmalı,  müəssisələrə  fəaliyyət  və  maliyyə 
sərbəstliyi  verilməli,  onlar  üçün  real  rəqabət  mühiti  təmin 
edilməlidir. Kredit sisteminin tətbiqi  məqsəd deyildir, daha qlobal 
şəkildə qoyulmuş məqsədə aparan vasitələrdən biridir.  
AKTS-in  tətbiqinin  əhəmiyyəti  “Diploma  Avropa  əlavəsi” 
adlanan sənədin verilməsi zamanı əyani şəkildə görünür. Diploma 
Avropa  əlavəsi  vahid  təhsil  məkanının  formalaşmasının 
məntiqindən  doğan  amillərdən  biridir.  Bu  sənəd  ümumiləşməkdə 
və  bütövləşməkdə  olan  Avropa  ali  təhsilinin  yekunu  kimi  ortaya 
şıxır.  Əgər  tədris  prosesinin  gedişində  proqramların,  qiymət-
ləndirmə  sisteminin,  təhsil  müddətinin  və  onun  dövrlərinin, 
keyfiyyət səviyyəsinin hamı tərəfindən məqbul hesab edilən forma 
və  məzmuna  gətirilməsindən  söhbət  gedirsə,    Diploma  Avropa 
əlavəsi  bütün  bu  keyfiyyətlərin  ümumi  nəticəsini  özündə  əks 
etdirən vahid sənəd kimi çıxış edir.  
Diploma  əlavə  adlanan  sənədə  ehtiyac  mobillik,  sənədlərin 
qarşılıqlı  tanınması  və  nəhayət  məzunların  Avropanın  ümumi 
əmək  bazarında  işə  düzəlməsi  məqamlarında  daha  kəskin  şəkildə 
hiss  olunmağa  başlamışdı.  Buna  görə  də  vahid  formalı  sənədlərə 
tələbat  hələ  xeyli  əvvəl  təkcə  Avropada  deyil,  dünyanın  hər 
yerində  aktuallıq  kəsb  edirdi.  Diploma  əlavə  sənədinin  qəbul 


 
56
edilməsi  və  bütün  Ümumavropa  məkanında  tanınması  günün 
tələbi  idi  və  bir  sıra  problemlərin  həllinə  yol  açırdı.  Məhz  bu 
səbəbdən diploma əlavələrə Boloniya prosesinin gedişində böyük 
önəm  verilmiş,  YUNESKO  tərəfindən  onun  vahid  forması 
hazırlanaraq təqdim edilmişdir.  
Diploma  əlavə  Avropa  ali  təhsil  Zonasına  daxil  olan 
ölkələrin  hər  birinin  ali  təhsil  müəssisəsinin  məzununa    diplomla 
bir yerdə  verilən sənəddir. 
Diploma  Avropa  əlavəsi  iki  dildə  -  diplomu  verən  ölkənin 
dilində  və  Avropada  ümumiliyi  qəbul  edilən  dillərin  birində 
(əsasən ingilis dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət 
olması nəzərdə tutulmuşdur. 
1. Diplom sahibi haqqında məlumat (adı, familiyası, atasının 
adı) 
2. Məzunun ixtisası haqqında məlumat. 
3. Đxtisas səviyyəsi 
4. Tədrisin məzmunu və alınan nəticələr 
5. Alınan ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat 
6.  Əlavənin  həmin  ölkədə  sertifikatlaşdırılması  haqqında 
məlumat 
7. Ölkə ali təhsil sisteminin təsviri  
8.  Əlavə məlumat 
Sonuncu  bölmədən  başqa  qalan  bölmələrin  doldurulması 
məcburidir. 
Əlavələrdə  qiymətlər  haqqında  məlumat  verilmir.  Diploma 
əlavənin  YUNESKO  tərəfindən  təsdiq  edilmiş  vahid  formada  və 
xüsusi çap edilmiş  blanklarda   verilməsi nəzərdə tutulmuşdur.  
Tələbə mobilliyinin təmin edilməsində vahid kredit siste-
minin tətbiqi müstəsna əhəmiyyətə malikdir. Akademik mobil-
lik  tələbə,  müəllim,  tədqiqatçı  və  inzibati  heyətin  təcrübə  müba-
diləsi  etmək,  milli  qapalılığı    dəf  edərək  Ümumavropa  mühitinə 
qovuşmaq məqsədi ilə bir ali məktəbdən digərinə keçə bilməsidir. 
Birinci  növbədə  isə  tələbə  öz  ali  təhsil  müəssisəsində  müxtəlif 
səbəblər  üzündən  ala  bilmədiyi  bilik  və  bacarıqları  əldə  etmək 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə